concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

ES 350

İKİQAT VVT-L İLƏ TƏCHİZ OLUNMUŞ 6 SÜRƏT ÖTÜRÜCÜLÜ TRANSMİSSİYA İLƏ 184 DİN AT GÜCÜ VERƏN 2.5 LİTRLİK 4 SİLİNDİRLİ BENZİN MÜHƏRRİKİ


Sürətlənmə 0-100 km/s 7,5
Maksimum sürət (km/saat) 210

88 346,00 AZN -dən başlayaraq

YENİ ES 350

AVTOMOBİLİ HƏR DƏFƏ SÜRƏRKƏN SAHİBLƏRİNİN BAŞINI FIRLADAN VƏ ZÖVQ VERƏN MÜASİR YENİ LEXUS ES BİZNES SEDANI ÜÇÜN İNCƏLİK VƏ LYUKSUN HƏDDLƏRİNİ YENİDƏN TƏYİN EDİR.

Salonda toxunduğunuz hər bir şey avtomobilin yüksək ustalıq keyfiyyətindən xəbər verir. Dəri örtüklü isidilən sükandan tutmuş incəliklə laklanmış ağac naxışlar və möhtəşəm mərkəzi xronometr ilə tutuşan diqqətləri cəlb edən tikişlərə qədər. Özlərini möhtəşəm avtomobil yaratmaq üçün həsr etmiş Lexus Takumi ustalarının hazırladığı avtomobildə.

Təkmilləşdirilmiş sürmə həzzi və sinfində lider olan həcmi ilə yanaşı siz Remote Touch ilə idarə olunan Lexus Premium Naviqasiya, isidilən oturacaqlar və 15 spikerli Mark Levinson® Premium Səs Sistemi ilə əvəzsiz ev kinotatrı təcrübəsi kimi innovativ xüsusiyyətləri kəşf edəcəksiniz.

QİYMƏTLƏR & XÜSUSİYYƏTLƏR

TƏFƏRRÜATLARI ÖYRƏNİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

ES 350” MODELİNİ DAHA YAXINDAN TANIYIN

ES 350-də təhlükəsizlik - Əsas məqamlar

ƏSAS MƏQAMLAR

Lexus hər zaman təhlükəsizlik və sürücüyə dəstək texologiyalarının inkişaf etdirilməsinə başçılıq etmişdir və bütün yeni modellərini dünyanın ən böyük sürmə simulyatorlarında sınaqdan keçirir. Qəzaların aradan qaldırılması araşdırmalarında liderlikdən yararlanaraq yeni ES modeli münasib seçim olaraq yeni Lexus Təhlükəsizlik Sistemi ilə birgə mövcuddur. Buna piyadanı təyin edən Toqquşmadan Öncə Sistemi: yolunuzda qalmaq üçün Zolaqda Qalma Köməkçisi: gecə vaxtı yüksək görüntü üçün Avtomatik Yüksək İşıq Sistemi və qarşıdakı avtomobilin sürətinə uyğun avtomobilinizin sürətini tənzimləyən Adaptiv Kruiz Kontrol sistemi daxildir.

ES 350 model avtomobilin daxilində - əsas məqamlar

ƏSAS MƏQAMLAR

Yeni ES avtomobilində səyahət olduqca xüsusi bir hissdir. Bu, yalnız son dərəcə sakit deyil, həmçinin, siz arxa oturacaqlarda bəzi öndə gedən lüks sedanlardan daha çox yer əldə edəcəksiniz. Buna avtomobilin şassisinin uzadılması və dizlər üçün əlavə yerin yaradılması məqsədilə ön oturacaqların arxalarının ağıllı dizaynı ilə nail olunmuşdur. Həmçinin, Topaz Qəhvəyisi rəngində mövcud olan əvəzolunmaz dəri üzlüklü oturacaqlar Şimamoku ağac bəzəkləri ilə tutuşur. Əlavə rahatlıq üçün kondisioner və 15 spikerli Mark Levinson® səs sistemi idarəetməsi ilə təchiz olunmuş arxa qolluq konsolu da vardır. Təklikdə dincəlmək üçün sadəcə arxa pəncərə jalüzlərini və ya elektrikli arxa günlükləri bağlayın.

