concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

GX 460

SƏRT MÖHKƏMLİK VƏ DİNAMİK GÜC - GÜCLÜ VƏ MÜRƏKKƏB “GX 460” HƏM YOLDA, HƏM DƏ YOLDAN KƏNARDA FANTASTİK HƏRƏKƏT GÖSTƏRİCİLƏRİ TƏMİN EDİR.


CO2 tullantuları, birləşdirilmiş (q/km) 303,4
Qarışıq yanacaq sərfiyyatı (l/100km) 12,8
Sürətlənmə 0-100 km/s 8,3
Maksimum sürət (km/saat) 175

109 699,00 AZN -dən başlayaraq

VALEHEDİCİ YARADILIŞ

DÜNYANIN ƏN SƏRT ƏRAZİLƏRİNDƏN RAHATLIQLA KEÇMƏK, VƏ KOMFORTLA SƏYAHƏT ETMƏK ÜÇÜN LAYİHƏLƏNDİRİLMİŞ YENİ, CƏSUR GX 460 YEDDİ SƏRNİŞİN ÜÇÜN TƏKMİLLƏŞDİRİLMİŞ MÜQAYİSƏ OLUNMAZ LEXUS DƏQİQLİYİNİ TƏQDİM EDİR.

Yeni GX 460 "mil barmaqlığı" üzərində olan Lexus nişanı və futuristik işıq saçan diodları ilə dərhal və uzunmüddətli təəssürat yaradır. Avtomobilin salonunda siz qırmızı ağacdan hazırlanmış nəfis elementlərə və 17-dinamikli Mark Levinson® audio sistemə rast gələ bilərsiniz. Yolsuzluqdakı ustalığı ilə Lexus sedanının incəliyini birləşdirərək, ultra-hamar V8 benzin mühərriki ilə təchiz olunmuş GX 460 sizə yol seçimində tam azadlıq təklif edir.

Şəhər və ya dağ yolunda GX 460-ın eyni çevikliyə malik olmasının sirri, onun "gövdənin çərçivə üzərində yerləşməsi" konstruksiyasındadır. Digər monokok (gövdə ilə şassinin bir struktur olduğu hal) SUV-lardan fərqli olaraq, GX 460-ın güclü alt çərçivəsi nahamar yol üzərində burulma gücünə məhəl qoymur. Bundan əlavə, Kinetik Dinamik Asqı Sistemi ən çətin yolsuzluqlardan asanlıqla keçmək üçün Adaptiv Dəyişkən Asqını nəzarətdə saxlayır. Yolsuzluqlarda siz Multi-Ərazi Seçimindən istifadə edib, Palçıq/Qum, Ovulan Qaya, Qaya rejimlərini seçərək, güc və əyləci tənzimləyə bilərsiniz.

QİYMƏTLƏR VƏ SPESİFİKASİYALAR

TƏFƏRRÜATLARI ÖYRƏNİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

GX 460” AVTOMOBİLİ İLƏ YAXINDAN TANIŞ OLUN

GX 460-nin salonunda - Əsas Məqamlar

ƏSAS MƏQAMLAR

GX 460 daxilində siz incə dəri oturacaqlarda istirahət edə bilərsiniz, salon isə sizin tələblərinizə uyğun layihələndirilmişdir. Bütün oturacaqlar, yolsuzluqda avtomobili idarə etmək üçün, əlavə yan dəstəyi ilə təmin olunublar. İkinci sırada qatlanan qoltuqaltı konsol təqdim olunur.

Ayaqlar üçün əlavə yer əldə etmək üçün ikinci cərgə 135 mm qədər sürüşdürülə bilər, üçüncü sıraya isə (7-yerlik versiyada) daxil olmaq üçün “giriş” funksiyası mövcuddur. Yüksək keyfiyyətli perforasiya olunmuş dəri standartdır, bir seçim kimi yarı-anilin dəri mövcuddur. Sürücü və ön oturacaq sərnişini ventilyasiya olunan və qızdırılan oturacaqlardan zövq ala bilər. Bir seçim kimi həm də ikinci sıra yan oturacaqlar də qızdırıla bilər.

