concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

RX 450h

TAM HİBRİD PERFORMANSI ÜÇÜN 313 DIN AT GÜCÜNƏ MALİK YOLSUZLUQ AVTOMOBİLİ ETALONUNU İDARƏ EDİN.


CO2 tullantıları, birləşdirilmiş (q/km) 127
Qarışıq yanacaq sərfiyyatı (l/100km) 5,5
Sürətlənmə 0-100 km/s 7,7
Maksimum sürət (km/saat) 200

95 700,00 AZN -dən başlayaraq

KƏSKİN CİZGİLƏRİN DAHA DA MÜASİRLƏŞDİRİLMƏSİ

TAM HİBRİD PERFORMANSI ÜÇÜN 313 DIN AT GÜCÜNƏ MALİK YOLSUZLUQ AVTOMOBİLİ ETALONUNU İDARƏ EDİN.

Hər zaman yeni cığır açan, hər zaman öndə gedən Lexus 1998-ci ildə tarixdə ilk dəfə lüks bir sedan zərifliyi təklif edən RX yolsuzluq avtomobilini yaratdı. Yenidən təməl düşüncələri sarsıdaraq, biz 2004-cü ildə dünyada ilk lüks hibrid avtomobilini-qabaqcıl RX 400h yolsuzluq avtomobili modelini təqdim etdik.

İndi valehedici avtomobil yaratmaq fəlsəfəmizin ifadəsi olan, bənzərsiz müasir dəbdəbəni standart kimi özündə əks etdirən, dizayn studiyalarımızda indiyədək buraxılmış ən güclü Lexus avtomobilini - tam yeni RX modelini sizə təqdim edirik.

QİYMƏT VƏ SPESİFİKASİYALAR

TƏFƏRRÜATLARI ƏLDƏ EDİN VƏ FƏRQLƏRİ MÜQAYİSƏ EDİN

RX 450h Inspiration

95 700,00 AZN -dən başlayaraq

MÜQAYİSƏ ÜÇÜN BAŞQA VARİANT SEÇİN

AVTOMOBİLİN XÜSUSİYYƏTLƏRİ

RX 450h-NI DAHA DA YAXINDAN ÖYRƏNİN

RX 450h-nin içi - Əsas məqamlar

ƏSAS MƏQAMLAR

Yeni RX modelinə sahib olmaq xüsusi bir təcrübədir. Məsələn, avtomobilə yaxınlaşdığınız zaman, unikal Yapon ‘Omotenaşi’ salamlaması yaratmaq üçün dörd qapı dəstəyinin hamısı işıqlanacaq. Avtombilə əyləşdiyiniz zaman asan idarəetmə üçün mükəmməl şəkildə yerləşdirilmiş bütün interfeyslər ilə birlikdə salonun axan xətlərinin sizi ağuşuna aldığını hiss edəcəksiniz.

Daha sonra mərkəzi konsoldan zövq alacaqsınız - burada taxta üzlük gözəl bir parılıtı yaratmaq üçün əl ilə cilalanmadan öncə özünəməxsus formalı naxışlar yaradan Yamaha şirkətinin piano bölməsi tərəfindən lazer ilə işlənilmişdir. Arxa sərnişinlər üçün dəbdəbəli dəri oturacaqlarda (açılıb-yığılan və yarı uzanma vəziyyəti) kifayət qədər ayaq yeri olmaqla yanaşı, onlar 15 dinamikli Mark Levinson® səs sistemindən xüsusi zövq ala bilərlər.

RX 450h-nin sürülməsi - Əsas məqamlar

ƏSAS MƏQAMLAR

Ən son Lexus Hybrid Drive sistemimiz hesabına gücləndirilmiş qabaqcıl RX 450h modeli 3.5 litrlik V6 benzin mühərrikini məharətli bir şəkildə dörd təkərə tam güc ötürən iki elektrik mühərrik ilə birləşdirir. Elektik mühərriklərinin dönmə momenti sayəsində, siz sadəcə 120q/km* CO2 emissiyası hasil etməklə, 7.7 saniyədə 100km/saat sürət yığırsınız.

