concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

USTALIĞIN GÜCÜ

2010-cu İLDƏ TOKİODA KEÇİRİLƏN 41-ci BEYNƏLXALQ AVTOMOBİL SƏRGİSİNDƏ İLK DƏFƏ NÜMAYİŞ ETDİRİLMİŞ LEXUS LFA HEYRƏTAMİZ TEXNİKİ NAİLİYYƏTDİR – O, TƏKLİKDƏ 21-ci ƏSRİN SUPER AVTOMOBİLİ ÜÇÜN YENİ MEYARLAR MÜƏYYƏNLƏŞDİRİR VƏ ONLARI YENİLƏYİR.

intro lfa

Güclü, sifarişlə hazırlanmış V10 mühərrik yüngül karbon lif strukturu, həmçinin mükəmməl və intuitiv istifadəni özündə birləşdirir. Yola çıxanda o, səyahəti davam etdirməyə həvəsləndirir. Yolda isə o, gurultu ilə işə düşür və həyəcanlandırıcı, amansız sürət alır (cəmi 3.7 saniyə ərzində 0-100 km/saat) və sonsuz güc ehtiyatı təmin edir (ən yüksək sürət - saatda 325 km-dir).

İstehsal həddən artıq məhduddur – dünyada cəmi 500 belə ağlasığmaz super avtomobil olacaq. Lakin heyrətamiz şeyləri qiymətləndirən hər bir şəxs bu ildırım sürətli LFA avtomobilinin istehsalında göstərilən fədakarlığa məftun ola bilər. Avtomobil mühəndisliyinin bu şah əsəri “Lexus” sinifli yeni avtomobillərin hazırlanmasına dair məlumat verir. O, həmçinin “Lexus” şirkətinin ən istedadlı dizayner və mühəndislərinin on il ərzində müntəzəm mükəmməllik axtarışlarının məhsuludur.

SUPER AVTOMOBİLİN MEYDANA GƏLMƏSİ

TAMAMİLƏ AĞ VƏRƏQDƏN BAŞLANMIŞ BU AVTOMOBİLİN YARADILMASINDA MƏQSƏD MÜKƏMMƏL İDARƏ TƏCRÜBƏSİNİ - BİZİM DİZAYN FƏLSƏFƏMİZİN ƏSAS İFADƏSİNİ YARATMAQ İDİ. “L-SƏNƏTKARLIQ” ON MİN ELEMENTİN HƏR BİRİ ÖZÜNƏMƏXSUS, EKSKLÜZIV VƏ XÜSUSİ OLARAQ BU NÖV ÜÇÜN VƏ ADƏTƏN, ƏLLƏ YIĞILMIŞDIR.

On illik arzuların, novatorluğun, dizayn və mühəndisliyin nəticəsi olan LFA təkmilləşmədə inanılmaz həddə çatıb. Məsələn, onun sığal çəkilmiş, aerodinamik kuzovunu götürək. Erkən prototiplərdə kuzov alüminiumdan hazırlanırdı, lakin, hətta bu cür yüngül metal belə, ən yüksək hərəkət göstəricisinə nail olmaq üçün çox ağır oldu.

Beləliklə, ilhamlı qərar verildi - bu metal xüsusi olaraq hazırlanmış, ultra-yüngül, lakin həddən artıq möhkəm Karbon liflə möhkəmləndirilmiş plastiklə (CFRP) əvəz edilsin.Bu qeyri-adi materialı başqa mənbədən əldə etməmək məqsədilə, biz keyfiyyətə ciddi nəzarəti təmin etmək üçün özümüzün novator karbon lif istehsalat prosesini yaratdıq.

haruhiko2

SON ON İL ƏRZİNDƏ BİZ HAMIMIZ İNDİYƏ QƏDƏR İSTEHSAL EDİLMİŞ ƏN GÖZƏL İDMAN AVTOMOBİLLƏRİNƏ QARŞI DURACAQ DÜNYA SƏVİYYƏLİ “LEXUS” SUPER AVTOMOBİLİ YARATMAQ EHTİRASI İLƏ YAŞAMIŞIQ

Haruhiko Tanahashi , “LFA”nın baş mühəndisi

KƏŞFİN ŞAH ƏSƏRİ

v10 power

V10 GÜCÜ

“LFA” avtomobilinin mərkəzində sifariş və əllə yığılmış, 4.8 litrlik V10 təbii aspirasiyalı mühərrik durur. Almaniyanın məşhur Nürburgring yarış yolunda sınaqdan keçirilib mükəmməl vəziyyətə gətirilmiş bu mühərrik elə cəld sürət toplayır ki, heç bir ənənəvi analoq cihaz panelinin taxometri onunla yarışa bilməz. Nəzarətsiz güc mənasızdır ona görə də, heyrətamiz V10 mühərrikinə ildırım sürətli, altı sürət seçimli Avtomatlaşdırılmış Ardıcıl Sürətlər qutusu birləşdirilmişdir.

