concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

RX 200t

TURBO MÜHƏRRİKİN TƏMİN ETDİYİ İDARƏ OLUNAN GÜCÜ VƏ SƏMƏRLİLİYİ KƏŞF EDİN.


CO2 tullantıları, birləşdirilmiş (q/km) 189
Qarışıq yanacaq sərfiyyatı (l/100km) 8,1
Sürətlənmə 0-100 km/s 9,5
Maksimum sürət (km/saat) 200

77 100,00 AZN -dən başlayaraq

KƏSKİN MÜASİRLİK

TURBO MÜHƏRRİKİN TƏMİN ETDİYİ İDARƏ OLUNAN GÜCÜ VƏ SƏMƏRLİLİYİ KƏŞF EDİN.

Hər zaman yeni cığır açan, hər zaman öndə gedən Lexus 1998-ci ildə tarixdə ilk dəfə lüks bir sedan zərifliyi təklif edən RX yolsuzluq avtomobilini yaratdı. Yenidən təməl düşüncələri sarsıdaraq, biz 2004-cü ildə dünyada ilk lüks hibrid avtomobilini-qabaqcıl RX 400h yolsuzluq avtomobili modelini təqdim etdik.

İndi valehedici avtomobil yaratmaq fəlsəfəmizin ifadəsi olan, bənzərsiz müasir dəbdəbəni standart kimi özündə əks etdirən, dizayn studiyalarımızda indiyədək buraxılmış ən güclü Lexus avtomobilini - tam yeni RX modelini sizə təqdim edirik.

QİYMƏT VƏ SPESİFİKASİYALAR

TƏFƏRRÜATLARI ƏLDƏ EDİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

RX 200t Inspiration

77 100,00 AZN -dən başlayaraq

MÜQAYİSƏ ÜÇÜN BAŞQA VARİANT SEÇİN

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

RX 200t-NI DAHA DA YAXINDAN ÖYRƏNİN

RX 200t-nin içi - Əsas məqamlar

ƏSAS MƏQAMLAR

Yeni RX modelinə sahib olmaq xüsusi bir təcrübədir. Məsələn, avtomobilə yaxınlaşdığınız zaman, unikal Yapon ‘Omotenaşi’ salamlaması yaratmaq üçün dörd qapı dəstəyinin hamısı işıqlanacaq. Avtombilə əyləşdiyiniz zaman asan idarəetmə üçün mükəmməl şəkildə yerləşdirilmiş bütün interfeyslər ilə birlikdə salonun axan xətlərinin sizi ağuşuna aldığını hiss edəcəksiniz.

Daha sonra mərkəzi konsoldan zövq alacaqsınız - burada taxta üzlük gözəl bir parılıtı yaratmaq üçün əl ilə cilalanmadan öncə özünəməxsus formalı naxışlar yaradan Yamaha şirkətinin piano bölməsi tərəfindən lazer ilə işlənilmişdir. Arxa sərnişinlər üçün dəbdəbəli dəri oturacaqlarda (açılıb-yığılan və yarı uzanma vəziyyəti) kifayət qədər ayaq yeri olmaqla yanaşı, onlar 15 dinamikli Mark Levinson® səs sistemindən xüsusi zövq ala bilərlər.

RX 200t-nin sürülməsi - Əsas məqamlar

ƏSAS MƏQAMLAR

Yeni 2.0 litrlik ötürmə mexanizmi hesabına gücləndirilmiş RX 200t modeli turbo performans təmin edir və qabaqcıl D-4ST klapan texnologiyası və ‘Atkinson Cycle’ mühərrikinin məhsuldarlığı sayəsində az yanacaq sərf edir. İdarəetmə Rejiminin Seçilməsi sizə nəqliyyat vasitəsini əhval-ruhiyyənizə uyğun olaraq kökləməyə imkan verir.

Ən çətin şəraitlərdə (50°C-dən yuxarı temperatuda yüksəklikdə idaretmə həftələri də daxil olmaqla) sınaqdan keçirilən və 238 DIN at gücü* və 350 Nm* dönmə momenti təmin edən yeni RX 200t modeli həm Tam çarx ötürücülü idarəetmə, həm də Qabaq təkər ötürücülü idaretmə versiyalarına malikdir.