Benzin istifadə etmədən və CO2 və ya NOX emissiyası hasil etmədən çox səssiz idarəetmə üçün Elektrik Avtomobil rejimini alternativ olaraq istifadə edin. RX 450h modelinin hibrid batareyası heç bir zaman doldurulma tələb etmir və minimum yer tutaraq yük tutumu üçün geniş sahə saxlayır.

* 18" lehimli disklərlə təchiz edilmiş Eko sinfi üçün.

RX 450h-də təhlükəsizlik - Əhəmiyyətli cəhətlər

ƏHƏMİYYƏTLİ CƏHƏTLƏR

Lexus hər zaman təhlükəsizlik və sürücüyə dəstək texologiyalarının inkişaf etdirilməsinə başçılıq etmişdir və bütün yeni modellərini dünyanın ən böyük sürmə simulyatorlarında sınaqdan keçirir. Qəzaların qarşısının alınması üzrə apardığımız araşdırmanın bəhrəsi olaraq, yeni RX modeli artıq standart avadanlıq olaraq Lexus Safety System + ilə təchiz olunmuşdur.

Buna piyadanı təyin edən Toqquşmadan Öncə Sistemi: yolunuzda qalmaq üçün Zolaqda Qalma Köməkçisi: gecə vaxtı yüksək görüntü üçün Avtomatik Uzaq İşıq və qarşıdakı avtomobilin sürətinə uyğun avtomobilinizin sürətini tənzimləyən Adaptiv Kruiz Kontrol sistemi daxildir.

Üçgözlü LED Faralar

ÜÇGÖZLÜ LED FARALAR

Modernləşdirilmiş “L” formalı ön faralar yaxın və uzaq işıq rejimləri üçün eyni LED işıq mənbəyindən istifadə edir. Unikal aura yaratmaq üçün onlar, inteqrasiya olunmuş ardıcıl göstəricilər ilə Gündüz İşıqları vasitəsilə nəzərə çarpdırılır.

Dəri / Taxta Dizayn

DƏRI / TAXTA DIZAYN

LFA super avtomobilimizdən ilhamlanaraq dəri/taxta dizaynda gözəl işlənilmiş 3-oxlu sükan çarxı əllərinizə rahat bir şəkildə uyğunlaşması üçün optimallaşdırılmış barmaq dayaqlarına və en-kəsiyinə malikdir. Müəyyən yerlərdə inteqrasiya olunmuş idarəetmə düymələri səs, telefon, multi məlumat ekranı, Adaptiv Kruiz Kontrol və Zolaqda Qalma Köməkçisinə nəzarəti təmin edir.

Lazerlə Kəsilmiş Tünd Taxta, Yamaha İstehsalı

LAZERLƏ KƏSILMIŞ TÜND TAXTA, YAMAHA İSTEHSALı

Alimünim qatını aşkara çıxarmaq və gözəl düzülüş təsiri bağışlamaq məqsədilə, mərkəzi konsol və qapı üzlüyünün üzərindəki taxtanı oymaq üçün innovativ lazer texnologiyasından istifadə edilmişdir. Bu aksesuarlar Yamaha şirkətinin piano bölməsinin sənətkarları tərəfindən xüsusi olaraq istehsal edilmişdir.

Qəzadan əvvəl təhlükəsİzlİk

QƏZADAN ƏVVƏL TƏHLÜKƏSİZLİK

Millimetrik dalğalı radar və bort kompüteri gözlənilən toqquşma riskini qabaqcadan hesablayır. Risk yüksəkdirsə, sürücüyə səsli və vizual xəbərdarlıq verilir və əyləc təzyiqi artırılır. Toqquşma qaçılmaz olduğu zaman, əyləclər müvafiq qaydada avtomatik olaraq işə düşəcək və ön təhlükəsizlik kəmərləri möhkəmlənəcək.

