concept cars

KONSEPSİYA
MAŞINLARI

Lexus konsepsiya maşınları bizim gələcək dizayn istiqamətinin ani maraqlı görüşlərini təqdim edir.

main menu lexus brand

DİZAYN
İNNOVASİYASI

Bu bölmədə bizim bəzi gözəl dizayn konsepsiyalarımız və sərgi nümayişlərimiz təqdim olunur.

hybrid cars

HİBRİD
MAŞINLAR

Lexus Hibrid Mexanizmi: Benzin mühərrikinin elektrik mühərriki ilə intellektual şəkildə əlaqələndirilməsi.

lexus service

LEXUS
XİDMƏTLƏRİ

Sadəcə daxil olmaqla ən yaxın Lexus Mərkəzləri və ya Xidmət Məntəqələrini tapın.

TAM YENİ LEXUS LS 500h-in
DÜNYA PREMYERASI

LS 500h-in TƏQDİMAT VİDEOSUNA BAX

CENEVRƏ AVTOMOBİL SƏRGİSİNİN PRES KONFERANSINA BAX

FOUR-STAGE SHIFT

Çoxpilləli Hibrid Sistem, LS 500h Lexus Hibrid Ötürücü transmissiyasına 3.5 litrlik V6 Dual VVT-i benzin mühərriki və iki elektrik mühərrikini özündə birləşdirən transmissiyaya 4 pilləli dəyişmə mexanizmini daxil edir. Nəticə göz önündədir – sürücünün sürəti artırma cəhdinə ən birbaşa reaksiya, ələlxüsus, yerindən qəfil götürülmə zamanı əhəmiyyətli dərəcədə nəzərə çarpan keyfiyyətlərdir.

Sistemin 4 pilləli çevirmə mexanizmindən ibarət olmasına baxmayaraq, onun istismarı 10 pilləli transmissiya ilə idarəetmə hissini, eyni zamanda, uzununa, birbaşa və davamlı sürətlənməyə malik mükəmməl qoşa turbinli 3.5l V6 benzin mühərriki ilə təchiz edilmiş LS 500 avtomobilində olduğu kimi, yüksək məmnunluq bəxş edən idarəetmə təcrübəsini bəxş edir.

TAMAMİLƏ YENİ 2018 LS MODELİ İLƏ
LEXUS DÜNYA MİQYASLI FLAQMAN
SEDANINA YENİ İMİC QAZANDIRIR

KUPEYƏ BƏNZƏR GÖRÜNÜŞDƏ FƏRQLİ YENİ DİZAYN
LAKİN SEDAN MÜKƏMMƏLİYİNDƏN İRƏLİ GƏLƏN GENİŞLİK

Heç bir avtomobil 28 il əvvəl lüks marka olaraq təqdim olunan ilk Lexus LS modeli kimi iddialı kateqoriyada yer almayıb. Komfort, güc ötürmə performansı və hamarlığı, rahatlıq, quruluş keyfiyyəti, detallara diqqət edilməsi və etibarlılıq baxımından yeni standartlar yaradaraq tənqidçilərin müsbət rəyini və müştərilərin heyrətini qazanan 1990 LS 400 modeli öz dəbdəbəsi ilə bir maneə oldu. Marka müştəri xidməti və məmnuniyyəti üçün yeni standartlar təyin və təsdiq edərək yol açan avtomobil ideyasını dəstəkləyir.

İndi Lexus 2017-ci ildə Şimali Amerika Beynəlxalq Avto-Şousunda təqdim etdiyi tamamilə yeni, 2018-ci ilin 5-ci nəsil LS flaqman sedan avtomobilini yenidən təqdim edərək tarixi təkrarlamaq üzrədir. Daxili və xarici görünüşünə görə yeni LS güclü, bənzərsiz Yapon ab-havasını və dəbdəbəyə yaxınlığı əks etdirir. Bununla belə, LS təxminən 90 ölkədə mövcud olan markanın ən son dünya avtomobili olması üçün yaradılıb. “LS yalnız Lexus markasını təmsil etməyəcək, o, həmçinin Yapon ənənəsi və mədəniyyətini özündə birləşdirən son yeni nəsil lüks avtomobil olacaq” yeni LS modelinin baş mühəndisi Toşio Asahi qeyd edib. “Bu səbəbdən dünya miqyaslı bu avtomobil insanların bir lüks avtomobildən gözlədiklərinin daha artığını təqdim etməlidir.”

