concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

XİDMƏTİN MÜƏYYƏN EDİLMƏSİ

MÜKAFATA LAYİQ GÖRÜLMÜŞ MÜŞTƏRİ XİDMƏTLƏRİ

Lexus avtomobilinə malik olma tək avtomobilə malik olma deyil – bu, eksklüziv klubun üzvü olmaq kimidir. Biz avtomobillərimizdən qürur duyuruq və sizin də qürur duymanıza ümid edirik. Buna görə də biz həddindən artıq yüksək səviyyəli mükafat qazanmış müştəri xidməti təklif edirik

rc f side

SİZƏ VERİLƏN ZƏMANƏT

RAHATLIQ

Bu vacibdir – bunun üçün də biz üç il müddətinə və ya 100 000 km-lik məsafə üçün (hansı tez baş verərsə) zəmanət veririk. Birinci il ərzində sürülən məsafəyə məhdudiyyət qoyulmur. Sizə verilən zəmanətə həmçinin aşağıdakılar daxildir:

  • Rəng qüsurlarına qarşı üç il zəmanət
  • Kuzovun deşilməsinə qarşı on iki il zəmanət
  • Bizə ən yaxın diler məntəqəsinə və ya xidmət mərkəzinə ödənişsiz qaytarılma

AVRO YARDIM 24

HARADA OLSANIZ DA, HARADA OLMALISINIZSA

Avropanın harasında olursunuzsa olun, sizə yardım lazım olarsa, Avropa yardım proqramımız xidmətinizdədir Harada olmalısınızsa, sizi oraya çatdırmaq üçün əlimizdən gələni edəcəyik Avro Yardım 24 günün 24 saatı, həftənin 7 günü və ilin 52 həftəsi açıqdır. Buraya aşağıdakılar daxildir:

  • Fövqəladə hallarda mehmanxana təşkili
  • İdarə edə bilməsəniz Lexus sürücüsünü göndərmə
  • Lazım olarsa, yolkənarı yardımı təşkil etmə

MALİYYƏ XİDMƏTLƏRİ

MÜKAFATA LAYİQ GÖRÜLMÜŞ MÜŞTƏRİ XİDMƏTLƏRİ

Lexus Maliyyə xidmətləri ayrıca şirkət kimi, müstəsna olaraq Lexus sürücüləri üçün başqa provayderlədən fərqli maliyyə məhsulları təchiz etmək məqsədilə yaradılmışdır. Fərdi və şəffaf şərtlərlə cazibədar və elastik həllər təklif edərək sizə ən uyğun gələn seçimi etməkdə yardım edirik. Bizim məhsullarımıza aşağıdakılar daxildir:

  • Fərdi və işgüzar müştərilər üçün maliyyələşdirmə və lizinq
  • Avtomobilin sığortası
  • Texniki qulluq paketləri
  • Ödənişin mühafizəsi sığortası