ES 350 model avtomobilin idarə edilməsi - əsas məqamlar

ƏSAS MƏQAMLAR

Yeni ES modelini sürərkən siz dərhal möhtəşəm sürmə rahatlığını, hamarlıq və dəqiq idarəetməni hiss edəcəksiniz. Əvəzolunmaz möhkəm şassi ilə təchiz olunmuş kuzov innovativ lazer qaynağı və yapışdırma texnologiyasının istifadəsi ilə istehsal olunmuş və nəticədə səs və titrəyişlər azalmışdır. Bundan əlavə, avtomobilin alt hissəsi və quşburun kabina kənarları ona öz sinfindən ən yaxşı aerodinamikalı dizayn verir. Bu, yalnız yanacağa qənaət etmir, həmçinin, külək səsini son dərəcə azaldaraq avtobanda sürmək üçün ideal avtomobil edir.

Təkrarsız Rahatlıq

TƏKRARSIZ RAHATLIQ

Yeni ES modelini sürərkən siz dərhal möhtəşəm sürmə rahatlığını, hamarlıq və dəqiq idarəetməni hiss edəcəksiniz. Əvəzolunmaz möhkəm şassi ilə təchiz olunmuş kuzov innovativ lazer qaynağı və yapışdırma texnologiyası istifadə edilərək istehsal olunmuşdur və nəticədə səs və titrəyişlər azalmışdır. Bundan əlavə, avtomobilin alt hissəsi və quşburun kabina kənarları ona öz sinfindən ən yaxşı aerodinamikalı dizayn verir. Bu, yalnız yanacağa qənaət etmir, həmçinin, külək səsini son dərəcə azaldaraq avtobanda sürmək üçün ideal avtomobil edir.

Cəlbedici Dizayn

CƏLBEDİCİ DİZAYN

Yeni ES modeli səhvsiz incəlik ilə cəlbedici Lexus "makara barmaqlıqlarını" birləşdirir. Profildən uzun, xətli kabin hissəsi - yeni dizaynlı 17 düymlük yüngül lehmli disklər ilə təchiz olunmuş - unikal görüntü və 5 sərnişin üçün əvəzolunmaz genişlik təklif edir. . Arxa üçün kristala bənzər LED kombinasiyalı işıqlar Lexusun L-motivini göstərərkən, ES 350 modelində quraşdırılmış cüt işlənmiş qaz borusu bu yeni biznes sedanın dinamik formasını tamamlayır.

Ətraf Mühit Liderliyi

ƏTRAF MÜHİT LİDERLİYİ

Həm yanacaq sərfiyyatını, həm də ziyanlı qazların emissiyasını azaltmaq üçün, ES təmiz və sərfəli körpü seçimini təklif edir. ES MC 350 modelində aşağı fırlanma müqavimətli təkərlər və ECO rejimi, Start / Stop mühərrik texnologiyası və təkmilləşdirilmiş aerodinamika ətraf mühiti qoruma fəaliyyətini inkişaf etdirir. Əslində, avtomobil bütünlüklə planetə təsiri azaltmaq üçün hazırlanmışdır: avtomobilin qapılarının iç üzlüyü və baqajın içliyi üçün üzvi "Kenaf" kompozit materialı istifadə edilmişdir və istifadə müddəti bitdikdən sonra avtomobilin 85%-i hissələrin ağıllı kodlaşdırılması sayəsində yenidən istehsala qaytarıla bilər.

17” Yüngül lehİmlİ çarxlar

17” YÜNGÜL LEHİMLİ ÇARXLAR

İki 17 düymlük yüngül lehimli çarxlar yeni ES modelində məqsədəuyğun təəssürat yaradır. Aliminiumdakı dəqiqlik (20 düymlük versiyada hazırlanmış) ilə hazırlanmış hər iki çarx 215/55 R17 az fırlanma müqavimətli şinlər ilə təchiz olunmuşdur ki, bu da öz növbəsində etibarlı dönmə performansı təmin etməklə yanaşı aşağı karbon qazı emissiyası və yanacaq sərfiyyatına öz tövhəsini verir.

