concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LX 450d

V8 TURBO DİZEL GÜCÜNÜ VƏ EFFEKTİNİ BU YENİ 5-OTURACAQLI LYUKS SUV MODELİNDƏ KƏŞF EDİN


CO2 tullantıları, birləşdirilmiş (q/km) 270
Qarışıq yanacaq sərfiyyatı (l/100km) 10,2
Sürətlənmə 0-100 km/s 8,6
Maksimum sürət (km/saat) 210

140 946,00 AZN -dən başlayaraq

YENİ LX 450d

YENI LX MODELI QÜVVƏTLİ "ÖN ŞƏBƏKƏ", ÜÇQAT L-ŞƏKİLLİ LED ÖN FARALAR VƏ DİNAMİK STİL İLƏ TƏCHİZ OLUNMUŞDUR.

Getdiyiniz hər yerdə başgicəlləndirici təsir yaratmaq üçün yaradılmış yeni cazibədar LX modeli böyek Lexus imzalı "ön şəbəkə", gündüz işıqları ilə seçilən LED ön faralar və göz qamaşdıran LED dumana qarşı faralar ilə təchiz olunmuşdur. Unudulmaz təəssürat yaratmaq üçün hazırlanmış bu avtomobildə siz tezliklə cəlbedici arxa dayaqları, böyük 21 düymlük təkərləri və eleqant yumşaqlıqla avtomatik açılan orta bölgülü baqaj qapısını görəcəksinz. Arxada L-şəkilli LED faralar müasir görünüş üçün incə şəkildə işlənmiş xrom bəzəklər ilə təchiz olunmuşdur. Sonda isə yüksək sürətlərdə maksiumum əminlik və rahatlığa nail olmaq üçün külək səsi diqqətlə işlənmiş dam relsləri, qapı güzgüləri və pəncərə çərçivəsi qəlibləri ilə azaldılmışdır.

Cazibədar yeni Lexus LX modeli güclü SUV dizaynı ilə möhkəm qüvvətin qüsursuz kombinasiyasını təşkil edir. İçəridə bu mödel gözəl işlənmiş dəri oturacaqlardan yeni Lexus Climate Concierge havalandırma sisteminə kimi qeyri-adi müasir təkmilləşdirmə səviyyəsi nümayiş etdirir. Bunlardan əlavə, möhtəşəm stil və lyuks ilə səkkiz adamı daşıya bilən LX modeli sizə demək olar ki, istənilən yerə getmək azadlığı verir. Bu, LX modelinin dünya ətrafında 1.3 milyon kilometr sürülməsi də daxil olmaqla ən dəqiq yoxlama proqramının nəticəsidir. Və bu da sözün əsl mənasında möhtəşəmi yaratmayana qədər dayanmadığımızı sübut edir.

QİYMƏTLƏR və XÜSUSİYYƏTLƏR

TƏFƏRRÜATLARI ÖYRƏNİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

LX 450d MODELİNİ DAHA YAXINDAN TANIYIN

LX 450d modelinin idarə edilməsi - Əsas Məqamlar

LX 450d MODELİNİN İDARƏ EDILMƏSI - ƏSAS MƏQAMLAR

Həm uzun məsafəli səyahətləri, həm də yolsuzluq şəraitlərini dəf etmək üçün xüsusilə hazırlanmış yeni LX 450d modelinin 4.5 litrlik V8 turbo dizel mühərriki cilalanmamış 6-sürətli avtomatik transmissiya vasitəsilə 272 DİN at gücü və möhtəşəm 650 Nm dönmə momenti təqdim edir. Ani güc və AVRO 5 emissiya səviyyəsi yeni texnologiyaların, habelə, cüt az ağırlıqlı turbo, G3 piezo inyektorları ilə təchiz olunmuş ən son ortaq boru püskürtmə sistemi və Sürmə Rejimi Seçmə funksiyalarının nəticəsidir. Dünya səviyyəli Lexus təkmilləşməsinə titrəyişi azaldan hidravlik mühərrik oturacaqları və geniş səs izolyasiyası tədbirləri vasitəsilə nail olunmuşdur.

