concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

'YET' (EYNİ ZAMANDA) FƏLSƏFƏSİ

2017 Lexus Design Award Finalists

LEXUS DİZAYN MÜKAFATI 2017 FİNALİSTLƏRİ ELAN EDİLDİ

Lexus International Lexus Dizayn Mükafatı 2017 müsabiqəsinin12 finalistinin adlarını açıqlamışdır. Lexus ilk dəfə 2013-cü ildə daha yaxşı gələcəyə stimul vermək üçün yaradılmış, bütün dünyada bu günün və gələcəyin dizaynerlərini və yaradıcılarını dəstəkləyən bu beynəlxalq dizayn müsabiqəsinin 5-ci ildönümünü qeyd edir. Lexus Dizayn Mükafatı 2017 “Yet“ (Eyni zamanda) devizi altında 63 ölkədən 1,152 müraciət arasında seçim edib.

Lexus yeniliyinin fəlsəfi ruhu olan “Yet” (Eyni zamanda) Lexus tədbirinin 5-ci ildönümü üçün son dərəcədə uyğundur. İlk baxışdan bir-birinə zidd olan hədəfləri - məsələn, geniş, eyni zamanda aerodinamik dizaynı - bir araya gətirərək “Yet” (Eyni zamanda) bizi sinerji effekti aşkarlamağa ilhamlandırır. Bir-birinə zidd olan elementlər arasında harmoniya yaradan “Yet” (Eyni zamanda), dünyaya valehedici yeniliklər gətirmək üçün qabaqcıl dizayn və texnologiyanın təxəyyülü sərhədlərini açır.

2016-cı ilin noyabr ayında dünyaca məşhur dizayner və yaradıcı mentorlardan ibarət qrup müraciətləri qiymətləndirmək üçün bir araya toplanıb. Dəqiq qiymətləndirmə və geniş müzakirələrdən sonra münsiflər 12 finalist seçib.

Həmin 12 finalistdən aşağıda adları sadalanan dörd nəfər dünya miqyasında tanınan yaradıcıların mentorluğu altında dizaynlarının prototipini hazırlamaq üçün seçilib.

Prototip Hazırlamaq üçün Seçilən Qaliblər

  • Heç nəyi olmayan, eyni zamanda hər şeyə sahib olan., Ahran Won (Koreya)
    Hərəkətli həyat tərzi üçün kapsul, heç nəyi,EYNİ ZAMANDA hər şeyi olan.
  • PIKSEL, Hiroto Yoshizoe (Yaponiya)
    İşığın, EYNİ ZAMANDA Kölgənin mövcudluğuna əmin olmaq üçün struktur.
  • İştirakçının bibərdən fleytası, Jia Wu (Çin)
    Tərəvəz, EYNİ ZAMANDA Musiqi aləti olan bu cihaz əyləncə və təlim təmin edir.
  • Struktur Rəngi- Statik, EYNİ ZAMANDA Dəyişkən, Cesika Fügler (ABŞ)
    Baxdığınız aspektdən asılı olaraq, Statik EYNİ ZAMANDA Dəyişkən.

Panel Qalibləri

  • Göz Qüsuru olan İnsanlar üçün Suyun üzərində Dura Bilən Ölçü Qaşığı, Eunjin Park (Koreya)
    Göz qüsuru olan insanlar üçün üzərində Görünməyən, EYNİ ZAMANDA Vizuallaşdırılmış, toxunulduqda hiss edilən ştrixlər olan ölçü qaşığı.
  • Kağız Landşaftı, Kuniko Maeda (Yaponiya)
    Ənənəvi və müasir texnologiyanın tətbiqi ilə hazırlanan Birdəfəlik, EYNİ ZAMANDA Təkrar istifadə edilə bilən material.
  • Nadir Əşyaların Kütləvi İstehsalı, Qrupun adı: TAKEHANAKE-Bungorogama (Yaponiya)
    Portativ bişirmə və quruma sobasından istifadə edərək Kütləvi şəkildə istehsal edilən, EYNİ ZAMANDA Yeganə olan keramik əşyalar.
  • Kağız çaydan, Ryo Katayama (Yaponiya)
    Tezalovlanan, EYNİ ZAMANDA Odadavamlı kağız çaydan.
  • Çinarkimilər fəsiləsi, Paula Cermeño (Peru)
    Banan ağacının yarpağından hazırlanan Sintetik, EYNİ ZAMANDA Mikroorqanizmlərlə hissələrə ayrılan, sakitləşdirici sarğı.
  • POD: Evsiz, EYNİ ZAMANDA Evi olan, Qrupun Adı: MODlab(ABŞ)
    Məcburi köçkünlər üçün müvəqqəti sığınacaq. Evsiz, EYNİ ZAMANDA Evi olan.
  • RETROSPECTIV LAYİHƏ / ZAMAN RADİOSU, Takuro Sanda (Yaponiya)
    Keçmiş və müasir proqramları səsləndirən Yüksək texnologiyalı, EYNİ ZAMANDA Retro radiolar.
  • İşıqfor Sistemi, Yevgeniy Arinin(Rusiya)
    Sadə, EYNİ ZAMANDA Mürəkkəb işıqfor

Yuxarıda adları sadalanan dörd finalistə yaradıcılıq baxımından rəhbərlik etmək üçün Lexus Dizayn Mükafatı 2017 dörd məşhur mentor təyin edib: Neri & Hu şirkətinin memar və dizaynerləri, dizayner Max Lamb, dizayner/memar Yelena Manferdini və Snarkitecture şirkətinin rəssam/memarı. Onlar ötən ilki finalistlərə də mentorluq xidməti göstəriblər.

Tamamlanmış dörd prototip bu ilki Milan Dizayn Həftəsi ərzində digər səkkiz finalistin dizaynlarının panel təqdimatları ilə yanaşı Lexus sərgi pavilyonunda nümayiş olunacaq. Tədbir 3-9 aprel tarixlərində keçiriləcək (mətbuat və mükafatın təqdim edildiyi gün). Aprelin 3-ü finalistlər dizaynlarını münsiflər, eləcə də beynəlxalq mediaya təqdim edəcəklər. Münsiflər dörd prototipi qiymətləndirəcək və Lexus Dizayn Mükafatı 2017 tədbirinin kulminasiya anında Qran-Pri qalibinin adını açıqlayacaqlar.

Daha ətraflı məlumat və şəkillər üçün
Lexus Dizayn Mükafatının vebsaytına baxa bilərsiniz. www.lexusdesignaward.com
Instagram: https://www.instagram.com/lexusdesignaward/ @lexusdesignaward
Rəsmi heşteqlər: #LexusDesignAward; #MilanDesignWeek;

2017-ci il Milan Dizayn Həftəsində Lexus-un iştirakı barədə daha ətraflı məlumat fevralın ortalarında Lexus Dizayn Award vebsaytında elan ediləcək.

Həmçinin, Salone Del Mobile kimi tanınan dünyanın ən böyük dizayn sərgisində mebel, moda və tekstil daxil olmaqla, bir çox sahələr üzrə müxtəlif markaların və dizaynerlərin hazırladığı layihə və eksponatlar nümayiş olunur.