concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

MƏKAN VƏ QİDA DİZAYNERLƏRİ 2015-Cİ İL MİLAN DİZAYN SƏRGİSİNDƏ UNİKAL LEXUS ABU-HAVASINI YARADACAQLAR

LEXUS DİZAYNER FİLİP NİQRO VƏ AŞPAZ HACİME YONEDA İLƏ BİRGƏ "HİSSLƏRİN SƏYAHƏTİ" ADLI SƏRGİ STENDİNİ TƏŞKİL EDƏCƏK

Lexus şirkəti bu ilin aprel ayının 14-dən 19-dək İtaliyanın Milan şəhərinin məşhur ticarət zonası Tortonada yerləşən Carrozzeria Torneria-da "LEXUS - HİSSLƏRİN SƏYAHƏTİ" adlı sərgi stendi ilə dünyanın ən iri dizayn tədbiri sayılan 2015-ci il Milan Dizayn Həftəsinə (Salone del Mobile di Milano 2015) qatılacağını bəyan edib.

Məkanın dizaynı işləri üçün məhsul və məkan dizaynı üzrə geniş təcrübəyə malik olan məşhur fransalı dizayner Filip Niqro dəvət olunub. Bundan əlavə, "Lexus" qida və təamların dizaynı üçün tanınmış yaponiyalı aşpaz Hacime Yonedanı dəvət edib. Qastronomik ənənələrin unikal və orijinal interpretasiyasına görə qısa zamanda Yoneda bütün dünyaya özünü tanıtdırıb və 2009-cü ildə Mişlen reytinqinin 3 ulduzunu qazanıb. Tam fərqli iş təcrübələrinə malik olan, bütün dünyada tanınmış bu iki yaradıcı insan arasında belə əməkdaşlığın bəhrəsi həqiqətən unikal təəssüratlar vəd edir.

"LEXUS - HİSSLƏRİN SƏYAHƏTİ" stendinin başlıca məqsədi iştirakçıların hisslərini stimullaşdırmaq və Lexus səyahətinin həyəcanını əks etdirən gözlənilməz yeni əlaqələr və dəyərli məlumatlardan yararlanmağa imkan verməkdir. Sözügedən stend ziyarətçilərin hisslərini stimullaşdırmaqla yanaşı, onlara dizayn dünyasının sərhədsiz imkanlarını araşdıran fantastik təcrübə bəxş edəcək.

Bu ilki Lexus Dizayn Mükafatının mövzusu "Hisslər" adlanır və Lexus avtomobillərinin idarə edilməsi təcrübəsinin həzz və ləzzətini ifadəni edir. 3-cü Lexus Dizayn Mükafatının 12 nominasiyada təqdim edilən layihələri də Lexus Məkanında nümayiş etdiriləcək.

Xatırladırıq ki, mətbuat konfransı bazar ertəsi, 13 aprel tarixində, saat 10.00-dan 18.00-dək Milan şəhəri, La Torneria, Via Tortona 32 ünvanında "Lexus Məkanı"nda baş tutacaq. "Lexus Məkanı" 14 apreldən 19 aprelə qədər 11.00-dan 21.00-a qədər ictimaiyyət üçün açıq olacaqdır.