concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

TAM YENİ LEXUS GS F

GS F SEDAN - LEKSUS ÖZÜNÜN “F” İSTEHSAL XƏTTİNƏ ƏLAVƏLƏRƏ AÇIQLAMA VERDİ

  • Yüksək keyfiyyətli idman avtomobilinin sürət və çevikliyi ilə birlikdə nəfis dörd qapılı paket

  • Maksimum 473 AG və 527Nm-lik maksimum fırlanma anı yaradan 8 silindrli 5L tutumlu normal havalanma mühərriki

  • Maksimum güc və effektivlik üçün Otto və Atkinson yanma silsilələrinin kombinasiyası

  • Optimal idarəetməni təmin edən yeniləşdirici Fırlanma Anını İdarəedən Diferensial

İDMAN XARAKTERLİ

Leksus bir daha öz idman xarakterini göstərməkdədir və Çərşənbə axşamı, yanvarın 13-ü şərq vaxtı ilə səhər 8:40-da Detroytdakı Kobo Mərkəzində Beynəlxalq Avtomobil Sərgisində çoxdan gözlənilən GS F sedanın iş qabiliyyətinin açıqlanacağını elan etdi. GS F Leksusun, RC F kupe-nin də hazırda daxil olduğu, yüksək iş qabiliyyətli “F” xəttinə qoşulan ən son avtomobilidir. Yeni əlavələr yüksək keyfiyyətli idman avtomobilinin sürət və çevikliyi ilə birlikdə nəfis dörd qapılı paketi özündə birləşdirir.

Baxmayaraq ki, yeni GS F standart GS ilə eyni platformada yer alır hər yerdə, o cümlədən mühərrikdə, təkmilləşmə vardır. Kapotun altında 7100 dövr/dəqiqə-də diqqətəlayiq 473 AG (348 Kvt)* və 4,800-5,600 dövr/dəqiqə-də 527 Nm* fırlanma anı istehsal edən 8 silindrli 5L tutumlu normal havalanma mühərriki yerləşəcək. Bu məharətli mühərrik verilmiş vəziyyətdə gücü və səmərəliliyi maksimallaşdırmaq üçün Otto və Atkinson yanma silsilələrinin kombinasiyasından istifadə edir. Bu yüksək iş qabiliyyətli sedanın xarakterinə uyğun olaraq mühərrik əllə çevrilmə imkanı olan çox həssas 8 pilləli avtomatik sürət qutusu ilə cütləşdirilmişdir.

FIRLANMA ANINI İDARƏEDİCİ DİFERENSİALI

LEKSUSUN, HƏMÇİNİN RC F-DƏ DƏ OLAN, OPTİMAL İDARƏETMƏNİ TƏMİN EDƏN YENİLƏŞDİRİCİ FIRLANMA ANINI İDARƏEDİCİ DİFERENSİALI, GF-İN KÜTLƏDƏN SEÇİLMƏSİNİ TƏMİN EDƏN STANDART AVADANLIĞIN UZUN XƏTTİNİN BİR PARÇASI OLACAQ.

gsf cutout 001

GS F-in karkassız monokorpusu da həmçinin strukturun möhkəmləndirilməsini səciyyələndirəcək və asma qurğusu, idarəetmə keyfiyyətinə xələl gətirmədən, bu sedanın idarə etmə paketini optimallaşdırmaq üçün eksklüziv olaraq layihə edilmişdir. Sürücülər, istər dağ yamacında istərsə yarış trekində olsun, GF S-in açıq avtomagistralda sabitliyinə və rahatlığına eləcə də çətin yolları udmaq qabiliyyətinə yüksək qiymət verəcəklər. Yeni GF S sürücülərə orijinal ikili şəxsiyyətlə birlikdə, yüksək balanslı, dairələri keçərkən və evə dönərkən bərabər dərəcədə çevik sedan təklif edəcək.

Cəmi 1830 kq-lıq çəkisi ilə yeni GF S rəqibləri arasında ən yüngül avtomobil olacaq.

Fırlanma Anını İdarəedən Diferensial üç əməliyyat rejiminə malikdir:

  • Standart (ilkin) rejim çeviklik və möhkəmliyin balansını təmin edir;

  • Slalom rejimi çevik sükan reaksiyasını və manevrliliyi vurğulayır; və

  • Ləpir yüksək sürətli dövrə idarəetməsi zamanı sabitliyi vurğulayır.

TEXNİKİ XÜSUSİYYƏTLƏRƏ BAXIŞ

Ümumi uzunluq (mm) 4915
Ümumi en (mm) 1845
Ümumi hündürlük (mm) 1440
Təkər bazası (mm) 2850
Xüsusi çəki (Kg) 1830
Sürtünmə səthi (ön) mm 1555
Sürtünmə səthi (arxa) mm 1560
Təkərlər (ön) 19'' X 9J
Təkərlər (arxa) 19'' x 10J
Şinlər (ön) 255/35R19
Şinlər (arxa) 275/35R19
gsf cutout 002