DAHA UZUN, DAHA ALÇAQ, DAHA GENİŞ
VƏ DAHA HƏYƏCANLI

Əvəz etdiyi sedandan daha uzun və daha alçaq olan tamamilə yeni LS modeli yeni Lexus dizayn üsulu ilə tamamlanmış kupeyə bənzər görünüşü ilə cəlbedici cəsur dizayn nümayiş etdirir. Yeni sürücü mərkəzli performans hissi LS-nin şirkətin lüks avtomobillər üçün tamamilə yeni arxitekturası əsasında hazırlanmasından irəli gəlir. Yüksək keyfiyyətli arxa ötürücülü platformanın yeni valehedici Lexus LC 500 kupe avtomobili üçün genişləndirilmiş versiyası dünya şöhrətli Lexusun komfortunu daha da artıraraq sizə yolda daha dinamik təcrübə təklif edəcək.

Orijinal Lexus LS modeli hazırda mövcud olan lüks avtomobil brendlərini inkişaf etdirmək əvəzinə dəbdəbəli müştərilərin nə istədiyini müəyyən etdiyi üçün uğur qazandı. Bu xüsusda, 2018 LS sedan avtomobilinin geniş salonu, bənzərsiz işi və müasir texnologiyası dünyanın flaqman sedan avtomobilindən gözlənilən xüsusiyyətləri sıfırlayaraq müştəriləri bir daha təəccübləndirəcək. "Biz məqsədlərimizi öncədən təyin etmişik və bu məqsədlərə doğru qətiyyətlə irəliləyirik"- deyə LS-nin baş mühəndisi Asahi bildirib. "Lexus flaqmanına sahib olmaq istəyən müştəri artıq gün keçdikcə dəbdəbə və orijinallığı təyin edə bilən insanlarla əhatə olunur. Biz uyğun premium məhsulla müştərilərin diqqətini çəkə bilmərik.”

YENİDƏN YARADILAN FLAQMAN

Orijinal LS modeli Lexus markasını bazara çıxardığı kimi tamamilə yeni 2018 LS modeli də markanın daha dinamik istiqamətini davam etdirir. Silsilə yaradan LS sedanlarının hər nəsli daha təsirli dizayn və yol performansı təqdim edərək öz-özlüyündə dəbdəbə, sənətkarlıq, performans və təhlükəsizliyi inkişaf etdirir.

Tamamilə yeni LS modelini yaratmaq üçün Lexus bir flaqmanın necə olması barədə düşünərək sanki markanı yenidən yaradırmış kimi yeni bir yanaşma ilə fəaliyyətə başladı. Əslində məqsəd Lexusun gördüyü işləri daha da təkmilləşdirmək deyildi, dünya miqyaslı dəbdəbəli müştərilərin gözləntilərindən daha artığını təqdim etmək idi.

Bütün LS modellərinin ümumi bir ortaq cəhəti var: Omotenaşi, Yapon qonaqpərvərliyi anlayışı. Dəbdəbəli avtomobildən istifadə sürücü və sərnişinlərin qayğısına qalınması, ehtiyaclarının müəyyən edilməsi, onların rahatlığına diqqət edilməsi və təhlükələrdən mühafizə olunması deməkdir.

AVTOMOBİL DİNAMİKASI

İndi dəbdəbəli sedan sürücüləri rahatlığın itməməsi şərtilə daha böyük idarəetmə çevikliyi və performans hissini əvvəlkindən daha çox tələb edirlər. Bu bir avtomobildə əldə edilməsi ən çətin tarazlıqdan biridir, lakin dəbdəbəli avtomobillər (GA–L) üçün Lexusun yeni qlobal arxitekturası bu çətinliyin öhdəsindən gəlir. İndi daha uzun təkər bazasına sahib və LC 500 modelində təqdim olunan yeni platforma yeni LS modelini dəstəkləyir. Ağırlıq mərkəzi və kütlə paylanması səviyyəsini təkmilləşdirmək üçün yeni LS modeli yalnız geniş və alçaq dizaynı ilə uzun təkər bazaya malik bir model kimi təqdim olunur.

GA-L platformu genişləndirilmiş istifadə, hamar idarəetmə və salon rahatlığında bir mərhələ yaradaraq Lexus tarixində çox önəmli rol oynayır. 3125 mm təkər bazası hazırki LS uzun təkər bazalı modelindən 35 mm daha uzundur.

