concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

MARK İBİZADA LC İLƏ GÖRÜŞÜR

BEYNƏLXALQ MUSİQİ PRODÜSERİ
MARK RONSON DİNLƏYİCİLƏRİ LEXUS-DAN YENİ “ÖZ ƏSƏRİNİZİ QOYUN” KOMPANİYASINDA İŞTİRAK ETMƏYƏ ÇAĞIRIR.

Lexus yeni LC başlamaq üçün dəfələrlə mükafat qazanmış musiqi prodüseri Mark Ronsonla yaradıcı əməkdaşlığa başladığını elan etmişdir. Yeni maşın uyğun adlandırılmış “Öz Əsərinizi Qoyun” kompaniyası ilə möhtəşəm brend üçün yeni era açan Lexus flaqman kupesidir.

Ronson ilə əməkdaşlıq musiqi, incəsənət və texnologiya aləmində möhtəşəm təcrübələr yaratmaq üçün Lexus-un ambisiyalarını davam etdirir. Bu 2015-ci ildən çox istiqamətli teatr hadisələrinin iştirakçılarına öz film ulduzu həyat tərzinin idarəetmə oturacağına minmək imkanı verən Cac Lo ilə “RX Həyatı” kompaniyası ilə başlamışdır.

MARK RONSON

Növbəti altı ay müddətində Öz Əsərinizi Qoyun kompaniyası istifadəçi və fanatlara valehedici məzmun və möhtəşəm təcrübələrlə fəal işləmək imkanı verəcəkdir.

Kompaniya haqqında danışarkən, Mark Rondon demişdir: “Mən həmişə həm studiyada, həm də studiyadan kənarda yenilikçi və unikal əməkdaşlarla işləməyi xoşlayıram. Mənə Lexus bu kompaniyanın konsepsiyası ilə yaxınlaşdıqda və mən yeni LC-ni (Lexus Coupe) gördükdə , bunun yeni və möhtəşəm olduğunu hiss etdim. Məni musiqidən bu maşın ətrafında hadisə yaratmaq və ilhamlandırmaq ideyası cəlb etdi.”

LEXUS LC

LC kupenin dizaynı hər ikisi Dizayna Diqqət Mükafatının qalibi olmuş LF-LC konsept maşınının dizaynına sadiq qalır. LC Lexus-da təkamüldə olan maşın inkişafı mədəniyyətinin nümunəsidir və bu bütün gözləntiləri ötüb keçən heyrətamiz maşın yaratmaq üçün dizayn və mühəndis komandalarının əməkdaşlığının nəticəsidir

Lexus və Mark Ronson arasında tərəfdaşlıqdan bəhs edərkən, Lexus Avropa-nın Direktoru Aleyn Uyttenhoven demişdir: “Mark Ronson onilliyin ən böyük bir neçə hitlərinin pərəstiş edilən prodüseridir və biz “Öz Əsərinizi Qoyun” kompaniyası üçün daha yaxşı əməkdaş fikirləşib tapa bilməzdik. Lexus LC Lexus üçün yeni eranın başlanğıcının simvoludur və bu da mühəndislik və dizayn arasında daha böyük sinerji yaratmaq məsələsidir. Bunun üzərində Markdan – inanılmaz peformansları və əməkdaşlıqları vasitəsi ilə musiqi aləminə əhəmiyyətli töhfələr vermiş bir insandan daha yaxşı kim işləyə bilər.”