concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

HÜQUQİ MƏSƏLƏLƏR

SAYTIN SİYASƏTİ

Lexus saytına daxil olmaqla və istifadə etməklə siz heç bir məhdudiyyət və ya şərt olmadan bu siyasəti qəbul edirsiniz Buna görə sizin Lexus saytına girişiniz bu siyasətə, həmçinin bütün müvafiq qanunlara tabe olur.

© Müəllif hüququ “Toyota Motor Europe” ("TME") şirkətinə məxsusdur

MÜNDƏRİCAT

”Lexus”un saytında Lexus məhsullarına və Lexus təbliğat proqramlarına dair məlumatlar verilmişdir. Bu saytda təsvir edilən Lexus məhsulları ancaq Avropada satış üçün nəzərdə tutulmuş və orada təsvir edilmiş təbliğat proqramları ancaq müvafiq təbliğat proqramında xüsusi şəkildə göstərilmiş ölkələrdə qüvvədə olacaq.

Bu sayta daxil edilmiş bütün məlumatlar yalnız məlumat xarakterlidir. Bu saytdan Lexus pərakəndə satış məntəqəsi və ya təmir mərkəzindən aldığınız etibarlı məlumatı əvəz etmək üçün istifadə etməməli və ya ona arxalanmamalısınız.

Burada verilmiş məlumat mümkün qədər hərtərəfli olmaq üçün nəzərdə tutulmuşdur. Bununla belə, TME istənilən vaxt xəbərdarlığını elan etmədən modellərə, avadanlığa, texniki şərtlərə və məhsulun mövcudluğuna dəyişiklik etmək hüququnu saxlayır.

”LEXUS” MƏHSULLARININ QİYMƏTİ

”Lexus” şirkətinin bu saytında və ya onun vasitəsilə verilmiş qiymət məlumatları ancaq məlumat vermə xarakteri daşıyır və “Lexus” məhsullarının satışı üçün təklif edilmir. Qiymətlər təklif edilən pərakəndə satış qiymətləridir və “Lexus”un səlahiyyətli dilerinin faktiki satış qiymətlərindən fərqli ola bilər. Hər hansı “Lexus” məhsulunun alınması fərdi satış müqaviləsində nəzərdə tutulmuş şərt və müddəalara tabe olmalıdır.

YANACAQ İSTEHLAKI VƏ ATMOSFERƏ CO2-NİN AXINI

Bu internet səhifəsində verilmiş bütün yanacaq istehlakı və CO2-nin miqdarı nəzarət edilən mühitdə, 80/1268/EEC saylı Direktivə, o cümlədən ona edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq və istehsal olunan əsas nəqliyyat vasitəsi əsasında ölçülmüşdür. İstehsal olunan əsas nəqliyyat vasitəsi haqqında əlavə məlumat almaq üçün, yaxud belə avtomobili almaqda maraqlı olduğunuz halda, lütfən, “Lexus”un səlahiyyətli yerli Satış məntəqəsinə müraciət edin. Sizin avtomobilin yanacaq sərfi və atmosferə atdığı CO2-nin miqdarı ölçülmüş kəmiyyətlərdən fərqlənə bilər. Avtomobilin idarə edilməsi davranışı, həmçinin digər amillər (məsələn yol şəraitləri, nəqliyyat, avtomobilin vəziyyəti, quraşdırılmış avadanlıq, yük, sərnişinlərin sayı….) avtomobilin yanacaq istehlakının və CO2 axınının müəyyən edilməsində rol oynayır.

“COOKİE” TEXNOLOGİYASINDAN İSTİFADƏ

TME sizin “Lexus” saytında keçdiyiniz yolu izləyərək, istifadəçilərin fəaliyyətini qeydə alaraq və saytı qiymətləndirib təkmilləşdirərək, sizin üçün daha faydalı olan “cookie” texnologiyasından istifadə edir. TME bu texnologiya vasitəsilə ayrı-ayrı istifadəçilərə dair məlumatları qeydiyyata almır, beləliklə şəxsən sizin haqqınızda heç bir məlumat saxlanılmır, yaxud istifadə olunmur. Lütfən, nəzərə alın ki, brauzerinizin parametrlərini dəyişərək “cookie”ləri qəbul etməmək və ya onlar göndərildikdə xəbərdarlıq almaq variantını seçə bilərsiniz. “Cookie-“lərdən necə istifadə etdiyinizə dair əlavə məlumat almaq üçün “cookie” səhifəmizi ziyarət edin.