Yeni LS modelində əsrarəngiz səfər və idarəetmə tarazlığının təmin edilməsi Avtomobil Dinamikasının İnteqrasiya edilmiş İdarəetmə Sistemi (Vehicle Dynamics Integrated Management (VDIM)) kimi məlum olan ən son nəsil şassi nəzarət texnologiyasıdır. Bu sistem şaquli, öndən arxaya və yan ox hərəkətləri də daxil olmaqla əsas uzununa, kənara və vertikal hərəkətlərə nəzarət etmək üçün əyləcləmə, idarəetmə, güc ötürmə və asqı kimi bütün avtomobil alt sistemlərinin birgə nəzarətini həyata keçirir. Bu hərəkətlərin optimal nəzarəti müstəsna səfər rahatlığına, artırılmış hərəkət qüvvəsinə, təhlükəsizlik və idarəetmə çevikliyinə imkan verir. Aktiv nizamlayıcı qurğular və müstəqil ön və arxa idarəetmə mexanizmli Lexus Dinamik İdarəetmə Sistemi (LDH) idarəetməni daha yaxşılaşdırır. Avtomobil Dinamikasının İnteqrasiya edilmiş İdarəetmə Sistemi (VDIM) avtomobil quru yol örtüyü və buz kimi nahamar səthlərdən keçdikdə dayanıqlılığı təmin edə bilir.

Yeni LS modelini yaradarkən mühəndislər hazırki LS platformasının və gövdəsinin çəkisini 90 kq-dan daha çox azaltmaq üçün ultra-yüksək zərbəyə davamlı polad vərəqlərdən və alüminiumdan istifadə ediblər. Yeni V6 mühərrikinin quraşdırılması və gövdənin davamlılığının təkmilləşdirilməsi ilə birlikdə bu qənaətlər daha dinamik sürücülük təcrübəsinə imkan verir.

Sürücülük performansı üçün əhəmiyyətli olan yeni platforma ağırlıq mərkəzinin təkmilləşdirilməsi üçün mühərrik və sərnişinlər də daxil olmaqla kütlənin çoxunu şassidə daha mərkəzi və aşağı mövqeyə yerləşdirərək avtomobilin ağırlıq mərkəzinin səviyyəsini aşağı endirir. Mühərrik bölməsindəki xüsusi birləşdirici naqillər, bərk alüminiumdan ön və arxa dayaqlar və digər xüsusiyyətlər əsas şassi strukturlarının möhkəmliyini artırır.

LS modelinin mükəmməl bir uyğunlaşan asqı keçmişi var, eyni zamanda Lexus bu sahədə də yeni uğurlar əldə edilməsində imkanlar gördü. Məsələn çox əlaqəli asqı sürücünün idarəetmə tərzi və yol şərtlərindən tutmuş ən kiçik hərəkətə nəzarətin təmin edilməsinədək yuxarı və aşağı nəzarət qolları üzərində iki çıxışlı birləşdiricidən istifadə edir. İş yükünün paylaşdırılmasından əlavə, iki çıxışlı birləşdirici qurğu çarxa nəzarəti artırmaq və daha yaxşı ilkin cəhd ilə daha dəqiq idarəetmə reaksiyası vermək üçün asqı ölçülərinin optimallaşdırılmasına kömək edir. Yaysız ağırlığı azaltmaq və nəticədə çevikliyi və rahatlığı təmin etmək üçün asqıda alüminium geniş şəkildə istifadə olunur.

LS PERFORMANSI VƏ HAMARLIĞININ FƏRQİNİ HİSS EDİN:

İKİQAT TURBO V6 MÜHƏRRİKİ VƏ
10 SÜRƏTLİ TRANSMİSSİYA

Həm yüksək güc, həm də mükəmməl yanacaq sərfiyyatına görə Lexus yeni 3,5 l-lik V6 mühərrikini şirkətin F1 texnologiyası ilə təkmilləşdirilmiş tamamilə yeni ikiqat turbolu LS modeli üçün xüsusi olaraq hazırlamışdır. LS-nin bu yeni mühərriki səsi və vibrasiyanı minimuma endirərkən yanacaq sərfiyyatı etmədən V8 səviyyəsində güc təqdim edən Lexusun apardığı daha dinamik yanaşmanın göstəricisidir. Yeni LS mühərriki bir flaqman sedanın malik ola biləcəyi göstəriciləri özündə birləşdirir. 310 kW / 421 PS / 415 at gücü və 600 Nm fırlanma anı cari LS modelinin V8 mühərrikinə aid əhəmiyyətli göstəricilərdir. Porşenin uzun gediş aktı və optimallaşdırılmış gediş aktı-silindr kanalı nisbəti 4,5 saniyəyə 0-100 km/saat sürət yığa bilən LS modelinə kömək edən ikiqat turbo mühərrikinin yüksək sürətlə yanma və effektivliyinə töhfə verir.

