concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MƏQALƏLƏRƏ GERİ QAYIT

ÜÇÜNCÜ LEXUS QISA FİLMLƏRİ MÜSABİQƏSİNİN QALİBLƏRİ

lsf article

LEXUS VƏ WEINSTEIN ŞİRKƏTİ NAPA VADİSİ FİLM FESTİVALINDA ÜÇÜNCÜ LEXUS QISA FİLMLƏRİ MÜSABİQƏSİNİN QALİBLƏRİNİ AÇIQLAYIRLAR

LEXUS QISA FİLMLƏRİ 3-CÜ SEZON QALİBLƏRİ

ALEXIS MICHALIK
Fransa, Avropa

lsf winner 004

Aleksis Billi Zeyn, Diana Kuris, Seyfi Nebu, Yann Semuel, Fernandor Kolomo, Daniel Tompson və Aleksandr Arkadi tərəfindən çəkilmiş televiziya filmləri və seriallarında və bədii filmlərdə, habelə, "Petits meurtres en famille", "Terre de lumière" və "Kaboul Kitchen" kimi filmlərdə iştirak etmiş aktyor və kinorejissordur. Həmçinin, Aleksis Tomas Le Duarek tərəfindən səhnələşdirilmiş "Le Dindon" komediyasında və İbsen və Stindberqin "Les Fleurs Gelées" tamaşasında uğurlu çıxışına görə tanınır. O, Los Figaros teatr şirkətinin yaradıcısıdır və 2013-cü ilə Au Sol, 2014-cü ildə isə Kiçik Pandanın Pim-Pomu qısa filmlərinə rejissorluq etdikdən sonra, Aleksis öz yazıçılıq karyerasını davam etdirir və o, "Escort Boys" adlı ilk bədii filmini çəkəcəkdir.

CENNİ DONOHU
Amerika Birləşmiş Ştatları, Şimali Amerika

lsf winner 001

Cenni Donohu Los Ancelesdə yaşayan mükafat qazanmış kinorejissordur. O, bu yaxınlarda Kolumbiya Universitetində Rejissorluq üzrə MFA dərəcəsini fərqlənmə ilə bitirmişdir. Cenni Dartmaut Kollecində bakalavr təhsili almış və həmçinin, Amerika üçün Öyrət proqramı vasitəsilə Bronksda orta məktəbdə müəllimlik edərkən Təhsil üzrə MS dərəcəsini almışdır. O, bir neçə qısa filmləri, habelə, Quzulama Sezonu (50-dən çox film festivalı üçün seçilmişdir; bu yaxınlarda Indiewire tərəfindən "2014-cü ilin Ən Yaxşı Qısametrajlı Filmi" adına layiq görülmüşdür; hal-hazırda PBS Film School Shorts-da nümayiş etdirilir) və Cəmiyyət (Palm Springs ShortFest, PBS İmagemakers) filmlərini yazmış və onlara rejissorluq etmişdir. Cenni hal-hazırda özünün ilk tam-metrajlı filmi olan Sürü filmini hazırlayır.

DEMİEN UELŞ-HOULİNQ
Avstraliya, Okeaniya

lsf winner 002

Demien tanınmış aktyor və kinorejissordur və o, özünün St Kilda, Flickerfest, Neşvil və İsveçrədə Lokarno da daxil olmaqla beynəlxalq film festivallarında rəsmi müsabiqələrdə ekranlara çıxmış ən son çəkdiyi "Suspended" qısa filminə görə şöhrət qazanmışdır. O, həmçinin, 2007-ci ildə debut etmiş "The Bloody Sweet Hit" qısa filminə görə tanınır. Demienin hekayə anlatma üçün böyük həvəsi vardır və bu həvəs onu müxtəlif mədəniyyətli hekayələr və rollar yaratmaq üçün dünya üzrə səyahət etməyə vadar etmişdir. O, "Underbelly" serialında Melburnun "Ən Çox Sevilən Qatili" Endryu Benci Veniamin rolundakı performansına görə 2008-ci ildə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında AFİ Mükafatı almışdır.

KEV KEHİL
İrlandiya, Avropa

lsf winner 003

Dublin Triniti Kollecindən Riyaziyyat üzrə dərəcə ilə məzun olduqdan sonra Kev bir neçə işdə özünü sınamışdır: Universitet Əyləncələri Meneceri, İrlandiya üçün Red Bull DJ0i, Bağban, Smuzi Satıcısı, Şorba Satıcısı, Sıyıq/yulaf Satıcısı, Mebel Ustası, Trambon Çalan, İngilis Dili Müəllimi, Minivenlə Çatdırma İşçisi, Yolka Ağacı Satıcısı, Klub Promoteri, Gəmi Yuyan, Barmen, Ofisiant, Mətbəx İşçisi, Sement Fabriki Fəhləsi, Stol Düzəldən, Film Yeri Təcrübəçisi, Film Yeri Təcrübəçisi, Fotoqraf, Videoqraf, Film Yeri Meneceri, VFX Təcrübəçisi, VFX Data Wrangler, VFX Nəzarətçisi... Keçən il o, özünün ilk qısa filmini çəkmişdir - Allahdan da Artıq. Bu film Oskara namizəd görülmüş, 30-dan çox festivalda göstərilmiş və bir neçə mükafat qazanmışdır.