20 düymlük Yüngül Lehimli Disklər

20 DÜYMLÜK YÜNGÜL LEHIMLI DISKLƏR

Seçdiyiniz boyaq rəngindən asılı olaraq, rəngli aksesuarlardan istifadə edərək fərdiləşdirilə bilən yeni dizayn olunmuş 5-milli çarxlar vasitəsilə RX modelinizə özəl görünüş bəxş edin.

Panorama Dam

PANORAMA DAM

Böyük zavodda yığılmış bu panorama tavan RX salonuna azadlıq hissi bəxş edir, kuzovun əlavə daxili hündürlüyünü və salona daha çox günəş şüalarının daxil olmasını təmin edir. O, həmçinin, əsl açıq hava təəssüratı yaratmaq üçün ön tərəfdən hərəkətli şüşə sistemi ilə və günəş enerjisinin çox olduğu vaxtlarda qorunmaq üçün isə elektrik sürüşkən örtük ilə təchiz olunmuşdur.

Qabaqcil aerodİnamİka

QABAQCIL AERODİNAMİKA

Avtomobilin hamar alt hissəsi və arxa spoylerin köməyi ilə RX 450h modelinin mükəmməl aerodinamikası vardır. Formanın ümumi müqavimət əmsalını azaltmaq üçün Lexus mühəndisləri qapı güzgülərini yenidən hazırlamış və avtomobilin strateji nöqtələrində qanadlar yerləşdirmişdirlər. Bunlar, yalnızca stabilliyi və idarəetməni yaxşılaşdırmır, həm də yanacağa qənaəti artırır və küləyin səsini azaldır.

Tam ötürücülü mexanİzm / E-Four

TAM ÖTÜRÜCÜLÜ MEXANİZM / E-FOUR

RX 450h modelləri kobud səthlərdə qüsursuz performans və rahat dartma qüvvəsi təmin edən E-FOUR mexanizmi ilə təchiz olunmuşdur. İnnovativ E-FOUR ötürücü mexanizmi lazım gəldikdə ani fırlanma anını göstərən arxa mildə qurulmuş 50 kW elektrik mühərrik əlavəsini əks etdirir.

Ekstra-genİş ön şüşə ekrani

EKSTRA-GENİŞ ÖN ŞÜŞƏ EKRANI

Avtomobil haqqında məlumatlar rəngli şəkildə birbaşa ön şüşədə əks olunur. Lexus avtomobillərində indiyə kimi quraşdırılmış ən geniş Ön Şüşə Ekranı (240 mm x 90 mm) sizə naviqasiya əmrləri və səs parametrləri kimi məlumatlara diqqətinizi yoldan ayırmadan baxma imkanı verir.

İdarəetmə rejİmİnİn seçİlməsİ

İDARƏETMƏ REJİMİNİN SEÇİLMƏSİ

Avtomobilin fəaliyyətini, dinamizmini və incəliyini maksimallaşdırmaq üçün mərkəzi konsolda yerləşən Sürmə Rejimi Seçimi sizə ECO, NORMAL, SPORT S və SPORT S+ rejimləri arasında seçim etmə imkanı verir. İlk dəfə olaraq RX 450h modelinin sürücüləri mühərrik, hibrid sistemi, şassi və havalandırma funksiyalarını tənzimləmək üçün CUSTOMİZE rejimindən istifadə edə bilərlər.

Daha güclü şassİ, təkmİlləşdİrİlmİş İdarəetmə

DAHA GÜCLÜ ŞASSİ, TƏKMİLLƏŞDİRİLMİŞ İDARƏETMƏ

Daha güclü şassi, təkmilləşdirilmiş ön asqı və yeni sükan texnologiyasının köməyi ilə ən son RX 450h modeli indi daha dəqiq və daha tez reaksiya vericidir. Təkmilləşdirilmiş lazer şurup qaynağı və yapışdırıcı birləşdirmə üslubları birləşərək möhtəşəm gücə sahib SUV avtomobili yaradırlar, hansı ki, sürücülərə mükəmməlləşdirilmiş yüksək sürətdə idarəetmə xüsusiyyəti təqdim edir.