LX 450d Modelinin İnteryeri - Əsas Məqamlar

LX 450d MODELİNİN İNTERYERİ - ƏSAS MƏQAMLAR

Müasir kabina arxitekturası ilə əhatə olunmuş bu modelin gözəl tikilmiş dəri oturacaqları xüsusilə yolsuzluq şəraitində hərəkət edərkən əhəmiyyətli olan əlavə kənar dəstəkləri təmin edir. Avtomobili sürdükcə əsas məlumatlar rəngli Ön Şüşə Displeyi vasitəsilə birbaşa sizin qarşınıza gəlir və ya ön panel göstəriciləri arasında 3D multimedia ekranında göstərilir. Səs, klimat və naviqasiya sistemlərinə ən sonra Uzaqdan idarəetmə sistemini istifadə edərək mərkəzi 12.3 düymlük Lexus Premium Naviqasiya ekranında daxil olmaq olar. Yeni LX modeli onun kabinasının akustik xüsusiyyətlərinə uyğunlaşması üçün 4000 saat üzərində işlədiyimiz sifarişlə hazırlanmış 19 spikerli Mark Levinson® Reference Surround səs sistemi ilə təchiz olunmuşdur.

LX 450d Modelində Təhlükəsizlik - Əsas Məqamlar

LX 450d MODELİNDƏ TƏHLÜKƏSİZLİK - ƏSAS MƏQAMLAR

Ciddi yol qəzalarının qarşısını almaq məqsədilə Lexus hər zaman təhlükəszilik və sürücüyə dəstək texnologiyaların inkişaf etdirilməsi üzrə hər kəsdən öndə olmuşdur. Dünyanın ən böyük sürmə simulyatorunda aparılan araşdırmalardan sonra yeni LX modeli artıq ən son Lexus Təhlükəsizlik Sistemi+ ilə təchiz olunmuşdur. Buna piyadanı təyin edən Qəzaöncəsi Sistemi: yolunuzda qalmaq üçün Zolaqda Qalma Köməkçisi: gecə vaxtı yüksək görüntü üçün Avtomatik Yüksək İşıq Sistemi və qarşıdakı avtomobilin sürətinə uyğun avtomobilinizin sürətini tənzimləyən Adaptiv Kruiz Kontrol sistemi daxildir.

Bu şəkil yalnız məlumat vermək məqsədilə istifadə olunmuşdur və xüsusiyyətləri dəyişə bilər. Ətraflı məlumat üçün yerli dileriniz ilə əlaqə saxlayın.

V8 Turbo Dizel

V8 TURBO DİZEL

LX 450d modelinin cüt turbo dizel mühərriki dinamik gücü mühəndislik möhkəmliyi ilə birləşdirir. Möhkəm 6-sürətli avtomatik transmissiya vasitəsilə möhtəşəm 650 Nm dönmə momenti yaradan yeni lyuks SUV modeli avtomaqistrallarda avtomobilləri sürətlə ötməklə yanaşı ən çətin yolsuzluq şəraitlərini də dəf edir.

Uyğunlaşan Dəyişkən Asqı

UYĞUNLAŞAN DƏYİŞGƏN ASQI

Həm düz yollarda, həm də yolsuzluq şəraitində performansı gücləndirən Uyğunlaşan Dəyişkən Asqı (UDA) avtomobilin hündürlüyünü müvafiq qaydada tənzimləyir. Yolda yüksək sürətlə hərəkət edərkən aerodinamik performansı artırmaq üçün AVS funksiyası avtomobilin hündürlüyünü azaldır. Və bundan əlavə, avtomobildən düşməni və minməni rahatlaşdırmaq üçün avtomobil 150 mm qədər enə bilir.

Davamlı Tam Ötürücü Mexanizmi

DAVAMLI TAM ÖTÜRÜCÜ MEXANİZM

Möhkəm davamlı tam ötürücülü sistem ön/arxa diferensialı və TORSEN® Limited Sürüşmə Diferensialı ilə təchiz olunmuş yeni LX modelinin ən yüksək yolsuzluq bacarığının önəmli hissəsidir. Maksimum dartma qüvvəsi üçün dönmə momentinə həssas diferensial hər təkər üçün mövcud yola yapışmaya uyğun olaraq gücü paylayır.

