concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

"ZAMANI QABAQLAMAQ”
DIQQƏT MƏRKƏZİNDƏ

LEXUS DIZAYN MÜKAFATI 2016 FİNALİSTLƏRİ ELAN EDİLDİ

  • Dünyanın dörd bir yanından müraciət edən 1,232 istirakçı arasından 12 finalist seçildi.
  • Birləşmiş Krallıq, Kanada, Koreya və Yaponiyadan olan dörd finalist dünya şöhrətli dizaynerlərin köməyi ilə prototiplər hazırlayacaqlar.
  • Bütün finalistlərin işləri bu ilin 11-17 aprel tarixləri arasında Tortano 32 ünvanında keçirilən Milan Dizayn Həftəsi ərzində Lexus sərgi pavilyonun bir hissəsini təşkil edəcək.

Lexus International Lexus Dizayn mükafatı 2016 müsabiqəsinin12 finalistinin adlarını açıqlamışdır. Bu beynəlxalq dizayn müsabiqəsinə ictimaiyyətə töhfə verən ideyaların sayını artırmaq və dünyanın dörd bir yanından həvəsli və istedadlı yaradıcılara dəstək vermək məqsədilə 2013-cü ildə start verilmişdir.

Hər il keçirilən dördüncü Lexus Dizayn Mükafatı 73 ölkədən 1,232 iştirakçını “Zamanı qabaqla” mövzusu ətrafında birləşdirdi.

Dünya şöhrətli dizayn və yaradıcılardan ibarət münsiflər heyəti işləri qiymətləndirmək üçün noyabr ayında bir araya gəldilər. Bu il iştriakçılar bu günə kimi məlum olmayan və aşkar edilməmiş lakin yaxın gələcəkdə həyata keçirilməsi mümkün olan dizaynlar yaradaraq münsiflər heyətini heyrətləndirdilər. Geniş müzakirələrdən sonra və iştirakçıların təxmin edilə bilməyənləri kəşf etmək həvəsləri və bacarıqları nəzərə alınmaqla, dizayn innovasiyasına töhfə vermək potensialına əsasən iştirakçılar arasından 12 finalist seçildi.

Mark Templin (Lexus İnternational şirkətinin icraçı vitse-prezidenti) belə qeyd etmişdir: “Lexus Dizayn Mükfatı 2015 müsabiqəsində finalistlər Milan Dizayn Həftəsi ərzində möhtəşəm təqdimatlar nümayiş etdirdilər. Bu mükafatın böyük uğur qazanmasına səbəb oldu. Dizayn sahəsindən asılı olmayaraq, 2016- cı ildə iştirakçıları “Zamanı qabaqla” mövzusu ətrafında ən kreativ ideyalarını təqdim etməyə dəvət edirik."

Aşağıdakı qeyd edilən dörd finalist dünya şöhrətli dizaynerlərin köməyi ilə öz dizaynlarının prototipini hazırlayacaqlar:

Əvvəlki musabiqədə mentor kimi iştrirak etmiş memar və çox profilli dizaynerlər Neri və Hu, eləcə də dizayner Max Lamb, mentor kimi ilk dəfə çıxış edən dizayner/memar Elena Manferdini və rəssam/memar Snarkitecture iştirakçılara kömək edəcəklər. Tamamlanmış dörd prototip bu ilki Milan Dizayn Həftəsi ərzində digər səkkiz finalistin dizaynlarının panel təqdimatları ilə yanaşı Lexus sərgi pavilyonunda nümayiş olunacaq. Tədbir 11-17 Aprel tarixləri arasında Torneria/Carrozzeria, Via Tortona 32, 20144 (Zona Tortona) ünvanında baş tutacaq.

Dörd prototip finalist arasından seçilən Lexus Dizaynı Mükafatı 2016 Grand Prix qalibi aprelin 11-də mükafatlandırma mərasimində elan olacaq. 2016-cı il Milan Dizayn Həftəsində Lexus sərgi paviliyonu barədə daha ətraflı məlumat fevralın ortalarında elan ediləcək.