İnanılmaz güclü kondisioner və istilik sistemi ilə təchiz olunmuş bu aparıcı sinif olan GX 460 salon rahatlığı və əmin-amanlığı burada əlavə Mark Levinson® Premium Surround audio sistemindən zövq almaq üçün ideal yer təklif edir. O, bu gün avtomobildə mövcud olan ən yaxşı əyləncə sistemlərindən biri, 17 xüsusi layihələndirilmiş və strateji yerləşdirilmiş dinamiklərlə 7.1 kanal audionu təqdim edir. Siz böyük 8 "ekrandan rahat istifadə edərkən, sizin qonaqlarınızın ön oturacaqların başaltıqlarında quraşdırılmış 7 düym ekranlı Arxa Oturacaq Əyləncə Sistemindən zövq almağa imkanları vardır.

GX 460-də təhlükəsizlik - Əsas Məqamlar

ƏSAS MƏQAMLAR

GX 460 qabaqcıl əyləc və çəkmə texnologiyaları ilə sizin sürücülük məharətinizi dəstəkləyir. Yerüstü səthdən asılı olmayaraq, Əyləc Gücünün Elektron Paylanma Sistemi hər təkərə tətbiq olunan dayandırılma gücünü artırır, Əyləcə Yardım Sistemi isə, lazım olarsa, əyləc gücünü artırır. Buna əlavə olaraq, Çəkməyə Nəzarət Sistemi təkərlərin fırlanmasını azaldır, Nəqliyyat Sabitliyinə Nəzarət Sistemi isə ekstremal vəziyyətlərdə müdaxilə edir.

Arxa hissə üçün, Blind Spot Monitor ("Görünməyən" Zonanın Monitoru) gözədəyməz ötmə vasitələri haqqında sizə xəbərdarlıq verir. Xoşagəlməz toqquşma hadisə zamanı, möhkəm təhlükəsizlik bölməsi və 10 təhlükəsizlik balışları sizi və sərnişinləri qoruyur.

GX 460-nin idarə edilməsi - Əsas Məqamlar

ƏSAS MƏQAMLAR

GX 460 indiyə qədər layihələndirilmiş 4x4 avtomobillərindən ən bacarıqlısıdır. Qar, palçıq və buz kimi sürüşkən səthlərdə maksimum çəkmə qüvvəsini təmin edən daimi tamötürücülü sistem, Multi-Ərazi Seçim kimi, inkişaf etmiş, yolsuzluğa nəzarət sistemi ilə birləşir.

Çətin şəraitlərdə dəqiq əmr vermək üçün Multi-Ərazi Seçim Sistemi Palçıq/Qum, Ovulan Qaya, Qaya rejimlərində əyləc və sürətləndiricinin parametrlərini avtomatik tənzimləyir. Multi-Ərazi ABS sistemi qar və ya çınqıl kimi səthləri təyin edib, əyləc xüsusiyyətlərini tənzimləyən zaman, Təpəyə Qalxma Köməkçi Nəzarət Sistemi və Təpədən enmə Köməkçi Sistemi sizə sərt yamaclardan keçməyə yardımçı olur. Nəhayət, çox kobud yarğanlar üçün, Crawl Control (Yolsuzluqda Hərəkətə kömək edən Sistem) sizə, hər hansı bir pedal əməliyyatı etmədən, diqqətinizi tam idarəetmədə cəmləməyə kömək edir.

Lakin, yeni GX 460-ın əla yolsuzluq imkanları hamar yolda zərif idarəetməni şübhə altına qoymur. Həqiqətən də, onun inkişaf etmiş çəkməyə qarşı elektron nəzarət texnologiyaları, zərif asqısı və daimi tam ötürücülüyü yolda çevik, olduqca rahat idarəetməni və performansı təmin edir.