Üçlü LED Faraları

ÜÇLÜ ‘L’ LED FARALARI

Modernləşdirilmiş “L” formalı ön faralar yaxın və uzaq işıq rejimləri üçün eyni LED işıq mənbəyindən istifadə edir. Unikal aura yaratmaq üçün onlar, inteqrasiya olunmuş ardıcıl göstəricilər ilə Gündüz İşıqları vasitəsilə nəzərə çarpdırılır.

Gizli Kameralar

GİZLİ KAMERALAR

Yeni LX modelində ön şəbəkədə, hər iki qapı güzgüsündə və baqaj qapısında strateji cəhətdən yerləşdirilmiş dörd kamera vardır. Onlar ən çox altı xarici görünüşü çəkə bilirlər və bu da həm yolda, həm də yolsuzluq şəraitində manevr etməyə kömək edir.

Arxa LED İşıqlar

ARXA LED İŞIQLAR

"L" şəkilli LED işıqlar kristal kimi xətti işıqlandırma təmin edir və dinamik xrom bəzəklərlə işlənmişdir. Bu çox geniş arxa işıqlar aydın görünməni təmin edir və göz oxşayan ardıcıl LED göstəricilərinə malikdir (seçimə bağlı).

ERA-GLONASS

ERA-GLONASS

Məxsusi olaraq sizin təhlükəsizliyiniz üçün işlənib hazırlanmış "ERA-GLONASS" sizi mexaniki və ya avtomatik təcili qəza zənginin funksionallığı ilə təmin edir.

Təcili qəza zəngi düyməsi, sizə yolda olarkən hər hansı hadisə və ya avtoqəza ilə üzləşən zaman, yardım üçün dərhal müraciət etməyə imkan verir.

Avtomatik rejimə quraşdırılanda, toqquşma zamanı hava yastıqçaları açılan kimi, sistem müvafiq qəza xidmətləri ilə əlaqə saxlayır. İntellektual sistem sizin olduğunuz yer və şəxsiyyətiniz haqqında dəqiq məlumatlar da təqdim edir.

Takumi Sənətkarlığı

TAKUMİ ATELYESİ

Yeni LX modeli öz qüsursuz keyfiyyəti ilə seçilir: incə şəkildə işlənmiş dəri, gözəl xırda açıq məsaməli taxta içliklər, heç bir SUV avtomobilində olmayan daha parlaq və uzunömürlü hamar boya rəngi. İstehsal keyfiyyətin mükafat qazanmış standartlarımıza uyğun olmasını təmin etmək üçün ciddi yoxlamalar aparan Lexus "Takumi" sənətkarlarının nəzarətində yüksək bacarıqlı komanda tərəfindən yerinə yetirilir. Hərtərəfli final sınağına getməzdən əvvəl hər bir lyuks SUV modeli tamamlandıqdan sonra bizim "Səssis Otaq" adlandırılan məkanda hamarlıq və incəlik cəhətdən yoxlanılır.

Mark Levinson® Audio

MARK LEVINSON® AUDIO

19 spikerli Mark Levinson® Reference Surround sistemi avtomobil əyləncəsi üçün ev kinoteatrı təsiri bağışlayır. Bu sistem AM/FM tyuneri, ön paneldə bir girişli CD/DVD pleyeri və maksimum 750 vatlıq güc ilə təhciz olunmuşdur.

Lexus Premium Naviqasiyası

LEXUS PREMİUM NAVİQASİYA

Bölgülü ekran, yaxınlaşdırma və 3d stilli qrafika kimi müxtəlif funksiyaları özündə cəmləşdirən sürətli və rahat idarəetmədən həzz alın. Bütün məlumatları Rus dilində olmaqla ən sonra xəritələrin yeniləməlrəini yerli Səlahiyyətli Lexus Satıcısında əldə edə bilərsiniz.

A-Zone Klimat Kontrolu

A-ZONE KLİMAT KONTROLU

Burada dörd müstəqil temperatura nəzarət zonası vardır: sürücü, öndə əyələşən sərnişin və ikinci və üçüncü arxa oturacaqların sol və sağ tərəfləri. Cüt havalandırıcı qurğu, 28 nəfəslik və paylayıcı sabit xoş daxili iqlimi təmin edir.

