concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

NX 300h

MÜKƏMMƏL ŞƏHƏR TİPLİ, YENİ NƏSİL LEXUS HİBRİD MEXANİZMİ VƏ DİNAMİK F SPORT MODELİNİ KƏŞF EDİN


CO2 tullantıları, birləşdirilmiş (q/km) 117
Qarışıq yanacaq sərfiyyatı (l/100km) 5,1
Sürətlənmə 0-100 km/s 9,3
Maksimum sürət (km/saat) 180

76 936,00 AZN -dən başlayaraq

CƏZBEDİCİ KÜNCLƏR

MÜKƏMMƏL ŞƏHƏR TİPLİ, YENİ NƏSİL LEXUS HİBRİD MEXANİZMİ VƏ DİNAMİK F SPORT MODELİNİ KƏŞF EDİN

Şəhərdə diqqət cəlb edən, tam şəkildə yeni NX 300h avtomobilləri 5 nəfər sərnişin və onların baqajları üçün yumşaq salon və mükəmməl rahatlığı təmin edir. Enerji təchizatı müasir Full Hybrid ötürücü mexanizmi ilə təmin edilən bu valehedici Lexus rahat və çevik idarəetməni mükəmməl ətraf mühit göstəriciləri ilə birləşdirir.

İntuitiv Lexus texnologiyası Sensor Panel, Panoramik Görünüş Monitoru və Qəzaöncəsi Təhlükəsizliyi özündə birləşdirir. Daha dinamik təcrübə üçün yeni NX 300h F SPORT modeli Vəziyyətə görə Dəyişən Asqı, 18 düymlük lehimli disklər, F SPORT sükan və dəri sport oturacaqlarla təchiz edilmişdir.

QİYMƏTLƏR VƏ SPESİFİKASİYALAR

TƏFƏRRÜATLARI ÖYRƏNİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

NX 300h
Comfort

76 936,00 AZN -dən başlayaraq

MÜQAYİSƏ ÜÇÜN BAŞQA VARİANT SEÇİN

nx 300h takeaki kato

BİZ YENİ NX 300h MODELİNİ 
CƏLBEDİCİ VƏ QEYRİ-ADİ KROSSOVERƏ ÇEVİRMƏYƏ ÇALIŞMIŞIQ, 
SİZ ONU MÜTLƏQ SÜRMƏK İSTƏYƏCƏKSİNİZ.

Takeaki Kato , NX 300h üzrə Baş Mühəndis

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

NX 300h İLƏ DAHA YAXINDAN TANIŞ OL

NX 300h-i sürmək - Vacib məqamlar

VACİB MƏQAMLAR

Yeni fərqli NX 300h modeli böyük ölçüyə, iri Lexus “radiator şəbəkəsi”nə və həm arxa, həm də ön hissədə yerləşən LED tipli işıqlara sahibdir. Müasir sənət əsəri kimi NX 300h nəzərə çarpmadan ötüb keçmir. Onun kəskin, bir o qədər də axıcı cizgilərini yaratmaq üçün Lexus dizaynerləri əridilmiş metalın mürəkkəb gözəlliyindən ilhamlandılar. NX modelinə yaxınlaşın, qapı dəstəkləri sizi qarşılamaq üçün işıqlanacaqdır. Dinamik yan cizgilər və kupe tipli siluet isə sizi salamlayacaqdır. Ön hissədə üç proyektorlu LED tipli işıqlar və oxşəkilli gündüz işıqları Lexus avtomobilinin qüsursuz aurasını əks etdirir. Arxa hissədə qiymətli daşa bənzər LED tipli işıqlar “L” emblemimizi əks etdirir və avtomobilin mükəmməl formasını xüsusilə vurğulayır.

Yeni NX 300h 197 DIN hp-yə olduqca rəvan enerji verir. Bu güclü krossoverin son dərəcə gözəl kombinə edilmiş CO2 emissiyaları sadəcə 116 q/km* və yanacaq sərfiyyatı isə 5,0 l/100 km*-dir.

