concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LX 570

LEXUS-A QURAŞDIRILMIŞ ƏN BÖYÜK MÜHƏRRİKDƏN VƏ UNİVERSAL 8-PİLLƏLİ TRANSMİSSİYADAN ZÖVQ ALIN.


CO2 tullantıları, birləşdirilmiş (q/km) 334
Qarışıq yanacaq sərfiyyatı (l/100km) 14,4
Sürətlənmə 0-100 km/s 7,7
Maksimum sürət (km/saat) 210

173 269,00 AZN -dən başlayaraq

YENİ LX 570

YENİ LX MODELİ QÜVVƏTLİ "ÖN ŞƏBƏKƏ", ÜÇQAT L-ŞƏKİLLİ LED ÖN FARALAR VƏ DİNAMİK STİL İLƏ TƏCHİZ OLUNMUŞDUR.

Getdiyiniz hər yerdə başgicəlləndirici təəssürat yaratmaq üçün yaradılmış yeni cazibədar LX modeli böyük Lexus işarəli "ön şəbəkə", gündüz işıqları ilə seçilən LED ön faralar və göz qamaşdıran LED dumana qarşı faralar ilə təchiz olunmuşdur. Unudulmaz təəssürat yaratmaq üçün hazırlanmış bu avtomobildə siz tezliklə cəlbedici arxa dayaqları, böyük 21 düymlük təkərləri və eleqant yumşaqlıqla avtomatik açılan orta bölgülü baqaj qapısını görəcəksiniz. Arxada L-şəkilli LED faralar müasir görünüş üçün incə şəkildə işlənmiş xrom bəzəklər ilə təchiz olunmuşdur. Sonda isə yüksək sürətlərdə maksimum əminlik və rahatlığa nail olmaq üçün külək səsi diqqətlə işlənmiş dam relsləri, qapı güzgüləri və pəncərə çərçivəsi qəlibləri ilə azaldılmışdır.

Cazibədar yeni Lexus LX modeli güclü SUV dizaynı ilə möhkəm qüvvətin qüsursuz kombinasiyasını təşkil edir. İçəridə bu mödel gözəl işlənmiş dəri oturacaqlardan yeni Lexus Climate Concierge havalandırma sisteminə kimi qeyri-adi müasir təkmilləşdirmə səviyyəsi nümayiş etdirir. Bunlardan əlavə, möhtəşəm stil və lyuks ilə səkkiz adamı daşıya bilən LX modeli sizə demək olar ki, istənilən yerə getmək azadlığı verir. Bu, LX modelinin dünya ətrafında 1.3 milyon kilometr sürülməsi də daxil olmaqla ən ətraflı yoxlama proqramının nəticəsidir. Heyrətamiz sözün əsl mənasında möhtəşəmi yaratmayana qədər dayanmadığımızı sübut edirik.

QİYMƏTLƏR VƏ SPESİFİKASİYALAR

TƏFƏRRÜATLARI ÖYRƏNİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

LX 570 MODELİNİ DAHA YAXINDAN TANIYIN

LX 570 Modelinin İdarə Edilməsi - Əsas Məqamlar

LX 570 MODELİNİN İDARƏ EDİLMƏSİ - ƏSAS MƏQAMLAR

367 DIN at gücü və 530 Nm dönmə momenti yaradan LX 570 modelinin 5.7 litrlik V8 benzin mühərriki bu gücü hçe bir itki olmadan 8-sürətli pedal ilə dəyişən avtomatik transmissiyaya ötürür. 0-dan 100 km/s-dək 7.7 saniyədə sürətlənən və maksimum sürəti 210 km/s olan (elektron şəkildə məhdudlaşdırılır) LX 570 modelində sürücülər dinamik lakin sakit sürət keçidini hiss edəcəklər. Tökmə lakin möhkəm alüminiumdan hazırlanmış V8 silindir bloklu bu mühərrik etibarlı və dözümlü xüsusiyyətləri ilə uzun müddət işləyəcəkdir.