ŞƏXSİ MƏLUMAT/İSTİFADƏÇİNİN DAXİL ETDİYİ MƏLUMAT

TME şirkətinə Lexus saytı vasitəsilə təqdim etdiyiniz hər bir şəxsi məlumat TME tərəfindən sizə təqdim edilən xidmətləri təqdim etmək üçün istifadə ediləcək. TME şəxsi məlumatların təhlükəsiz toplanması, ötürülməsi və saxlanması belə, məlumatın təbiətinə uyğun olacaq. TME sizin şəxsi məlumatlarınızı sizin razılığınız olmadan hər hansı üçüncü tərəfə verməyəcək və ya arzuedilməz mesaj ya da məlumat məqsədi ilə istifadə etməyəcək.

TME Lexus saytına istifadəçilər tərəfindən daxil edilən məlumata və onunla bağlı suallara nəzarət etmək və/yaxud nəzərdən keçirmək cavabdehliyini və məsuliyyəti daşımır. TME vaxtaşırı olaraq belə istifadəçi məlumatını nəzərdən keçirmək və heç bir əsaslandırma vermədən onu saytdan silmək hüququna malikdir.

MÜƏLLİF HÜQUQLARINA-DİQQƏT!

Bu saytın bütün məzmunu müəllif hüququ ilə qorunur. Bu saytda verilmiş məlumatlardan, mətndən, şəkillərdən və ya qrafik təsvirlərdən yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilərsiniz, bundan əlavə TME şirkətinin əvvəlcədən əldə etmiş yazılı razılığı olmadan heç bir məqsədlə onların tam şəkildə və ya qismən reprosurətinin çıxarılmasına, dəyişdirilməsinə, lisenziyalaşdırılmasına və ya nəşrinə icazə verilmir.

TİCARƏT MARKALARI

Bu saytda verilmiş bütün ticarət markaları, loqolar və xidmət markaları Yaponiyanın Toyota Motor Corporation, TME və ya üçüncü tərəflərin əmlakıdır. Siz, Toyota Motor Corporation, TME və ya, lazım olduqda belə, üçüncü tərəfin yazılı icazəsi olmadan onları hər hansı üsulla istifadə edə, yükləyə, surətini çıxara və ya paylaşa bilməzsiniz.

HİPER KEÇİDLƏR

Lexus saytında bu saytdan tamamilə müstəqil olan digər internet saytları ilə əlaqə yarada bilərsiniz. TME hər hansı belə hiper əlaqə ilə keçilən internet səhifəsində olan məlumatın dəqiqliyinə, tamlığına və ya orijinallığına heç bir zəmanət və ya təminat vermir və Lexus saytından hər hansı belə sahəyə giriş riskini siz özünüz daşıyırsınız.

DƏQİQLİYƏ ZƏMANƏT VERİLMƏMƏSİ

TME bu sayta verilən məlumatların düzgün olması üçün bütün mümkün olan səyləri göstərsə də, dəqiqliyə zəmanət verilə bilməz və TME bu saytda verilmiş hər hansı bir məlumatın dəqiqliyinə, tamlığına və ya orijinallığına görə heç bir məsuliyyət daşımır. Bu sayt və orada verilmiş bütün məlumat və materiallar sizə olduğu kimi və ya ehtimal edilən zəmanət olmadan təqdim edilir.

MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

TME sizin “Lexus” şirkəti saytına daxil olmanızdan və ya onun istifadəsindən, və ya bunlarla bağlı hər hansı birbaşa, dolayı, təsadüfi, məntiqi nəticə olaraq yaranan və ya xüsusi zərərə, o cümlədən, sizin kompüter avadanlığına təsir edən virusların və ya “Lexus” saytından aldığınız məlumata etibar etməniz hesabına vurduğu zərərə, həmçinin digər növ zərər üçün heç bir məsuliyyət daşımadığını xüsusi qeyd edir.

SİYASƏTİN YENİLƏNMƏSİ

TME bu siyasəti istənilən vaxt, işgüzar zərurətin tələb etdiyi zaman dəyişmə hüququna malikdir və sizi vaxtaşırı olaraq bu səhifəyə baş çəkərək siyasəti yoxlamağa dəvət edir.