concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

HEYRƏTAMİZ ŞEYLƏR YARATMAQ NƏ DEMƏKDİR?

LEXUS ŞİRKƏTİNDƏ BİZ DİNCƏLMƏDƏN İRƏLİ GETMƏK, HÜDUDLARI GENİŞLƏNDİRMƏK VƏ DAHİ, MÜSTƏSNA, ƏLA MƏHSUL TƏQDİM ETMƏK ARZUSUNDAYIQ. QISASI: BİZ DAİMA HEYRƏTAMİZ NƏTİCƏYƏ ÇALIŞIRIQ.

Heyrətamiz mühəndislik və müasir texnologiya dedikdə avtomobilin sürücü tələblərinə tam uyğun gəlməsi; müstəsna gücü və səmərəni təmin edən, bununla belə ətrafdakı mühitə zərər verməyən avtomobil başa düşülür. Heyrətamiz dizayn : heyrət yaradan avtomobillər Heyrətamiz ustalıq: Material və ustalıq keyfiyyətləri hər bir Lexus avtomobilinin dəbdəbə nümunəsi olduğunu bildirir.

Texnologiyada nail olduğumuz heyrətamiz yeniliklər: biz Lexus Hibrid ötürücüsünün yaradıcısıyıq. Bunlar hamısı misilsiz müştəri qayğısını təmin edir və Lexus avtomobilinə sahibliyi avtomobilin özü kimi heyrətamiz edir.

Lexus şirkətində biz heyrətamiz şeylər yaratmayınca dayanmırıq

LEXUS PROJECTS

HƏRƏKƏT MÜRƏKKƏBLİYİNİN VƏ GÖZƏLLİYİNİN TƏDQİQ EDİLMƏSİ ÜZRƏ LAYİHƏLƏR – BİZİM BİRİNCİ OLAN “STEPS” LAYİHƏSİNDƏN BAŞLAYIR. “STEPS” - ŞƏHƏRDƏ XÜSUSİ BİR ŞEY AXTARIŞINDA HƏRƏKƏT EDƏN BÖYÜK İNSAN FİQURUNUN BİR HEKAYƏSİDİR.

HEYRƏTAMİZ ŞEYLƏR YARATMAQ: “RX”

HƏR YENİ “RX” ÖZÜNÜ BİR SIRA QEYRİ-ADİ SINAQLDARDA, O CÜMLƏDƏN ƏN AZI İKİ DƏQİQƏ TƏBİİ TUFANI SİMULYASİYA EDƏN TUFAN KAMERASINDA SÜBUT ETMƏLİDİR.

Lexus yeni RX modellərini real həyatda avtomobilin üzləşə biləcəyi ssenarilərdən daha sərt şəraitdə sınaqdan keçirir. Salona verilməzdən əvvəl hər bir modelin səthində ola biləcək bütün qüsurlar işıq tunelində artıq yoxlanmış, kağız vərəqinin iki tərəfi arasındakı fərqi duymaq təcrübəsi olan usta texnik tərəfindən mükəmməl hamarlığı yoxlanmış, külək və dolu vəziyyətlərinə və tayfun kamerasında saatda 200mm yağış təsirinə məruz qalmışdır.

Lexus tufan sınağına 2-10 dəqiqə tab gətirmək asan deyil; bu kameranın daxilində suyun həcmi ən kəskin tufanda qeydə alınmış yağış həcmindən ikiqat artıqdır.

Bu qısa filmdə biz təbiətdə bu kəskin şərait həyəcanını duymaq arzusunda olan tufan həvəskarları həyatından bir anı izləyirik. Aşağıdakı şəkil qalereyasında tufan həvəskarı rast gəldiyi qeyri-adi hava şəraitlərindən bəzilərini təsvir edir və belə vəziyyətlərlə nə hisslər keçirdiyini izah edir.

HEYRƏTAMİZ ŞEYLƏR YARATMAQ: GS

LEXUS DİNAMİK İDARƏETMƏ, GS F SPORT AVTOMOBİLİNDƏ QURAŞDIRILAN YENİ SİSTEM STABİL, LAKİN CANLI İDARƏETMƏ YARATMAQ ÜÇÜN İNANILMAZ QÜVVƏLƏRİ ƏHATƏ ETMƏSİ – FRİDAYVİNQİN MARAQ DOĞURAN PARALELLƏRİ İLƏ.

Yuxarıdakı qısa filmdə fridayvinqçi və “One Breath”in müəllifi Emma Farrel bədənin təbii nəfəs alma cəhdinə qalib gəlmədən danışır, və “Lexus”un “Doug Knox” jurnalında “Lexus Dinamik İdarəetmə”nin layihələndirilməsində inanılmaz qüvvələrdən oxşar istifadəsi izah edilir.

İlk dəfə olaraq yeni “GS F SPORT” avtomobilində quraşdırılmış bu yeni sistem avtomobilin sükanla idarəsini və müxtəlif datçikləri cəmləşdirərək heyrətləndirici və çevik avtomobil idarəsi yaradır. O, həmçinin dinamik idarəetmə sistemi və hibrid idarəetmə texnologiyasının dünyada ilk kombinasiyasıdır.

Yüksək sürətlərdə arxa təkərlər azacıq qabaq təkərlərlə eyni istiqamətdə dönür və avtomobilin sükana cavabını itiləşdirir. Alçaq sürətlərdə qabaq təkərlər arxa təkərlərə nisbətən əks istiqamətdə dönür. Bu, gözlənilməz olsa da, əslində təhlükəsizlik və stabilliklə möhkəmlənən əla idarəni və dəqiqliyi təmin edir

Buraya əlavə edilmiş şəkil qalereyasında müəllif Fred Buyle baş çəkdiyi sualtı dünyanın bəzi anlarını, fridayvinq və dəniz fotoqrafı kimi insan bədəni hüdudlarını genişləndirmək arzusu ilə yaşadığı anları təqdim etmişdir.