concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

LEXUS DESIGN AWARD 2017

LDA ArticleAsset 6Judges

HAKİMLƏR

PAOLA ANTONELLI
Kurator

LDA ArticleAsset Judge PaolaAntontelli

Antonelli 1994-cü ildə Müasir İncəsənət Мuzeynin üzvüdür vəMemarlıq və Dizayn şöbəsində baş kurator, həmçinin MİM-nin Tədqiqat və İnkişaf şöbəsinin direktoru vəzifəsində çalışır. O, TED, Davosda Dünya İqtisadi Forumunda və bir sıra digər beynəlxalq konfranslarda mühazirələr vermişdir. Onun əsas məqsədi dizaynın müsbət təsiri dünyada tam qəbul edildiyi və aşkara çıxarıldığı müddətcə israrla dizayn anlayışını təbliğ etməkdir. Hal-hazırda o, müasir dizayn haqqında bir sıra nümayişlər və bu gün mövcud olan dizayn sahələrinin müxtəlifliyi haqqında kitab - Dizayn Halları - üzərində işləyir.

ARİK ÇEN
Kurator

LDA ArticleAsset Judge AricChen

Arik Çen Honkonqun Qərbi Koulun Mədəni Rayonunda tikilməkdə olan M+, vizual mədəniyyət üçün yeni muzeydə Memarlıq və Dizayn üzrə Baş Kuratordur. Daha əvvəl o, Pekin Dizayn Həftəsinin Yaradıcı Direktoru kimi xidmət göstərmişdir, bundan sonra 2011 və 2012-ci ildə həmin tədbir uğurla yenidən açılmışdır. Çen beynəlxalq miqyasda muzeylər, iki ilik tədbirlər və digər tədbirlərdə çoxsaylı sərgi və layihələri təşkil etmiş və onlara nəzarət etmişdir və o cümlədən "The New York Times", "Monocle", "Architectural Record" and "PIN-UP" jurnallarına tez-tez töhfələr vermişdir.

TOYO ITO
Memar

LDA ArticleAsset Judge ToyoIto

Ito 1965-ci ildə Tokyo Universitetinin Memarlıq kafedrasından məzun olmuşdur. Görkəmli işlərinə daxildir: Senday Mediatheke, Tama İncəsənət Universiteti Kitabxanasında (Xatiodzi), Tayvan Universiteti, Sosial Elmlər (Tayvan ÇXR) Kolleci,‘Minna no Mori' Gifu Media Cosmos və s. İnkişaf proqramı Çərçivəsində layihələrə daxildir: Milli Tayçjun Teatrı, (Tayvan ÇXR), Aomoridə (ilkin adı) Yeni İdman Meydançası və İdman Parkı və daha başqaları. Layiq görüldüyü bir sıra mükafatlar arasında Yaponiya Memarlıq Universitetinin Mükafatı, Venice Biennale keçirilən “Golden Lion” mükafatı, Kral Britaniya Memarları İnsitutu tərəfindən verilən “Royal Gold Medal” və Pritzker Memarlıq Mükafatı var.

BIRGIT LOHMANN
Designboom-nin Baş Redaktoru

LDA ArticleAsset Judge BirgitLohmann

Hamburqda dünyaya göz açan Lohmann Florensiyada sənayə dizaynı sahəsində təhsil almış, daha sonra 1987-ci ildə Milana köçərək burada həmişəlik yaşamış və fəaliyyət göstərmişdir. O, dizayner qismində və bir sıra İtalyan memarlarının və usta dizaynerlərin yanında məhsulun hazırlanması üzrə menecer vəzifəsində çalışmışdır. O, həmçinin ədliyyə şöbələri və beynəlxalq hərrac evləri üçün dizayner- tarixçi kimi çalışmışdır. Bir tədqiqatçı və mühazirəçi kimi, o, bir sıra nüfuzlu beynəlxalq universitetlərdə sənaye dizayn üzrə seminarlar keçirmişdir. 1999-ci ildə təsis etdiyi Designboom-da baş redaktor, Təhsil proqramlaşdırması üzrə rəhbər və Beynəlxalq sərgilər üçün kurator vəzifəsində çalışır

ALICE RAWSTHORN
Dizayn Şərhçisi

LDA ArticleAsset Judge AliceRawsthorn

Alice Rawsthorn " International New York Times" və "Frieze"da dizayn barədə məqalələr yazır. Onun sonuncu kitabı "Salam Dünya" (Hello World): "Dizaynın həyata qovuşduğu yer" dizaynın həyatımızdakı rolunu araşdırır: keçmiş, indi və gələcək. O, qlobal dizayn tədbirlərində, o cümlədən TED və İsveçrədə Davosda Dünya İqtisadi Forumunun illik görüşlərində dizayn barədə mühazirələr verir. Londondan olan Alisa Chisenhale Qalereyasının mülkiyyətçilər şurasının və müasir rəqs qrupu Maykl Klark Şirkətinin və Whitechapel Qalereyasının sədridir. O, dizayn və incəsənət sahəsində göstərdiyi xidmətlərə görə Britaniya İmperiyası Orderi (OBE) ilə təltif olunmuşdur.

YOSHIHIRO SAWA
Kurator

LDA ArticleAsset Judge YoshihiroSawa

Yoshihiro Sawa Kyoto Texnologiya İnstitutunun Mühəndislik və Dizayn fakültəsindən Bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, 1980-ci ildə Toyota Motor Corporation-a qoşulduqdan sonra dizaynla bağlı bir sıra vəzifələr, o cümlədən Qlobal Dizaynın, Planlaşdırma Bölməsinin Baş məmuru vəzifələrini tutmuşdur. O, 2016-cı ilin aprelində Lexus International-ın İcraçı Vitse Prezidenti olmuşdur.