7 və ya 5- Oturacaqli Versiya

7 VƏ YA 5- OTURACAQLI VERSİYA

Yeddi oturacaqlı GX 460 siz və sizin altı qonağınız üçün bənzərsiz rahatlığı təklif edir. İkinci sıra, onun qatlanan mərkəzi qoltuqaltısı ilə, əlavə sahə və ayaq yeri üçün 135 mm qədər ön və arxaya sürüşdürülə bilər. Heç də arxa planda deyil – üçüncü oturacaq sırası əhəmiyyətli dərəcədə yumşaq üzlənib və iki böyük sərnişin üçün yer təklif edir. Təbii ki, bütün yeddi oturacaqlar başaltlıqları ilə təchiz olunub.

GX 460 beş oturacaqlı iki-cərgəli versiyası üçüncü oturacaq sırası tələb etməyən alıcılar üçün mövcuddur. Baqaj bölməsinin həcmi bu versiyada artırılmışdır.

Kinetik Dinamik Asqı / Adaptiv Dəyişən Asqı

KİNETİK DİNAMİK ASQI / ADAPTİV DƏYİŞƏN ASQI

Sürüşkən yollarda GX 460 Lexus sedanın hamar zərifliyini təqdim edir. Bu, əsasən, "gövdənin çərçivə üzərində yerləşməsi” konstruksiyası, ikiqat ön asqının qolu, dörd-hissəli sərt arxa ox, və, xüsusilə, layihələndirilmiş Kinetik Dinamik Asqı Sistemi sayəsində baş verir. Bu, qabaqcıl asqı sistemi, ön və arxa stabilizatorlara nəzarət edib, sərt döngələrdə avtomobilin şaquli xətdən yayınmasını azaldaraq, hidravlikadan istifadə edir.

Bundan əlavə, Adaptiv Dəyişkən Asqı sizə idarəetmə xüsusiyyətlərini dəqiq tənzimləməyə imkan yaradır: gündəlik yol üçün "Normal", uzun məsafələrə rahat səyahət etmək üçün "Komfort", idarəetmədən zövq almaq və dinamik xüsusiyyətləri əldə etmək üçün "Sport" rejimi mövcuddur.

“Kor Sahə”lərə nəzarət sistemi

“KOR SAHƏ”LƏRƏ NƏZARƏT SISTEMI

Arxa bamperdə quraşdırılmış radar cihazları yan güzgülərdə görünməyən yanaşı olan zolaqlarda hərəkət edən avtomobilləri aşkar edir. Əgər sürücü zolağı dəyişmək niyyətində olduğunu işarə edirsə və və onu arxadan ötmək istəyən avtomobil “Kor Sahə”yə daxil olursa, müvafiq yan güzgüdə(-lərdə) xəbərdarlıq siqnalı qoşulur.

Multi-Terrain Select (Multi-Ərazi Seçim) Sistemi / Crawl Control (Yolsuzluqda Kömək Sistemi)

MULTI-TERRAIN SELECT (MULTİ-ƏRAZİ SEÇİM) SİSTEMİ / CRAWL CONTROL (YOLSUZLUQDA HƏRƏKƏTƏ KÖMƏK EDƏN SİSTEM)

GX 460 dünya üzrə ən inkişaf etmiş dartma və əyləc sistemləri ilə seçilir. Yolsuzluq şəraitində səyahət edərkən, aşağı diapazona keçin, bu zaman, avtomobil dərhal sürət və fırlanma anına nəzarəti daha da artırır. Sonra, səhra şəraitində əvəzsiz komanda üçün, Multi-terrain Select (Multi-Ərazi Seçim) sistemi, Palçıq/Qum, Ovulan Qaya, Qaya şərait seçiminə uyğun olaraq, əyləc və sürətləndirici ayarları tənzimləyir.

ABS Multi-terrain Select (Multi-Ərazi Seçim) sistemi qar və ya çınqıl kimi yumşaq səthləri müəyyən edə bilir və, müvafiq olaraq, avtomatik avtomobilin ABS əyləc sistemini tənzimləyir. Daha kobud cığır və yarğanlar üçün Crawl Control (Rahat hərəkətə nəzarət) rahat sürəti seçməkdə sizə yardımçı olur. Bununla siz, hər hansısa bir çətin pedal əməliyyatı etmədən, fikrinizi tam GX 460-ın idarə olunmasında cəmləşdirə bilirsiniz.

