concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

LEXUS RC F GT3: 2017-Cİ İLİN MOTOYARIŞLARINDA

Lexus şirkəti dünyanın hər bir yerində avtomobil yarışı həvəskarlarının get-gedə artan auditoriyası ilə öz brend imicinin göstəricilərini möhkəmləndirməyə çalışaraq, öz diqqətini daha çox 2017-ci ildə keçiriləcək RC F GT3 motoidman yarışlarına yönəldir. Avtomobil idmanı üzrə rəhbər orqan sayılan Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsdiqlənmiş, büsbütün yeni RC F GT3 avtomobili ABŞ və Yaponiyada keçiriləcək avtomobil yarışı çempionatlarında, eləcə də seçilən Avropa yarışlarında iştirak edəcək.

Lexus ABŞ-da 3GT yarış komandasına iki ədəd RC F GT3 avtomobili təqdim edib. Bu avtomobillər Beynəlxalq Avtomobil İdmanı Assosiasiyasının keçirdiyi “WeatherTech SportsCar” Çempionatının GTD sinfində keçiriləcək yarışda çıxış edəcəklər.

Yaponiyada iki avtomobil LM yarış komandası ilə “Super GT” avtomobil yarışının GT300 sinfində çıxış edir.

Avropada, ötən il VLN Endurance seriyasında RC F GT3 prototip avtomobilləri ilə çıxış etmiş “Farnbacher Racing” və “Emil Frey Racing” komandaları bu mövsümdə də öz hazırlıq və təkmilləşdirmə işlərini davam etdirəcək, gələcəkdə Avropada GT3 yarışında daha yüksək səviyyələrdə rəqabət aparmağı planlaşdırırlar. Bu məqsədlə onlar 2017-ci ildə Avropa yarışlarında, o cümlədən Beynəlxalq GT Open seriyalarında seçilən tədbirlərdə iştirak edəcəklər.

Ötən il, 8 oktyabr tarixində, VLN9 yarışında əsas qələbəyə iddialı olan RC F GT3 prototip avtomobili ilə, möhtəşəm Nürburgring Nordschleife dairəsində (Almaniya), Lexus VLN Endurance Çempionatı yarışında qalib gələn ilk Asiya avtomobil istehsalçısı oldu.

Ötən il, Lexus həmçinin RC F seriyasından olan digər yarış maşını RC F GT500 ilə yüksək nəticələr əldə etmişdir. Belə ki, 2016 RC F GT500 modeli, GT500 kateqoriyasında komanda və sürücülərin çempionluq adlarına iddialı olan Team SARD və pilotlar Heikki Kovalainen və Kohei Hiratenin iştirakı ilə Yaponiyada Super GT seriyasına başçılıq edib.

SPESİFİKASİYALAR

2017 RC F GT3: TEXNİKİ SPESİFİKASİYALAR

Avtomobilin adı: LEXUS RC F GT3
Mühərrik 5.4-litr V8
Güc 373+ kW (500+ DIN hp)
Fırlanma momenti məlumat yoxdur
Transmissiya 6 sürətli ardıcıl idman sürətlər qutusu
Təkərlər 13x18 fut, 13 x 18 rr – 13 x 8düym ön və arxa, mərkəzi kilid ilə
Əyləclər polad rotorlar
Ümumi uzunluq 4,845 mm
Ümumi eni 2,030 mm
Ümumi hündürlük 1270 mm
Təkər bazası 2,730 mm
Sərnişinsiz çəki 1,300 kq