concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

LEXUS QISA FİLMLƏRİ
FƏSİL 3 TREYLERİ

“Lexus” və “The Weinstein Company” şirkəti hər il keçirilən Lexus Qısametrajlı Filmlər silsiləsinin qayıdışını, ancaq bu dəfə kinorejissorlar üçün yeni, həyəcanlandırıcı dönüşlə bu gün elan etdilər. Birinci dəfə olaraq Lexus Qısametrajlı Filmlər silsiləsi dünyanın kinematoqrafçılar icmasının ambisiyalı rejissorlarının təklifləri üçün açıq olacaq. 15 iyul 2015-ci il tarixindən etibarən yeni başlayan kinorejissorları keçmişdə gördükləri işlərinin nümunəsi olaraq www.lexusshortfilms.com saytında təqdim olunanları nəzərə alaraq və kinofestivallar və kinorejissorlar üçün qabaqcıl xidmət olan Withoutabox (https://www.withoutabox.com) ilə əməkdaşlıq edərək 20 dəqiqəlik və ya daha qısametrajlı film təqdim edə bilərlər.

Yeni nəsil təzə başlayan kinorejissorlara dəstək məqsədilə ilk dəfə 2013-cü ildə başlamış Lexus Qısametrajlı Filmlər silsiləsi ambisiyalı kinorejissorlar və onların qısametrajlı filmləri üçün prodüserlik etmiş və reklam dəstəyi təmin etmişdir.

TWC-nin həmsədri Harvi Veynşteyn belə söylədi: “Lexus Qısametrajlı Filmlər silsiləsi yeni kinorejissorları tanımaq və qısametrajlı film formatına diqqət cəlb etmək üçün mükəmməl bir vasitədir ”. Ötən iki il ərzində biz böyük sayda gizli istedadların mövcud olmasını gördük. Biz, Lexus ilə bu həyəcanlandırıcı tədbir çərçivəsində bir daha əməkdaşlıq etməyə həvəsliyik və bütün dünyadan yeni başlayan kinorejissorları aşkar edib üzə çıxarmağa davam edirik.

Bu ilin mövzusu “İntizardır” – bu söz kinorejissorların təxəyyülü üçün innovativ platforma təmin edən maraqlı, incə bir başlanğıc ideyadır. Kinorejissorlar mənanı öz rəvayətləri ilə şərh etməyə və öz fikirlərini hekayə formasında deməyə dəvət olunacaqlar. Təkliflər 25 oktyabr 2015-ci il tarixinə qədər qəbul olunacaq. Sonra dörd finalçı seçilərək 15 noyabr 2015-ci il tarixində keçiriləcək Napa Valley Kinofestivalının bağlanış mərasimlərində elan olunacaq. Filmlərin hazırlanmasına 2015-ci ilin dekabr ayında başlanılacaq.

Həmin dörd finalçı hazırlanacaq qısametrajlı filmlərin rejissorluğunu həyata keçirəcək və“The Weinstein Company” şirkətinin ilk rəyini alacaqlar. Filmlərin reklam kommersiya prokatı keçiriləcək, eləcə də filmlər reklam məqsədilə dünya üzrə ən qabaqcıl kinofestivallar turunda iştirak edəcəklər. Kinorejissorlar həmçinin rejissorluq və videomontaj proqramı ilə təmin ediləcək.

“Lexus İnternational” şirkətinin İcraçı Vitse-Prezidenti Mark Templin belə söylədi: “Biz, gələcəyin rejissorluq istedadlarını aşkar edib üzə çıxarmaq və onların xəyallarını gerçəyə çevirmək üçün onlara dəstək olmaq üçün “The Weinstein Company” şirkəti ilə əməkdaşlığımızı davam etdirməkdən iftixar hissi keçiririk”. Biz, Lexus olaraq, heyranedici təcrübələr yaratmağa çalışırıq. Və Lexus-un Qısametrajlı Filmlər proqramı ambisiyalı kinorejissorların təxəyyülünü və şövqünü heyranedici və maraqlı filmlər vasitəsilə gerçəkləşdirməklə buna nail olmağa unikal imkan yaradır .

Həmçinin bu iyul ayından başlayaraq Lexus Qısametrajlı Filmlər komandası, o cümlədən Rejissor Joui Horvitz, İcraçı Prodüser Lans Still və “Lexus İnternational” şirkətindən Loik Şarlon işə başlayaraq təqdimetmə prosesini inkişaf etdirmək üçün dünya üzrə kinofestivallarda iştirak edəcəklər, o cümlədən Yeni Kinorejissorlar LA, Rhode Island Beynəlxalq Kinofestivalı, Venesiya Kinofestivalı, Vankuver Beynəlxalq Kinofestivalı və Napa Valley Kinofestivalı.

2016-cı ilin iyun ayından başlayaraq seçilmiş regionlar premyeraya, eləcə də ən qabaqcıl beş qısametrajlı filmlər festivalında hər bir film üçün kinorejissorlar panelinə evsahiblik edəcəklər. Kinorejissorlar 2016-cı il Napa Valley Kinofestivalına qayıdacaqlar harada ki, bütün dörd film ilk dəfə olaraq dünya premyerası olaraq birlikdə nümayiş etdiriləcək.

“The Weinstein Company” şirkətinin Baş Əməliyyat Direktoru Devid Qlasser əlavə olaraq belə dedi: “Biz, Lexus Qısametrajlı Filmlər Silsiləsi çərçivəsində Lexus ilə bir daha əməkdaşlıq etməkdən iftixar hissi keçiririk. Biz, gizli istedadları üzə çıxarmaqla hekayə söyləmənin yeni və həyəcanlandırıcı yollarını axtarmaq öhdəliyini üzərimizə götürmüşük. Bu proqram hər ikisinin mükəmməl kombinasiyasıdır və biz hamımız üçüncü ildə üzə çıxacaq növbəti böyük rejissorları görməyə ümid edirik.