concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

360° YANAŞMA

360 approach

EKOLOJİ PROBLEMLƏRƏ DİQQƏT LEXUS ŞİRKƏTİNİN PLANETİMİZƏ HÖRMƏT VƏ ƏTRAF MÜHİTƏ QAYĞISINDAN DOĞULMUŞDUR. LEXUS ŞİRKƏTİNİN ƏTRAF MÜHİTƏ MƏNFİ TƏSİRİ NECƏ AZALTDIĞINI ÖYRƏNMƏK ÜÇÜN 4-MƏRHƏLƏLİ PROSESİ NƏZƏRDƏN KEÇİRİN.

MƏQSƏD: SIFIR EMİSSİYA

”LEXUS” ŞİRKƏTİNDƏ BİZ, SƏNAYENİN BU EKOLOJİ PROBLEMİN ARADAN QALDIRILMASINA RƏHBƏRLİK ETMƏYƏ MƏSUL OLDUĞUMUZU BAŞA DÜŞÜRÜK.

Biz inanırıq ki, ekoloji sabitlik bizim sənayemizin və bu əsrin cəmiyyətinin qarşısında duran ən böyük çətinlikdir. Bizim cavab tədbirlərimiz tək bizim məhsullara deyil, işgüzar fəaliyyətimizə və ona cəlb edilmiş hər bir şəxsə təsir edir.

Sabit nəqliyyat konsepsiyasını əldə rəhbər tutaraq biz:

  • Hibrid avtomobillər kimi novator ekoloji texnologiyaları ilk dəfə tətbiq edirik
  • Bütün əməliyyatlarımızın ətraf mühitə təsirini azaldırıq
  • İstehsalda istifadə etdiyimiz təbii ehtiyatları azaldır və utilizasiya və təkrar istifadəni maksimum artırırıq
  • Yerli icmalarla birgə işləyərək ətraf mühitin keyfiyyətini artırırıq

Biz bunu ətraf mühitin idarə edilməsinə 360° yaxınlaşmamız adlandırırıq. Biz sıfır emissiyalara, işgüzar fəaliyyətimizin hər hissəsində sıfır tullantılara nail olmağa çalışırıq. Biz inanırıq ki, vaxt və bacarıq imkan verərsə və Kaizendən (Yapon dilində “davamlı təkmilləşdirmə” deməkdir) istifadə etməklə buna nail olmaq olar. İnanırıq ki, Lexus şirkətinin inkişafı və uğuru bundan asılıdır.

MƏRHƏLƏ BİR

MƏHSUL DİZAYNI VƏ İNKİŞAFI

ƏTRAF MÜHİTƏ TƏSİRİ AZALTMAQ ÜÇÜN İNKİŞAFI PLANLAŞDIRMAQ VƏ ÖLÇMƏK VACİBDİR. BUNA GÖRƏ DƏ BİZ "İSTİSMAR TSİKLİ BARƏDƏ DÜŞÜNMƏ”DƏN - İSTEHLAK EDİLƏN BÜTÜN EHTİYATLARI VƏ MƏHSULLARIMIZLA ƏLAQƏDAR ƏTRAF MÜHİTƏ VƏ SAĞLAMLIĞA DÜŞƏN TƏZYİQİ NƏZƏRƏ ALAN HƏRTƏRƏFLİ DAVAMLI İNKİŞAF PROSESİNDƏN İSTİFADƏ EDİRİK.

environment nx clip

Biz dünyada ilk dəfə olaraq yüksək səviyyədə bərpa olunan materiallardan istifadə edirik və utilizasiya və bərpanı asanlaşdırmaq üçün istismar dövrünün sonunda asan utilizasiya edilən hissələri axtarır və istifadə edirik. ”Lexus” avtomobilinin ən az görünən hissələri belə aşağıdakıları nəzərdə saxlamaqla hazırlanmışdır : Baqaj bölməsinin kənarlarını haşiyəyə alan bufer utilizasiya edilmiş materialdan, cihaz panelinin arxasındakı səsboğucu isə doğranmış, utilizasiya edilmiş səs keçirməyən materialdan hazırlanmışdır.

