concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

PEŞƏKAR USTALIQ

HEYRƏTAMİZ ŞEYLƏR YARATMAQ

BİZİM AVTOMOBİL ZAVODLARIMIZ ÖZ QABAQCIL TEXNOLOGİYALARI, NOVATOR PROSESLƏRİ VƏ YÜKSƏK KEYFİYYƏTLİ MƏHSULLARI İLƏ BÜTÜN DÜNYADA MƏŞHURDURLAR. BUNUNLA YANAŞI, BİZ HƏMÇİNİN KÖKLƏRİ ƏN DƏRİN YAPON MƏDƏNİYYƏTİNƏ GEDƏN ƏL İŞLƏRİ SƏNƏTKARLIĞINA GÖRƏ DƏ MƏŞHUR OLMUŞUQ.

Bu, bir neçə il bundan əvvəl digər modellərlə yanaşı, “LS” aparıcı modelinin istehsal edildiyi Tahara zavodumuzda 10 Takuminin, yaxud usta sənətkarın əməyi ilə başlandı.

Takumi – qədim yapon sözü olub, loru dildə “usta" kimi tərcümə olunur. Takumilər bütün avtomobil sənayesində yüksək hörmət qazanmışlar. Onlara Tahara zavodunun istehsalı olan avtomobilləri əllə və gözlə yoxlamaq, həmin avtomobillərin misilsiz standartlara uyğun hazırlanması və tamamlanmasını şəxsən təmin etmək tapşırılır.

Onların başqa faydalı xüsusiyyəti də vardır: onların bacarığı rəqəmli şəklə salınaraq və proqramlaşdırılaraq, bir çox robot funksiyalarına daxil edilmişdir ki, bu da dəqiqlik standartlarını daha yüksək səviyyəyə qaldırmışdır. Bu inkişaf həmçinin o deməkdir ki, Takumi istedadları mexaniki formada digər zavodlara göndərilə bilərlər. "RX” avtomobilinin istehsal edildiyi Kyushu zavodumuz bu üsuldan faydalanır, bundan əlavə, öz texniklərinin elit qrupunu yaradır.

Tahara zavodundakı 10 Takuminin hər biri öz bacarığını xüsusi ayrılmış sahədə tətbiq edir. Əsas sahələrdən üçünün qısa icmalı aşağıda verilmişdir.

HƏR BİR MAŞINA YEKUN ÖZÜNÜBƏRPA RƏNGİN VURULMASINDAN ƏVVƏL ƏLLƏ YAŞ CİLALANMA TƏTBİQ EDİLİR

Naoaki Nunogaki

İKİ DƏQİQ TARAZLAŞDIRILMIŞ KONSEPSİYA BİZİM DİZAYN FƏLSƏFƏMİZİN MƏĞZİNİ TƏŞKİL EDİR VƏ BİZİM AVTOMOBİLLƏRİN HƏR BİRİ ÜÇÜN SƏCİYYƏVİDİR - 'QABAQCIL' VƏ 'DƏQİQ'

Naoaki Nunogaki, Baş Menecer, Tokio Dizayn Bölməsi
design philosopy thumb 003

DİNAMİKA

Avtomobilin dinamikası üçün də cavabdehlik daşıyan Takumi vardır. Yəqin ki, ən çox qibtə edilən vəzifəsi olan bu usta istehsal mərhələsinə daxil olmamış və istehsal mərhələsinə daxil olmuş Lexus modellərini, prototiplərini və rəqiblərin avtomobillərini sınaq məqsədilə sürür, müntəzəm təhlillər aparır və təkmilləşdirilmə üçün öz ideyalarını irəli sürür. Bu isə, idarə, istifadə və səslə bağlı sahələr də daxil olmaqla, bütün sahələrin optimal olmasını təmin edir.

RƏNGLƏMƏ SEXİ

Burada rəngləmə işləri, o cümlədən güzgü parıltısı yaratmaq üçün əllə yaş cilalama sənəti üzrə ixtisaslaşmış peşəkar usta xüsusi işıqlandırma şəraitinə malik yerlərdə xarici rənglənməni yoxlayır. O, avtomobil rənginin tam səthi boyu axmasını yoxlamaq üçün xüsusi işıqlandırma tunelindən istifadə edir və onu qrupun CAD (kompyuterləşdirilmiş dizayn) təsvirləri ilə müqayisə edir. Nəticə hətta ən cüzi qüsuru belə olmayan səthdir.

design philosopy thumb 002
design philosopy thumb 001

MÜHƏRRİKİN YIĞILMASI

Buraya cəlb edilmiş Takumi nümunə üçün mühərrik seçir və hər bir model üçün tələb olunan düzgün səs rezonansını təmin etmək üçün mühərrikin hər bir hissəsini mikron səviyyəsində yoxlayır. O həmçinin hər bir yığılmış mühərriki şəxsən işə salır və səsdə kənaraçıxmaları aşkar etmək üçün stetoskopla onun daxili hissələrinin işinə qulaq asır.