Yüksək Səmərəli 4 Silindirli Mühərrik

3.5 LITRLİK V6 BENZİN MÜHƏRRİKİ

Yeni ES 350 modeli ön təkərlərə 346 Nm dönmə momenti və 249 DİN at gücü ötürür. Bu, bütün hava şəraitlərində etibarlı və dəqiq idarəetməni təmin edir, xüsusilə, yolların vəziyyətinin çətin olduğu qış aylarında. V6 mühərriki optimal güc təminatı və mühərrik səməriliyi üçün daxilolma və xaricolma klapanlarını avtomatik tənzimləyən İkili Dəyişən Klapan Vaxtını Ağıllı Tənzimləyicilər ilə təchiz olunmuşdur. Süni İntellekt Ötürücüsü sizin sürmə stilinizi və yol şəraitini nəzərə alaraq avtomatik olaraq sürətləri ötürür və sürət ötürmə növünü buna uyğun tənzimləyir.

Salon

SALON

Çox gözəl işlənmiş ağac sükanın və avadanlıqların arxasında təntənəli dəri oturacaq mükəmməl rahatlıq üçün 10-tərəfli tənzimləmə təmin edərkən, 3 zonalı kondisioner sürücü və sərnişinlər üçün fərdi hava idarəetməsi təklif edir. Digər iqlim yeniliyi nanoe® technology-dir ki, o, oturacaqları və tavanı pis qoxulardan təmizləmək üçün salona mikroskopik ionlar buraxır. Bu ionlar sizin dərinizə və saçınıza sağlam və nəmləndirici təsir göstərir. Kəskin soyuq qış aylarında əlavə istilik üçün yüksək cərəyanlı generator də təklif edirik. Bu, buzəridən ön şüşə, sükan qızdırıcısı və oturacaq qızdırıcıları kimi cihazları elektrik enerjisi ilə təmin edir.

LED / Haloqen Ön Faralar

ƏSAS MƏQAMLAR

Standart paketə daxil edilmiş zəif işıqlı LED texnologiyası güclü işıqlı halogen proyektorları ilə təkmilləşdirilmiş gecə görüntüsü təmin edir. Bundan əlavə, LED gündüz işıqları müasir görünüş yaradır və yeni ES modelinin hər zaman digər yol istifadəçiləri tərəfindən görünməsini təmin edir.

Lexus Keyfiyyəti

LEXUS KEYFİYYƏTİ

Yeni ES keyfiyyəti tamamilə yenidən təyin edir. Məsələn, bizim LS öncül avtomobilimizdə istifadə olunan özünü bərpa edən kompozit texnologiyasını istifadə edən parlaq rəngləmə. Bu nöqsansız astar boyasını yaratmaq üçün hər layı vurulduqdan sonra qurumamış əllə pardaxlanır (adətən müstəsna olaraq xüsusi sifarişlə hazırlanan abtomobillərdə istifadə edilən uzun vaxt tələb edən bir proses) və mükəmməl boya nəticəsi əldə etmək üçün həm kompüterlə, həm də əyani şəkildə yoxlanılır. Eyni dərəcədə məftunedici kabinadakı ağac hissələr Yamahanın pianino bölməsi tərəfindən fədakarlıqla işlənmiş və cilalanmışdır. Bizim Kyuşi Eko-Zavodunda hazırlanan ES modelinin bütün istehsalatı Lexus "Takumi" ustaları tərəfindən nəzarətdədir.

