concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

"YET" 2017 LEXUS DİZAYN MÜKAFATININ İLHAM PƏRİSİDİR

İNDİ MÜSABİQƏ ÜÇÜN AÇIQDIR

Lexus International Lexus Dizayn mükafatı 2017 müsabiqəsi üçün müraciətlərin qəbulunu açıq elan edir. Lexus ilk dəfə 2013-cü ildə daha yaxşı gələcəyə stimul vermək üçün yaradılmış, bütün dünyada bu günün və gələcəyin dizaynerlərini dəstəkləyən bu beynəlxalq dizayn müsabiqəsinin 5-ci ildönümünü qeyd edir.

2017 Lexus Dizayn Mükafatının kreativ mövzusu "Yet"dir ("Eyni zamanda").

"Lexus-da "Eyni zamanda" fəlsəfəmiz bizi ilk baxışda uyğunsuz görünən elementləri, məsələn, üstün səfər rahatlığı EYNİ ZAMANDA həyəcanlı sürücülük dinamikasını birləşdirməyə həvəsləndirir "Eyni zamanda" fəlsəfəsi ilə biz güzəştə getmirik; gözlənilməz, eyni zamanda heyrətamiz yeni imkanları kəşf edən sinerji yaratmaq üçün uyğunlaşırıq. "Eyni zamanda" fəlsəfəsi innovativ yenilikləri tətikləyən katalizator, kreativ potensialın partlamasını alovlandıran qığılcımdır. "Eyni zamanda" fəlsəfəsi Lexus-u sabahın mobilliyini formalaşdıran dizayn və texnologiyanın xəyali sərhədlərini kəşf etməyə kömək edir" Lexus International-ın İcraçı Vitse-prezidenti Yoşihiro Sava deyir.

Müraicət edənlər "Eyni zamanda" mövzusunun mahiyyətini nümayiş etdirən innovativ dizaynlarını və orijinal şərhlərini təqdim etməyə dəvət edilir.

2017 Lexus Dizayn Mükafatı 12 finalçını və onların işlərini dizayn icmasına və 2017 Milan Dizayn Həftəsində təqdim edəcək. Bu 12 finalçıdan dördü bütün dünya tərəfindən qəbul edilmiş dizaynerlərin rəhbərliyi ilə öz dizaynlarının prototiplərini yaradacaqlar. Hər bir prototipə görə maksimum istehsalan büdcəsi üçn milyon JPY-dır. Finalçılar öz dizaynlarını Lexus Dizayn Həftəsində təcrübi bölməsində (stendində) nümayiş etdirəcəklər. Sonra isə hakimlər öz prototipini istehsal etmək imkanını əldə edə biləcək Qrand-pri qalibini seçmək üçün dörd prototipi qiymətləndirəcək.

Keçmiş Lexus Dizayn Mükafatının qalibləri öz istedadlarını dünya səhnəsində nümayiş etidirir. 2015-ci ildə Qran-pri qalibi Emanuela Corti və Ivan Parati-nin "Həssa Geyim"i (Sense-Wear) Tokiyo və Moskvadakı dizayn tədbirlərində uğur qazanmağa davam etmişdir. 2016-cı ilin Qran-pri qalibi olan AMAM dizayn komandasının "AĞAR PLASTİKLİYİ - QABLAŞDIRMA VƏ S. ÜÇÜN AĞARIN POTENSİAL FAYDALILIĞI" geniş marağa və digər beynəlxalq sərgilərdə iştirak dəvətlərinə səbəb olmuşdur. Bu yolla Lexus Dizayn Mükafatının qalibləri bütün dünyada məşhurluqdan və ictimai və özəl sektorda birgə layihələr imkanından faydalanır. Lexus Lexus Dizayn Mükafatı və bu illik beynəlxalq dizayn müsabiqəsinin yaratdığı imkanlar vasitəsilə yaranan yaradıcı istedadları təşviq etmək və işıq üzünə çıxarmaq öhdəliyini daşıyır.

2017 Lexus Dizayn Mükafatı müsabiqəsinə müraciətlər avqustun 10-dan oktyabrın 16-na qədər qəbul ediləcək. On iki finalçı 2017-ci ilin əvvəlində açıqlancaq.

Daha ətraflı məlumat üçün daxil olun: LexusDesignAward.com