concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

AVANQARD GÖZƏLLİK

OPAL MAVİ RƏNGƏ BOYANMIŞ BU AVTOMOBİLİN PARLAQ RƏNGİ AVSTRALİYANIN TƏBİƏTİNDƏ RAST GƏLİNƏN TƏBİİ PİQMENTDƏN GÖTÜRÜLMÜŞDÜR

2012-ci il yanvarında Şimali Amerika Beynəlxalq avtomobil sərgisində təqdim edilmiş LF-LC konsepsiyamız o vaxtdan nəzərləri cəlb etmişdir. Çevik, atlet və təcavüzkar bu avtomobil “axıcı dəqiqlik” fikri əsasında yaradılmış və özünü dizaynerlərin "avanqard gözəlliyi" adlandırdığı qismdə təqdim edir 2012-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində Beynəlxalq Avtomobil sərgisində biz ikinci heyrətamiz konsepsiyanı - LF-LS 'Blue' avtomobilini təqdim etdik.

Onun heyrətamiz görünüşü gələcəkdə buraxılacaq yeni Lexus modelləri dalğasının dizaynına işarə verir. Bizim Kaliforniyadakı Caltu studiyalarında layihələşdirilmiş bu avtomobil öz füsunkar qoruyucu şəbəkəsi və heyrətamiz gündüz işıqları ilə idman kupe avtomobilinin görünüşünü yaradır.

LF LC cutout 960 001

BİZ SƏCİYYƏVİ DİZAYNIN YENİ NƏSLİ İLƏ TƏLQİN OLUNAN LEXUS TARİXİNDƏ ƏN BÖYÜK DƏYİŞİKLİYİN ORTASINDAYIQ.

Karl Schlicht , Baş Menecer, Lexus Məhsul və Marketinq Planlaşdırma Bölməsi, yanvar 2012

QABAQCIL MATERİAL VƏ TEXNOLOGİYALAR

LF LC cutout 960 002

LF-LC KONSEPSIYASıNıN ƏSASıNı QABAQCıL MATERIAL VƏ TEXNOLOGIYALAR, O CÜMLƏDƏN YÜNGÜL KARBON LIFLƏRI VƏ NÖVBƏTI NƏSIL TAM HIBRID GÜC QATARı TƏŞKIL EDIR.

'Qabaqcıl materiallar' adlanan sistemə güclü, səmərəli və müasir yüksək enerjili akkumulyator dəstinə birləşdirilmiş Atkinson dövrəli daxili yanma mühərriki daxildir. LF-LC konsepsiyasının benzin/elektrik güc quraşdırması birlikdə 372kVt (500AG) güc hasil edir - bu, Lexus hibridləri arasında ən yüksək gücdür.

Avtomobilin şüşə damına yüngül, asqılı aparıcı ştanqa daxildir, daxildən isə sürücü dərin, dik yan panellər və yüksək maili konsolla əhatə olunmuşdur.

Uzaqdan sensor ekranlı cihaz LF-LC əməliyyatlarının asan istifadəsini təmin edir, cüt 12.3-düym LCD ekranlar məlumat və naviqasiya ekranı təmin edir. Məlumat mərkəzi konsola daxil olan sensor ekranlı idarə lövhəsindən gəlir.

Audio sistem, klimatik idarə və naviqasiyanı idarə etmək üçün istifadə edilən interfeys daha mürəkkəb daxiledilmələr üçün açılan sensor ekranlı klaviaturanı təqdim edir. Hər qapıda quraşdırılmış oxşar sensor ekranlı səthlər pəncərələri, güzgüləri, oturacağın tənzimlənməsini və fərdi əyləncə sisteminin parametrlərini işə salır.