Bu şəkil yalnız məlumat vermək məqsədilə istifadə olunmuşdur və xüsusiyyətləri dəyişə bilər. Ətraflı məlumat üçün yerli dileriniz ilə əlaqə saxlayın.

Ön Şüşə Displeyi

ÖN ŞÜŞƏ DİSPLEYİ

Yeni LX modelində dizaynerlərimiz qəbul etdiyiniz məlumatları sadələşdirmək üçün çox çalışıblar: Əsas məlumatlar görmə sahənizdə hissolunmaz şəkildə yerləşdirilmiş 10 düymlük Ön Şüşə Displeyi vasitəsilə göstərilir.

Ultra-Güclü Quruluş

ULTRA-GÜCLÜ QURULUŞ

Çox böyük güc və qeyri-adi burulma möhkəmliyi yüksək yolsuzluq performansı üçün əhəmiyyətlidir. Yeni LX modeli burada da standartları yenidən təyin edir. Öncəki modellər ilə müqayisədə daha çox zərbəyə davamlı polad istifadə olunmuşdur və çərçivə sahəsi əhəmiyyətli dərəcədə artırılmışdır. Bu ultra-güclü quruluş yolsuzluq şəraitlərində öz tövhəsini verməklə yanaşı, LX modelini yüksək dərəcədə təhlükəsiz və möhkəm nəqliyyat vasitəsi edir.

Qəzaöncəsi Təhlükəsizlik:

QƏZADAN ƏVVƏL TƏHLÜKƏSİZLİK

Millimetrik dalğalı radar və bort kompüteri gözlənilən toqquşma riskini qabaqcadan hesablayır. Risk yüksəkdirsə, sürücüyə səsli və vizual xəbərdarlıq verilir və əyləc təzyiqi artırılır. Toqquşma qaçılmaz hesab olunduqda, avtomatik olaraq əyləc tətbiq edilir və qabaq təhlükəsizlik kəmərləri tarımlanır. 


Bu şəkil yalnız məlumat vermək məqsədilə istifadə olunmuşdur və xüsusiyyətləri dəyişə bilər. Ətraflı məlumat üçün yerli dileriniz ilə əlaqə saxlayın.

Enerji Absorbsiyası

ENERJİ ABSORBSİYASI

Mühəndislər yeni LX modelini hazırlayarkən, normalda gücə və möhkəmliyin əks xüsusiyyəti olan toqquşma absorbsiyası dərəcəsini artırmaq üçün də həlli yolları axtarmışdırlar. Onlar buna heç bir əks təsiri olmadan tamamilə yeni konsept tətbiq edərək nail olmuşdurlar. LX modelinin ağır toqquşma enerjisini absorbsiya etmək və dağıtmaq qabiliyyəti bu növ nəqliyyat vasitələri üçün yeni standartlar təyin edir.

Zolaqda Qalma Köməkçisi

ZOLAQDA QALMA KÖMƏKÇİSİ

Zolaqda Qalma Köməkçisi (ZQK) ön şüşədəki kameranı istifadə edərək sizin zolaqdakı vəziyyətinizi nəzarətdə saxlayır. Zolaqdan çıxmanın qarşısını almaq üçün ZQK xəbərdar edici səs verəcək və sükan çarxı diqqətinizi çəkmək üçün titrəyəcəkdir. 


Bu şəkil yalnız məlumat vermək məqsədilə istifadə olunmuşdur və xüsusiyyətləri dəyişə bilər. Ətraflı məlumat üçün yerli dileriniz ilə əlaqə saxlayın.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

New Component

YENİ LX MODELİ İLƏ ŞƏHƏRDƏ VƏ YA KOBUD YOLLARDA SÜRÜLMƏSİNDƏN ASILI OLMAYARAQ ƏVƏZSİZ LYUKS VƏ MÜASİRLİK TƏQDİM EDƏN ƏN YAXŞI 4x4 FLAQMAN SUV AVTOMOBİLİNİ YARATDIQ

Sadayoşi Koyari, LX Baş Mühəndisi