* NX 300h FWD Eco dərəcəsi üçün.

NX 300h-in içərisi - Vacib məqamlar

VACİB MƏQAMLAR

Digər əksər avtomobillərdən daha yüksəkdə əyləşərək yeni NX 300h modelinin nəfis tərtibatlı dəri oturacağında dincəlməklə bərabər, həm də şəhərin gözəl mənzərəsindən zövq alacaqsınız. Bütün hava şəraitlərində salonda havanın təravətini artıran S-Flow kondensatoru yalnız sərnişinlər əyləşən oturacaqların üzərindəki havaya nəzarət edir və oturacaqların qızdırılması üçün ECO rejimli qızdırıcıları soyuq səhərlərdə sizi daha çox isidir. Asan manevr imkanları üçün Panoramik Görüntü Monitoru 4 kompakt kamera vasitəsilə görüntünü təmin edir. Bunlar radiator barmaqlığı, yan qapı güzgüləri (kameralar hətta güzgülər qatlansa belə işləyir) və baqajın qapısı üzərində yerləşdirilir, ekranda göstərilən rəqəmsal təlimatlar şəhərin sıx yerlərində avtomobilin maneəsiz idarəsini təmin edir.

Yeni NX 300h ilə sizin ən son multimedia texnologiyasını müəyyən etmək seçiminiz var. Bu, Lexus Yüksək Naviqasiya və Lexus Qoşulu Xidmətləri Google Street View® kimi əks etdirir. Bu, hətta sizə ekoloji baxımdan sərfəli marşrutu hesablamaqda kömək edə bilər.

NX 300h-də təhlükəsizlik - Vacib məqamlar

VACİB MƏQAMLAR

Yeni NX 300h sürücünün daha az yorulması üçün təkmilləşdirilib. Ön şüşədə əks olunan geniş rəngli Ön Displey diqqəti yola cəmləməyə kömək edir; Zolaqda Qalma Funksiyası zolaqdan çıxmamağa kömək edir, Avtomatik Uzaq İşıq isə lazım gəldikdə yaxın işığa keçir. Təhlükələri dəf etmək üçün Qəzadan Öncəki Təhlükəsizlik funksiyası millimetr dalğalı radar texnologiyasından istifadə edərək qarşıdakı obyektləri aşkarlayır və lazım gəldikdə, əyləci işə salır və kəmərləri bağlayır. Nəhayət, toqquşma olarsa, siz və sərnişinlər güclü təhlükəsizlik karkası və səkkiz hava yastığı ilə qorunur.

Sürmə Rejiminin Seçilməsi

SÜRMƏ REJİMİNİN SEÇİLMƏSİ

Əyləncəli və çevik krossoverdə İdarəetmə Rejimi Seçimi sizə NX 300h modelinin performansını tənzimləyərək, əhvalınıza uyğun rejimi (ECO rejimindən SPORT S+ rejiminə) seçməyə imkan verir. Tıxacda qaldığınız təqdirdə sıfır emissiya üçün EV (Elektrik Nəqliyyat Vasitəsi) rejimini işə sala bilərsiniz. Güclü şassi və Adaptiv Dəyişən Asqı rahat və diqqətli idarəni təmin edərkən, E-FOUR dörd-çarx rejimi sürüşkən şəraitlərdə ekstra əminlik hissi verir.

Lexus sənətkarlığı

LEXUS SƏNƏTKARLIĞI

"Shimamoku" əl işi olan ağacdan hazırlanmış haşiyələr və gözəl tikilişli dəri məmulatı ilə yeni NX 300h bu növ krossover üçün keyfiyyət meyarlarını kökündən dəyişir. Toz olmayan, təmiz otaq şəraitində Kyushu zavodumuzda istehsal olunub, rəngləmə sexinin işçiləri xüsusi geyim və saçlarında olan hissəcikləri çıxarmaq üçün iki vakuum çəndən keçir. Niaqara adlı su ekranı tozu lap azaldır. Xarici tərəfdən qüsursuz boya, altdan vurulan hər astar layının yaş əl cilalanması ilə əldə edilir (bu vaxtaparan proses, adətən, xüsusi sifarişlə olan avtomobillərə tətbiq edilir). Ən nəhayət, çatdırılmamışdan öncə hər bir NX krossoveri sınaq kimi 30 km test sürülür.