Dik künclərdə, Təpəyə qalxma Köməkçi İdarə sistemi geriyə hərəkət etmədən, təpəyə hamar qalxmanı təmin edir. Dik yollarda, aşağı hərəkət edərkən, Təpədən enməyə yardım sistemi, avtomatik olaraq, dörd əyləci tənzimləyir. Bu tam sürüşkən yollarda belə, təhlükəsizliyi təmin edir.

Dörd Gizli Kamera

DÖRD GİZLİ KAMERA

Dörd strateji yerləşdirilmiş kamera - ön barmaqlıq, hər qapı güzgüsünün korpusu və baqaj qapısı - GX 460 quraşdırıla bilər. Onlar, yolda və yolsuzluq ərazilərdə manevr etməyə yardım edərək, altıya qədər xarici görünüşü təqdim edir.

Lexus Sənətkarlığı

LEXUS SƏNƏTKARLIĞI

Bizim mükafat qazanmış Tahara zavodunda layihələndirilmiş GX 460 dünyanın ən üstün istedadlı sənətkarlarını nümayiş edir. Siz qırmızı ağacdan hazırlanmış, cilalanmış taxta inkrustasiyalara ilk dəfə toxunan zaman və ya əlinizdə gözəl işlənmiş dəri sükanı saxlayan zaman bunu hiss edəcəksiniz. Ənənəvi Yapon sürüşmə qapıları ilə təchiz olunmuş əşya bölməsi səssiz sürüşərək açılır.

Xarici tərəfdən qüsursuz boya, altdan vurulan hər astar layının yaş əl cilalanması ilə əldə edilir. (bu vaxt aparan proses, adətən, xüsusi sifarişlə olan avtomobillərə tətbiq edilir) və, eləcə də, göz və rəqəmsal yolla yoxlanılır.

Daimi All-Wheel Drive (Tam Ötürücülü)

DAİMİ ALL-WHEEL DRIVE (TAM ÖTÜRÜCÜLÜ)

Ön və arxa diferensiallar sayəsində üç propeller valları və TORSEN® Məhdud Sürüşmə Diferensialı, sərt daimi tam ötürücülük - yolsuzluq üçün nəzərdə tutulmuş GX 460-ın əsaslarındandır. Maksimum çəkmə gücünü təmin etmək üçün, diferensialın müqavimət momenti hər təkərdə mövcud olan dəstəyə uyğun olaraq, gücü paylayır.

LED (İşıq ötürücü diodlar) ÖN İŞIQLAR

LED (İşıq ötürücü diodlar) ÖN İŞIQLAR

Cazibəli LED (işıq ötürücü diodlar) işıqları, GX 460-ın yaxın məsafə üçün nəzərdə tutulmuş işıqları və LED gündüz çalışan işıqları ilə birlikdə nəzərdə tutulmuşdur. Uzaq məsafə üçün nəzərdə tutulmuş ksenon işıqlar və Avtomatik Uzaq İşıqlar ümumilikdə müstəsna işıqlandırmanı təmin edir.

ERA-GLONASS

ERA-GLONASS

Təhlükəsizliyinizi ön yerə çəkməklə ERA-GLONASS sizi mexaniki və avtomatik qəza çağırış funksiyası ilə təmin edir.

Bu qəza çağırış düyməsi sizə yolda qəzaya düşdüyünüz halda dərhal yardım çağırmaq imkanını verir.

Avtomatik rejimə ayarlandıqda sistem toqquşma zamanı təhlükəsizlik yastıqları açılan zaman qəza xidməti ilə əlaqə yaradır. Ağıllı sistem həmçinin dəqiq mövqeniz və identifikasiya barədə məlumatlar təmin edir.