LX 570 modelinin interyeri- Əsas Məqamlar

LX 570 MODELİNİN İNTERYERİ - ƏSAS MƏQAMLAR

Müasir salon arxitekturası ilə əhatə olunmuş bu modelin gözəl tikilmiş dəri oturacaqları xüsusilə yolsuzluq şəraitində hərəkət edərkən əhəmiyyətli olan əlavə kənar dəstəkləri təmin edir. Avtomobili sürdükcə əsas məlumatlar rəngli Ön Şüşə Displeyi vasitəsilə birbaşa sizin qarşınıza gəlir və ya ön panel göstəriciləri arasında 3D multimedia ekranında göstərilir. Səs, klimat və naviqasiya sistemlərinə ən sonra Uzaqdan idarəetmə sistemini istifadə edərək mərkəzi 12.3 düymlük Lexus Premium Naviqasiya ekranında daxil olmaq olar. Yeni LX modeli onun salonunun akustik xüsusiyyətlərinə uyğunlaşması üçün 4000 saat üzərində işlədiyimiz sifarişlə hazırlanmış 19 spikerli Mark Levinson® Reference Surround səs sistemi ilə təchiz olunmuşdur.

LX 570-də təhlükəsizlik - Əsas məqamlar

ƏSAS MƏQAMLAR

Təhlükənin qarşısını almaq üçün hazırlanmış LX 570 modelindəki hərtərəfli əyləc və dartma sistemləri (o cümlədən Elektron Tormoz Gücü Paylama, Tormoza Dəstək Sistemi, Dartma Qüvvəsinə Nəzarət və Avtomobilin Sabitliyinə Nəzarət) avtomobili hal-hazırda mövcud olan ən təhlükəsiz lyuks SUV-dən birinə çevirir.

LX 570 modelinin tam-qabaq, qabaq kənar, kənar və arxa tərəfdən toqquşmalara qarşı ən yüksək təhlükəsizlik xüsusiyyəti ilə təchiz olunduğunu bilmək xoşdur. Salonunun daxilində sürücünü və bütün yeddi sərnişini qorumaq üçün on hava yastığından (tam-uzunluqlu pərdə yastıqları da daxil olmaqla) ibarət hərtərəfli qoruma quraşdırılmışdır.

20” YÜNGÜL LEHİMLİ ÇARXLAR

20” YÜNGÜL LEHİMLİ ÇARXLAR

Bu möhtəşəm 10 cüt sütunlu yüngül lehimli disklər yeni LX 570 modelinin dinamik görünüşünü artırır. Daha aşağı profilli 285/50 R20 təkərlər yeni LX 570 modelinin görünüşünə xüsusi rəng qatır, lakin onlar yolsuzluq şəraiti üçün o qədər də uyğun deyil.

Uyğunlaşan Dəyişən Asqı

UYĞUNLAŞAN DƏYİŞGƏN ASQI

Həm düz yollarda, həm də yolsuzluq şəraitində performansı gücləndirən Uyğunlaşan Dəyişkən Asqı (UDA) avtomobilin hündürlüyünü müvafiq qaydada tənzimləyir. Yolda yüksək sürətlə hərəkət edərkən aerodinamik performansı artırmaq üçün AVS funksiyası avtomobilin hündürlüyünü azaldır. Və bundan əlavə, avtomobildən düşməni və minməni rahatlaşdırmaq üçün avtomobil 150 mm qədər enə bilir.

Aluminum Dam Relsləri

ALUMINUM DAM RELSLƏRİ

Yeni LX modelləri quraşdırılmış dam örtükləri ilə təchiz olunmuşdur. SUV-nin ümumi görünüşünü yaxşılaşdıran bu relslər xizək, velosiped və ya sörfinq taxtalarını daşımaq üçün idman funksionallığı yaradırlar.

4-Zone Klimat Kontrolu

4 ZONA KLİMAT KONTROLU

Burada dörd müstəqil temperatura nəzarət zonası vardır: sürücü, öndə əyləşən sərnişin və ikinci və üçüncü arxa oturacaqların sol və sağ tərəfləri. Cüt havalandırıcı qurğu, 28 deflektor və paylayıcı sabit xoş daxili iqlimi təmin edir.

Soyuducu

SOYUDUCU

Ön mərkəz qolluğun altında dəqiqliklə quraşdırılmış soyuducu hətta ən isti günlərdə belə içkiləri və digər ləvazimatları sərin saxlamağa kömək edir.

Ön Şüşə Displeyi

ÖN ŞÜŞƏ DİSPLEYİ

Yeni LX modelində dizaynerlərimiz qəbul etdiyiniz məlumatları sadələşdirmək üçün çox çalışıblar: Əsas məlumatlar görmə sahənizdə hissolunmaz şəkildə yerləşdirilmiş 10 düymlük Ön Şüşə Displeyi vasitəsilə göstərilir.