Rəngli Ön Displey

RƏNGLİ ÖN DİSPLEY

Avtomobil haqqında məlumatlar rəngli şəkildə birbaşa ön şüşədə əks olunur. Bu, olduqca geniş 6,2" Ön Displey sizə yoldan gözünüzü çəkmədən naviqasiya əmrləri və ya audio parametrləri kimi məlumatları yoxlamaq imkanı verir.

Salon

SALON

Dəbdəbəli qabaq oturacaqlar ilk dəfə olaraq F SPORT modellərində təqdim olunan "inteqrə edilmiş köpükləmə" istehsal prosesindən istifadə edir. Bu avtosport texnologiyası ənənəvi üzləmə metodları ilə müqayisədə çox gözəl rahatlıq və yan dayağı təmin edir.

Qabaq və arxa ayaq yerinə əlavə olaraq hər iki qabaq oturacaq daha çox rahatlıq üçün səkkiz istiqamətdə elektrik baxımdan tənzimlənə bilir, bununla belə bel üçün dayaq və yaddaş parametrlərinə də malikdir.

Oturacaq döşəyinin forması və sabitliyi həssas omba hissədə təzyiqi azaltmaq üçün optimallaşdırılıb. Daha çox rahatlıq üçün oturacağın daha geniş tənzimlənməsi həmçinin daha böyük Avropa bədən quruluşuna malik insanları təmin edir.

Praktiki olaraq 60:40 bölgülü əyilə bilən arxa oturacaq ll NX 300h modellərində standartdır, bu isə yarış velosipedi və ya sörfinq lövhəsi kimi böyük əşyaların asanlıqla yerləşdirilməsinə şərait yaradır. Aşağı əyilən arxa oturacaqlarla iri həcmli əşyaları daşımaq üçün də yer var.

Siz həm də bir sıra rahat yerləşdirilmiş idarəedicilər vasitəsilə işlədilən tam elektrik əyilmə mexanizminə keçə bilərsiniz. Bundan başqa, arxa oturacaqda olan sərnişinlər əlavə rahatlıq üçün qismən başaltılarına söykənə bilərlər.

Sərnişin təhlükəsizliyi karkasi / 8 hava yastığı

SƏRNİŞİN TƏHLÜKƏSİZLİYİ KARKASI / 8 HAVA YASTIĞI

Olduqca güclü sərnişin təhlükəsizliyi karkasına əlavə olaraq, sərnişinin təhlükəsizliyi səkkiz hava yastığı ilə təmin olunur. Sürücü və qabaqda oturan sərnişin baş nahiyəsindən 2-mərhələli hava yastığı ilə, o cümlədən diz və yanlardan hava yastıqları ilə qorunur. Pərdəvari hava yastıqları kabinənin hər iki yanı boyunca yerləşir. Mərkəzi arxa oturacaqdan başqa bütün təhlükəsizlik kəmərləri də əvvəlcədən dartılma mexanizmləri ilə təchiz olunub. Təhlükəsizliyin qorunması üzrə bu müstəsna səviyyə yeni NX 300h avtomobilində standart kimi təmin olunur.

Ön oturacaqlar arxa zərbədə boyunu hərəkət etdirməyə səbəb olan xəsarəti minimallaşdırmaq üçün nəzərdə tutulub. Güclü oturacaq çərçivələri bədənin söykənəcəyə itələnməsinə imkan yaradır, başlığın yerləşməsi isə başı daha səmərəli şəkildə qoruyur.

İdarəetmə xüsusiyyətləri

İDARƏETMƏ XÜSUSİYYƏTLƏRİ

Bütün növ yollarda dəqiq və xoş performansı təmin etmək üçün yeni NX 300h əvvəlcə sınaqdan keçirilib və dünyanın ən təkmil idarəetmə modelinə təkmilləşdirilib, sonra ən mürəkkəb Arktik və səhra şəraitlərində yüz minlərlə kilometr sürülüb.

