concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

MÜNSİFLƏR HEYƏTİ

lda judges hero

PAOLA ANTONELLI -

KURATOR

lda judge paola

Antonelli 1994-cü ildə Müasir İncəsənət Мuzeynin üzvüdür vəMemarlıq və Dizayn şöbəsində baş kurator, həmçinin MİM-nin Tədqiqat və İnkişaf şöbəsinin direktoru vəzifəsində çalışır. Onun Müasir İncəsənət Мuzeyində “Modern Dizaynda Mutant Materiallar” (1995) adlı ilk sərgisi, daha sonra “Threshold” adlı sərgisi keçirilmişdir. O, Davosda keçirilən Dünya İqtisadi Formunda mühazirə oxumuş və bir sıra beynəlxalq memarlıq və dizayn müsabiqələrində münsiflər heyətində iştirak etmişdir. Onun əsas məqsədi dizaynın müsbət təsiri dünyada tam qəbul edildiyi və aşkara çıxarıldığı müddətcə israrla dizayn anlayışını təbliğ etməkdir. O, hazırda müasir dizayn üzrə şou verlişlər hazırlayır və

ARIC CHEN -

KURATOR

lda judge aric

Əslən Amerika Birləşmiş Ştatlarından olan Chen bu yaxınlarda Honq Konqun Mədəniyyət Mərkəzi olan Vest Kouloonda vizual incəsənət üzrə M+ futuristik muzeyində Dizayn və Memarlıq Kuratoru vəzifəsinə təyin edilib. Bundan əvvəl 2011 və 2012-ci illərdə Beijing Dizayn Həftəsində yaradıcı direktor qismində fəaliyyət göstərmişdir. O, daha əvvəl Nyu-Yorkda müstəqil kurator və dizayn yazarı kimi fəaliyyət göstərmiş

TOYO ITO -

MEMAR

lda judge toyolto

Ito 1965-ci ildə Tokyo Universitetinin Memarlıq kafedrasından məzun olmuşdur. Görkəmli işlərinə daxildir: Sendai Mediatheque, Tama İncəsənət Universitenin Kitabxanası (Hachioji), Kaohsiungdə keçirilən Dünya Oyunları 2009 üçün Əsas Stadion (Tayvan, Çin Xalq Respublikası). Hazırda üzərində işlədikləri: Taichung Metropolitan Opera Binası (Tayvan, Çin Xalq Respublikası) və digərləri. Layiq görüldüyü bir sıra mükafatlar arasında Yaponiya Memarlıq Universitetinin Mükafatı, Venice Biennale keçirilən “NEXT” 8-ci Beynəlxalq Memarlıq Sərgisində töhfələrinə görə “Golden Lion” mükafatı, Kral Britaniya Memarları İnsitutu tərəfindən verilən “Royal Gold Medal” və Pritzker Memarlıq Mükafatı var.

BIRGIT LOHMANN -

DESIGNBOOM-UN BAŞ REDAKTORU

lda judge birgit

Hamburqda dünyaya göz açan Lohmann Florensiyada sənayə dizaynı sahəsində təhsil almış, daha sonra 1987-ci ildə Milana köçərək burada həmişəlik yaşamış və fəaliyyət göstərmişdir. O, dizayner qismində və bir sıra İtalyan memarlarının və usta dizaynerlərin yanında məhsulun hazırlanması üzrə menecer vəzifəsində çalışmışdır. O, həmçinin ədliyyə şöbələri və beynəlxalq hərrac evləri üçün dizayner- tarixçi kimi çalışmışdır. Bir tədqiqatçı və mühazirəçi kimi, o, bir sıra nüfuzlu beynəlxalq universitetlərdə sənaye dizayn üzrə seminarlar keçirmişdir. 1999-ci ildə təsis etdiyi Designboom-da baş redaktor, Təhsil proqramlaşdırması üzrə rəhbər və Beynəlxalq sərgilər üçün kurator vəzifəsində çalışır


ALICE RAWSTHORN -

DİZAYN ŞƏRHÇİSİ

lda judge alice

Alice Rawsthorn “New York Times” qəzetinin beynəlxalq versiyasında dizayn tənqidçisi kimi fəaliyyət göstərir Onun hər bazar ertəsi dərc olunan həftəlik Dizayn bölməsi digər dünya mediası üçün sindikatlaşdırılır. Alice “Whitechapel Gallery” və “Michael Clark Dance” şirkətinin idarə heyətinin üzvüvə “Chisenhale Gallery”-də idarə heyətinin sədri vəzifəsində çalışır. Onun tənqidçilər tərəfindən bəyənilən son kitabı

TOKUO FUKUICHI -

LEXUS INTERNATIONAL ŞİRKƏTİNİN PREZİDENTİ

lda judge tokuo

Tama İncəsənət Universitetinin incəsənət və dizayn kafedrasının bakalavr dərəcəsini bitirmişdir. O, Lexus İnternational təşkilatının prezidenti kimi fəakiyyət göstərmədən öncə, Toyota Motor Korporasiyasında dizaynla bağlı bir çox vəzifələrdə çalışmışdır.