Simon Humphries

”LEXUS” DİZAYN FƏLSƏFƏSİNİN ƏSASINI TEXNOLOJİ BAXIMDAN QABAQCIL, LAKİN YENƏ DƏ İNSANA YAXIN OLMA, ƏSRARƏNGİZ, BUNUNLA BELƏ, MƏHARƏTLİ, HƏMÇİNİN TƏVAZÖKAR DİZAYN YARATMA TƏŞKİL EDİR.

Simon Humphries, Qrup meneceri, Qlobal dizaynın idarə edilməsi şöbəsi

L-SƏNƏTKARLIĞI

AHƏNGDAR PROQNOZ, KƏSKİN ŞƏKİLDƏ SADƏLİK, MARAQ DOĞURAN ZƏRİFLİK

“L-SƏNƏTKARLIĞI” TƏSVİR EDƏN SADƏ TƏRİF : MÜASİR DİZAYN VƏ TEXNOLOGİYA DƏQİQLİKLƏ TƏTBİQ EDİLMİŞDİR. ƏLBƏTTƏ Kİ, LEXUS FƏLSƏFƏSİNƏ DAHA ÇOX XASSƏLƏR DAXİLDİR, LAKİN ONUN APARİCİ SÖZÜ – DƏQİQLİKDİR. BU, LEXUS DƏBDƏBƏSİNİN ARXASINDA OLAN DÜŞÜNCƏNİN DƏRİNLİYİNƏ İSTİNAD EDİR VƏ FƏLSƏFƏ ÖZ KÖKÜNÜ YAPON QONAQPƏRVƏRLİYİ VƏ ESTETİKASINDAN ALSA DA, O, HƏMÇİNİN HƏDDƏN ARTIQ DİNAMİK VƏ İNKİŞAF EDƏN KONSEPSİYADIR.

seamless anticipation

AHƏNGDAR PROQNOZ

Yaponiyanın qonaqpərvərlik ruhu Omotenaşi konsepsiyasına sadiq qalaraq, biz yalnız insanların tələb və arzularını yerinə yetirməklə kifayətlənmirik. Biz onları ahəngdar şəkildə qabaqcadan görürük. Bu yolla, hər şey onun daxili işıqlandırmasının xoşagələn və həssas gücü və ya pərakəndə halda istiqamətləndirici ardıcıllığı olub-olmamasından asılı olmur, tələb olunan vaxt hər zaman əl altında olur. Bunların hamısı müştərini “Lexus” şirkətinin hər bir təcrübəsini – sakit, tam idarə olunan və hər an zövq verən təcrübənin diqqət mərkəzində qoyur.

incisive simplicity

KƏSKİN ŞƏKİLDƏ SADƏLİK

“Lexus” şirkətində biz avtomobil texnologiyasının və dizaynının imkanlarını daima genişləndiririk. Bu, bizim qarşımızda çətinliklər yaradır, lakin hansısa səciyyəvi mürəkkəblikdən asılı olmayaraq, yaratdığımız hər şeyi istifadə etmək və seyr etmək üçün intuisiya doğuran zövq olmasına inanırıq. Buna görə də biz məqsədin və ifadənin saflığını açıqlamaq məqsədilə mürəkkəbliyi azaldırıq və aradan qaldırırıq. Nəticədə, özü xalis həzz olan Kəskin Sadəlik yaratmışıq.

intriguing elegance

MARAQ DOĞURAN ZƏRİFLİK

Bütün “Lexus” avtomobilləri diqqəti cəlb etmək və baş döndürmək qabiliyyətinə malikdir. Onlar həm diqqəti cəlb edir saxlayır – çünki nə qədər çox baxsanız, bir o qədər çox təcrübə qazanarız. Əslində, “Lexus” dizaynerləri “vizual səfərdən" söz açır. Zərif korpusun geniş üfüqləri maraq doğuran detallara və sürətin dinamik dəyişikliyinə axır. İfadənin açıq cəsarəti əldə edilmiş gözəl görünüşlə birləşir. Hərəkət mövcuddur, eyni zamanda, sakitlik mövcuddur. Bu, maraq doğuran zəriflikdir