Yeni şassi, asqı avadanlığı və sükan ilə yeni NX 300h sürmək üçün olduqca yüngül və təkmildir. Təkmil lazer vint qaynağı və yapışqan birləşdirmə texnikası NX 300h avtomobilini olduqca möhkəm edir. Bunun nəticəsində sürücülərə təkmil istismar xüsusiyyətləri bəxş edən böyük gücə malik krossover istehsal olunub. Yığcam MacPherson dayaqlı ön asqı və müasir ikili köndələn ling asqısı ilə təchiz olunmuş NX yüksək yolda qalma sabitliyi, sedan kimi döngələrdə hərəkət xüsusiyyətləri və çox gözəl düzxətli sabitliyi təmin edir. Daha çox əhatəedici mexanizm üçün şərti Vəziyyətə görə Dəyişən Asqı bütün dörd təkərdə intellektual şəkildə balans tənzimlənməsini idarə edir. Bu, təkcə avtomobilin sürülməsi rahatlığını təkmilləşdirmir, həm də istismar sabitliyini artırır.

Təkmil Texnologiya

TƏKMİL TEXNOLOGİYA

Cibinizdəki açarla NX 300h avtomobilinə yaxınlaşın və bütün dörd qapı tutacaqları sizi salamlamaq üçün yavaşca işıqlanacaq, toxunduğunuz zaman kilid açılacaq. Gözəl şəkildə hazırlanmış bu tutacaqlarda açar deşiyi yoxdur, qapı tutacağının bu növü dünya innovasiyasıdır.

Yeni NX 300h-in daxilində siz həyatınızı daha da sadələşdirən intuitiv texnologiyanı kəşf edəcəksiniz: qaranlıqda axtarmamaq üçün barmağınızın ucunu hiss edən intellektual yuxarıda olan lampa və onu nə qədər açdığınızı xatırlayan arxa qapı. "Takumi" ustad sənətkarlar tərəfindən məharətlə hazırlanmış salon mərkəzi konsolda "metal şəbəkəni" əks etdirir, analoq saat və ümumi işıqlandırma isə zərifliyi artırır. Olduqca rahat, 8-istiqamətli güclü qabaq dəri oturacaqlar isidilə və ventilyasiya oluna bilər və 60:40 nisbində olan arxa oturacaqlar xizək və sörfinq lövhələrinə yer etmək üçün elektrik şəkildə bükülür.

Qəza Öncəsi Təhlükəsizlik / Uyğunlaşan Kruiz Kontrol

QƏZA ÖNCƏSİ TƏHLÜKƏSİZLİK / UYĞUNLAŞAN KRUİZ KONTROL

Qəza Öncəsi Təhlükəsizlik: Millimetrik dalğalı radar və bort kompüteri gözlənilən toqquşma riskini qabaqcadan hesablayır. Risk yüksəkdirsə, sürücüyə səsli və vizual xəbərdarlıq verilir və əyləc təzyiqi artırılır. Toqquşma qaçılmaz hesab olunduqda, avtomatik olaraq əyləc tətbiq edilir və qabaq təhlükəsizlik kəmərləri tarımlanır.

Sürücünün yorucu işini azaltmaq üçün Uyğunlaşan Kruiz Kontrol (ACC) hətta qabaqdakı avtomobil sürətinə görə dəyişsə və ya tam dayanacağa gəlsə belə, NX 300h və qarşıdakı avtomobil arasında məsafəni saxlayır. Yol açılan kimi ACC avtomatik olaraq əvvəlki müəyyən edilmiş orta sürətinə qayıdır.

