concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LF-SA KONSEPTİ

YENİ LEXUS LF-SA KONSEPTİNİN DEBÜTÜ 2015 CENEVRƏ AVTOMOBİL SƏRGİSİNDƏ BAŞ TUTACAQDIR.

LF SA cutout 960 001

2014-cü ildə ilk Lexus modeli olan LS 400 sedanın 25-ci ildönümü olmuşdur. Bu önəmli tarixi qeyd etmək üçün Lexus şirkəti özünün Avropada yerləşən dizayn studiyası olan ED2 şirkətinə çox yığcam, sub-B-seqmentinə məxsus 2+2 şəhər konseptini yaratmaq tapşırığı vermişdir.

Lexus şirkətinin gələcək dizayn tendensiyalarını əks etdirən LF-SA Konsepti brend üçün gözlənilməz sahələri effektiv və emosional tərzdə kəşf edir.

Gələcəkdə əksər insanların texnologiya və virtual təcrübələrə meylinin artacağı nəzərə alınaraq, LF-SA Konseptində sürücü bölməsinə daha çox diqqət ayrılmış, Lexus brendinin “əsl maşın idarəetmə təcrübəsinin gələcəkdə də ön planda qalacağı” istiqamətində dünya görüşü əks olunmuşdur.

Bu cəhətdən LF-SA Konsepti Lexus brendinin mütərəqqi dəbdəbəsini təyin edən sürücü zövqünü itirmədən brendin L-finesse dizayn fəlsəfəsini özündə birləşdirir.

Şəhərdə hər gün həftə sonu səyahət abu-havası yaradan LF-SA Konsept Lexus sürücülərinə avtomobili idarə etməkdən əsl zövq almaq, internet, məlumat-əyləncə və təhlükəsizlik kimi funksiyalardan faydalanmaq imkanı verir.

Bu abu-hava konseptin rəng sxemində də öz əksini tapır; ulduzlar kimi gümüşü rəngli eksteryer kosmosa səyahəti xatırladır, interyer isə günəş tutulmasının əzəmətini əks etdirir.

EKSTERYER DİZAYNI

Lexus dizaynerləri yeni Lexus LF-SA Konsepti 3,450mm uzunluqda, 1,700 mm enində və 1,430 mm hündürlükdə hazırlamışdır, onun yığcam dizaynı əsl şəhər avtomobilinə xas manevr qabiliyyəti və çevikliyi əks etdirir. Avtomobil möhtəşəm və özünə inamli tərzə malikdir.

LF-SA modelinin yüksək zövqlə işlənmiş kəskin cizgiləri müxtəlif bucaqlardan baxdıqda fərqli təəssürat yaradan “Gələcəyin dizaynı” yanaşmasına, cəsarətli və avanqard dizayna malikdir.

Qabaq Lexus loqosunun yerləşdiyi şəbəkə iki ölçülü qrafikadan güclü, üç ölçülü formaya çevrilərək, ön buferlərə və qanadları daha görkəmli göstərir, konseptin geniş, güclü duruşunu daha da gücləndirir.

Çökük və qabarıq kuzov səthləri arasındakı ziddiyyət arxa buferlərdə daha çox gözə çarpan buferlərin üzərindəki kəsiklə daha da vurğulanır, dizayna unikal proporsiya əlavə edir və avtomobilə dinamiklik və irəli hərəkət hissi verir.

Ön şəbəkənin forması üçkünc formalı, L formalı işıqlarla təchiz edilmiş iki pilləli arxa dizaynla bir-birini tamamlayır. Lexus brendinin nişanələrinə gündüz işıqları kimi başqa hissələrdə də rast gəlmək mümkündür.

İNTERYER DİZAYNI

Eksteryer ölçülərinin çox yığcam olmasına baxmayaraq, LF-SA Konseptində geniş interyer nəzərdə tutulmuşdur. Bu genişlik təəssüratını yaradan dizaynerin yayılmış ön panel ilə kabini enli göstərməsidir.

Əksər vaxtlarda şəhər avtomobillərində yalnız bir nəfərin oturduğu nəzərə alınaraq, 2+2 kabin dizaynında sürücüyə daha çox üstünlük verilmişdir. Sürücünün oturacağı sabitdir, sükan çarxı və pedallar isə tənzimlənərək, məhz avtomobili sürücüyə uyğun tənzimləyir.

Ön sərnişin oturacağı isə sürüşərək tənzimlənir və arxa oturacağa keçmək üçün yer açılır.

Sürücüyə üstünlük verilən bu ikili funksiya geniş interyer dizayn ilə birləşərək kabində iki ayrı, üst-üstə düşən ellips formalı sahə yaradır.

"Məlumat-əyləncə sistemi alət panelinə yerləşdirilmiş holoqram tərzli rəqəmsal displeydən və alın şüşəsində yerləşən geniş bucaqlı ekrandan ibarətdir".