Climate Concierge / Nanoe® Technology

CLIMATE CONCIERGE / NANOE® TECHNOLOGY

RX 450h avtomobilin içərisi və xairicindəki temperaturun daim yoxlanması nəicəsində "Climate Concierge" sistemi avtomatik olaraq kabinəni, oturacaqları və sükanın temperaturunu tənzimləyir. İnfrared sensorları arxa oturacaqdakı sərnişinlərin bədən tempraturuna nəzarət edir və buna uyğun olaraq havalandırmanı və oturacaqların isidilməsi/soyudulmasını tənzimləyir. Bundan əlavə, mükafat qazanmış nanoe® texnologiyası kabinaya mikroskopik, mənfi yüklü hissəciklər paylayır ki, havanı təmizləsin və oturacaqları pis qoxudan təmizləsin. Onların sizin dərinizə və saçınıza sağlam nəmləndirmə təsiri də vardır.

Arxa LED İşıqlar

ARXA LED İŞıQLAR

Güclü “L” formalı LED ışıqlar RX modelinin arxa künclərindən baqaj qapısının mərkəzinədək kristal xətti işıqlandırma yaradır. Bu çox geniş arxa işıqlar aydın görünməni təmin edir və göz oxşayan ardıcıl LED göstəricilərinə malikdir.

Dərİ sükan çarxi

DƏRİ SÜKAN ÇARXI

Bu üç sütunlu dəri sükan çarxı əllərinizə rahat oturması üçün barmaq yerləri və arakəsmələr ilə təchiz olunmuşdur. Soyuq səhərlər üçün isitmə ilə təchiz olunmuş düymələr səs, telefon, multi-informasiya ekranı, ACC və Zolaqda Qalma Köməkçisini idərə edir.

Mark Levinson®

MARK LEVINSON®

15-dinamikli Mark Levinson® Premium Surround sistemi GreenEdge™ texnologiyası ilə RX 450h avtomobilinin akustik xüsusiyyətləri üçün nəzərdə tutulub. O, MP3 rəqəmsal sıxılması zamanı itirilən səsi yenidən bərpa edən Clari-Fi™ tərəfindən gücləndirilmiş tayı-bərabəri olmayan 7,1 kanallı rəqəmsal ev kinoteatrı təcrübəsini təqdim edir.

Uyğunlaşan kruİz-kontrol

UYĞUNLAŞAN KRUİZ-KONTROL

Daha rahat sürmə üçün Uyğunlaşan Kruiz Kontrol hətta qarşıdakı avtomobil sürətini görə dəyişsə belə, RX 450h və qarşıdakı avtomobil arasında məsafəni saxlayır.

Uyğunlaşan dəyİşgən asqi

UYĞUNLAŞAN DƏYİŞGƏN ASQI

Daha çox əhatəedici mexanizm üçün şərti Vəziyyətə görə Dəyişən Asqı bütün dörd təkərdə intellektual şəkildə balans tənzimlənməsini idarə edir. Bu, təkcə avtomobilin sürülməsi rahatlığını təkmilləşdirmir, həm də istismar sabitliyini artırır.

Avtomatİk uzaq İşiqlari

AVTOMATİK UZAQ İŞIQLARI

Gecə vaxtı Uyğunlaşan Uzaq İşıqları sistemi Təkmilləşdirilmiş Zolaqda Qalma Köməkçisi ilə eyni kameranı istifadə edərək qarşıdan gələn avtomobilləri təyin edir və avtomatik olaraq uzaq işıqlarını söndürür. Bu, sizin qeyri-ixtiyari şəkildə digər sürücülərin gözlərini qamaşdırma ehtimalınızı azaldır və önünüzdəki yola diqqətinizi cəmləşdirməyə imkan verir.

