concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

NX 200t

TURBO GÜCÜ VƏ TRANSMİSSİYA PEDALI İLƏ NƏZARƏTİN VERDİYİ ZÖVQÜ KƏŞF EDİN


CO2 tullantıları, birləşdirilmiş (q/km) 183
Qarışıq yanacaq sərfiyyatı (l/100km) 7,9
Sürətlənmə 0-100 km/s 7,1
Maksimum sürət (km/saat) 200

61 288,00 AZN -dən başlayaraq

FÜSUNKAR DİZAYN

TURBO GÜCÜ VƏ TRANSMİSSİYA PEDALI İLƏ NƏZARƏTİN VERDİYİ ZÖVQÜ KƏŞF EDİN

Yeni 2.0 litrlik benzin mühərriki ilə təchiz edilmiş 238 at gücünə malik turbo mühərrikli NX 200t krossover həyəcanınıza yeni həyəcan qatır. Müasir idman motosikletlərindən ilhamlanaraq təchiz edilən fərqli qoşa alüminium səs boğucu ucluqları ilə yeni NX 200t ani sürətlənmə və dinamik idarəetmə təmin edir.

Elektron nəzarət edilən Tam Ötürücü Mexanizmi ilə təchiz edilən transmissiya pedalı çox həssas 6 sürətli avtomatik transmissiya vasitəsi ilə sizə birbaşa nəzarət imkanı verir.

QİYMƏTLƏR VƏ XÜSUSİYYƏTLƏR

TƏFƏRRÜATLARI ÖYRƏNİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

NX 200t
Comfort

61 288,00 AZN -dən başlayaraq

MÜQAYİSƏ ÜÇÜN BAŞQA VARİANT SEÇİN

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

NX 200t MODELİNİ YAXINDAN TANIYIN

NX 200t model avtomobilin idarə edilməsi - əsas məqamlar

ƏSAS MƏQAMLAR

Yeni fərqli NX 200t modeli böyük ölçüyə, iri Lexus “Radiator şəbəkəsi”nə və həm arxa, həm də ön hissədə yerləşən LED tipli işıqlara sahibdir. Müasir sənət əsəri kimi NX 200t nəzərə çarpmadan ötüb keçmir. Onun kəskin, bir o qədər də axıcı cizgilərini yaratmaq üçün Lexus dizaynerləri əridilmiş metalın mürəkkəb gözəlliyindən ilhamlandılar. NX modelinə yaxınlaşın, qapı dəstəkləri sizi qarşılamaq üçün işıqlanacaqdır. Dinamik yan cizgilər və kupe tipli siluet isə sizi salamlayacaqdır. Ön hissədə üç proyektorlu LED tipli işıqlar və oxşəkilli gündüz işıqları Lexus avtomobilinin qüsursuz aurasını əks etdirir. Arxa hissədə qiymətli daşa bənzər LED tipli işıqlar “L” emblemimizi əks etdirir və avtomobilin mükəmməl formasını xüsusilə vurğulayır.

Yeni 2.0 litrlik benzin mühərriki ilə təchiz edilmiş 238 at gücünə malik turbo mühərrikli NX 200t krossover həyəcanınıza yeni həyəcan qatır. Müasir idman motosikletlərindən ilhamlanaraq təchiz edilən fərqli qoşa alüminium səs boğucu ucluqları ilə yeni NX 200t ani sürətlənmə və dinamik idarəetmə təmin edir. Elektron şəkildə idarə edilən Tam Ötürücü Mexanizmi ilə təchiz olunmuş transmissiya pedalı çox həssas 6 sürətli avtomatik transmissiya vasitəsi ilə sizə birbaşa idarəetmə imkanı verir.

NX 200t interyeri - mühüm məqamlar

ƏSAS MƏQAMLAR

Digər əksər avtomobillərdən daha yüksəkdə əyləşərək yeni NX 200t modelinin nəfis tərtibatlı dəri oturacağında dincəlməklə bərabər, həm də şəhərin gözəl mənzərəsindən zövq alacaqsınız. Bütün hava şəraitlərində salonda havanın təravətini artıran S-Flow kondensatoru yalnız sərnişinlər əyləşən oturacaqların üzərindəki havaya nəzarət edir və oturacaqların qızdırılması üçün ECO rejimli qızdırıcıları soyuq səhərlərdə sizi daha çox isidir. Asan manevr imkanları üçün Panoramik Görüntü Monitoru 4 kompakt kamera vasitəsilə görüntünü təmin edir. Bunlar radiator barmaqlığı, yan qapı güzgüləri (kameralar hətta güzgülər qatlansa belə işləyir) və baqajın qapısı üzərində yerləşdirilir, ekranda göstərilən rəqəmsal təlimatlar şəhərin sıx yerlərində avtomobilin maneəsiz idarəsini təmin edir.

