concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

LEXUS DESIGN AWARD 2017

LDA ArticleAsset 4Mentors

MENTORLAR

NERI & HU
Memarlar və Çox profilli Dizaynerlər

LDA ArticleAsset Mentor Neri Hu

Şanxay şəhərindəki "Neri & Hu Design and Research" studiyasının təsisçiləri olan Lyndon Neri və Rossana Hu dünyanın hər bir yerində memarlıqda yeni paradiqma yaratmaq üçün dizaynın bütün sahələrinin birləşdirən layihələr üzərində işləyirlər. 2014-cü ildə “Wallpaper”*jurnalı Neri və Hunu ilin ən yaxşı dizayneri seçmişdir. 2013-cü ildə onlar ABŞ-ın "Interior Design" jurnalının "Hall of Fame" Mükafatı müsabiqəsində münsif kimi çıxış etmişlər. Neri və Hu hər layihə özü ilə unikal kontekstual məsəllələr gətirdiyi üçün tədqiqatın ən mühüm dizayn aləti olduğuna inanırlar. Memarlıq, interyer, master planlaşdırma, qrafik və məhsul dizaynı xidmətləri təqdim edən Neri və Hu binalarla bağlı müasir problemlərin ənənəvi memarlığın hüdudlarını aşdığını qəbul edirlər. Şablon tipli dizayndan başlanğıcın əksinə olaraq, Neri və Hunun işləri təcrübə, detallar, material, forma və işığın qarşılıqlı dinamik təsirinə əsaslanır.

MAX LAMB
Dizayner

LDA ArticleAsset Mentor MaxLamb

Maks Lambın işi ucqar mənzərə ənənəsi - çimərlik tökmə zavodu kimi, karxana emalatxana kimi, Çatsvort əmlakının qırılmış qaraçöhrə ağacları mövzu və mənbə materialı kimi kimi işləyir. Şəhər onu eyni şəkildə heyran etmişdir və onun müxtəlif ətraf mühitlərə uyğunlaşmaq və reaksiya vermək imkanı vaxt və məkanına görə unikal olan dizaynlar yaradır. Maks tək bir materiala və ya prosesə əsaslanmır, o, dizayna problemləri həll etmək vasitəsi kimi yanaşır. O, daha çox materialın təbii tendensiyalarını və gözəlliyini üzə çıxarmaq üçün onda olan keyfiyyətləri istifadə edir. Onun metodları yüksək və aşağı texnologiyaya əsaslanır və o, layihə ehtiyaclarının miqyası və mürəkkəbliyi üçün tökmə zavodlarla əməkdaşlıq edən dizayner və istehsalçıdır. Lakin onun tətbiq etdiyi prinsiplərdə ardıcıllıq var - materiallarda dürüstlük, proses və insan bacarığını və onun limitlərini təqdir etmək.

ELENA MANFERDINI
Dizayner və Memar

LDA ArticleAsset Mentor ElenaManferdini

Venesiya, Kaliforniyada yerləşən Manferdini atelyesinin təsisçisi və sahibi Elena Manferdini Birləşmiş Ştatlarda, Avropa və Asiyada bir çox, dizayn, incəsənət və memarlıq layihələrinin, o cümlədən Los-Ancelesdəki Müasir İncəsənət Muzeyinin Pavilionu layihəsini tamamlamışdır. Onun firması Swarovski və Sephora kimi beynəlxalq səviyyədə tanınmış şirkətlər ilə əməkdaşlıq etmiş və işləri bir çox jurnal və nəşrlərdə, o cümlədən Elle, Vogue və New York Times kimi nəşrlərində nümayiş etdirilmişdir. Hazırda Cənubi Kaliforniya Memarlıq İnstitutunda Məzun Proqramı üzrə komissiyanın sədri olaraq beynəlxalq səviyyədə sərgilər keçirir və MIT, Princeton, Tsinghua Universitetində and Bauhausda geniş mühazirələrlə çıxış edir. Bu yaxınlarda o, orjinal incəsənət əsərlərinin yaradılmasınına dəstək üçün 2013 COLA Dotasiyasına layiq görülmüşdür. 2011-ci ildə Birləşmiş Ştatlar Rəssamları (AŞR) təşkilatından nüfuzlu illik qrant almış və Alessi üçün hazırladığ “Blossom” (Çiçək) dizaynı “Good Design” (Yaxşı Dizayn) mükafatına layiq görülmüşdür.

SNARKITECTURE
Sənətkarlar və Memarlar

LDA ArticleAsset Mentor Snarkitecture

2008-ci ildə Daniel Arsham və Alex Mustonen Snarkitecture studiyasının, rəssamlıq və memarlıq arasındakı sahələrdə fəaliyyət göstərən kollektiv və experimental təcrübənin əsasını qoymuşlar. Nyu-Yorkda “Cooper” Birliyində birlikdə keçirdikləri tələbəlik illərindən bəri rəssamlıq və memarlığın qarşılıqlı əlaqəsi sahəsində eyni maraqları paylaşan bu iki dizayner ilk işini Dior Homme üçün hazırlamışdır. Adıını Lewis Carrollun "Snarkin ovlanması" adlı fantastik poemasından götürən Snarkitecture studiyası nsanları ətraf mühitlə birbaşa əlaqə girməyə vadar edən maraq doğuran və qarşılıqlı təsir yaradan yeni və yaradıcı məqsədlər ilə uzun-müddətli memarlıq layihələri vəfunksiyanal obyektlər dizayn edir. Ənənəvini qeyri-adi formaya salaraq, Snarkitecture memarlıq sahəsində ağlasığmaz əsərlər yaradır.