Təkmİlləşdİrİlmİş zolaqda qalma köməkçİsİ

TƏKMİLLƏŞDİRİLMİŞ ZOLAQDA QALMA KÖMƏKÇİSİ

Təkmilləşdirilmiş Zolaqda Qalma Köməkçisi (T-ZQK) sizin zolaqdakı vəziyyətinizi izləmək üçün ön pəncərədə quraşdırılmış kameranı istifadə edir. Əgər siz zolaqdan kənara çıxmağa başlasanız, T-ZQK xəbərdaredici siqnalı aktivləşdirir və qısa istiqamətləndirici məlumat verir.

LED ətraf İşiqlandirmasi

LED ƏTRAF İŞIQLANDIRMASI

LED ətraf işıqlandırması qapılara, alətlərə, ayaq altlarına və kabinanın digər hissələrinə quraşdırılmışdır ki, gecə vaxtı avtomobili idarə edərkən rahatlaşdırıcı və həmçinin, müasir atmosfer yaratsın. Qapının daxili dəstəklərinin gecə vaxtı görünməsini və sürmə zamanı işıq yansımasını nəzərə alaraq işığın miqdarı tənzimlənir.

Görünməyən nöqtə monİtoru

GÖRÜNMƏYƏN NÖQTƏ MONİTORU

Arxa buferə yerləşdirilmiş radar cihazları qapıdakı güzgülərin göstərmədiyi qonşu zolaqdan gələn avtomobilləri göstərir. Əgər sürücü getdiyi zolağı dəyişmək istəyirsə və nəqliyyat vasitəsi görünməyən nöqtəyə daxil olursa müvafiq qapı güzgüsündə xəbərdarlıq siqnalı aktivləşir.

On hava yastiği

ON HAVA YASTIĞI

Bütün RX 450h modelləri on hava yastığı və təhlükəsizlik kəmərlərini öncədən möhkəmləndirən mexanizm ilə təchiz olunmuşdur. Toqquşma zamanı, toqquşma təsiri sensorları ön ikiqat sürücü/sərnişin hava yastıqlarını və kənar hava yastıqlarını müvafiq qaydada aktivləşdirir. Ön oturacaqdakı sərnişinlər üçün, həmçinin, diz qoruyucu hava yastıqları da təmin olunmuşdur və bundan əlavə, pərdə şəkilli hava yastıqları kənar pəncərələr boyunca uzanır.

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil xüsusiyyətləri yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.

rx quote 200x200 white

TAM YENİ LEXUS RX İLƏ BİZ ƏVVƏLKİ RX MODELLƏRİNİN QABAQCIL DƏYƏRLƏRİNƏ SADİQ QALMAQLA, GÜCLÜ VƏ İKONİK DİZAYNIN BİLİNƏN SƏRHƏDLƏRİNİ AŞMIŞIQ”.

RX Baş mühəndisi Takayuki Katsuda

RX 450h F SPORT

rx fsport 450h

TAM YENİ DİZAYN

RX 450h F SPORT modeli rəmzi LFA super avtomobiliniF Performans modelləri olan RC F və GS F modellərini hazırlanan cazibədar dizayn və eksklüziv idarəetməni özündə birləşdirir. Nəticə sizin nəbzinizi sıçradacaq. Eksteryerin yeni əlavələrinə daha böyük Lexus tərzi "L deşikli" ön şəbəkə, əyləcləri soyutma boruları və avtomobili aşağı doğru sıxma qüvvəsini artırmaq üçün aerodinamik üzgəclər daxildir.

İdman üslublu kabinanın daxilində siz özünüzü F SPORT modeli ilə bir bütün kimi hiss edəcəksiniz. Əl ilə tikilmiş idman üslublu oturacaqlar dizlərdən çiyinlərədək sizi əhatə edir. Eyni zamanda, erqonomik idman üslublu sükan çarxı və deşikli alüminium pedallar möhtəşəm hisslər yaşadaraq getdiyiniz yoldan həzz almanıza imkan verir.