Enerji Absorbsiyası

ENERJİ ABSORBSİYASI

Mühəndislər yeni LX modelini hazırlayarkən, normalda gücə və möhkəmliyin əks xüsusiyyəti olan toqquşma absorbsiyası dərəcəsini artırmaq üçün də həlli yolları axtarmışdırlar. Onlar buna heç bir əks təsiri olmadan tamamilə yeni konsept tətbiq edərək nail olmuşdurlar. LX modelinin ağır toqquşma enerjisini absorbsiya etmək və dağıtmaq qabiliyyəti bu növ nəqliyyat vasitələri üçün yeni standartlar təyin edir.

Zolaqda Qalma Köməkçisi

ZOLAQDA QALMA KÖMƏKÇİSİ

Zolaqda Qalma Köməkçisi (ZQK) ön şüşədəki kameranı istifadə edərək sizin zolaqdakı vəziyyətinizi nəzarətdə saxlayır. Zolaqdan çıxmanın qarşısını almaq üçün ZQK xəbərdar edici səs verəcək və sükan çarxı diqqətinizi çəkmək üçün titrəyəcəkdir.

Gizli Kameralar

GİZLİ KAMERALAR

Yeni LX modelində ön şəbəkədə, hər iki qapı güzgüsündə və baqaj qapısında strateji cəhətdən yerləşdirilmiş dörd kamera vardır. Onlar ən çox altı xarici görünüşü çəkə bilirlər və bu da həm yolda, həm də yolsuzluq şəraitində manevr etməyə kömək edir.

Arxa LED İşıqlar

ARXA LED İŞIQLAR

Yeni LX modelində ön şəbəkədə, hər iki qapı güzgüsündə və baqaj qapısında strateji cəhətdən yerləşdirilmiş dörd kamera vardır. Onlar ən çox altı xarici görünüşü çəkə bilirlər və bu da həm yolda, həm də yolsuzluq şəraitində manevr etməyə kömək edir.

ERA-GLONASS

ERA-GLONASS

Məxsusi olaraq sizin təhlükəsizliyiniz üçün işlənib hazırlanmış "ERA-GLONASS" sizi mexaniki və ya avtomatik təcili qəza zənginin funksionallığı ilə təmin edir.

Təcili qəza zəngi düyməsi, sizə yolda olarkən hər hansı hadisə və ya avtoqəza ilə üzləşən zaman, yardım üçün dərhal müraciət etməyə imkan verir.

Avtomatik rejimə quraşdırılanda, toqquşma zamanı hava yastıqçaları açılan kimi, sistem müvafiq qəza xidmətləri ilə əlaqə saxlayır. İntellektual sistem sizin olduğunuz yer və şəxsiyyətiniz haqqında dəqiq məlumatlar da təqdim edir.

Davamlı Tam Ötürücü Mexanizmi

DAVAMLI TAM ÖTÜRÜCÜ MEXANİZM

Möhkəm davamlı tam ötürücülü sistem ön/arxa diferensialı və TORSEN® Limited Sürüşmə Diferensialı ilə təchiz olunmuş yeni LX modelinin ən yüksək yolsuzluq bacarığının önəmli hissəsidir. Maksimum dartma qüvvəsi üçün dönmə momentinə həssas diferensial hər təkər üçün mövcud yola yapışmaya uyğun olaraq gücü paylayır.

Üçlü LED Faraları

ÜÇLÜ ‘L’ LED FARALARI

Modernləşdirilmiş “L” formalı ön faralar yaxın və uzaq işıq rejimləri üçün eyni LED işıq mənbəyindən istifadə edir. Unikal aura yaratmaq üçün onlar, inteqrasiya olunmuş ardıcıl göstəricilər ilə Gündüz İşıqları vasitəsilə nəzərə çarpdırılır.

V8 benzin mühərriki

V8 BENZİN MÜHƏRRİKİ

Lexus avtomobillərinə yerləşdirilmiş ən böyük mühərrik olan LX 570 modelinin 5.7 litrlik V8 benzin mühərriki artıq 8-sürətli avtomatik transmissiya ilə təchiz olunmuşdur. Sürət ötürücüsü nisbətlərinin geniş sırası mükəmməl sürətlənmə və yüksək sürətlərdə yanacağa qənaət etmək üçün nəzərdə tutulmuşdur. Lexus-un ən yaxşı SUV modelindən gözlədiyiniz rahat gedişi təmin etmək üçün, transmissiya səsini azaltmaq məqsədilə işçi çarxların dişlərinin sayı, yerləri və səthləri ustalıqla işlənmişdir.