Ola bilər daha əhəmiyyətlisi Lexusun ani sürətləndirmə və mühərrikin qırmızı xəttə doğru sabit fırlanma mexanizminə çatması üçün mühərriki və tranmissiyanı necə tarazlaşdırmasıdır.

Silindr blokda yerləşən pilləvari struktur, yenidən hazırlanmış mühərrik hissələri, elektrik turbokompressoru və bir çox digər xüsusiyyətlər bir Lexus özəlliyi olan güc ötürülməsində diqqət çəkici hamarlıq təmin edir. Sürücü Normaldan İdman və İdman+ rejiminə keçərək güc ötürmə reaksiyası və hissini tənzimləyə biləcək və çıxan qazın səsi idman hissini daha da artırmaq üçün kifayət qədər eşidilə biləcək.

Artıq Lexus LC 500 modelində təqdim olunmuş dəbdəbəli sedan üçün nəzərdə tutulan ilk 10 sürətli transmissiya yeni LS flaqman sedanında da istifadə oluna bilər. Bu avtomatik, lakin iki muftalı tranmissiyaya rəqib olan növbəli hidrotransformatordur. 10 bir-birinə yaxın dişli çarxın təmin etdiyi geniş dəyişkən ötürmə qabiliyyəti sürücülüyün bütün formaları üçün idealdır və bütün vəziyyətlərdə optimal bir mexanizm təchiz edir.

Sükanaltı keçiricilər vasitəsilə ötürmə mümkündür, lakin çoxları sürücünün idarəetməsini əvvəlcədən təyin edən qabaqcıl elektron nəzarət sistemlərinə üstünlük verir. Sistem özü sürətlənmə, tormozlanma və kənar G qüvvələrini izləyərək ideal səviyyə seçir.

Sürətlənməyə başladıqda aşağı sürət pillələrinin tez ötürmə qabiliyyəti və qısaldılmış pillə dəyişmə vaxtı ritmik və həyəcanlı sürətlənmə hissi yaradır. İkiqat turbo mühərrikinin yüksək fırlanma anı magistral yolda asan və rahat irəliləmək üçün yuxarı sürət pillələri ilə ideal şəkildə uyğun gəlir, eyni zamanda sürətin tez bir zamanda azaldılması G reaksiyasında ləngimədən birbaşa sürətlənmə yaradır.

Hidrotransformator kilidi bilavasitə təəssürat oyatmaq üçün hərəkətə keçmə, həmçinin yanacaq sərfiyyatını dəstəkləmə halları istisna olmaqla qalan bütün hallarda aktivləşir.

BƏNZƏRSİZ ÖZƏLLİYİN
YARADILMASI

" LS modeli Lexus markasının flaqmanıdır," baş dizayner Koiçi Suga bildirib. "Bu model digərlərinə nisbətən Lexusun tarixini və imicini özündə daha çox ehtiva edir və markaya xas olan bütün özəllikləri simvolizə edir." Birinci nəsil LS modelindən bəri mövcud olan "Daha çox" fəlsəfəsinin ardınca Lexus "üç qutulu" sedan salonu və komfortu, bununla yanaşı daha gənc dəbdəbəli müştərilər üçün nəzərdə tutulan daha güclü dörd qapılı kupe görünüşü təqdim edən bir dizayn yaratdı. Lexus dizaynerləri yeni LS modelinə yastı, yerə yaxın bir görünüş vermək üçün alçaq profilli və uzunluğu uzun təkər bazasının uzunluğuna paralel olan yeni platformanın bütün üstünlüklərindən yararlandı. Hazırki LS modeli ilə müqayisədə yeni model kapotu və baqajı müvafiq olaraq 30 mm və 41 mm alçaq olmaqla ümumilikdə təxminən 15 mm daha alçaqdır. Yeni LS modeli altı yan pəncərə dizaynına malik ilk Lexus sedan avtomobilidir. Həmçinin Lexus sedanı üçün ilk olan floş səthli pəncərələr kənar tərəflər ilə rahat şəkildə birləşir.

