concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

YENİ RX

FRANKFURT MOTOR SHOW 2015 SƏRGİSİNDƏ YENİLƏNMİŞ RX MODELİNİN AVROPA ÜÇÜN TƏQDİMATI BAŞ TUTACAQ. SÖZÜGEDƏN MODEL BRENDİN 26 İLLİK TARİXİNDƏ ƏN ÇOX SATILAN MAŞINIDIR. İNDİYƏ QƏDƏR DÜNYADA TƏXMİNƏN 2.2 MİLYON RX SATILIB VƏ LEXUS-un SATILAN HƏR 10 MAŞINDAN ÜÇÜNÜ MƏHZ RX TƏŞKİL EDİR.

VALEHEDİCİ DİZAYN

Yeni RX modeli 2015-ci il Frankfurt Avtomobil Sərgisində bütün diqqətləri üzərinə toplayır. Bizim dizayn studiyalarımızda indiyədək yaradılmış ən güclü Lexus avtomobili olan bu model, üslub cəhətdən güclü təkamülü əks etdirən mürəkkəb əyri cizgiləri və formanı özündə birləşdirir. Yeni RX ən son buraxılan digər Lexus modelləri ilə eyni əsas dizayn xüsusiyyətlərinə sahibdir.

QABAQCIL TEXNOLOGİYA

Yeni RX modelinin salonu standart kimi müasir dəbdəbənin əvəzsiz səviyyəsini təcəssüm etdirir. Hətta salonun havalandırması mükafata layiq görülən Nanoe® texnologiyası sayəsində təkmilləşdirilmişdir. Sərnişinlərin təhlükəsizlik səviyyəsi Lexus Safety System + ilə daha da artırılmışdır. Sistem potensial təhlükə hallarını öncədən aşkar etmək üçün millimetr dalğa radar və kameradan istifadə edir.

LEXUS AVTOMOBİLİNƏ HƏSR OLUNMUŞ
MƏTBUAT KONFRANSINI İZLƏYIN

YENI RX
VIRTUAL REALLıQ TƏCRÜBƏSI

FRANKFURTDA LEXUS SƏRGİ STENDİNDƏ OCULUS RIFT SİSTEMİ VASİTƏSİLƏ DƏSTƏKLƏNƏN RX VİRTUAL REALLIQ TƏCRÜBƏSİ TƏMİN EDİLMİŞDİR. SİZ PROQRAMI HƏMÇİNİN SMARTFON VƏ YA PLANŞETLƏRİNİZƏ YÜKLƏYƏ BİLƏRSİNİZ.

GÜCLÜ YENİ GS MODELİ

YENİ GS 200t MODELİNİ NƏZƏRDƏN KEÇİRİN. GS SERİYASINA YENİ QOŞULMUŞ BU AVTOMOBİL 8-PİLLƏLİ AVTOMATİK TRANSMİSSİYA İLƏ BİRLƏŞƏN 2,0 LİTRLİK GÜCLÜ TURBO BENZİN MÜHƏRRİKİ İLƏ TƏCHİZ OLUNUB. GS MODELİ STANDART OLARAQ YENİDƏN DİZAYN OLUNMUŞ ÖN HİSSƏ VƏ BI-LED FARALAR İLƏ TƏCHİZ EDİLMİŞDİR.

YENİ CT VƏ IS SPORT

CT VƏ IS MODELLƏRİNİN İDMAN XÜSUSİYYƏTLƏRİ YENİ İDMAN XÜSUSİYYƏTLƏRİNİN TƏCHİZ EDİLMƏSİ ILƏ DAHA DA TƏKMİLLƏŞDİRİLMİŞDİR. HƏR İKİ MODEL TƏKMİLLƏŞDİRİLMİŞ İDMAN DİZAYN XÜSUSİYYƏTLƏRİNƏ SAHİBDİR VƏ 2015-Cİ İL SENTYABR AYINDAN BAŞLAYARAQ AVROPADA SATIŞA ÇIXARILACAQ.