concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LF-NX TURBO

YENİ LF-NX TURBO VERSİYASININ DÜNYA PREMYERASI 2013 TOKİO AVTOMOBİL SƏRGİSİNDƏ

LF-NX KOMPAKT KROSSOVER SUV KONSEPSİYASININ TURBO VERSİYASI KOTO WARD, TOKİODA 43-CÜ TOKİO AVTOMOBİL SƏRGİSİNDƏ, 20 NOYABR - 1 DEKABR 2013 TARİXLƏRİNDƏ KEÇİRİLƏCƏK.

Debütü 2013 Frankfurt Avtomobil Sərgisində keçirilən LF-NX konsepsiyası yeni 2.0-litrlik turbo mühərriklə təchiz edilmiş, üstün idarə etmə və ekoloji performans təmin edilmişdir.

Qabaq alt spoylerlə vurğulanan aşağı cazibə mərkəzi turbo modelinə idman görünüş verir və kəskin konturları və enli təkərləri ilə SUV-yə xas güc və maraqlı idarə etmə təmin edir.

Yeni LF-NX Turbo LF-NX HV modelinin cəlbedici və innovativ görünüşünü paylaşır, lakin bəzi eksteryer və interyer xüsusiyyətləri dəyişdirilərək yeni 2.0 litr turbo mexanizminə uyğunlaşdırılmışdır.

Salonda multimedia sistemini idarə edən gözəçarpan yeni sensor interfeys müasir görünüşdən əlavə, rahat istifadə imkanını təmin edir. Bu bütün Lexus avtomobillərinə xas olan müsbət cəhətdir.

LF NX cutout 960 001

DİZAYN

Yeni LF-NX Turbo LF-NX HV modelinin cəlbedici və innovativ görünüşünü paylaşır, lakin bəzi eksteryer və interyer xüsusiyyətləri dəyişdirilərək yeni 2.0 litr turbo mexanizminə uyğunlaşdırılmışdır.

Lexus mil şəbəkəsi artıq tünd xrom çalar daşıyır, bazası isə nazik, qara hava girişi ilə təchiz edilmiş, onun altında isə krossover konsepsiyasını – yerə yatqın olması - mat xrom spoylerlər yerləşdirilmişdir. Vertikal qabaq hava girişləri qara rəngə boyanmış, qara borularla təchiz edilmişdir.

Həm çarx yayları, həm də ayaqaltı panel qara parlaq rəngə boyanmış, yuxarı panel isə mat xrom rəngə boyanmışdır. Orta cizginin yuxarısında qapı güzgüsünün yuxarısı qabaq şəbəkə ilə eyni xrom rəngdədir.

HƏRƏKƏT MEXANİZMİ

LF-NX Turbo konsepsiyası Lexus-un ilk turbo benzin mühərriki ilə təchiz edilmişdir.

2.0 litr 4-silindrli mühərrik Lexus-un qabaqcıl silindr gözlərini, sprey yanacaq injektorunu, D-4S və VVT-i yanma texnologiyasını silindir başlıqlı səs-boğucu sistemi və qoşa turbo mexanizmi və aktiv tullantı klapanı ilə birləşdirir.

Atqı qaz temperaturunun optimallaşdırılması ilə silindir başlıqlı səs-boğucu mexanizm yüksək performansı yanacaq səmərəliliyi, təmiz emissiya etibarlılığı ilə birləşdirir, qoşa turbo mexanizmi isə geniş fırlanma diapazonunda effektiv işləyir.

LF-NX Turbo modelinin yeni güc mexanizmi yanacağa qənaət etməklə yanaşı yüksək performansı və sürətlənməni də hədəfləyir.

FƏRQLİ LEXUS

LF-NX TURBO

LF NX cutout 960 003

YENİ LF-NX TURBO VERSİYASININ DÜNYA PREMYERASI 2013 TOKİO AVTOMOBİL SƏRGİSİNDƏ

Yeni Lexus orta ölçülü krossover konsepsiyası olan LF-NX, dünya premyerasını 2013 Frankfurt Avtomobil Sərgisində (IAA) keçirəcək. Bu konsepsiya Lexus modelləri sırasında orta ölçülü krossover potensialını axtarır.

Lexus-un tam hibrid texnologiyasında lider mövqeyi ilə yanaşı, LF-NX konsepsiyası SUV performansı üçün hazırlanmış yeni Lexus Hybrid Drive sistem variantı ilə təchiz edilmişdir.

Fərqli və güclü üslubu ilə LF-NX konsepsiyasının eksteryer dizaynı Lexus-un L-fines dizayn dilinin nə qədər inkişaf etdiyini əks etdirir.

Qabaq hissədə güclü ifadəyə malik Lexus mil şəbəkəsi, cəlbedici qabaq işıqlandırma və müstəqil Gündüz İşıqları (DRL) və buferi qabaq qanaddan aqressiv vertikal kəsiklə ayıran unikal künc üslubuna rast gəlinir.

Profildən əzələli təkərüstü qövs şəhər krossoverini xatırladan qoruyucu qara üzlüklə örtülmüşdür. Kəmər xəttinin gözəl forması, klassik Lexus göz qamaşdırıcı profili və arxa hissənin kəskin cizgiləri atletik kupenin siluetini yaradır.

in article 03

Arxa elementlər işıq klasterlərini tamamlayır. Onların üzü-aşağı, buferin aşağısınadək proyeksiyası qabaq qanad incəliklərini təkrarlayan kəskin və aerodinamik arxa üslub yaradır.

in article 04

LF-NX premium Krossover xüsusiyyətlərinə əlavə olaraq, interyerdə xüsusi işlənmiş metal üzlüklər Sarı / Qara dəri üzlüklərlə, müvafiq tikilişdə və zövqlü mavi alət paneli işıqları ilə təchiz edilmişdir.

Lexus LF-NX konsepsiyası yeni Metal Gümüşü eksteryer rəngi ilə tamamlanmış, bu da avtomobilin bütöv bir metaldan oyularaq düzəldiyi hissini yaradır.

İnteryer LF-NX modelinin cəlbedici eksteryerini tamamlayır, burada sürücü üçün rahat kokpit, erqonomik mühit yaradılmışdır.

‘İnsana Yönəlmiş’ L-fines dizayn konsepsiyasında kabinada ideal üst displey zonası, aşağı əməliyyat zonası – ön panel formasında təchiz edilmiş və bu, əvvəlki Lexus modellərinin daha təkmilləşdirilmiş versiyasıdır.

Bu, avtomobilin yeni nəsil texnologiyası ilə intuitiv rabitə imkanı verir – burada sensor düymələr, yeni toxunma sensorlu paneli Remote Touch Interface (RTI) mövcuddur.