17 dinamikli Mark Levinson® Audio

17 DİNAMİKLİ MARK LEVİNSON® AUDİO

GX 460 xüsusi şəkildə Mark Levinson® Premium Surround audio sistemi ilə sifariş oluna bilər. Bu, mərkəzi 8" sensor ekranla və 7.1 kanal audio sistemi ilə təchiz olunan paket, əvəzsiz ev kinoteatr imkanını təklif edir.

Mark Levinson dünyanın ən çox tələb olunan yüksək dərəcəli audio avadanlıq istehsalçılarından biridir. 1972-ci ildən başlayaraq, təmiz musiqi reproduksiyası üçün onların nüfuzu əfsanəvi olmuşdur. Onların bu sisteminin, orijinal ifaya heç bir əlavəsi və ya ixtisarı olmadan, audio incəliklərin və nüansların reproduksiya etməsı qeyri adi imkana malik olması deməkdir. Mark Levinson özü 1969-cu ildə Vudstokda mikşer pultunu yaratmış və o ildən başlayaraq, audio sənayenin yüksək dərəcəli banisi kimi qəbul olunmuşdur.

Bir neçə lüks avtomobil istehsalçılarının yanaşmalarına baxmayaraq, biz Mark Levinson ultra-yüksək keyfiyyətli avadanlığın yeganə nümayiş edənləriyik. Lexus avtomobili yüksək rahatlıq və sakit avtomobil gəzintisi üçün elmi dərəcədə layihələndirilmişdir. Onlar “avtomobildə konsert salonu“ kimi mükəmməl akustik imkanı təqdim edir. Hər bir Lexus modelində Mark Levinson sistemi əziyyətlə optimallaşdırılıb, komponentlər tənzimlənib, dinamiklər yerləşdirilib və tüninq unikal akustik mühit üçün tətbiq olunub.

Multi-Terrain (Multi-Ərazi) Monitoru / Avtomobilin Dönmə Bucağı

MULTI-TERRAIN (MULTİ-ƏRAZİ) MONİTORU / AVTOMOBİLİN DÖNMƏ BUCAĞI

GX 460 dünya üzrə ən inkişaf etmiş dartma və əyləc sistemləri ilə seçilir. Yolsuzluq şəraitində səyahət edərkən, aşağı diapazona keçin, bu zaman, avtomobil dərhal sürət və fırlanma anına nəzarəti daha da artırır. Sonra, səhra şəraitində əvəzsiz komanda üçün, Multi-terrain Select (Multi-Ərazi Seçim) sistemi, Palçıq/Qum, Ovulan Qaya, Qaya şərait seçiminə uyğun olaraq, əyləc və sürətləndirici ayarları tənzimləyir.

ABS Multi-terrain Select (Multi-Ərazi Seçim) sistemi qar və ya çınqıl kimi yumşaq səthləri müəyyən edə bilir və, müvafiq olaraq, avtomatik avtomobilin ABS əyləc sistemini tənzimləyir. Daha kobud cığır və yarğanlar üçün Crawl Control (Rahat hərəkətə nəzarət) rahat sürəti seçməkdə sizə yardımçı olur. Bununla siz, hər hansısa bir çətin pedal əməliyyatı etmədən, fikrinizi tam GX 460-ın idarə olunmasında cəmləşdirə bilirsiniz.

Dik künclərdə, Təpəyə qalxma Köməkçi İdarə sistemi geriyə hərəkət etmədən, təpəyə hamar qalxmanı təmin edir. Dik yollarda, aşağı hərəkət edərkən, Təpədən enməyə yardım sistemi, avtomatik olaraq, dörd əyləci tənzimləyir. Bu tam sürüşkən yollarda belə, təhlükəsizliyi təmin edir.

