concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LYUKS HİBRİD TEXNOLOGİYASININ PİONERLƏRİ KİMİ BİZ DÜNYANIN DİGƏR PREMYUM İSTEHSALÇILARINDAN DAHA ÇOX HİBRİD SATMIŞIQ.

2016-cı ildə milyonuncu sürücü aramıza qoşulmuşdur. Bununla yanaşı, dünyanın sevimli lyuks hibrid brendi olma öhdəliyimizin bir hissəsi kimi biz yüksək standartlara cavab verən müştəri məmnuniyyətini çatdırmağa davam edirik.

On ildən artıq inkişaf təcrübəsi olan hibrid texnologiyasının pionerləri olaraq sizi əmin edə bilərik ki, bizim ən son hibrid model sıramızdakı avtomobillərdə olan hər bir yeniliklər əlaqədar bütün sahələrdə özünü sübut etməklə yanaşı dünya ətrafında miyonlarla litr yanacağa qənaət etmək edir. Tam yeni LC 500h ilə biz dünyanın ilk Çox Mərhələli Hibrid Sistemini təqdim edərək hibrid texnologiyasının sərhədlərini daha da çox aşırıq. Texnologiya tam hibrid transmissiyasının bütün elementlərini, habelə, 3.5 litrlik V6 benzin mühərrikini, güclü elektrik motorunu, litium-ion batareya dəstini və 4-sürətli avtomatik sürət qutusunu özündə birləşdirir.

Bu kombinasiya daha səmərəli 10-sürətli Çox Mərhələli Hibrid transmissiyası yaradır və bu, LC modelini 0-100 km/s-a 5 saniyədən də az müddətə sürətləndirmək üçün kifayət qədər güclüdür (təqdim olunmuş məlumatlar təqribidir və dəyişə bilər). Əvəzsiz hibrid təcrübəsini ən son dizayn və rəqibsiz “Takumi” keyfiyyəti ilə birləşdirin və nəticədə Lexus hibrid modeli yaranacaq. Bu gün ən mükəmməl lyuks hibrid avtomobilləri sırası mövcuddur. Məharətli güc. Möhtəşəm yanacağa qənaət. Lyuks xüsusiyyətlər. Budur h gücü.

AĞILLI HİBRİD PERFORMANSI

Lexus Hibrid Avtomobili qənaətli elektrik mühərriki ilə benzin mühərrikinin vəhdətidir - Siz maşını idarə edərkən öz aralarında sizin hiss etməyəcəyiniz səviyyədə keçid edərək çalışırlar. Bu az həcmli CO2 emissiyalı, yüksək sürət və az yanacaq sərfiyyatının tərs mütənasib olduğunun sübutudur.

Və model sıramızda olan hər bir hibrid modeli - kompromizsiz, yarım həllsiz - elektrik enerjisinin işlək olduğu təqdirdə, Elektrik Nəqliyyat Vasitəsi (EV) rejimində idarəetməyə qadirdir.

GƏLƏCƏYİ
İDARƏ ETMƏK

Lexus hibrid avtomobilini sürün və siz bir ahəngdə işləyən texnologiyaları dərhal hiss edəcəksiniz. Avtomobili işə salın və siz EV rejimini başladırsınız. Diqqət edin, bu, kifayət qədər səssizdir. Burada, Lexus-unuz yanacaq istifadə etmir və 0 emissiya ixrac edir. Bu, normal sürətlərdə və pik saatların tıxaclarında belə də davam edəcək.

Siz sürətləndikcə, elektrik motoru dönmə anına ehtiyac olduğunu bildirir. Bundan sonra sistem yavaş-yavaş benzin mühərrikinin gücünü istifadə etməyə başlayır. Bu keçid haqqında heç fikirləşməyə bilərsiniz - müasir Lexus Hibrid Avtomobili qüsursuz və incə sürmə təcrübəsi təqdim etmək üçün bunu avtomatik yerinə yetirir.

AĞILLI ENERJİ

Hətta sürəti aşağı salmaq belə ağıllı şəkildə hazırlanmışdır. Sistem Bərpaolunan Tormozlama adlı texnikadan istifadə edərək tormoz tətbiq olunduğu zaman ixrac olunan kinetik enerjini mənimsəyərək elektrik batareyasının doldurulmasında istifadə edir. Siz heç vaxt Lexus Hibrid Avtomobilinizi saxlayıb elektrik batareyasını doldurmaq məcburiyyətində qalmayacaqsınız, siz avtomobili sürdükcə batareya özü özünü doldurur.

LEXUS HİBRİD SİZİN
DÜNYANIZI DƏYİŞƏCƏK

Birgə ahəngdə işləyən benzin mühərriki və elektrik motoru kifayət qədər az yanacaq yandırır və daha az CO2 emissiyası ixrac edir. Siz müasir benzin mühərrikini yalnız yüksək sürətlər üçün istifadə edəcəksiniz - bununlada siz yanacağa qənaət etmiş olacaqsınız.

Və aşağı sürətlər üçün elektrik motorunu istifadə edərkən emissiya səviyyəsi sıfıra enir. Müasir Lexus Hibrid avtomobili həqiqətən çox ağıllı seçimdir və o sizə maksimum lüks ilə yanaşı minimum ətraf-mühit təsiri bəxş edir.

ÖZ HİBRİD AVTOMOBİLİNİZİ SEÇİN

ÜRƏKLƏRİ DÖYÜNDÜRƏN GÜCDƏN MÖHTƏŞƏM GENİŞ LYUKSA KİMİ, LEXUS DÜNYANIN TƏK MÜKƏMMƏL TAM HİBRİD AVTOMOBİL SIRASINI TƏKLİF EDİR. HƏSƏD APARAN SEÇİM SİZİNDİR.

MODELLƏRİ
Hamısı
Krossoverlər
SUV

UYĞUN GƏLƏN YOXDUR

Axtarışınıza uyğun avtomobil yoxdur. Axtarışınızı genişləndirin və yenidən sınayın.