concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

LEXUS – HISSLƏR HƏRƏKƏTDƏ

10 ILDIR KI, LEXUS DÜNYANıN ƏN BÖYÜK DIZAYN TƏDBIRI OLAN "SALONE DEL MOBILE DI MILANO"NUN BIR HISSƏSIDIR (MILAN DİZAYN HƏFTƏSİ). UNİKAL QURĞULAR YARATMIŞ DÜNYACA MƏŞHUR DİZAYNERLƏRLƏ ƏMƏKDAŞLIQLARA BAXMAYARAQ, LEXUS HƏQİQİ DƏBDƏBƏLİ BREND VƏ DİZAYNIN UNİKAL ŞƏRHİ İLƏ BAĞLI ÖZ TƏSƏVVÜRÜNÜ İFADƏ ETMƏYİ PLANLAŞDIRIR.

Bu il “LEXUS- HİSSLƏR HƏRƏKƏTDƏ” adlı sərgi bizi Fransız dizayner Filippe Nigronun yaratdığı üç zonada səyahətə çıxaracaq. Hər zona müxtəlif yollarla beş hissi oyadacaq

Hisslər həyata xas olan keyfiyyətlərdir: onlar dünyanı dərk etməyə imkan yaradır. Görmə, eşitmə, hiss etmə, qoxu bilmə və dad bilmə kimi geniş anlayışlar altında geniş ölçüdə imkanlar açılır. Avtomobilin xarici görünüşünü görməkdən, dəqiq tənzimlənmiş mühərrikin səsini eşitməkdən, möhtəşəm dəri oturacaqları hiss etməyə qədər bütün sürücülük təcrübəsi hisslərə əsaslandığından bu mövzu Lexus-a xüsusilə uyğundur. Hər kəs məşğuldur.

Filippe Nigro deyir: “Maşınların layihəsinin necə çəkildiyini və necə hazırlandığını görmək üçün Lexus zavoduna gedəndə, yalnız xarici deyil, həmçinin daxili detallara diqqətlə yanaşılması məni çox təsirləndirdi. Məhz bu uzaqgörənlik qonaqların gözəlliyi hər baxımdan görməsinə imkan verən “Inside-Out” konseptini yaratmama səbəb oldu. ”

Adi halda gözdən uzaq olan şeyləri aşkar etməklə, Lexus qonaqları yeni kəşflər etməyə və hər bir fərqli zonada yeni təcrübələr yığmağa dəvət edir.

Zona 1: Lexus dizaynında yeni uzaqgörənlik

Sifarişli Lexus dizayn konsepti gözlənilməz şəkillər yaratmaq üçün xüsusi güzgülərdən və təsvirlərə təkan verməklə, hərəkətlərin axının yaratmaq üçün işıqlandırmadan istifadə etməklə eksklüziv qurğunun düz mərkəzində yerləşdiriləcək.

Şirkətin Avropada yerləşən ED² dizayn studiyası tərəfindən yaradılmış bu konsept Lexus-un gələcək dizayn trendlərinə olan böyük marağını mükəmməl bir şəkildə əks etdirir.

Zona 2: Lexus Dizayn Mükafatı 2015 – Gələcəyi formalaşdıracaq fikirlər

Lexus Dizayn Mükafatı 2015-in on iki finalistinin layihələri xüsusi sərgi sahəsində nümayiş olunacaq. Qonaqlar prototiplərin və panellərin nümayiş olunacağı sərgi sahəsinə aparan “meşəli foye”də qarşılanacaq. Sərgi sahəsində sakit, sakitləşdirici atmosfer hökm sürəcək, bu da qonaqlara hər bir layihənin orijinallığını və kreativliyini tam duymaq və onların gələcəyi formalaşdırmaq potensialına reaksiya vermək imkanı qazandıracaq.

Zona 3: 5 hissi duyun

Qonaqlar mürəkkəb taxta şəbəkədən düzəldilmiş üç otağı tədqiq etmək üçün dəvət oluncaq. “Rain” (Yağış), “Wood” (Meşə) və “Earth” (Dünya) adlandırılmış otaqlar qonaqların həssas səyahət boyunca irəlildikcə qida mütəxəssisi Hajime Yonedanın əl işlərini dada biləcəkləri əsas mühit yaradacaqlar.

Birinci otaqda qonaqlara “yağış lopası” veriləcək və onlarda yağan yağış hissi və səsi oyatmaq üçün qaranlıq otağa salınacaqlar.

Qonaqlar ətirləri, səsləri və meşə dadını duymaq üçün ikinci otağa girəndə onlara əl işi şokoladlar təklif olunacaq.

Son olaraq qonaqlar Ana Torpağın həyat gücünü simvollaşdıran qaranlıqda sayrışan ulduzlu möhtəşəm kainata daxil olmazdan əvvəl bir kasa “Earth Soup” şorbasının dadına baxacaqlar.

LEXUS – Hisslər Hərəkətdə ictimaiyyətə çərşənbə axşamı – bazar günləri 14-19 aprel tarixlərində, 11:00-dan 21:00-a qədər Lexus Spazioda – La Torneria, Via Tortona 32, Milan ünvanında açıq olacaq.

Mətbuat önbaxışı bazar ertəsi 13 aprel tarixində 10:00-dan 18:00-a qədər keçiriləcək.

Rəsmi Hashtag: #LexusDesignAward, #MilanDesignWeek