On Təhlükəsizlik Müdafiə Vasitəsi

ON TƏHLÜKƏSİZLİK MÜDAFİƏ VASİTƏSİ

GX 460 bütün sərnişinlərin qorumasında yardımçı olan xüsusi on təhlükəsizlik balışları ilə təchiz olunub. İkiqat təhlükəsizlik, baş üçün balışlara əlavə olaraq, sürücü və yan sərnişin üçün diz və yan tərəf təhlükəsizlik balışları da mövcuddur. İki sıra sərnişin oturacaqlarının da təhlükəsizlik balışları vardır. Bu zaman qorunma balışları kompleks müdafiəni tamamlayır.

Üç oturacaq sıralarında sərnişinləri qorumaq üçün təhlükəsizlik qorunma pərdələri yan pəncərələrin tam uzunluğu boyunca açılır. Onlar yan təsir zamanı, və ya, ehtimalı az olan aşma zamanı, millisaniyə ərzində açılır.

Arxa Oturacaqlar Üçün Əyləncə

ARXA OTURACAQLAR ÜÇÜN ƏYLƏNCƏ

GX 460 Arxa Oturacaq Əyləncə Sistemi ilə müəyyən edilə bilər. Ön oturacaq başaltıqlarının arxasında quraşdırılmış 7 düymlü ekranlar da mövcuddur. Onların hər biri qulaqlıq və ya avtomobilin 17 dinamikləri vasitəsilə ilə müxtəlif film və ya audio oyun çatdıra bilər.

Multimediya Naviqasiyasi

MULTİMEDİA NAVİQASİYASI

Tam rəngli Multi-Vision (Elektro-Multi Baxışlı - EMB) displey həm sürücü, həm də sərnişin üçün cihaz panelinin mərkəzində ideal yerləşdirilmişdir. Bu 8" EMB sensor ekran bir neçə multimedia əlavələrinə intuitiv nəzarət edir. İstifadədə çox rahat, 8" sensor ekran parlaq 3D qrafiklər və bir sıra xəritəçəkmə variantlarını təklif edir. Dayanacaqda park edən kimi, sistem, hətta, sizin smartfonunuz üçün keyfiyyəti qiymətləndirilmə kodunu yaradır və təyin olunmuş əraziyə piyada yolun istiqamətini göstərir.

Bir neçə rəqəmsal əlavələr multimedia ekranına sinxronizasiya oluna bilər. Məsələn, sadəcə olaraq bütün ünvan kitabçasını smartfonlardan yükləyə bilərsiniz, və sonra ekran vasitəsilə məlumatları nəzərdən keçirə bilərsiniz.

Yeni GX 460-ın əvəzsiz keçid qabiliyyətini dəstəkləyərək, mərkəzi 8" displey, həmçinin, səhra şəraitində naviqasiya üçün inkişaf etmiş kompas displeyini təklif edir.

Treyler Yellənməsinə Nəzarət

TREYLER YELLƏNMƏSİNƏ NƏZARƏT

Treyler Yellənməsinə Nəzarət Sistemi bəzən yan külək, kələ-kötür yollar və ya qüsurlu sükan idarəetməsi səbəbindən irəli gələn treyler yellənməsinin Qarşısını almaq üçün yeni GX 460-da təchiz olunur. Sistem yellənməni hiss edən kimi, arzuolunmaz hərəkəti zəiflətmək və arxada hərəkət edən avtomobilləri xəbərdarlıq etmək üçün yavaşıtma və sabitləşdirməni tətbiq edir.

Tənzimlənən oturacaq

TƏNZİMLƏNƏN OTURACAQ

Avtomobil oturacağının konfiqurasiyasının dəyişdirilməsi bundan asan ola bilməzdi. İkinci cərgə oturacaqlar 40:20:40 nisbətində bölünə bilər və ya arxaya qatlana bilər. Yeddi oturacaqlı modelin üçüncü cərgəsində elektrik motor sizə iri əşyaları yerləşdirmək üçün bir və ya hər iki oturacağı asanlıqla bağlamağa kömək edir.

Ultra-Möhkəm Konstruksiya

ULTRA-MÖHKƏM KONSTRUKSİYA

Yüksək dərəcəli yolsuzluq performansı üçün möhkəm güc və müstəsna dönmə sərtliyi çox əhəmiyyətlidir. GX 460 yeni standartları burada təyin edir. İnanılmaz sərt çərçivə yaratmaq üçün zərbəyə davamlı poladdan istifadə olunur.