art of noise

SƏS-KÜY SƏNƏTİ

LFA Baş Mühəndisi, Haruhiko Tanahashi tükləri biz-biz edən avtomobil səsini “Mələklərin nərəsi” adlandırır. Həqiqətən də bu həyəcanlandırıcı nərə səsi qəfil yaranmamışdır. Yamaha şirkətinin musiqi alətləri bölməsi ilə birgə işləyərək mühəndislər giriş manifold qapağında özünəməxsus formalı tinlərdən istifadə etməklə LFA mühərrikinin səsini xoşagələn mükəmməl ahəngə kökləmişlər.

hot seat

QAYNAR OTURACAQ

“LFA” avtomobilinin güclü, alçaq kabinəsi ən incə materiallardan əllə yığılmışdır. Cihaz yığımında yeganə bir sayğac – animasiyalı taxometr üstünlük təşkil edir. Noutbuk tipli TFT ekranı olan bu cihaz avtomobilin idarə edilməsi rejimindən asılı olaraq öz görünüşünü dəyişə bilər. ”LFA” yüksək göstəricilərə malik idman rejiminə keçdikdə, ekrandakı nömrələr daha böyük və qabarıq olur, səth axaraq yerini dəyişir və qırmızı xətt siferblatın üst hissəsinə keçir.

hand crafted

ƏL İŞİ

Bütün şah əsərləri kimi, hər bir V10 mühərriki əllə yığılmış və Lexus şirkətinin xüsusi ayrılmış briqadasının bir mühəndisi tərəfindən LFA adından imzalanır. Avtomobil xəyalpərəstlərinin eyni qrupu səbirlə və diqqətlə bu əvəzsiz super avtomobillərin hər birini işləmişdir. Mükəmməl həll axtarışında onlar digər Lexus modelləri xidmətində qəbul olunan tamamilə yeni texnologiya və materiallar hazırlamışlar.

body sculpting

KORPUSUN YIĞILMASI

Özünəməxsus Karbon Lifli Gücləndirilmiş Plastik (CFRP) Materialdan hazırlanması LFA avtomobilinə estetik üstünlük verir, çəkisini azaldır və sərtliyini artırır Məhz onun yüngül çəkisi və yüksək möhkəmliyi istedadlı Lexus dizaynerlərini metal korpusda qeyri-mümkün olan konturların və əyrilərin yaradılmasına həvəsləndirmişdir. Bu, Lexus L-Sənətkarlığının tamamilə yeni səviyyəyə çatdırılmış dizayn fəlsəfəsidir.

breaking the mould

ŞABLONDAN KƏNARA ÇIXMA

Çəkinin optimal paylanması üçün “LFA” avtomobilində mövcud olan ideal 48:52 nisbətində qabaqdan-arxaya tarazlıq bu super avtomobilə öz dinamik potensialının tam istifadə etməsinə imkan verir. Əsas elementlər də torpağa mümkün qədər yaxın quraşdırılmışdır ki, bu da avtomobili yerə bitişik vəziyyətdə saxlayan misilsiz alçaq cazibə mərkəzinə nail olmanı təmin edir. Bu avtomobilin Nürburgring yarış trasının çətin döngələrini etibarla idarə və ildırım sürətilə dəf etməyə imkan verir.

lfa clip masterpiece orange
haruhiko

LFA BUNDAN ƏVVƏLKİ BÜTÜN AVTOMOBİLLƏRDƏN FƏRQLİ OLARAQ BƏNZƏRSİZ SUPER AVTOMOBİLDİR. HEYRƏTEDİCİ DƏRƏCƏDƏ YÜNGÜL ÇƏKİLİ, GÜCLÜ VƏ TARAZLAŞDIRILMIŞ BU AVTOMOBİL BİR MƏQSƏDƏ NAİL OLMAQ ÜÇÜN HAZIRLANMIŞDIR – HƏQİQİ MƏNADA YÜKSƏK SƏVİYYƏDƏ İDARƏ TƏCRÜBƏSİNİ TƏMİN ETMƏK

Haruhiko Tanahashi , LFA-nın baş mühəndisi