* Tam çarx ötürücülü versiya üçün.

RX 200t-də təhlükəsizlik - Əhəmiyyətli cəhətlər

ƏHƏMİYYƏTLİ CƏHƏTLƏR

Lexus hər zaman təhlükəsizlik və sürücüyə dəstək texologiyalarının inkişaf etdirilməsinə başçılıq etmişdir və bütün yeni modellərini dünyanın ən böyük sürmə simulyatorlarında sınaqdan keçirir. Qəzaların qarşısının alınması üzrə apardığımız araşdırmanın bəhrəsi olaraq, yeni RX modeli artıq standart avadanlıq olaraq Lexus Safety System + ilə təchiz olunmuşdur.

Buna piyadanı təyin edən Toqquşmadan Öncə Sistemi: yolunuzda qalmaq üçün Zolaqda Qalma Köməkçisi: gecə vaxtı yüksək görüntü üçün Avtomatik Uzaq İşıq və qarşıdakı avtomobilin sürətinə uyğun avtomobilinizin sürətini tənzimləyən Adaptiv Kruiz Kontrol sistemi daxildir.

Üçgözlü LED Faralar

ÜÇGÖZLÜ LED FARALAR

Modernləşdirilmiş “L” formalı ön faralar yaxın və uzaq işıq rejimləri üçün eyni LED işıq mənbəyindən istifadə edir. Unikal aura yaratmaq üçün onlar, inteqrasiya olunmuş ardıcıl göstəricilər ilə Gündüz İşıqları vasitəsilə nəzərə çarpdırılır.

Dəri / Taxta Dizayn

DƏRI / TAXTA DIZAYN

LFA super avtomobilimizdən ilhamlanaraq dəri/taxta dizaynda gözəl işlənilmiş 3-oxlu sükan çarxı əllərinizə rahat bir şəkildə uyğunlaşması üçün optimallaşdırılmış barmaq dayaqlarına və en-kəsiyinə malikdir. Müəyyən yerlərdə inteqrasiya olunmuş idarəetmə düymələri səs, telefon, multi məlumat ekranı, Adaptiv Kruiz Kontrol və Zolaqda Qalma Köməkçisinə nəzarəti təmin edir.

Arxa LED İşıqlar

ARXA LED İŞıQLAR

Güclü “L” formalı LED ışıqlar RX modelinin arxa künclərindən baqaj qapısının mərkəzinədək kristal xətti işıqlandırma yaradır. Bu çox geniş arxa işıqlar aydın görünməni təmin edir və göz oxşayan ardıcıl LED göstəricilərinə malikdir.

Lazerlə Kəsilmiş Tünd Taxta, Yamaha İstehsalı

LAZERLƏ KƏSILMIŞ TÜND TAXTA, YAMAHA İSTEHSALı

Alimünim qatını aşkara çıxarmaq və gözəl düzülüş təsiri bağışlamaq məqsədilə, mərkəzi konsol və qapı üzlüyünün üzərindəki taxtanı oymaq üçün innovativ lazer texnologiyasından istifadə edilmişdir. Bu aksesuarlar Yamaha şirkətinin piano bölməsinin sənətkarları tərəfindən xüsusi olaraq istehsal edilmişdir.

20 düymlük Yüngül Lehimli Disklər

20 DÜYMLÜK YÜNGÜL LEHIMLI DISKLƏR

Seçdiyiniz boyaq rəngindən asılı olaraq, rəngli aksesuarlardan istifadə edərək fərdiləşdirilə bilən yeni dizayn olunmuş 5-milli çarxlar vasitəsilə RX modelinizə özəl görünüş bəxş edin.

Panoramİk görünüş monİtoru

PANORAMİK GÖRÜNÜŞ MONİTORU

Məhdudlaşdırılmış ərazilərdə avtomobili daha asan idarə etmək üçün dörd kamera bütün avtomobilin ətrafında 360°-li görüntünü təmin edir. Panorama Görünüşlü Monitor həm də şəhər yaxınlığında manevr etməyə yardım etmək üçün ekranda verilən göstərişlərlə RX avtomobilinizin virtual 3D görünüşünü yaradır.