Bu ultra möhkəm konstruksiya yalnız yolsuzluq performansının üstünlüyü deyil. O, həmçinin, GX 460 yüksək dərəcəli səssiz, təhlükəsiz və möhkəm nəqliyyat vasitəsi kimi təqdim edir.

Soyuducu

SOYUDUCU

Ön mərkəzi qolaltının altında rahat bir yerdə yerləşən GX 460 soyuducusu içki və qəlyanaltı məmulatlarını sizin istifadəniz üçün hətta ən isti günlərdə belə soyuq halda saxlayır.

Avtomobilin Sabitliyinə Nəzarət Sistemi / Çəkməyə Nəzarət Sistemi

AVTOMOBİLİN SABİTLİYİNƏ NƏZARƏT SİSTEMİ / ÇƏKMƏYƏ NƏZARƏT SİSTEMİ

Avtomobil sabitliyinə nəzarət sistemi nəqliyyat vasitəsinə nəzarətin saxlanılmasında kömək edir, xüsusən də, döngələri sürətlə keçən zaman və ya, avtomobil sürüşməyə başladıqda. Sabitlik təkmilləşdirilmişdir, avtomobilin sürəti əyləc seçmə tətbiqi və ya, güc azaldılması ilə azalır.

Çəkməyə qarşı nəzarət Sistemi GX 460-ın yolla cazibə qüvvəsi olan bacarığını artırır, xüsusilə də, hərəkətə başlayan və ya qeyri-bərabər və sürüşkən səthlərdə sürətləndirilən zaman. Islahedici tədbirlər, yolla cazibə qüvvəsini saxlayaraq, təkərlərin sürüşmə vaxtında tətbiq olunur.

V8 Mühərriyi

V8 MÜHƏRRİKİ

GX 460 olduqca çevik, 4.6 litrlik V8 benzin mühərriki ilə təchiz olunub. Şəhərdə hamar gücü (vibrasiyanı azaltmaq məqsədilə dirsəkvarı val əl ilə cilalanır), və ya, yolsuzluqda səyahət etmək istəyirsinizsə və, yaxud, treyler çəkmək məcburiyyəti olarsa, təsir bağışlayan fırlanma anı təqdim olunur. Bu sinif avtomobillərdə aparıcı səssizlik və zərifliyə nail olmaq üçün Cüt Tənzimlənən Dəyişkən Qazpaylayıcı Fazalar (TDQF) fırlanma anını artırmaq məqsədilə daxil olan və çıxan vaxtı dəyişir. Bu vaxt əhəmiyyətli dərəcədə CO2, azot oksidləri və karbohidrogenlər kimi işlənmiş emissiyaların miqdarı azalır.

Yolsuzluq üçün nəzərdə tutulmuş avtomobilin rahatlığını təmin etmək məqsədilə, 6-pilləli avtomat transmissiya səssiz yüksək sürətli səyahəti və olduqca möhkəm gücü, çevik xətti sürətləndirilməni təmin edir. Ultra hamar səyahəti təmin edərək, Süni İntellekt-SHIFT (sürət dəyişmə) idarəetmə proqram təminatı sürətdəyişməni fəal nəzarət altında saxlamaq məqsədilə, daima yol şəraitini və sizin sürücülük stilinizi qiymətləndirir.

Onurğa Xəsarətinin Qarşısını Almaq Üçün Sistem

ONURĞA XƏSARƏTİNİN QARŞISINI ALMAQ ÜÇÜN SİSTEM

Ön oturacaqlar çevik, Onurğa Xəsarətinin Qarşisini almaq üçün Sistemlə təchiz olunublar. Buna əlavə olaraq, Aktiv Başaltıqları boyun zədə riskini azaltmaq üçün arxa təsir zamanı, demək olar ki, dərhal yuxarı və ya, irəli hərəkət edir.