NX 200t modelində təhlükəsizlik - əsas məqamlar

ƏSAS MƏQAMLAR

Yeni NX 200t sürücünün diqqətini yola verməsinə kömək edən erqonomik optimal idarəetmə mövqeyi kimi xüsusiyyətlərlə sürücünün yorğunluğunu azaltmaq üçün hazırlanmışdır. Hərtərəfli əyləc və dartma sistemləri (o cümlədən Dartma Qüvvəsinə Nəzarət və Avtomobilin Sabitliyinə Nəzarət) avtomobili hal-hazırda mövcud olan ən təhlükəsiz lyuks krossoverlərdən birinə çevirir. Həmçinin bilməlisiniz ki, sürücü və bütün sərnişinləri qorumaq üçün səkkiz hava yastığı (o cümlədən tam uzunluqda pərdə tipli hava yastıqları) təchiz edilmişdir.

Lexus sənətkarlığı

LEXUS SƏNƏTKARLIĞI

Özünün ‘şimamoku’ əl ilə işlənmiş ağac aksesuarları və zərif dəri döşəmələri ilə yeni NX 200t bu növ krossoverlərdə yeni bir mərhələ açır. Toz olmayan, təmiz otaq şəraitində Kyushu zavodumuzda istehsal olunub, rəngləmə sexinin işçiləri xüsusi geyim və saçlarında olan hissəcikləri çıxarmaq üçün iki vakuum çəndən keçir. Niaqara adlı su ekranı tozu lap azaldır. Xarici tərəfdən qüsursuz boya, altdan vurulan hər astar layının yaş əl cilalanması ilə əldə edilir (bu vaxtaparan proses, adətən, xüsusi sifarişlə olan avtomobillərə tətbiq edilir). Ən nəhayət, çatdırılmamışdan öncə hər bir NX krossoveri sınaq kimi 30km test sürülür.

Krossover performansı

KROSSOVER PERFORMANSI

Bütün növ yollarda dəqiq və rahat performans təmin etmək üçün yeni NX 200t əvvəlcə dünyanın ən müasir idarəetmə simulyatorunda sınaqdan keçirilmiş və təkmilləşdirilmişdir, ardından Arktik və səhra şəraitində yüz minlərlə kilometr sürülmüşdür.

Tamamən yenilənmiş təkər, asqı və sükan mexanizmi ilə yeni NX 200t modeli idarə etmək üçün çox rahat və üstün mexanizmlərə sahibdir. Qabaqcıl lazer vint qaynaq və yapışdırıcı birləşdirmə üsulları NX 200t avtomobilini son dərəcə möhkəm edir. Bunun nəticəsində sürücülərə yaxşılaşdırılmış istismar xüsusiyyətləri bəxş edən böyük gücə malik krossover istehsal olunub. Yığcam MacPherson dayaqlı ön asqı və müasir ikili köndələn ling asqısı ilə təchiz olunmuş NX yüksək yolda qalma sabitliyi, sedan kimi döngələrdə hərəkət xüsusiyyətləri və çox gözəl düzxətli sabitliyi təmin edir.

Dartı tənzimləyicisi / Avtomobilin Sabitliyinə Nəzarət

DARTI TƏNZİMLƏYİCİSİ / AVTOMOBİLİN SABİTLİYİNƏ NƏZARƏT

Xüsusən sürüşkən və nahamar yerlərdə tərpənərkən və ya idarə edilərkən Dartma Qüvvəsinə Nəzarət NX 200t avtomobilinin yerə yapışmasını artırır. Çarxın fırlanması riski aşkarlandıqda, dartı qüvvəsini qoruyub saxlamaqla, islahedici tədbirlər görülür.

Avtomobilin Sabitliyinə Nəzarət xüsusən də, cəld şəkildə döngədə hərəkət etdikdə və ya təkərlər yerində fırlananda avtomobilə nəzarətin itməsinin qarşısını almağa kömək edir. Sabitlik bərpa olunur və avtomobilin sürəti əyləclərin seçilmiş tətbiqi və/yaxud enerjinin azalması ilə azaldılır.