Mark Levinson® Səs Sistemi

MARK LEVINSON® SƏS SİSTEMİ

Tam Rəqəmsal 125 W gücləndirici və 15-spiker ilə təchiz olunmuş Mark Levinson® Premium Surround Səs Sistemi yüksək möhkəmlik, 360° stereoskopik, ev konserti təcrübəsi təmin edir. GreenEdgeTM technologiyası bütün 15 spikerdə istifadə olunmuşdur. Bu, öncəki versiyalarda istifadə olunan eyni enerji ilə ikiqat səsin çıxmasına imkan yaradır.

Sükan Seçimi

SÜKAN SEÇİMİ

Yeni 3 Sütunlu dəri naxışlı sükan ES modeli üçün hazırlanmışdır Bu, çox gözəl hiss edilən və rahat tutumludur və üzərində baş barmaqların uclarına yaxın yerləşdirilmiş səs, ekran, telefon və səs əmrləri düymələri vardır. Həmçinin, seçimə bağlı olaraq dəri və əsl bambuk ağacı və ya quş gözü qayınağacı dizaynı seçimləri şəklində mövcuddur. Və ya daha çox müstəsnalıq üçün, siz yeni ES modeliniz üçün dəri və Şimamoku naxışlı sükan sifariş edə bilərsiniz.

Arxa Çarpaz Nəqliyyat Vasitəsi Xəbərdarlığı

ARXA ÇARPAZ NƏQLİYYAT VASİTƏSİ XƏBƏRDARLIĞI

Arxa Kəsişən Nəqliyyat Həyəcanı funksiyası Görünməz Nöqtə Monitor radarını avtomobil parkında arxadan yaxınlaşan avtomobilləri təyin etmək üçün istifadə edir. Lazım olduğu zaman, o, sizi səs və qapı güzgülərində vizual görüntü ilə xəbərdar edir.

Aerodinamika

AERODİNAMİKA

Yeni ES modelinin aşağı, xətli kabin və quşburun yan güzgü hissəsinin sayəsində mükəmməl aerodinamikası vardır. Digər aerodinamik innovasiyalara təkmilləşdirilmiş hava axını idarəetməsi üçün yarı-yastı kuzov altı hissə və qapı güzgülərində və arxa faralarda xırda qanadlar daxildir. İlk dəfə Formula Bir avtomobillərində görünən bu qanadlar hava burulğanlarının ES modelinin altında yığılmasına və əsas hava axının içəri doğru hərəkətinə kömək edir, bununla da "sərhəd qatını" və ya avtomobilin ətrafındakı havanı azaldır. Bu detallara diqqət tək stabilliyi və istifadəni yaxşılaşdırmır, həm də yanacağa qənaəti artırır və küləyin səsini azaldır.

Lexus Təhlükəsizlik Sistemi +

LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİ + QARŞIDAKI TƏHLÜKƏNİ TƏYİN ETMƏK ÜÇÜN MİLLİMETR DALĞA RADARI VƏ KAMERADAN İSTİFADƏ EDİR .

Yeni ES modeli indi özündə Toqquşmadan Öncə Təhlükəsizlik Sistemini, Adaptiv Kruiz Kontrolu, Zolaqda Qalma Köməkçisini və Avtomatik Yüksək İşıq Sistemini bir dəstdə birləşdirən tam yeni Lexus Təhlükəsizlik Sistemi+ ilə sifariş edilə bilər.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

es quote 200x200 white

XARİCDƏN BİZ ES MODELİNƏ DAHA KƏSKİN, DAHA DİNAMİK GÖRÜNÜŞ VERMİŞİK. DAXİLDƏ SİZ LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİ+ İLƏ TƏCHİZ OLUNMUŞ SEDANDA TƏKMİLLƏŞDİRİLMİŞ RAHATLIQDAN HƏZZ ALACAQSINIZ.

Toşio Asahi, ES Baş Mühəndisi

AKSESUARLAR

ÖZ ES 350 MODELİNİZİ LEXUS AKSESUAR SEÇİMLƏRİ İLƏ FƏRDİLƏŞDİRİN

ÇEŞİDLƏYİN
Hamısı
TƏHLÜKƏSİZLİK

UYĞUN GƏLƏN YOXDUR

There are no available accessories for this filter. Please select another filter.