Daha alçaq profil ilə oturacaqdan tavana qədər olan məsafəni qorumaq üçün yeni LS çölə açılan sürgü tipli panorama dam ilə təchiz edilib. Fərqli işıqda dəyişik görünən teksturası ilə ön tərəfdəki torlu şəbəkənin unikal təqdimatı həm yüksək CAD inkişafının, həm də minlərlə ayrı səthin əl ilə düzəldilməsinin nəticəsidir. LS ikisi 19 və üçü 20 düym olmaqla beş çarx dizaynına malikdir. 20 düymlü premium çarxlar püskürmə kimi məlum olan qalvanik örtük texnikasından istifadə edilərək yaradılmış parlaq bir görünüşə sahibdir. Çarxlardan biri istisna olmaqla qalan hamısı şinlərin çıxardığı rezonans səsin azaldılmasına kömək edən oyuqlu çənbər struktura malikdir.

ƏNƏNƏVİ İLHAM MƏNBƏYİ İLƏ PROQRESSİV KOMFORT

Flaqman dəbdəbəsinin yeni standartını yaratmaq bir neçə funksiyanın əlavə edilməsi qədər asan deyil. Omotenaşi prinsipindən ruhlanan Lexus sürücü ilə bir partnyor kimi davranarkən, sərnişinləri qarşılayan və onları əhatə edən yeni LS lüks salonunu ərsəyə gətirməyə çalışdı.

"Sizə sadəcə qapını açmağı və əvvəlki lüks avtomobillərdən fərqli olan interyerə baxmaq kimi ani və intuitiv hissi yaşamağı təklif edirəm," baş dizayner Suga qeyd edib.

İsitmə, soyutma və masajetmə özəlliklərinə sahib əlverişli 28 istiqamətli elektrik ön oturacaqlar da daxil olmaqla yeni oturacaq dizaynı bu yanaşmanın bir nümunəsidir. Standart formalı alətlər panelində məlumatların verildiyi müvafiq bölmələr sürücünün vəziyyətini dəyişmədən bütün sistemləri idarəetmə imkanını önə çıxaran "nəzarət oturacağı" tərtibatını dəstəkləmək üçün bərabər hündürlükdə dayanır.

Yeni LS modelini bir sürücü avtomobilindən daha üstün edərkən Lexus sərnişinlərin çıxması üçün funksional dayaq və arxa oturacaqlar arasında mükəmməl və əhatəli bir davamlılıq yaradaraq arxa oturacağa da diqqət çəkməyi bacardı.

İsitmə, soyutma və masajetmə imkanlarının mövcudluğu arxa oturacağı ən xoş mühitə çevirir. Şiatsu masajı və daha geniş arxa oturacaq paketinin bir hissəsi olan yüksək keyfiyyətli parça ilə təchiz edilmiş əlverişli elektrik ön və arxa oturacaqlar istənilən əvvəlki LS nəslindən ayaqlar üçün daha çox yer təmin edir. Bundan əlavə, bu seçmə paketdə öndə oturan sərnişinin arxasındakı oturacaq 48 dərəcəyədək arxaya endirilə və avtomobildən çıxarkən arxada oturan sərnişinə kömək etmək üçün 24 dərəcəyədək önə qaldırıla bilər.

Yeni LS modeli əvvəlki modellərdən daha alçaq olduğu üçün Lexus ilk dəfə olaraq mövcud hava dəstəkli asqı sistemini giriş funksiyası ilə təchiz etdi. "Ağıllı" düymə ilə avtomobili açaraq hərəkətə gətirdikdə giriş rejimi avtomatik olaraq avtomobili qaldırır və sürücünü sükan arxasında qarşılamaq üçün oturacaq yastıqlarını açır.

ƏNƏNƏ VƏ
TEXNOLOGİYANIN
HARMONİYASI

Aydınlandırma və hər detala diqqət edilməsi LS modelinə bənzərsiz bir estetika bəxş edir. Dekorativ elementlərə əsaslanan yeni yanaşma ənənəvi Yapon estetikasını qabaqcıl istehsal texnikası ilə birləşdirərək Yapon mədəniyyətini yenidən özündə əks etdirir. Bu, Yapon fənərlərindən ilhamlanan gözəl daxili məkan işıqlandırması və qapı panelinin yanında dalğa görünüşü verən qol dayaqlar kimi xüsusi detallarda özünü göstərir.