Sərnişin təhlükəsizliyi bölməsi / 8 hava yastığı

SƏRNİŞİN TƏHLÜKƏSİZLİYİ BÖLMƏSİ / 8 HAVA YASTIĞI

Olduqca güclü sərnişin təhlükəsizliyi bölməsinə əlavə olaraq, sərnişinin təhlükəsizliyi səkkiz hava yastığı ilə təmin olunur. Sürücü və qabaqda oturan sərnişin baş nahiyəsindən 2-mərhələli hava yastığı ilə, o cümlədən diz və yanlardan hava yastıqları ilə qorunur. Pərdəli hava yastıqları kabinin hər iki yanı boyunca yerləşir. Mərkəzi arxa oturacaqdan başqa bütün təhlükəsizlik kəmərləri də əvvəlcədən dartılma mexanizmləri ilə təchiz olunub. Bu müstəsna təhlükəsizlik səviyyəsi yeni NX 200t modelində standart kimi təmin edilir.

Ön oturacaqlar arxa zərbədə boyunu hərəkət etdirməyə səbəb olan xəsarəti minimallaşdırmaq üçün nəzərdə tutulub. Güclü oturacaq çərçivələri bədənin söykənəcəyə itələnməsinə imkan yaradır, başlığın yerləşməsi isə başı daha səmərəli şəkildə qoruyur.

Naqilsiz adapter

NAQİLSİZ ADAPTER

NX-in mərkəzi konsol qutusuna yerləşdirilmiş induktiv naqilsiz adapterlə smartfonları və ya digər elektron cihazları doldurun.

Kor Sahə Monitoru / Arxadan Keçən Maneə Xəbərdarlığı

KOR SAHƏ MONİTORU / ARXADAN KEÇƏN MANEƏ XƏBƏRDARLIĞI

Arxa buferə yerləşdirilmiş radar cihazları qapıdakı güzgülərin göstərmədiyi qonşu zolaqdan gələn avtomobilləri göstərir. Əgər sürücü döngəni dəyişməyə işarə edirsə və arxadan ötməyə gələn avtomobil görünməyən “Kor Sahə”yə daxil olursa, Kor Sahə Monitoru dərhal müvafiq qapının güzgüsündə xəbərdarlıq siqnalını aktivləşdirir.

Məsələn, dolu avtomobil parkında maşını dala verərkən arxa Xəbərdarlıq Mexanizmi (RCTA) funksiyası avtomobilin arxasında olan çətin görsənən əraziyə yaxınlaşan avtomobilləri aşkarlamaq üçün Kor Sahə Monitorundan istifadə edir. Nəqliyyat vasitəsi aşkar edildikdə, RCTA funksiyası qapı güzgülərində əyani görüntü və zəng ilə xəbərdarlıq verir.

İdarəetmə Rejiminin Seçilməsi

İDARƏETMƏ REJİMİNİN SEÇİLMƏSİ

Əyləncəli və çevik krossoverdə İdarəetmə Rejimi Seçimi sizə NX 200t modelinin performansını tənzimləyərək, əhvalınıza uyğun rejimi (ECO rejimindən SPORT S+rejiminə) seçməyə imkan verir.

2.0-litrlik Benzin Turbo Mühərriki

2.0-LİTRLİK BENZİN TURBO MÜHƏRRİKİ

Su-soyuduculu silindr başlığı, inteqrə edilmiş işlənmiş qaz kollektoru və qoşa çevrilən turbo üfürücünü özündə birləşdirən tamamən yeni Lexus 2.0 litrlik turbo mühərrik cəld drossel reaksiyası və mükəmməl performans təmin edir. Yanacağa daha çox qənaət üçün innovativ klapan vaxt bölgüsü mühərrikin Otto və Atkinson dövrləri arasında keçidini təmin edir. Ekstremal şəraitdə – həftələrlə dağlarda 3,000 m yüksəkdə, 50°C-dən yüksək temperaturda – sınaqdan keçirilən bu yeni mühərrik maksimum 175 kW (238 PS), 350 Nm maksimal fırlanma anı təmin edir.

İntuitiv Lexus texnologiyası

İNTUİTİV LEXUS TEXNOLOGİYASI

NX 200t modelinə açar cibinizdə yaxınlaşın və hər dörd qapı işıq saçaraq sizi salamlayır və toxunduqda kilid açılır. Gözəl şəkildə hazırlanmış avtomobillərdə açar deşiyi yoxdur, bu qapı tutacağının bu növü üçün dünya innovasiyasıdır.