Üç-Zonali Havalandirma / Soyuducu-Qutu

ÜÇ-ZONALI HAVALANDIRMA / SOYUDUCU-QUTU

GX 460 interyeri, ön və arxa hissədə quraşdırılmış ayrı-ayrı kondisioner bölmələri sayəsində tez bir zamanda qızdırılan kimi, tez də soyudulur. Onlar soyuq iqlim şəraitində ənənəvi sistemlərdən iki dəfə artıq çalışır və -45°C-dən +45°C kimi ekstremal test edilmişdir.

GX 460-da sürücü, ön və arxa oturacaq sərnişinlərin fərdi iqlim zona dəstindən istifadəsinə əlavə olaraq, üç zonalı havalandırma sistemi də mövcuddur.

Ön mərkəzi qoltuqaltının altında GX 460-ın rahat yerləşdirilmiş soyuducu qutusu, hətta ən isti havalar da belə, içki və qəlyanaltıları təzə və zövq almaq üçün hazır vəziyyətdə saxlayır.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

GX SPORT

GX460 2017 SportCutout

HARADA SÜRMƏYİNİZDƏN ASILI OLMAYARAQ MAKSİMUM DİQQƏT CƏLB EDİR

Bir az da əzəmətli görünən xüsusi buraxılış GX 460 Sport modeli idman üslubuna xas olan xüsusi cizgilərə üstünlük verən sürücülər üçün dizayn olunmuşdur.

GX 460 Sport təsirli ön və arxa spoylerlər, tunc çəkilmiş yüngül xəlitəli disklər, optimallaşdırılmış qapı güzgüləri və xromlu qaz borusu ilə ifadə olunan dizayna malikdir.

GX460 2017 SportFeatures FrontSpoiler 300x220 Sport FULL 2017

ÖN BAMPER SPOYLERİ

GX 460 Sport modelinin dəbdəbəli dizaynlı ön bamperi Lexus brendinə xas olan "şəbəkəli radiator barmaqlığını" mükəmməl şəkildə tamamlayır. O, tunc çəkilmiş fiqurlu və cəlbedici havaalma boruları ilə xarakterizə olunur.

GX460 2017 SportFeatures RearSpoiler 300x220 Sport BACK 2017

ARXA BAMPER SPOYLERİ

GX 460 Sport modelinin avtomobilə əzəmət bəxş edən xətləri arxa bamper spoylerlə vurğulanır. Onun gözəl dizaynı SUV-nin əhatəli duruşunu daha da artırır.

GX460 2017 SportFeatures 18Alloys 300x220 Sport SIDE 2017

18 düym XƏLİTƏLİ DİSKLƏR

Tünd tunc çəkilmiş özünəməxsus 12-oxlu yüngül xəlitəli disklər GX 460 Sport modelinin əzəmətini və təkimlləşdirilmiş idarəetmə imkanlarını vurğulayır.

GX460 2017 SportFeatures DoorMirrorDesign 300x220 Sport FULL 2017

QAPI GÜZGÜLƏRİ

GX 460 Sport modeli üçün eksklüziv olan qapı güzgülərinin dizayn elementləri avtomobilin əzəmətli görünüşünü mükəmməl şəkildə tamamlamaqla ən son Lexus dizayn üslubunun tətbiqi ilə yaradılır.

GX460 2017 SportFeatures ChromeExhaust 300x220 Sport BACK 2017

XROMLU İŞLƏNMİŞ QAZ BORUSU

Diqqət cəlb edən xromlu paslanmayan poladdan hazırlanmış işlənmiş qaz borusu GX 460 Sport modelinin əzəmətli qüvvətli görünüşünü daha da artırır.

GX460 2017 SportFeatures SportBadge 300x220 Sport LOGO 2017

İDMAN EMBLEMİ

'F' yüksək performanslı model sıramızla təlqin olub bu fərqləndirici emblem başgicəlləndirən sürücülük təcrübələrini yaratmaq cəhdimizi vurğulayır.