Ekstra-genİş ön şüşə ekrani

EKSTRA-GENİŞ ÖN ŞÜŞƏ EKRANI

Avtomobil haqqında məlumatlar rəngli şəkildə birbaşa ön şüşədə əks olunur. Lexus avtomobillərində indiyə kimi quraşdırılmış ən geniş Ön Şüşə Ekranı (240 mm x 90 mm) sizə naviqasiya əmrləri və səs parametrləri kimi məlumatlara diqqətinizi yoldan ayırmadan baxma imkanı verir.

LED ətraf İşiqlandirmasi

LED ƏTRAF İŞIQLANDIRMASI

LED ətraf işıqlandırması qapılara, alətlərə, ayaq altlarına və kabinanın digər hissələrinə quraşdırılmışdır ki, gecə vaxtı avtomobili idarə edərkən rahatlaşdırıcı və həmçinin, müasir atmosfer yaratsın. Qapının daxili dəstəklərinin gecə vaxtı görünməsini və sürmə zamanı işıq yansımasını nəzərə alaraq işığın miqdarı tənzimlənir.

Uyğunlaşan uzaq İşiqlari sİstemİ

UYĞUNLAŞAN UZAQ İŞIQLARI SİSTEMİ

Tənzimlənən LED Uyğunlaşan Uzaq İşıqları Sistemi RX avtomobilinin digər yol iştirakçılarının gözlərini qamaşdırmasının qarşısını alır. İşıqlandırılmış və işıqlandırılmamış sahələrə dəqiq nəzarət etmək üçün ön faradakı ümumi 11 müstəqil çip aktivləşdirilə/qeyri-aktiv edilə bilər.

Elektrİklİ arxa oturacaqlar

ELEKTRİKLİ ARXA OTURACAQLAR

Siz bir sıra rahat yerləşdirilmiş idarəedicilər vasitəsilə işlədilən tam elektrik əyilmə mexanizminə keçə bilərsiniz. Arxa oturacaqdakı sərnişinlər orta qolaltıları tam sabit saxlayaraq oturacaqlarının arxalarını qismən əyə bilərlər.

Görünməyən nöqtə monİtoru

GÖRÜNMƏYƏN NÖQTƏ MONİTORU

Arxa buferə yerləşdirilmiş radar cihazları qapıdakı güzgülərin göstərmədiyi qonşu zolaqdan gələn avtomobilləri göstərir. Əgər sürücü getdiyi zolağı dəyişmək istəyirsə və nəqliyyat vasitəsi görünməyən nöqtəyə daxil olursa müvafiq qapı güzgüsündə xəbərdarlıq siqnalı aktivləşir.

Daha güclü şassİ, təkmİlləşdİrİlmİş İdarəetmə

DAHA GÜCLÜ ŞASSİ, TƏKMİLLƏŞDİRİLMİŞ İDARƏETMƏ

Daha güclü şassi, təkmilləşdirilmiş ön asqı və yeni sükan texnologiyasının köməyi ilə ən son RX modeli indi daha dəqiq və daha tez reaksiya vericidir. Təkmilləşdirilmiş lazer şurup qaynağı və yapışdırıcı birləşdirmə üslubları birləşərək möhtəşəm gücə sahib SUV avtomobili yaradırlar, hansı ki, sürücülərə mükəmməlləşdirilmiş yüksək sürətdə idarəetmə xüsusiyyəti təqdim edir.

Uyğunlaşan dəyİşgən asqi

UYĞUNLAŞAN DƏYİŞGƏN ASQI

Daha çox əhatəedici mexanizm üçün şərti Vəziyyətə görə Dəyişən Asqı bütün dörd təkərdə intellektual şəkildə balans tənzimlənməsini idarə edir. Bu, təkcə avtomobilin sürülməsi rahatlığını təkmilləşdirmir, həm də istismar sabitliyini artırır.

On hava yastiği

ON HAVA YASTIĞI

Bütün RX modelləri on hava yastığı və təhlükəsizlik kəmərlərini öncədən möhkəmləndirən mexanizm ilə təchiz olunmuşdur. Toqquşma zamanı, toqquşma təsiri sensorları ön ikiqat sürücü/sərnişin hava yastıqlarını və kənar hava yastıqlarını müvafiq qaydada aktivləşdirir. Ön oturacaqdakı sərnişinlər üçün, həmçinin, diz qoruyucu hava yastıqları da təmin olunmuşdur və bundan əlavə, pərdə şəkilli hava yastıqları kənar pəncərələr boyunca uzanır.

