concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

2016 MİLAN DİZAYN HƏFTƏSİNDƏ LEXUS "GƏLƏCƏYİ GÖRMƏ" SƏRGİSİ

LDA Article 001

LEXUS FORMAFANTASMA DİZAYN STUDİYASI VƏ ŞEF YOJI TOKUYOSHI İLƏ ƏMƏKDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ HAZIRLANMIŞ "LEXUS - ZAMANI QABAQLA" SƏRGİSİNİ NÜMAYİŞ ETDİRƏCƏK

Lexus Salone Del Mobile kimi də tanınan, dünyanın ən böyük dizayn sərgisi olan 2016 Milan Dizayn Həftəsində "Lexus - Zamanı Qabaqla" sərgisini təqdim edəcəkdir. 12-17 aprel 2016 tarixlərində Tortonada Torneria - Spazio Lexus salonunda keçiriləcək bu sərgidə Formafantasma Studiyasının tanınmış dizayn komandası və Mişlen Ulduzu qazanmış şef Yoji Tokuyoshi arasında unikal əməkdaşlıq nümayiş etdiriləcəkdir.

Bu sərgidə ziyarətçiləri Gələcəyə baxışa dəvət edən gözlənilməz və misilsiz çıxış nümayiş etdiriləcəkdir. Ziyarətçilər Lexus işçiliyinin incəliklərini, Lexus texnologiyası və dizayn fəlsəfəsinin estetik və emosional təcrübəyə necə çevrilməsini kəşf edəcəklər. Ehtiyaclar və arzuların qabaqcadan ön plana çıxarıldığı bu sərgidə Lexus hələ görülməmiş və yeni maraqlı elementləri canlandırır. Ziyarətçilər brendin möhtəşəm təcrübə yaratmaq üçün qabaqcadan hiss etdiyi və yaratdığı elementlərlə tanış olacaq.

Formafantasma sərgi sahəsini dizayn edəcək və quraşdıracaq. Amsterdamda yerləşən bu studiyanın uğurunun arxasındakı gənc dizaynerlər 2014-cü il Wallpaper* Dizayn Mükafatları mərasimində İlin Dizayneri nominasiyasına layiq görülmüş, məhsul dizaynları geniş kütlə tərəfindən bəyənilmişdir. Eynilə, öz kreativlik və yenilikçiliyi ilə məhşur olan Şef Yoji Tokuyoshi kulinariya dünyasında yüksələn ulduzdur. Onun Milandakı yeni restoranı, Ristorante Tokuyoshi açıldıqdan cəmi 10 ay sonra Mişlen ulduzunu qazanmışdır. Avropa əsilli bu kreativ dahilərin əməkdaşlığı "Lexus - Zamanı Qabaqla" sərgisinin gələcəyə baxışı ilə və onun yeni dizayn imkanlarını üzə çıxarmaq məqsədi ilə mükəmməl vəhdət təşkil edir.

LDA Article Formafantasma 002

Formafantasma Yaponiyada Lexus-a etdikləri ilhamverici səfər haqqında danışdı. "Biz Lexus-un işçilikdə mükəmməlliyə, istehsalatda bütövlük və texnologiya istifadəsindəki məsuliyyətə nə qədər can atmasına heyran olduq. Biz brendin açıqlıq və dürüstlüyünün gələcəyə baxışın əsası şəklində canlandığının şahidi olduq. Bu, bizim şəffaflıq konseptini yaratmamıza səbəb oldu. Şəffaflıq açıq və vicdanlı və cəmiyyəti davamlı rəftar və mütərəqqi həyat tərzinin ümumi məqsədlərinə nail olmağa cəlb edən gələcəyi əvvəlvədən görür.

Mark Templin (Lexus İnternational şirkətinin icraçı vitse-prezidenti) belə qeyd etmişdir: “Lexus Dizayn Mükfatı 2015 müsabiqəsində finalistlər Milan Dizayn Həftəsi ərzində möhtəşəm təqdimatlar nümayiş etdirdilər. Bu mükafatın böyük uğur qazanmasına səbəb oldu. Dizayn sahəsindən asılı olmayaraq, 2016- cı ildə iştirakçıları “Zamanı qabaqla” mövzusu ətrafında ən kreativ ideyalarını təqdim etməyə dəvət edirik."

Şəffaflıq mövzusu ilə bağlı Şef Yoji Tokuyoshi aşağıdakıları demişdir: "Şəffaflıq yalnız aydın və parıltılı olmaq demək deyil. Şəffaf olmaq bəzən görünməz olmaq deməkdir və sizi düşünməyə vadar edir. Bu, ümid yaradır və bir şeyi aşkarlamanın sevincini artırır. Mən bu konsepti dad təcrübəsi ilə ifadə etmək istərdim."

Zamanı qabaqlama eyni zamanda bu ilki Lexus Dizayn Mükafatlarının mövzusudur; cəmiyyətə töhfə verən ideyaların artmasını təşviq edən və işləri daha yaxşı gələcəyi yartmağa kömək edən yeni yaradıcıları dəstəkləyən beynəlxalq dizayn müsabiqəsi. 2016 Lexus Dizayn Mükafatlarının 12 finalistinin işləri həmçinin Milan Dizayn Həftəsində eyni məkanda nümayiş olunacaq.