Yeni NX 200t modelinin içərisində həyatınızı sadələşdirən intuitiv texnologiyanı kəşf edəcəksiniz: qaranlıqda axtarmamanız üçün işığı əliniz yaxınlaşdıqda hiss edərək işıqlanan ağıllı tavan və nə qədər açdığınızı yadda saxlayan baqaj bölməsi. "Takumi" ustad sənətkarlar tərəfindən məharətlə hazırlanmış salon mərkəzi konsolda "metal şəbəkəni" əks etdirir, analoq saat və ümumi işıqlandırma isə zərifliyi artırır. Çox rahat 8-mövqeli oturacaqlar qızdırılır və 60:40 nisbətində arxa oturacaqlar qatlanır və xizək və ya sörfinq xizəyi üçün yer açılır.

6-pilləli avtomatik transmissiya

6-PİLLƏLİ AVTOMATİK TRANSMİSSİYA

NX 200t-nin 6-pilləli avtomatik transmissiyası turbo mühərrikdən maksimal güc təmin etmək üçün hazırlanmışdır. Yeni fırlanma anına olan ehtiyaca nəzarət məntiqinin hesabına bu sistem lazım olan mühərrik fırlanma anını optimallaşdırır, cəld drossel cavabını və yanacağa qənaəti təmin edir.

Cavahir görünüşlü ‘L’ LED işıqları

CAVAHİR GÖRÜNÜŞLÜ ‘L’ LED İŞIQLARI

Cavahir görünüşlü ‘L’ LED işıqları yüksək və zəif şüa üçün eyni işıq mənbəyindən istifadə edir. Müstəsna olaraq F SPORT və Lyuks modellərə xas olan valehedici NX 200t aurası L-formalı qalın-divarlı tam LED DRL ilə gücləndirilmişdir.

Arxa işıq bloku baqajın qapısında heç bir görünən boşluq qoymadan "L" formasında olan Lexus nişanında işlənən gözəl LED-ləri birləşdirir. Qalın divarlı qəlibləmə texnologiyası işıqlanma olmadıqda büllur görünüşü verir və olduqca dərin yerləşmənin olduğunu göstərir.

LED ön duman əleyhinə fənərlər yeni innovativ küncdən işıqlandırma funksiyası ilə metal şəbəkə və günorta vaxtı işıqlanan LED işıqlarına qoşulub. Onlar həmçinin ümumi enerji sərfiyyatını da azaldır.

Mark Levinson® audio

MARK LEVINSON® AUDIO

GreenEdge™ texnologiyası ilə təchiz edilmiş 14 dinamikli Mark Levinson® Premium Surround sistemi NX modelinin akustik xüsusiyyətlərinə uyğun hazırlanmışdır. O, MP3 rəqəmsal sıxılması zamanı itirilən səsi yenidən bərpa edən Clari-Fi™ tərəfindən gücləndirilmiş tayı-bərabəri olmayan 7,1 kanallı rəqəmsal ev kinoteatrı təcrübəsini təqdim edir.

Lexus Onlayn Xidmətləri

LEXUS ONLAYN XİDMƏTLƏRİ

Yeni NX 200t Onlayn Axtarış, Google Street View®, Panoramio® və ya Connected Traffic kimi xidmətləri təklif edir. Əlavə rahatlıq üçün laptop və ya planşetinizdən NX naviqasiya sisteminə marşrutu da göndərə bilərsiniz.

Tam ötürücü mexanizmi

TAM ÖTÜRÜCÜ MEXANİZMİ

NX 200t modelinin Tam Ötürücü Mexanizmi yol şəraitindən və sürmə tərzindən asılı olaraq öndən arxaya 100:0 - 50:50 həddində fırlanma anını optimal bölüşdürür. Sürüşkən yerdə tərpənərkən və ya sürətlənərkən maksimal yerə yapışma üçün hər dörd təkərə fırlanma anı cəld təmin edilir. Normal, sürətli sürmə zamanı fırlanma anı arxa təkərlərə ötürülmür və beləcə, yanacağa qənaət edilir.

S-FLOW iqlimə nəzarət

S-FLOW İQLİM NƏZARƏTİ

Güclü, ikizonalı havalandırma həm də intellektual şəkildə iqlim nəzarəti sərnişinlərin oturduğu yerlərdə təmin edən S-Flow sayəsində yüksək enerjiyə malikdir.

Daha soyuq şəraitlərdə əlavə rahatlıq üçün sükan çarxı yüksək dərəcələrdə isidilə bilər. Sükan çarxı isidicisi dəyişdirici vasitəsilə aktivləşdirilir və əvvəlcədən təyin olunmuş vaxtdan sonra avtomatik sönür.

