RX RX HƏYATI

YENI LEXUS RX MODELININ KƏSKINLIYI VƏ UNIVERSALLıĞı HAQQıNDA ÖYRƏNIN VƏ LÜKS ILƏ MÜKƏMMƏL BIRLIYINIZI KƏŞF EDIN.

"RX HƏYATı"-NıN YARADıLMASı

Araşdırmaq məqsədilə 3 təyinat yeri seçmək üçün bura basın. RX sizi hara aparacaq?

  • VİLLA

    Yaddaşlardan sİlİnməz təəssürat

  • MARİNA

    Rahat İdarəetmə

  • UÇUŞ ZOLAĞI

    Keyfİyyətdə əmİnlİk

  • MÜSABİQƏ

    Tam rahatliq

  • PREMYERA

    Ağilli düşünmə

  • KARETA

    Dəbdəbəlİ yüksək performans

VİLLA

YADDAŞLARDAN SİLİNMƏZ
TƏƏSSÜRAT

Tam Yeni RX modelini sürməklə siz məkana çatdığınız ilk andan etibarən oranı tərk edənə qədər nəzərləri özünüzə cəlb edəcəksiniz.

Onun incəliklə işlənmiş gövdəsi, "L" formalı LED ön işıqları, 20 düymlük fərdiləşdirilə bilən təkərləri və kəskin kənarlara əyilmiş arxa işıqları təəssürat yaratmağın önəmini anlayanlar üçün mükəmməlləşdirilmişdir.

MARİNA

RAHAT
İDARƏETMƏ

Suda və ya yolda olmağınızdan asılı olmayaraq idarəetməyə sahib olmaq gözəldir. Yeni RX modelinin sürmə mövqeyi əminlik yaradır.

Güclü şassi və Aktiv Stabilləşdirmə Sistemi möhtəşəm idarəetmə və reaksiya təmin edir. Sürmə Rejimi Seçimi RX modelini əhvalınıza görə tənzimləmə imkanı yaradır ki, bu da, sizə uyğun olan təkmilləşdirilmiş sürmə hissindən həzz almağa şərait yaradır.

UÇUŞ ZOLAĞI

KEYFİYYƏTDƏ
ƏMİNLİK

Qüsursuz keyfiyyətin xirda məqamlara diqqət yetirilməsi, incə materiallar və bacarıqlı sənətkarların təkmilləşdirilmiş əl işləri ilə yarandığını anlayanlar üçün.

Yeni RX modelinin daxilində Qara Taxta elementləri möhtəşəm keyfiyyət yaradan 9 mərhələli yenilikçi Yamaha texnologiyasının Lazer Kəsmə üsulu ilə hazırlanmışdır.

Takumi adı ilə tanınan usta sənətkarlarımız ən xırda qürlara belə fikir verməklə və cazibədar daxili üzçəkmə işini əl ilə tikərək lyuksun yeni səviyyəsinə nail olurlar.

Əgər siz bacarığı, ehtirası və əsl sənətkarlığı dəyərləndirirsinizsə, yeni RX modelindən həzz alacaqsınız.

MÜSABİQƏ

TAM RAHATLIQ

Sizin həyatınız risklər ilə bol ola bilər, lakin hər dəfə yeni RX modelinə əyləşdiyiniz zaman siz rahatlıq ilə və RX modelinin Lexus-un təhlükəsizlik və sürücüyə dəstək texnologiyasında qabaqcıl təcrübəsini əhatə etdiyini bilərək dincələ bilərsiniz. Onun yeni gövdə quruluşu passiv təhlükəsizliyi təkmilləşdirir və bununla yanaşı Lexus Təhlükəsizlik Sistemi + və standart Uyğunlaşan Kruiz Kontrol sistemi sizə rahatlıq gətirir. Ön Şüşə Ekranında sürət limitə və piyada xəbərdarlığı göstəricisi vardır.

PREMYERA

AĞILLI
DÜŞÜNMƏ

Bəzi şeyləri tanımaq lazımdır. Yeni RX modeli qızğın, sürətli dünyada fərqlilik yaratmaq üçün hazırlanmış ağıllı texnologiya və ağıllı düşünmə paketi ilə təchiz olunmuşdur.

Ön Şüşə Ekranı sizin qarşınızdakı yola diqqətinizi cəmləməyə kömək edir və Panorama Görünüşü Monitoruu və 12.3 düymlük mərkəzi ekran manevrləri və park etməni asanlaşdırır.

İncə funksionallıq həyatı asanlaşdırmaq üçün mövcuddur - siz arxa baqaj qapısını sadəcə əlinizi Lexus nişanının üzərinə tutmaqla toxunmadan aça bilərsiniz. Yenilikçi ekranlardan erqonomik dizayna qədər RX modeli bütün düşünmə proseslərini yerinə yetirir ki, siz önəmli olan şeylərə diqqətinizi cəmləyə biləsiniz.

KARETA

DƏBDƏBƏLİ
YÜKSƏK PERFORMANS

Qızğın əyləncə və ya sakit əmin-amanlıq axtarmağınızdan asılı olmayaraq, RX modelinin lyuks interyeri sizin ehtiyaclarınıza mükəmməl şəkildə cavab verir. Eksklüziv 15- spikerli Mark Levinson® Premium Səs Sistemini qoşaraq hər bir sərnişinə başgicəlləndirən səs keyfiyyəti bəxş edin.

Salondakı havanı pis qoxudan təmizləyən və həmçinin, dəri və saçlarınızın nəmlənməsinə kömək edən mükafata layiq görülmüş Nanoe® texnologiyası ilə təzyiq altında sakitliyinizi qoruyun. İstənilən çətinliklə üzləşmək üçün möhkəm və hazır qalın.

ÖZ RX MODELINI YARAT

RX HƏYATI BURADA BAŞLAYIR

İNDİ SIRA SİZİNDİR

Sizin lyuks və universallıqla mükəmməl birliyiniz.

Yaddaşlardan sİlİnməz təəssürat

  • 20 düymlük fərdiləşdirilə bilən təkərlər
  • LED faralar
  • Kənara əyilmiş arxa işıqlar

Rahat İdarəetmə

  • Təkmilləşdirilmiş gövdə möhkəmliyi
  • Aktiv Stabilləşdirici Sistem
  • İdarəetmə Rejiminin Seçilməsi

Keyfİyyətdə əmİnlİk

  • Takumi Atelyesi
  • Əl ilə tikilmiş üzçəkmə işi
  • Yamaha tərəfindən Lazer Kəsmə üsulu ilə Qara Taxta

Tam rahatliq

  • Lexus Təhlükəsizlik Sistemi + Uyğunlaşan Kruiz-Kontrol

Ağilli düşünmə

  • Ağıllı Güclü Arxa Baqaj
  • 12.3 düymlük ekran
  • Ön Şüşə Ekranı

Dəbdəbəlİ yüksək performans

  • Mark Levinson® Premium Audio
  • Nanoe® texnologiyası

Daha ətraflı məlumat üçün aşağı sürüşdürün

ZƏHMƏT OLMASA, BRAUZERİNİZİN PƏNCƏRƏSİNİN ÖLÇÜSÜNÜ ARTIRIN.