Şimamoku taxta nümunələrindən ilhamlanan yeni LS modelində təbii taxta işi və Yaponiyanın doğranmış taxta və lazer kəsimi istehsal texnologiyası tətbiqinin bədii kombinasiyasını özündə ehtiva edən yeni formalara rast gələ bilərsiniz. Yeni nümunələrə Art Wood/Organic, Art Wood/Herringbone və Xüsusi Lazer Kəsimi daxildir. Düz lifli Şimamoku nümunəsi ilə müqayisədə yeni LS modelinin çarpaz lifli nümunəsi taxtaya daha canlı görüntü bəxş edərək işıq və qaranlıq arasında daha qalın ziddiyyətə malik olmaqla daha genişdir.

DAXİLİ SÜKUT SƏSİ
VƏ YA ƏZƏMƏTLİ MUSİQİ

Lexus LS modelində işlənmiş qazın daha münasib səslə çıxarılmasını təmin edib, bununla yanaşı salonu son dərəcə sakit bir mühit şəklində dizayn edib. Yeni səsboğucu metodu sayəsində əvvəlki LS modelləri ilə müqayisədə ətrafa daha az səs yayılır. Aktiv Səs Nəzarət Sistemi avtomobilə aid mühərrikin səsini aşkar etmək və audio səsucaldıcılarından çıxan antifaza səsdən istifadə edərək müəyyən tezlikləri ləğv etməklə salonu daha da sakit edir.

LS salonunun səssizlik özəlliyi standart premium audio sistemi və ya melomanların marağına səbəb olacaq tavana yerləşdirilən səsucaldıcılı mövcud 3D Mark Levinson audio paketi üçün ideal bir mərhələdir. Paket daha cəlbedici bir qrafik istifadəçi interfeysi təqdim edir. Yeni nəsil uzaqdan idarəetmənin istifadəsi smartfon istifadəsinə bənzəyir və eyni zamanda əl yazı üsulunu da dəstəkləyir. 12.3 düym geniş naviqasiya ekranından əlavə LS modelinə sürücüdən irəlidəki görüntü barədə fərqli məlumatlar verən seçimli, geniş və rəngli ön şüşə ekranı (HUD)da quraşdırılıb.

QABAQCIL TƏHLÜKƏSİZLİK
XÜSUSİYYƏTLƏRİ

Struktur olaraq tamamilə yeni Lexus LS modeli qəza zamanı sərnişinlərin qorunması üçün yüksək səviyyədə passiv təhlükəsizlik nümayiş etdirir. Lexus həmçinin LS modelini qəzaların baş verməsini əngəlləyən və ya onun təsirini mümkün qədər yüngülləşdirən texnologiya ilə təchiz edib. LS markanın Lexus Təhlükəsizlik Sistemi + özəlliyini daşıyacaq və dünyanın aktiv idarəetməli ilk intuitiv piyada detektorunu özündə ehtiva edən qabaqcıl təhlükəsizlik sistemini təqdim edəcək.

İrəlidə zolaq üzərində piyada müəyyən edilərsə və qəza qaçılmaz olarsa, LS bu sistem ilə avtomatik olaraq əyləc tətbiq edəcək və zolaqda qalmaq şərtilə şəxsin ətrafına dönəcək. Ön şüşə ekranında mövcud rəng sürücüyə xəbərdarlıq etmək üçün yararlıdır. Lexus CoDrive adlanan yüksək səviyyəli Sürücülük Dəstəyi də yeni LS modelində təqdim olunub. Bu sürücünün məqsədinə və magistral yolda davamlı sürücülük dəstəyinə uyğun olaraq idarəetməyə nəzarət edilməsini təmin edir.

ƏSAS XÜSUSİYYƏTLƏRİ

2018 LEXUS LS MODELİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Avtomobil növü Tam ölçülü premium lüks sedanı
Mühərrik 3.5 litr V6, bilavasitə yanacaq injektoru, ikiqat turbo mühərriki
Transmissiya 10 sürətli avtomatik
Gücü 310 kW / 421 PS / 415 at gücü
Fırlanma anı 600 Nm
Təkər bazası 3,125 mm
Ümumi uzunluğu 5,235 mm
Hündürlüyü 1,450 mm
Eni 1,900 mm
Çarxlar 19 or 20-inch