Climate Concierge / Nanoe® Technology

CLIMATE CONCIERGE / NANOE® TECHNOLOGY

RX-in içərisi və xairicindəki temperaturun daim yoxlanması nəicəsində "Climate Concierge" sistemi avtomatik olaraq kabinəni, oturacaqları və sükanın temperaturunu tənzimləyir. İnfrared sensorları arxa oturacaqdakı sərnişinlərin bədən tempraturuna nəzarət edir və buna uyğun olaraq havalandırmanı və oturacaqların isidilməsi/soyudulmasını tənzimləyir. Bundan əlavə, mükafat qazanmış nanoe® texnologiyası kabinaya mikroskopik, mənfi yüklü hissəciklər paylayır ki, havanı təmizləsin və oturacaqların pis qoxusunu təmizləsin. Onların sizin dərinizə və saçınıza sağlam nəmləndirmə təsiri də vardır.

Mark Levinson®

MARK LEVINSON®

GreenEdge™ texnologiyası ilə təchiz edilmiş 15 dinamikli Mark Levinson® Premium Surround sistemi RX modelinin akustik xüsusiyyətlərinə uyğun hazırlanmışdır. O, MP3 rəqəmsal sıxılması zamanı itirilən səsi yenidən bərpa edən Clari-Fi™ tərəfindən gücləndirilmiş tayı-bərabəri olmayan 7,1 kanallı rəqəmsal ev kinoteatrı təcrübəsini təqdim edir.

Naqİlsİz adapter

NAQİLSİZ ADAPTER

iPhone 6 və ya digər induktiv naqilsiz adapteri ilə təchiz olunmuş avadanlıqlar RX-in mərkəzi konsol qutusuna müvafiq qaydada yerləşdirilmişdir.

Qabaqcil aerodİnamİka

QABAQCIL AERODİNAMİKA

Avtomobilin hamar alt hissəsi və arxa spoylerin köməyi ilə RX moldelinin mükəmməl aerodinamikası vardır. Formanın ümumi müqavimət əmsalını azaltmaq üçün Lexus mühəndisləri qapı güzgülərini yenidən hazırlamış və avtomobilin strateji nöqtələrində qanadlar yerləşdirmişlər. Bunlar, yalnızca stabilliyi və idarəetməni yaxşılaşdırmır, həm də yanacağa qənaəti artırır və küləyin səsini azaldır.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

rx quote 200x200 white

TAM YENİ LEXUS RX İLƏ BİZ ƏVVƏLKİ RX MODELLƏRİNİN QABAQCIL DƏYƏRLƏRİNƏ SADİQ QALMAQLA, GÜCLÜ VƏ İKONİK DİZAYNIN BİLİNƏN SƏRHƏDLƏRİNİ AŞMIŞIQ”.

RX Baş mühəndisi Takayuki Katsuda

RX 200t F SPORT

rx fsport 200t

TAM YENİ DİZAYN

RC 200t F SPORT modeli rəmzi LFA super avtomobiliniF Performans modelləri olan RC F və GS F modellərini hazırlanan cazibədar dizayn və eksklüziv idarəetməni özündə birləşdirir. Nəticə sizin nəbzinizi sıçradacaq. Eksteryerin yeni əlavələrinə daha böyük Lexus tərzi "L deşikli" ön şəbəkə, əyləcləri soyutma boruları və avtomobili aşağı doğru sıxma qüvvəsini artırmaq üçün aerodinamik üzgəclər daxildir.

İdman üslublu kabinanın daxilində siz özünüzü F SPORT modeli ilə bir bütün kimi hiss edəcəksiniz. Əl ilə tikilmiş idman üslublu oturacaqlar dizlərdən çiyinlərədək sizi əhatə edir. Eyni zamanda, erqonomik idman üslublu sükan çarxı və deşikli alüminium pedallar möhtəşəm hisslər yaşadaraq getdiyiniz yoldan həzz almanıza imkan verir.