concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

LEXUS DİZAYN MÜKAFATININ QALİBİ 2015-Cİ İL LEXUS DİZAYN HƏFTƏSİNDƏ ELAN EDİLMİŞDİR

LEXUS EMANUELA CORTİ VƏ İVAN PARATİ (KARAVAN) TƏRƏFİNDƏN HAZIRLANAN SENSE-WEAR KOLLEKSİYASININ SEÇKİN HAKİMLƏR KOMİTƏSİ TƏRƏFİNDƏN LEXUS DİZAYN MÜKAFATININ İLK QRAND PRİ QALİBİ SEÇİLDİYİNİ ELAN ETMİŞDİR.

Seçim "Hisslər" mövzusunda öz prototip işlərini təqdim edən dörd finalist arasından seçilmişdir. Digər 11 finalistin işləri ilə yanaşı, Qrand Pri mükafatına layiq görülmüş iş 2015 Milan Dizayn Həftəsində Lexus tərəfindən təqdim edilən "Lexus - Hisslər Hərəkətdə" sərgisində nümayiş etdirilmişdir. Bu ilki Lexus Dizayn Mükafatı üçün çox sayda iş və müxtəlif orijinal ideyalar təqdim edilmişdir. "Hisslər" mövzusunu əks etdirmək üçün əksər işlərdə insanların beş hissinə və ya emosional (konkret deyil) cəhətlərinə yer verilmişdir.

Çərşənbə axşamı, 14 apreldə Milanda, Torneriada yerləşən Lexus Spazioda Lexus International "Lexus – Hisslər Hərəkətdə" sərgisini açıq elan etmişdir. Bu sərgidə Lexus səyahət etdikcə oyanan heyrətləndirici hisslər nümayiş etdirilmişdir. Sərgi dünya şöhrətli məkan dizayneri Filippe Nigro tərəfindən tanınmış şef Hajime Yoneda ilə əməkdaşlıq edərək yaradılmışdır.

Lexus – Hisslər Hərəkətdə

Lexus – Hisslər Hərəkətdə sərgisində Lexus brendinin bünövrəsini təşkil edən elementlərdən olan "Hisslər" mövzusu əsasında müxtəlif və həyəcanlı hisslər təqdim olunur. Lexus zavoduna baş çəkən məkan dizayneri Filippe Nigro sadəcə xarici görünüşə deyil, eləcə də gözlə görünməyən daxili təfərrüatlara nə qədər diqqət göstərilməsini öyrəndikdə heyrətə gəldi. Məhz bu uzaqgörənlik onun qonaqların gözəlliyi hər baxımdan görməsinə imkan verən “İnside-Out” konseptini yaratmasına səbəb oldu. Adi halda gözdən uzaq olan şeyləri aşkar etməklə, Lexus qonaqları yeni kəşflər etməyə və hər bir fərqli zonada yeni təcrübələr yığmağa dəvət edir.

Zona 1: Hisslərə yer verilməsi

2015 Cenevrə Beynəlxalq Avtomobil Sərgisində təqdimatı keçirilmiş LF-SA prototipinin xüsusi versiyası bu zonada nümayiş etdirilir. Otağın mərkəzinə yerləşdirlmiş avtomobilin ətrafına bir neçə əyri güzgü yerləşdirilmişdir. Bu güzgülər gözlənilməz əksetmələr və işıqlandırma təmin edərək hərəkət axını yaradır və təxəyyülü canlandırır.

Zona 2: Hisslərin kəşfi

Bu zonada 72 ölkədən təqdim edilən 1,171 iş arasından seçilmiş 12 finalistin işləri - 4 prototip və 8 panel təqdim edilmişdir; buraya həmçinin Qrand Pri qalibi Emanuela Corti and İvan Parati (Karavan) tərəfindən təqdim edilən “Sense-Wear” işi də daxildir. Prototiplərdən bəziləri qonaqlara interaktiv hisslər verir. Sərgi sahəsində sakit, sakitləşdirici atmosfer hökm sürür, bu da qonaqlara hər bir layihənin orijinallığını və kreativliyini tam duymaq və onların gələcəyi formalaşdırmaq potensialına reaksiya vermək imkanı qazandırır.

Zona 3: 5 hissi yaşayın

Filippe Nigro və Hajime Yoneda arasındakı bu əməkdaşlıq emosional səyahətə dadma hissi də əlavə edilmişdir. Unikal dadbilmə hissi yaratmaq üçün özü də Lexus sahibi olan Şef Yoneda beş hissin hər birinin son ən kəskin formada yaşandığı öz avtomobil sürmə və təbiətdə səyahət zövqünə arxalanmışdır.