Panorama Görünüşlü Monitor

PANORAMA GÖRÜNÜŞLÜ MONİTOR

Məhdudlaşdırılmış ərazilərdə avtomobili daha asan idarə etmək üçün dörd kamera bütün avtomobilin ətrafında 360°-li görüntünü təmin edir. Lexus-un tarixində ilk dəfə olan Panorama Görünüşlü Monitor həm də şəhərdə dar yerlərdə manevr etməyə yardım etmək üçün ekranda verilən göstərişlərlə NX avtomobilinizin virtual 3D görünüşünü yaradır.

S-Flow Klimat Kontrolu

S-FLOW KLİMAT KONTROLU

Güclü, ikizonalı havalandırma, intellektual şəkildə klimat kontrolu yalnız sərnişinlərin oturduğu yerlərdə təmin edən S-Flow sayəsində eyni zamanda yüksək dərəcədə enerjiyə qənaət edir.

Dəri üzləmə kombinasiyasında sürücü və qabaqda oturan sərnişin oturacaqları isidə və ya ventilyasiya edə bilər. Bu, xüsusən də kəskin hava şəraitlərində məmnunluq hissi əlavə edir.

Daha soyuq şəraitlərdə əlavə rahatlıq üçün sükan yüksək dərəcələrdə isidilə bilər. Sükan isidicisi düymə ilə aktivləşdirilir və əvvəlcədən təyin olunmuş vaxtdan sonra avtomatik sönür.

Zolaqda qalma funksiyası / Avtomatik uzaq işıq

ZOLAQDA QALMA FUNKSİYASI / AVTOMATİK UZAQ İŞIQ

Zolaqda Qalma Funksiyası: Bu innovativ texnologiya xəbərdarlıq və qısa islahedici sürmə gücünün avtomatik tətbiqi vasitəsilə sürücüyə zolaqdan qeyri-ixtiyari çıxmaq imkanı vermir.

Gecə vaxtı Avtomatik Uzaq İşıq qarşıdan gələn və ya arxadan gələn avtomobilin işıqlarını aşkarlayan zaman yaxın işıq avtomatik keçmək üçün arxanı göstərən güzgünün arxasında qurulmuş kameradan istifadə edir. Bu, uzaq işıqları söndürməyi unutduğunuz halda qəfildən digər sürücülərin gözünü qamaşdırmaq şansını azaldır.

Lexus Hibrid Mexanizmi

LEXUS HİBRİD MEXANİZMİ

2,5 litrlik benzin mühərriki və elektrik mühərrikinin gücünü birləşdirən ən son Lexus Hibrid Hərəkət Mexanizmi ilə təchiz olunan NX 300h çox sakit və rahat işləyir və lyuks avtomobili idarə etmək qədər asan idarə olunur. Yüksək performansa malik bu avtomobil sadəcə 5,0 l/100 km* yanacaq sərf edir, bu isə bu ölçüdəki krossover üçün əla göstəricidir. Regenerativ əyləc batareyanın doldurulmasına ehtiyac olmadığı mənasını verir və hibrid texnologiyasındakı rəhbərliyimiz sayəsində NX 300h daha az xərc aparacaq.

* NX 300h FWD Eco dərəcəsi üçün.

İŞƏ SAL , SÜR

Avtomobili işə salarkən güclü ön və arxa elektrik mühərrikləri hibrid batareyası ilə təchiz olunmuş elektrik enerjisi ilə təxminən 65 km/s-a kimi cəld NX 300h avtomobilini hərəkətə gətirə bilər. Bu məqamda avtomobil demək olar ki, səssiz olur, heç bir yanacaqdan istifadə etmir və sıfır emissiya buraxır.

ADİ İDARƏETMƏ ŞƏRTLƏRİ

Lazım gəldikdə, elektrik mühərriklərindən yardım qəbul edərkən 65 km/s-dan çox sürətlərdə olduqca axıcı Atkinson Cycle yanacaq mühərriki demək olar ki səssiz qoşulur. Yanacaq və elektrik enerjisi mənbələrini dəqiq paylaşdırmaqla NX 300h daha az emissiya ilə və daha az yanacaq sərfi ilə qeyri-adi idarəetmə zövqü verir.

