concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

SENSE-WEAR

“Sense-Wear” hisslərin istifadəsini vurğulayan geyim və aksesuarlar toplusudur. “Sense-Wear”in əsas məqsədi bütün hissiyyatımızdan daha yaxşı istifadə etməyi bizə öyrətməklə onun həssaslığını stimullaşdırmaq və inkişaf etdirməkdir. “Sense-Wear” in bəzi elementləri fiziki həssaslığı zəiflətmək, bəziləri isə onları gücləndirmək üçün nəzərdə tutulmuşdur.

“Squeeze-me” emosional zərurət zamanı istifadə üçün nəzərdə tutulmuş çoxməqsədli şarfdır. Adi qaydada geyilən şarfın elastik materialı onu geyəni isti bir qucaq kimi rahatlaşdıran dərin təzyiq yaratmaq üçün onun dartılıb uzanmasına imkan verir.

“Shake-me” dadma, toxunma və silkələnmə üçün olan boyunbağıdır. Bəzi uzantılar müxtəlif tekstura və dadlar təmin edir. Bu, çoxsensorlu uşaq oyuncaqlarını xatırladır və müxtəlif dadları və lamisə hisslərini (bağlı gözlərlə) fərqləndirməyi öyrətməkdə istifadə edilə bilər.

“Pump-me” jaketi özündə onu geyəni arzuolunmaz xarici hisslərdən qorumaq və şəxsi əlaqəsiz zona yaratmaq üçün olan şişmə cihazını ehtiva edir.

“Pull me” ətirli şarfı xoş anları və sakitləşdirici duyğuları təsəvvüründə canlandırmaq üçün istifadə edilən tanış ətir və qoxuların effektiv portativ kolleksiyasıdır. Onun bəzi yığıla bilən uzantıları ətirlər, nümunələr və ya kiçik obyektlərlə yüklənə bilər.

“Hold me” onu geyənin eşitmə imkanlarını fokusa yığmağa kömək edən səslər yaradan başlıqlı pançodur. O, hərəkətlərə cavab olaraq səs buraxan musiqili yumaqlarla örtülüdür, iki daxili super qulaq isə onu geyənə bu yeni, gözlənilməz səslərə qulaq asmağa kömək edir.