LEXUS QISA FİLMLƏRİ HAQQINDA

2013-cü ildə kinorejissorların yeni nəslini dəstəkləmək və inkişaf etdirmək məqsədilə Lexus Qısa Filmləri işə başlamışdır. Bu həvəsli rejissor və yazıçılar tanınmış Weinstein Şirkəti ilə birgə işləyərək öz işlərini istehsal etmək və beynəlxalq səhnədə nümayiş etdirmək üçün Lexus tərəfindən dəstəklənən unikal imkan əldə etmişdirlər. Ətraflı məlumat üçün baxın: lexusshortfilms.com.

LEXUS HAQQINDA

1989-cu ildə debut etdikdən sonra, Lexus yüksək keyfiyyətli məhsulları və nümunəvi müştəri xidmətlərinə görə dünya üzrə şöhrət qazanmışdır. Lexus lyuks brendlər arasında hibrid lideridir və yeni texnologiya və premium lyuks təmin edən hibrid avtomobillər təklif edir. Lexus-un təkamülü onun yeni avtomobillərinin proqressiv dizaynında əks olunmuşdur. Özünəməxsus ön şəbəkə, dinamik işıq effektləri və incəliklə işlənmiş cizgilər Lexus üçün müstəsna görünüşlü lyuks yaradır. http://www.lexus-int.com

WEINSTEIN ŞİRKƏTİ HAQQINDA

Weinstein Şirkəti (TWC) 2005-ci ilin Oktyabr ayında Bob və Harvi Veynşteyn (1979-cu ildə Miramax Films şirkətinin qurucuları) tərəfindən açılan multimedia istehsalı və distribusiyası şirkətidir. TWC şirkətinə, həmçinin, 1993-cü ildə Bob Veynşteyn tərəfindən qurulmuş və "FƏRYAD", "CƏSUS UŞAQLARI" və "ÇOX QORXULU FİLM" kimi məşhur filmləri təqdim etmiş Dimension Films şirkətini də özündə əhatə edir. TWC və Dimension Films studiyaları birlikdə kommersiya və tənqidi uğur qazanan bir çox meynstrim, xüsusi janrlar və ixtisas filmləri təqdim etmişdir. Harvi və Bobun Miramax və TWC şirkətlərindəki rəhbərliyi dövründə şirkətlər 341 dəfə Oskar mükafatına namizəd olmuş və 81 Akademiya Mükafatı qazanmışdırlar.

2005-ci ildən bu yana TWC və Dimension Films şirkəti birgə olaraq bir çox filmləri, habelə GRINDHOUSE; 1408; I’M NOT THERE; THE GREAT DEBATERS; VICKY CRISTINA BARCELONA; THE READER; THE ROAD; HALLOWEEN; THE PAT TILLMAN STORY; PIRANHA 3D; INGLOURIOUS BASTERDS; A SINGLE MAN; BLUE VALENTINE; THE KING’S SPEECH; THE COMPANY MEN; MIRAL; SCRE4M; SUBMARINE; DIRTY GIRL; APOLLO 18; OUR IDIOT BROTHER; I DON’T KNOW HOW SHE DOES IT; SARAH’S KEY; SPY KIDS: ALL THE TIME IN THE WORLD IN 4D; MY WEEK WITH MARILYN; THE IRON LADY; W.E.; CORIOLANUS; UNDEFEATED; THE ARTIST; BULLY; THE INTOUCHABLES; LAWLESS; KILLING THEM SOFTLY; THE MASTER; SILVER LININGS PLAYBOOK; DJANGO UNCHAINED; QUARTET; ESCAPE FROM PLANET EARTH; DARK SKIES; THE SAPPHIRES; SCARY MOVIE 5; KON-TIKI; UNFINISHED SONG; FRUITVALE STATION; LEE DANIELS' THE BUTLER; THE GRANDMASTER; SALINGER; 12-12-12; PHILOMENA; MANDELA: LONG WALK TO FREEDOM; AUGUST: OSAGE COUNTY; VAMPIRE ACADEMY; THE RAILWAY MAN; THE IMMIGRANT; YVES SAINT LAURENT; BEGIN AGAIN; THE GIVER; FRANK MILLER’S SIN CITY: A DAME TO KILL FOR; THE DISAPPEARANCE OF ELEANOR RIGBY; TRACKS; ST. VINCENT; THE IMITATION GAME; PADDINGTON and WOMAN IN GOLD filmlərini istehsal etmişdirlər. Gələcəkdə ekranlara çıxması gözlənilən filmlərə isə SOUTHPAW, UNDERDOGS, NO ESCAPE, THREE GENERATIONS, ADAM JONES, CAROL və THE HATEFUL EIGHT filmləri aiddir.

TWC şirkəti 2013-cü ildə doqquz, 2014-cü ildə isə beş Emmy nominasiyasına layiq görülmüş aktiv televiziya istehsalı bölməsi ilə öyünə bilər. TWC Television Project Runway (Project Runway All Stars və Under The Gunn adlı davamı olan) adlı real televiziya verilişi istehsal edir. Hazırki TWC televiziya proqramlarına Mob Wives, Million Dollar Shoppers, Rodeo Girls və Trailer Park verilişləri daxildir: Myrtle Malikanəsinə Xoş Gəldiniz. Ssenarisi tamamlanmış və hazırlanmaqda olan layihələrə John Fusco's Marco Polo verilişləri daxildir. Ssenarisi tamamlanmış və inkişaf mərhələsində olan layihələrə isə Ten Commandments və Daniel Stashower’s The Hour Of Peril verilişləri daxildir. TWC, həmçinin, Nanny Diaries verilişini inkişaf etdirmiş və The No. 1 Ladies' Detective Agency verilişini istehsal etmişdir.