concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

XƏBƏRLƏR VƏ TƏDBİRLƏR

MƏQALƏLƏRƏ GERİ QAYIT

NYU-YORK AVTOMOBİL SƏRGİSİNDƏ TAMAMƏN YENİ RX MODELİNİN DÜNYA PREMYERASI

RX New York MS

LEXUS YENƏ DƏ ÖZÜNÜN YENİ NƏSİL RX MODELİ İLƏ LYUKS İDMAN ÜSLUBLU YOLSUZLUQ AVTOMOBİLLƏRİ SEQMENTİNDƏ ÖNDƏDİR

Brendin 26 illik tarixində ən yaxşı satılan model kimi (2.1 milyondan çox satış ilə) RX modeli Lexus tərəfindən indiyədək satılan on avtomobildən üçünü təşkil edir. Yeni modeldə həmin trendə sadiq qalmaqla, interyer yenidən dizayn edilərək daha lyuks hala gətirilmiş, yeni cəlbedici kuzovla birləşdirilmişdir.

Yeni möhtəşəm görünüş

Yeni RX modelinin cəlbedici görünüşü ilk baxışdan görünür. Avtomobilin qabaq hissəsi tamamən yenilənmiş, xrom kənarları olan geniş şəbəkə və L formalı LED işıqlar ilə bəzədilmişdir. Yenidən dizayn edilmiş duman işıqları ilə birlikdə, bu görünüş RX modelinə eleqant aura bəxş edir. Qabaq enli qanadlar avtomobilin idman üslubunu daha da gücləndirir.

Arxa hissənin görünüşü kəskinləşdirilib və möhkəm sabitlik hissi verir. Avtomobilin arxa kənarlarına sarılmış yeni L formalı işıqlarla təchiz edilmiş arxa hissə i işıqlar yandıqda daha geniş, daha aqressiv görünüş təmin edir. Yandırıldıqda, parlaq işıqlar kuzovdan arxa qapıya yayılır – bu da bir Lexus innovasiyasıdır.

Yeni RX modelinin kabini çox rahat və lyuks elementlərlə təchiz edilmiş, yüksək kateqoriya hissi verir və lazerlə forma verilmiş xüsusi ağac ornamentlər xüsusən dəbdəbə sevənlər üçün düşünülmüşdür. Mərkəzi paneldə iri qabaq görünüş kamerası (HUD) yerləşir, məlumat ekranı (12.3 düymlük monitor) isə əsas əməliyyat sahəsindən ayrılmışdır.

Kapotun altında güclü, effektiv və səssiz mühərrik

Yeni RX 300 at gücünə malik, yeni 8 pilləli avtomatik transmissiya üçün nəzərdə tutulmuş gücləndirilmiş 3.5-litr V-6 benzin mühərriki ilə və tam hibrid modeli kimi buraxılacaqdır.

Bütün RX mühərrikləri təkmilləşdirilərək, yanacağa yüksək qənaət və aşağı karbon emissiyası təmin edilmişdir.

Daha yaxşı idarəetmə və stabillik

Tamamən yeni RX daha yaxşı idarəetmə imkanı ilə təchiz edilmişdir. Bütün şassi gücləndirilərək sabitlik artırılmış və döngələrdə idarəetmə yaxşılaşmışdır. Avtomobilin kuzov strukturu gücləndirilərək reaksiyası yaxşılaşdırılmış, eləcə də, mühərrikin və yolun səsinin kabinə daxil olmasının qarşısı alınmışdır. Avtomobil həmçinin Avtomobil Dinamikasının Qabaqcıl İdarəetməsi (VDIM) sistemi ilə təchiz edilmişdir – bu sistem döngələrdə potensial təhlükəli vəziyyətləri təyin edir və avtomatik və sürətli reaksiya ilə avtomobilin idarəetməsinin itirilməməsinə kömək edir. Həmçinin, İkidiferli Hərəkət quru və sürüşkən yollarda RX modelinin idarəetməsini və sabitliyini yaxşılaşdırır.