Panoramik Görünüş Monitoru

PANORAMİK GÖRÜNÜŞ MONİTORU

Məhdudlaşdırılmış ərazilərdə avtomobili daha asan idarə etmək üçün dörd kamera bütün avtomobilin ətrafında 360°-li görüntünü təmin edir. Lexus-un tarixində ilk dəfə olan Panorama Görünüşlü Monitor həm də şəhər yaxınlığında manevr etməyə yardım etmək üçün ekranda verilən göstərişlərlə NX avtomobilinizin virtual 3D görünüşünü yaradır.

Lexus Premium Naviqasiya / Sensor Panel

LEXUS PREMİUM NAVİQASİYA / SENSOR PANEL

Güclü 3D qrafika və bir çox xəritə seçimlərilə 8 düymlük ekran Sensor Panel və ya səs əmrləri ilə idarə edilir. Sistem hətta təyinat nöqtəsinə piyada getməyə kömək etmək üçün smartfonunuz üçün QR kodu da yarada bilir.

Lexusun digər ilk Məsafədən Toxunma İnterfeysinə malik Sensor Paneli qabaqda oturan sərnişinlərin mərkəzi 8 düymlük multimediya ekranı ilə intuitiv təmasına imkan verir. Erqonomik dizaynı ilə smartfon və ya planşet kimi rahatlıqla istifadə edilə bilər.

18” yüngül lehimli çarxlar

18” YÜNGÜL LEHİMLİ ÇARXLAR

Komfort, Biznes və Rəhbər siniflərində standart olan bu u formalı disk millərinin dizaynı kəskin və radikal profil yaradır, 225/60 R18 ölçülü şinlər isə cəlbedici idman görünüşünü tamamlayır.

Arxa LED İşıqlar

ARXA LED İŞIQLAR

Arxa işıq bloku baqajın qapısında heç bir görünən boşluq qoymadan "L" formasında olan Lexus nişanında işlənən gözəl LED-ləri birləşdirir. Qalın divarlı qəlibləmə texnologiyası işıqlanma olmadıqda büllur görünüşü verir və olduqca dərin yerləşmənin olduğunu göstərir.

Turbokompressor

TURBOKOMPRESSOR

Bu çox səmərəli yeni iki lüləli turbokompressor dövr aralığında yüksək dönmə momenti təmin etmək üçün hazırlanmışdır. Turbin tiyələrinin forması optimallaşdırılmışdır və yastıq mexanizmində sürtünmə azaldılmışdır və bu da möhtəşəm həssas performans təmin edən yığcam çox səmərəli turbokompresor yaratmışdır.

Arxa Çarpaz Nəqliyyat Vasitəsi Xəbərdarlığı

ARXA ÇARPAZ NƏQLİYYAT VASİTƏSİ XƏBƏRDARLIĞI

Məsələn, dolu avtomobil parkında maşını dala verərkən arxa Xəbərdarlıq Mexanizmi (RCTA) funksiyası avtomobilin arxasında olan çətin görsənən əraziyə yaxınlaşan avtomobilləri aşkarlamaq üçün Görünməyən Zona Monitorundan istifadə edir. Nəqliyyat vasitəsi aşkar edildikdə, AKNX funksiyası qapı güzgülərində əyani görüntü və zəng ilə xəbərdarlıq verir.

Salamlama işıqları

SALAMLAMA İŞIQLARI

Açar cibinizdə və ya çantanızda NX avtomobilinə yaxınlaşdığınız zaman aşağı hissədə və güzgüdəki işıqlar yanaraq sizi qarşılayır və qaranlıqda maneələrlə qarşılaşmamanızı təmin edir.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

NX 200t F SPORT

nx 200t f sport

TAM YENİ DİZAYN

NX 200t F SPORT modeli rəmzi LFA super avtomobiliniF Performans modelləri olan RC F və GS F modellərini hazırlanan cazibədar dizayn və eksklüziv idarəetməni özündə birləşdirir. Nəticə sizin nəbzinizi sıçradacaq. Eksteryerin yeni əlavələrinə daha böyük Lexus tərzi "L deşikli" ön şəbəkə, əyləcləri soyutma boruları və avtomobili aşağı doğru sıxma qüvvəsini artırmaq üçün aerodinamik üzgəclər daxildir.

İdman üslublu kabinanın daxilində siz özünüzü F SPORT modeli ilə bir bütün kimi hiss edəcəksiniz. Əl ilə tikilmiş idman üslublu oturacaqlar dizlərdən çiyinlərədək sizi əhatə edir. Eyni zamanda, erqonomik idman üslublu sükan çarxı və deşikli alüminium pedallar möhtəşəm hisslər yaşadaraq getdiyiniz yoldan həzz almanıza imkan verir.