TAM AÇIQ DROSSELLƏ SÜRƏTYIĞMA

Sürəti güclü artırın və elektrik mühərriklərinin birgə gücü dərhal 2,5 litr benzin mühərrikinə əlavə güc verəcək. Birlikdə onlar sizə lazımi anda başgicəlləndirici sürətlənmə əldə etmək üçün güclü sıçrayış verəcək.

SÜRƏTİN ZƏİFLƏDİLMƏSİ, DAYANDIRMA, TORMOZLAMA

Sürəti zəiflədən zaman və ya dayanacağa yaxınlaşanda, benzin mühərriki sönür, emissiyalar sıfıra enir. Tormoz verin, yaxud ayağınızı akselerator pedalından götürün və regenerativ əyləc digər maşınlarda itirilən kinetik enerjini istifadə edir. Bu, onu hibrid batareyasında saxlamaq üçün elektrik enerjisinə çevirir, buna görə də heç vaxt Lexus Full Hybrid-i yenidən doldurmağınıza ehtiyac qalmır.

Mark Levinson® Premium Audio

MARK LEVINSON® PREMIUM AUDIO

14-dinamikli Mark Levinson® Premium Surround sistemi GreenEdge™ texnologiyası ilə NX 300h avtomobilinin akustik xüsusiyyətləri üçün nəzərdə tutulub. O, MP3 rəqəmsal sıxılması zamanı itirilən səsi yenidən bərpa edən Clari-Fi™ tərəfindən gücləndirilmiş tayı-bərabəri olmayan 7,1 kanallı rəqəmsal ev kinoteatrı təcrübəsini təqdim edir.

Cavahir görünüşlü ‘L’ LED işıqları

CAVAHİR GÖRÜNÜŞLÜ ‘L’ LED İŞIQLARI

Cavahir görünüşlü ‘L’ LED işıqları uzaq və yaxı işıq üçün eyni işıq mənbəyindən istifadə edir. Eksklüziv olaraq F SPORT və Luxury (Dəbdəbəli) modellər üçün nəzərdə tutulmuş NX-in cazibədar aurası L-formalı qalın divarlı tam LED DRL ilə təkmilləşdirilib.

Arxa işıq bloku baqajın qapısında heç bir görünən boşluq qoymadan "L" formasında olan Lexus nişanında işlənən gözəl LED-ləri birləşdirir. Qalın divarlı qəlibləmə texnologiyası işıqlanma olmadıqda kristal görünüşü verir və olduqca dərin yerləşmənin olduğunu göstərir.

LED ön duman əleyhinə fənərlər yeni innovativ küncdən işıqlandırma funksiyası ilə metal şəbəkə və günorta vaxtı işıqlanan LED işıqlarına qoşulub. Onlar da NX 300h avtomobilinin bütünlükdə enerji sərfiyyatını azaltmağa kömək edir.

E-Four

E-FOUR

NX 300h dörd çarxlı sürmə rejimində, E-FOUR kələ-kötür yerlərdə bütöv performans və etibarlı dartı qüvvəsini təmin edir. İnnovativ E-FOUR ötürücü mexanizmi lazım gəldikdə ani fırlanma anını göstərən arxa mildə qurulmuş 68 DIN hp elektrik mühərrik əlavəsini əks etdirir.

Sensor panel

SENSOR PANEL / MULTİMEDİA

Həyatınızın necə gərgin olmasından asılı olmayaraq siz yeni NX 300h ilə hər zaman məlumatlı olacaq və yenilikləri öyrənəcəksiniz. Konsol qutusuna yerləşdirilən zaman mobilinizin batareyasını dolduran simsiz adapter kimi innovativ texnologiyalarla. Yaxud Lexus Yüksək Naviqasiya və Lexus Qoşulu Xidmətlərə simsiz girişi təmin edən intuitiv Sensor Panel. Bu Paneldə Onlayn Axtarış, Google Street View®, Panoramio® və ya Qoşulmuş Yol Hərəkəti kimi funksiyalar var. Alternativ olaraq, siz əvəzolunmaz Mark Levinson® Premium Surround sistemdə sevimli musiqinizi dinləyərək dincələcəksiniz.

