concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LEXUS UX KONSEPT KAR

BİZİM YENİ KONSEPSİYA AVTOMOBİLİ PARİS 2016
AVTOMOBİL SƏRGİSİNDƏ ÖZ İLK DÜNYA ÇIXIŞINI ETDİ

Biz, bizim yeni Lexus UX Concept konsepsiya avtomobili Paris 2016 Avtomobil Sərgisində təqdimatını etdik. Lexus Avropa Dizayn Mərkəzimizdə yaradılmış bu avtomobil qoşulmuş mühitdə yaşayan inkişaf edən şəhər auditoriyasını cəlb etmək üçün nəzərdə tutulmuşdur.

UX Konsept möhtəşəm sürücü təcrübəsi yaratmaq üçün yaradıcı texnologiya istifadə edir, interyer isə ənənəvi dülgərliyi innovativ istehsalat texnikaları ilə birləşdirir. Lexus Mətbuat Konfransı sentyabr ayının 29-u keçirilmişdir. Baxa bilməmisinizsə, aşağıdakı hesabata nəzər yetirə bilərsiniz

СƏSUR UX KONSEPTİNİN DİZAYNI SƏRNİŞİNLƏRƏ HƏYƏCANVERİCİ TƏCRÜBƏ TƏMİN ETMƏK ÜÇÜN
YARADICI QABAQCIL TEXNOLOGİYALAR İLƏ BİRLƏŞDİRİLİB

Bütün HMI texnologiyası daima fəaliyyətdə olan mühitdə yaşayan qabaqcıl müştərilərə innovativ, üçölçülü sürücülük təcrübəsi təklif edir.

Sürücünün alət panelində holoqram şəklində üzən şəffaf kürə yerləşir və bu kürə funksional, gözlənilməz istifadəçi interfeysi təmin edən analoqlu və rəqəmsal məlumat birləşməsini özündə ehtiva edir. Mərkəzi konsol kondisionerin holoqram-üslublu displeyini və əyləncəli informasiyanı həm sürücünün, həm də ön sərnişinin aydın şəkildə gördüyü görkəmli, cilalanmış kristal strukturuna malikdir.

Ən son avtomobildaxili elektrik texnologiyaları da yeni UX konseptində göstərilir. O, elektro-xromatik pəncərələrə sahibdir və qapı güzgüləri ənənəvi güzgü korpuslarından daha nazik olan e-güzgü kamera korpusları ilə əvəzlənib. Bütün dəyişdirici mühərrik elektrostatikdir və şəffaf örtüklərin altında yerləşdirilmişdir.

Son olaraq, A sütunun motivi daha gənc Lexus müştərisi üçün yeni audio təcrübəsində təkrarlanır - çıxarıla bilən səs paneli alətlər panelinin sərnişin tərəfində yerləşdirilib.

QISACASI, MƏQSƏDİMİZ KOMPAKT KROSSOVERİN YENİ NÖVÜNÜ YARATMAQ İDİ; MÜŞTƏRİNİN NÖQTEYİ-NƏZƏRİNDƏN UNİKAL BİR ŞEY - İNNOVATİV, ÜÇÖLÇÜLÜ, HƏYACANVEİRCİ İSTİFADƏÇİ TƏCRÜBƏSİ YARADA BİLƏCƏK AVTOMOBİL.

Stefan Rasmussen, Avropa Dizayn mərkəzində Dizayner, ED2