concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

LEXUS, NERİ OKSMAN İLƏ ƏMƏKDAŞLIQ ETMƏKLƏ MİLAN DIZAYN HƏFTƏSİ 2017 TƏDBİRİNDƏ
‘LEXUS YET’ SƏRGİSİNİ ELAN EDİR

2017 Lexus Milan Design Week Neri Portrait

Lexus İnternational bu gün həmçinin "Salone Del Mobile" adlanan dünyanın ən böyük dizayn sərgisi olan MİLAN DIZAYN HƏFTƏSİ 2017 tədbiri çərçivəsində "LEXUS YET" sərgisini elan etdi. Lexus sərgisi 4 aprel tarixindən 9 aprel tarixinə qədər Milanın Dizayn Həftəsi mərkəzi hesab olunan Sempione Parkında yerləşən Dizayn və İncəsənət Muzeyi La Triennale di Milano-da keçiriləcək.

Lexus öz brendinin dizayn və innovasiyalara qarşı daimi həvəsini vurğulamaqla 2005-ci ildən bəri Milan Dizayn Həftəsi tədbirində iştirak edir. Bu il Lexus MİT Media Lab təmsilçisi olan Memar, Dizayner və Professor Neri Oksman və onun "The Mediated Matter Group" tədqiqat və dizayn komandasının əməkdaşlığının nəticəsini nümayiş etdirdi. Memarlıq və dizayn sənətinin zirvəsində fəaliyyət göstərən tanınmış yaradıcılıq təşəbbüsçüsü Oksman təbii dünyadan ilham və məlumat alan dizayn innovasiyalarına görə məşhurdur. Oksmanın təbiət ilə onun əksi kimi görünən "texnologiyanı" harmoniyalaşdırma təxəyyülü Lexusun "YET" fəlsəfəsində güclü əks səda tapmışdır.

YET Fəlsəfəsi Lexusu bir-birinə uyğunlaşmayan kimi görünən elementləri qarışdırmaqla kreativliyin sərhədlərindən kənara çıxarır. O belə söyləyir:" Şübhə etmə, harmoniyalaşdır". Nəticədə əldə olunan sinerji təsəvvürdən kənar imkanları aşkarlamaqla böyük nailiyyətlərə yol açır.

Lexus İnternational şirkətinin icraçı vitse-prezidenti Yoşihiro Sava belə izah edir: "İlk baxışdan uyğunsuz görünən elementləri birləşdirmək üçün qarşımıza hədəflər qoymaqla biz dizayn və texnologiya sahəsində kreativ potensialımızı oyatmağa və yeni hədəflər kəşf etməyə qadir oluruq".

Lexus və Oksman komandası dizayn və material innovasiyaları vasitəsilə dünyanı daha da zənginləşdirmək öhdəliyini birgə daşıyırlar. Lexus tədbiri çərçivəsində Oksman və onun "Mediated Matter Group" təşkilatı "YET" texnologiyasının fəlsəfəsini komanda tərəfindən birgə işlənib-hazırlanmış yeni texnologiya ilə birlikdə ərsiyə gətirilən işıqla kölgənin çoxistiqamətli və çoxölçülü quraşdırma formasında ifadə edəcəklər.

2017 Lexus Design Awards Milan Design Week Finalists Announcement

Çoxistiqamətli və heyranedici təcrübə olacaq məhsulu tamamlamaq üçün Lexus, YET texnologiyasını orijinal və innovativ yollarla necə tətbiq edəcəklərini göstərən prototip və ekspozisiya panelləri olaraq Lexus Dizayn Mükəfatının 12 finalçısının işlərini nümayiş etdirəcək. Bundan əlavə Lexus, Lexusun Milan Dizayn Həftəsində baxışları cəlb edən və kəşfedici retrospektiv görüntüləri ilə dizayna olan həvəsini və sadiqliyini açıq şəkildə nümayiş etdirir.

SƏRGİ İCMALI

ABOUT NERI OXMAN AND THE MEDIATED MATTER GROUP

MIT Media Lab-da bazalanan memar, dizayner, ixtiraçı və dosent Oksman avtomatlaşdırmanı, istehsalı, ətraf mühiti və materialın özünü dizaynın ayrılmaz ölçüləri hesab edən Materiallar Ekologiyası sahəsinin təşəbbüsçüsü oldu. Oksmanın "The Mediated Matter Group" tədqiqat və dizayn komandası avtomatlaşdırılmış dizayn, rəqəmli istehsal, materiallar elmi və sintetik biologiya kəsişməsində fəaliyyət göstərir və həmin biliyi mikro miqyasdan istehsalat miqyasına qədər sahələr və miqyaslar üzrə dizaynda tətbiq edir. Mediated Matter-in işi digər muzeylər sırasında Cooper Hewitt, MoMA, SFMOMA, Centre Georges Pompidou, MFA Boston və FRAC Orléans muzeylərinin daimi kolleksiyalarına daxil edilib. Oksman bir sıra təltif və mükafatların qalibidir, onların arasında Qrem Fondunun Mükəfatı (2008), "the Earth Award" (2009), "the Vilcek Prize" (2014) və "the BSA Women in Design Award (2014)" mükafatları. O, Carnegie Pride of America (2014) mükafatçısıdır və ROADS' Dünyanın Ən Çox 100 Cəsarətli Multisahəli Mütəfəkkirlərin (2015) biri adlandırılmışdır. Oksmanın işi və innovasiyaları Dünya İqtisadiyyat Forumu və Ağ Ev tərəfindən tanınmışdır.

MIT Media Lab ilk baxışdan uyğunlaşmayan tədqiqat sahələrin qeyri-ənənəvi sintezi və uyğunlaşdırmasını əks etdirən özünəməxsus, antidistiplinar mədəniyyəti təşviq etməklə qəbul olunmuş sahə və sərhədləri aşır. Dizaynerlər, nanotexnoloqlar, data vizuallaşdırma ekspertləri, mühəndis-mexaniklər, materiallar üzrə alimlər, sənaye tədqiqatçıları və kompüter interfeysləri sahəsində fəaliyyət göstərən təşəbbüsçülər insanların texnologiya təcrübələrini və insanlara texnologiya ilə necə kömək etmək mümkün olduğunu kəşf və yenidən kəşf etmək üçün birlikdə çalışırlar.