Dartı tənzimləyicisi / Avtomobilin Sabitliyinə Nəzarət

DARTI TƏNZİMLƏYİCİSİ / AVTOMOBİLİN SABİTLİYİNƏ NƏZARƏT

Dartı tənzimləyicisi NX 300h xüsusən də işə salındıqda və ya nahamar, yaxud sürüşkən yerlərdə sürəti artırıldıqda NX 300h avtomobilini əhatə etmək imkanını artırır. Çarxın fırlanması riski aşkarlandıqda, dartı qüvvəsini qoruyub saxlamaqla, islahedici tədbirlər görülür.

Avtomobilin Sabitliyinə Nəzarət xüsusən də, cəld şəkildə döngədə hərəkət etdikdə və ya təkərlər yerində fırlananda avtomobilə nəzarətin itməsinin qarşısını almağa kömək edir. Sabitlik bərpa olunur və avtomobilin sürəti əyləclərin seçilmiş tətbiqi və/yaxud enerjinin azalması ilə azaldılır.

18" yüngül lehimli disklər

18” YÜNGÜL LEHİMLİ DİSKLƏR

Comfort, Business və Executive siniflərində standart olan bu u formalı disk millərinin dizaynı kəskin və radikal profil yaradır, 225/60 R18 ölçülü şinlər isə cəlbedici idman görünüşünü tamamlayır.

Arxa LED İşıqlar

ARXA LED İŞIQLAR

Arxa işıq bloku baqajın qapısında heç bir görünən boşluq qoymadan "L" formasında olan Lexus nişanında işlənən gözəl LED-ləri birləşdirir. Qalın divarlı qəlibləmə texnologiyası işıqlanma olmadıqda büllur görünüşü verir və olduqca dərin yerləşmənin olduğunu göstərir.

Arxa Çarpaz Nəqliyyat Vasitəsi Xəbərdarlığı

ARXA ÇARPAZ NƏQLİYYAT VASİTƏSİ XƏBƏRDARLIĞI

Məsələn, dolu avtomobil parkında maşını dala verərkən arxa Xəbərdarlıq Mexanizmi (RCTA) funksiyası avtomobilin arxasında olan çətin görsənən əraziyə yaxınlaşan avtomobilləri aşkarlamaq üçün Görünməyən Zona Monitorundan istifadə edir. Nəqliyyat vasitəsi aşkar edildikdə, AKNX funksiyası qapı güzgülərində əyani görüntü və zəng ilə xəbərdarlıq verir.

Salamlama işıqları

SALAMLAMA İŞIQLARI

Açar cibinizdə və ya çantanızda NX avtomobilinə yaxınlaşdığınız zaman aşağı hissədə və güzgüdəki işıqlar yanaraq sizi qarşılayır və qaranlıqda maneələrlə qarşılaşmamanızı təmin edir.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

NX 300h F SPORT

nx 300h fsport

TAM YENİ DİZAYN

NX 300h F SPORT modeli rəmzi LFA super avtomobiliniF Performans modelləri olan RC F və GS F modellərini hazırlanan cazibədar dizayn və eksklüziv idarəetməni özündə birləşdirir. Nəticə sizin nəbzinizi sıçradacaq. Eksteryerin yeni əlavələrinə daha böyük Lexus tərzi "L deşikli" ön şəbəkə, əyləcləri soyutma boruları və avtomobili aşağı doğru sıxma qüvvəsini artırmaq üçün aerodinamik üzgəclər daxildir.

İdman üslublu kabinanın daxilində siz özünüzü F SPORT modeli ilə bir bütün kimi hiss edəcəksiniz. Əl ilə tikilmiş idman üslublu oturacaqlar dizlərdən çiyinlərədək sizi əhatə edir. Eyni zamanda, erqonomik idman üslublu sükan çarxı və deşikli alüminium pedallar möhtəşəm hisslər yaşadaraq getdiyiniz yoldan həzz almanıza imkan verir.