Avtomobil qapısının haşiyələri üçün əvvəllər istifadə edilən taxta parçaları əvəzinə indi kenaf (çin qızılgülü fəsiləsinin bir növü)gövdəsindən istifadə edilir.

Kenaf digər bitkilərə nisbətən iki - beş dəfə çox CO2 udur və avtomobil təmiri emalatxanalarından alınmış köhnə tullantı buferlərlə qarışdırılır; bu qapı haşiyələrini daha yüngül edir, səsi daha yaxşı udur və meşələri tükəndirməyən materialdan istifadə edir.

recyclable plastic

BİZ BÜTÜN AVTOMOBİLLƏRİMİZDƏ İSTİFADƏ OLUNAN VƏ İNDİ BÜTÜN MAŞIN İSTEHSALÇILARININ İSTİFADƏ ETDİYİ MƏHDUDİYYƏTSİZ ŞƏKİLDƏ TƏKRAR UTİLİZASİYAYA YARARLI PLASTİK HAZIRLAMIŞIQ.

MƏRHƏLƏ İKİ

İSTEHSAL

production

”Lexus” şirkətində biz, sənayenin bu ekoloji problemin aradan qaldırılmasına rəhbərlik etməyə məsul olduğumuzu başa düşürük. Biz inanırıq ki, ekoloji sabitlik bizim sənayemizin və bu əsrin cəmiyyətinin qarşısında duran yeganə ən böyük çətinlikdir. Bizim cavab tədbirlərimiz tək bizim məhsullara deyil, həmçinin işgüzar fəaliyyətimizə və cəlb edilmiş hər bir şəxsə təsir edir.

Biz bunu ətraf mühitin idarə edilməsinə 360° yanaşmamız adlandırırıq. Biz ətraf mühitə zərərli maddələrin atılmasını sıfıra endirməyə, işgüzar fəaliyyətimizin hər hissəsində sıfır tullantılara nail olmağa çalışırıq. Biz inanırıq ki, vaxt və bacarıq imkan verərsə və Kaizendən (Yapon dilində “davamlı təkmilləşdirmə” deməkdir) istifadə etməklə buna nail olmaq olar. İnanırıq ki, Lexus şirkətinin inkişafı və uğuru bundan asılıdır.

MƏRHƏLƏ ÜÇ

MADDİ-TEXNİKİ TƏCHİZAT

Lexus şirkətinin ekoloji maraqlarina xam materiallarin toplanib daşınmasından avtomobil hissələrinin emali və yiğilmasina, və bizim mərkəzi salonlardaki proseslərdən avtomobilin istismar dövrünün sonunda materiallarin emalina qədər müxtəlif məsələlər daxildir.

Bununla belə biz, texniki təchizat məsafəsini ildə 3,057 mil azaltmağa nail olmuşuq ki, bu da 1,020 ton CO2 qənaətinə imkan verdi. Buna nəqliyyat marşrutlarını diqqətlə planlaşdırmaq və hər yük avtomobilinə düşən səmərəli yükü artırmaqla nail oluruq

logistics

MƏRHƏLƏ DÖRD

İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRİN UTİLİZASİYASI

İSTİSMAR DÖVRÜ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRƏ DAİR DİREKTİV TULLANTILARIN QARŞISINI ALMA VƏ MƏHDUDLAŞDIRMA, TƏKRAR İSTİFADƏ VƏ UTİLİZASİYANI TƏKMİLLƏŞDİRMƏ, İSTİSMAR DÖVRÜ BAŞA ÇATMIŞ AVTOMOBİLLƏRİN BƏRPASI

Lexus Direktivin tələblərini təsdiq edir və tətbiqin bir hissəsi kimi bütün tələblərə cavab verən Lexus avtomobillərin pulsuz geri qəbul edilməsi üçün siyasəti təqdim edilmişdir.

Lexus şirkəti qlobal miqyasda işləyərək əməliyyatlarımızın ətraf mühitə təsirini minimuma endirir. İstismar dövrü başa çatmış avtomobillərin bərpası və utilizasiyası üçün işgüzar tərəfdaşı seçən zaman ən yüksək standartların nümayişinə üstünlük verilir və Lexus sahiblərinə avtomobillərini son kənarlaşdırma üçün cavabdeh, etibarlı və səmərəli xidmət təqdim edilir.