Lexus Premium Naviqasiyası

LEXUS PREMİUM NAVİQASİYA

Bölgülü ekran, yaxınlaşdırma və 3d stilli qrafika kimi müxtəlif funksiyaları özündə cəmləşdirən sürətli və rahat idarəetmədən həzz alın. Bütün məlumatları Rus dilində olmaqla ən son xəritə yeniləmələrini yerli Səlahiyyətli Lexus Satıcısında əldə edə bilərsiniz.

Mark Levinson® Audio

MARK LEVINSON® AUDIO

19 spikerli Mark Levinson® Reference Surround sistemi avtomobil əyləncəsi üçün ev kinoteatrı təsiri bağışlayır. Bu sistem AM/FM tyuneri, ön paneldə bir girişli CD/DVD pleyeri və maksimum 750 vatlıq güc ilə təchiz olunmuşdur.

Arxa Oturacaqlar Üçün Əyləncə Sistemi

ARXA OTURACAQLAR ÜÇÜN ƏYLƏNCƏ SİSTEMİ

İkinci sıra oturacaqlarında əyləşən sərnişinlər tam ev kinoteatrından zövq ala bilərlər. Uzaqdan idarə olunan 11.6 düymlük ekranlarda səsi qulaqcıqlar və ya spiker sistemi ilə təmin olunan fərqli film izləmək və ya oyun oynamaq olar.

Takumi Sənətkarlığı

TAKUMİ SƏNƏTKARLIĞI

Yeni LX modeli öz qüsursuz keyfiyyəti ilə seçilir: incə şəkildə işlənmiş dəri, gözəl xırda açıq məsaməli taxta içliklər, heç bir SUV avtomobilində olmayan daha parlaq və uzunömürlü hamar boya rəngi. İstehsal keyfiyyətin mükafat qazanmış standartlarımıza uyğun olmasını təmin etmək üçün ciddi yoxlamalar aparan Lexus "Takumi" sənətkarlarının nəzarətində yüksək bacarıqlı komanda tərəfindən yerinə yetirilir. Hərtərəfli final sınağına getməzdən əvvəl hər bir lyuks SUV modeli tamamlandıqdan sonra bizim "Səssiz Otaq" adlandırılan məkanda hamarlıq və incəlik cəhətdən yoxlanılır.

Qəzaöncəsi Təhlükəsizlik:

QƏZAÖNCƏSİ TƏHLÜKƏSİZLİK

Millimetrik dalğalı radar və bort kompüteri gözlənilən toqquşma riskini qabaqcadan hesablayır. Risk yüksəkdirsə, sürücüyə səsli və vizual xəbərdarlıq verilir və əyləc təzyiqi artırılır. Toqquşma qaçılmaz hesab olunduqda, avtomatik olaraq əyləc tətbiq edilir və qabaq təhlükəsizlik kəmərləri tarımlanır.

Ultra-Güclü Quruluş

ULTRA-GÜCLÜ QURULUŞ

Çox böyük güc və qeyri-adi burulma möhkəmliyi yüksək yolsuzluq performansı üçün əhəmiyyətlidir. Yeni LX modeli burada da standartları yenidən təyin edir. Öncəki modellər ilə müqayisədə daha çox zərbəyə davamlı polad istifadə olunmuşdur və çərçivə sahəsi əhəmiyyətli dərəcədə artırılmışdır. Bu ultra-güclü quruluş yolsuzluq şəraitlərində öz tövhəsini verməklə yanaşı, LX modelini yüksək dərəcədə təhlükəsiz və möhkəm nəqliyyat vasitəsi edir.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

LX 570 Quote V2 White

YENİ LX MODELİ İLƏ ŞƏHƏRDƏ VƏ YA KOBUD YOLLARDA SÜRÜLMƏSİNDƏN ASILI OLMAYARAQ ƏVƏZSİZ LYUKS VƏ MÜASİRLİK TƏQDİM EDƏN ƏN YAXŞI 4x4 FLAQMAN SUV AVTOMOBİLİNİ YARATDIQ

Sadayoşi Koyari, LX Baş Mühəndisi

AKSESUARLAR

ÖZ LX 570 MODELİNİZİ LEXUS AKSESSUAR SEÇİMLƏRİ İLƏ FƏRDİLƏŞDİRİN

ÇEŞİDLƏYİN
Hamısı
TƏHLÜKƏSİZLİK

UYĞUN GƏLƏN YOXDUR

There are no available accessories for this filter. Please select another filter.