2018 lexus rx l hero

RX L

GENİŞ VƏ LÜKS SUV

Yeddi yerlik SUV-un məkan və sərbəstliyi zərif və dəbli avtomobildə.

RX L İLƏ TANIŞ OLUN

Əsas diqqəti daima dəbdəbəyə yönəldən ailə SUV-u RX L modeli zərif və geniş olub hər bir sərnişinin rahatlığını və qorunmasını təmin etmək üçün işlənib hazırlanmışdır. Lüks SUV silsiləmizə bu universal əlavə üç sıradan və RX SUV-u xarakterizə edən dəbli biçimi hələ də qoruyub saxlayan mükəmməl karqo tutumuna malikdir. Onun sivri qat və bükük cizgilərinin cəlbedici qarışığı bizim Lexus şpindel altlığı və incə xromla örtülmüş dövrələrimizlə xarakterizə olunduğundan, interyer mükəmməl dizayn edilmiş salon və sizə layiq olduğunuz RX L yaratmaq imkanı verən, dəbinizə uyğunlaşa bilən innovativ texnologiyanı özündə əks etdirir.

        2018 lexus rx l key features
  • Genişləndirilmiş kuzov

    Daha böyük kuzov – RX L 110mm (4,3 düym) beşoturacaqlı modeldən uzundur və böyük baqaj qapağının pəncərə bucağı bu lüks SUV-un yeddi, gözəl təyin edilmiş oturacaqlarla bərabər geniş karqo yerini əks etdirir.

  • İnnovativ üslub

    Eleqant şəkildə tündləşdirilmiş arxa dayaqları axıcı tavan effektini verən, L-formalı LED işıqları arxa buferlərə doğru bükülən və Lexus şpindel altlığının imzası diqqət mərkəzində olan RX L modeli dinamik dizaynın bütün özəllikləri ilə SUV hərtərəfliliyini birləşdirir.

  • Lüks oturacaqlar

    RX L modeli 40:20:40 kimi bölünən bütöv oturacaqlara malikdir və üçüncü sıraya giriş ikinci sıradakı oturacağı irəli sürüşdürən lingi adi şəkildə itələməklə asanlaşdırılıb. Fincan saxlayıcıları və artırılmış elastiklik kimi eleqant təkmilləşdirmələr hər üç sırada mövcuddur.

  • Üçzonalı klimat kontrol

    Hər bir sərnişin üçzonalı klimat kontrol sistemi kimi smart xüsusiyyətlərlə rahat sürmə imkanına malik ola bilər, bu həm də üçüncü sırada oturan sərnişinləri ayrıca arxa havalandırma və xüsusi ventilyasiya ilə təmin edir.

  • Mükəmməl Multimedia

    Sürücünün Displey Audio sisteminə 12,3 düymlük ekran, AM/FM radio, Bluetooth® audio, səs tanıyan mikrofon, mikro SD kart yuvası, AUX mini yuva, iki USB portu və 15 dinamikli Mark Levinson Premium əhatə sistemi daxildir və ikinci cərgədə oturam sərnişinlər multimedia cihazları üçün xüsusi USB portlarını qoşub istədiyini dinləyə bilərlər.

  • Lexus Təhlükəsizlik Sistemi +

    Toqquşma Öncəsi Xəbərdarlıq Sistemi (PCS) və Piyadanın Aşkarlanması, istiqamətləndirici məlumatlarla Zolaqda Qalma Köməkçisi (LKA), Avtomatik Uzaq İşıqlar (AHB) və Bütün Sürətlərə Malik Dinamik Radar Kruiz-Kontrol, o cümlədən bütün üç sıranı əhatə edən tam uzunluqda olan yan pərdə tipli hava yastıqları ilə RX L eleqant görünüşə malik olduğu kimi həm də təhlükəsizlik baxımından anlayışlıdır.

RƏNG SEÇİMLƏRİNİ KƏŞF EDİN

RX L modelini tələblərinizə uyğunlaşdırmağa başlayın, rəng seçimləri ilə eksperiment aparın və ya funksiyalar və qalereyanı tədqiq etməyə davam edin.

Configure your car

Çevirmək üçün avtomobilə toxunun

RX 350 LUXURY L2 / Qara

RX L AVTOMOBİLİNİ SINAQDAN KEÇİRİN

Hibrid və benzin mühərrikləri seçimi və müstəsna idarəetmə və standart yanacaq qənaəti sistemləri ilə təchiz olunmuş RX L modeli sizə SUV üçün gözləntiləri nəzərəçarpacaq dərəcədə qabaqlayan idarəetmə təcrübəsi bəxş edir. Avtomobildə olan hərtərəflilik və genişlik öz kupe konsepti, axıcı quruluş və qüsursuz salon sənətkarlığı ilə gözəl şəkildə təqdim olunaraq, sizə dəbli, idman üslublu ailə avtomobili təqdim edir.

RX L AVTOMOBİLİNİ SINAQDAN KEÇİRİN

Yuxarıdakı model çeşidlərin nümayəndəsi deyil.

Next steps

ÇEŞİDLƏRİMİZDƏKİ DİGƏR MODELLƏR