concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

XƏBƏRLƏR VƏ TƏDBİRLƏR

MƏQALƏLƏRƏ GERİ QAYIT

“SENSE-WEAR” (HƏSSAS GEYİMLƏR) 2015 LEXUS DİZAYN MÜKAFATINI QAZANMIŞDIR

2015 LexusDesignAward winner teaser

LEXUS EMANUELA KORTİ VƏ İVAN PARATİ TƏRƏFİNDƏN HAZIRLANAN (QRUP: “CARAVAN”) “SENSE-WEAR” LAYİHƏSİNİN 2015 LEXUS DİZAYN MÜKAFATI MÜSABİQƏSİNDƏ QRAN-PRİ MÜKAFATINA LAYİQ GÖRÜLMƏSİNİ QÜRURLA ELAN EDİR.

Lexus Emanuela Korti və İvan Parati tərəfindən hazırlanan (Qrup: “Caravan”) “SENSE-WEAR” layihəsinin 2015 Lexus Dizayn Mükafatı Müsabiqəsində Qran-pri mükafatına layiq görülməsini qürurla elan edir. Mükafat qalibə bu gün Milan Dizayn Həftəsində keçirilmiş Lexus Space (Lexus Məkanı) mərasimində Lexus International-ın prezidenti Tokuo Fukuiçi tərəfindən təqdim edildi.

“Sense-Wear" həssaslığı artırmaq üçün nəzərdə tutulmuş paltar və aksessuarlar toplusudur. Bəzi elementlər fiziki hissləri susdurmağa, bəziləri isə onları kəskinləşdirməyə kömək edir ki, bu da onları geyinənlərə hisslər dünyasını başqa perspektivdən yaşamağa imkan verir. Milanda Lexus Məkanında sərgilənmiş prototipin hazırlanmasında Robin Hunike istiqamətləndirmişdir.

Qaliblər Emanuela Korti və İvan Parati qeyd edir: “Bu mükafatı qazandığımıza şadıq! Bu sərgidə istirak etməyə xüsusilə "Hisslər" mövzusunu – bəyəndiyimiz üçün qərar vermişdik. Biz çoxlu araşdırmalar aparmış və yeni dizayn ideyalarına gətirib çıxara biləcək olduqca çox şeyə rast gəldik. Sonra isə bir layihə seçdik: insanların, xüsusilə ehtiyacı olan insanların həyatlarını yaxşılaşdıracaq paltarlar. Biz ixtisaslaşdırılmiş müəssisələrə baş çəkmiş, ideyalarımızı terapevtlərlə bölüşmüş və onların rəylərini layihəmizdə birləşdirmişik. Və həqiqətən də görürük ki, belə paltarlar çox insanlar üçün faydalı ola bilər. Gündəlik həyatımızda bəzən strestli hadisələrlə üzləşirik və bu zaman ətrafımıza bir növ sığınacaq qurmaq istədiyirik. Beləliklə, bu mükafat bizim üçün ideyamızı inkişaf etdirmək və gələcəkdə insanlara kömək etmək üçün böyük imkanı təmsil edir”.