v11 2018 lexus ux hero

LEXUS UX

KOMPAKT KROSSOVERİN DÜNYA PREMYERASI

Yeni kiçik krossover modelimizi salamlayın

YENİ YANAŞMA GƏLİR

Lexus UX kompakt krossover öz debütünü Cenevrə avtomobil sərgisi 2018-də edir. Krossoverdən ilhamlanan dizaynı və heçbekin manevr qabiliyyəti ilə, UX lüks şəhər həyatına yeni baxış təklif edir.

UX NÜMAYİŞ FİLMİ

2018 lexus ux key features
  • KROSSOVER ÜSLUBU

    Dəbli və fərqli eksteryer dizaynı UX-i öz sinfində unikal etməklə, kompakt formada təhlükəsizlik və rahatlıq hissini özündə birləşdirir.

  • GENİŞ GÖRÜNTÜ SAHƏSİ

    Salonun daxilində, sürücü yönümlü kabin tənzimlənən, ultra-geniş yol görüntüsü və hündür sürmə mövqeyi ilə birləşdirilir.

  • HEÇBEK MANEVR QABİLİYYƏTİ

    Yeni Lexus yeni qlobal arxitektura platformasında (GA-C) hazırlanacağı üçün, UX manevr qabiliyyətli, heçbek tərzli sürmə təcrübəsi yaşatmaqla öz sinfində ən aşağı ağırlıq mərkəzi və müstəsna kuzov möhkəmliyi ilə öyünə bilər.

  • LÜKS İNTERYER

    Salonda Lexus ustalığı və keyfiyyəti aşkar hiss olunur. UX özündə yapon kağız liflərindən ilhamlanmış yeni işləmələri, eləcə də ənənəvi saşiko dəri sırığını birləşdirir.

  • HİBRİD YOXSA BENZİN

    UX üzrə iki yeni transmissiya təqdim edilir: UX 250h yeni, dördüncü nəsil özü enerji yığan hibrid sistemi ilə təchiz edilmişdir, UX 200 isə 2.0 l benzin mühərrikindən qidalanır.

  • 2018 lexus ux portrait go beyond

    LEXUS UX

    KROSSOVER ƏNƏNƏSİNİN SƏRHƏDLƏRİNİ AŞ

    Özündən əvvəlkilərə meydan oxuyan tamamilə yeni Lexus UX krossoveri cəsarətli şəhər dizaynı ilə qüsursuz gücü bir araya gətirir. Yan tərəfdən, onun cilalanmış kuzovu aydın və dinamik xətləri ifadə edir.

    Ön tərəfdən xüsusi formalı qəfəs, mərkəzi Lexus nişanından kənara doğru tədricən formasını dəyişən həyəcanverici şəbəkə dizaynını əks etdirir, üçlü LED işıqlar isə oxşəkilli gün işığı şüaları altında daha da valehedici görünür.

    İnnovisiyaya can ataraq UX dizayn komandası bir çox aerodinamika yeniliklərini işləyib hazırlamışdır. Buraya yan küləklər zamanı nəqliyyat vasitəsini sabit saxlamağa kömək edən arxa kombinə işığında arakəsmələr və künclərdə idarəetmənin yaxşılaşdırılması üçün pilləvari təkər tağı qəlibi daxildir.

  • 2018 lexus ux portrait embrace japanese

    LEXUS UX

    YAPON USTALIĞI VƏ DİZAYNININ VƏHDƏTİ

    Tamamilə yeni Lexus UX krossoveri üçün bizim yeni kreativ komandamız eksteryer və interyer arasındakı ənənəvi sərhədi aradan qaldırmağa qərar verdi

    Sürücünün oturacağında alətlər paneli ön şüşənin davamı şəklində kapota qədər uzanır. Bu ağıllı effekt sürücüyə nəqliyyat vasitəsinin ölçüsünü daha yaxşı hiss etməyə imkan verir ki, bu da mükəmməl ön görüntü ilə şəhərdə daha asan manevr etməyə imkan yaradır.

    Bununla yanaşı, işləmə mövzusunda Cüdo və Kendo uniformalarının möhkəmləndirilməsi üçün istifadə edilən tikiş texnikası olan "Takumi" işləməli "saşiko" dəri sırığı da yer alır. Əlavə olaraq, UX-ın daha bir işləməsi tez-tez yapon evlərində rast gəlinən və "şoci" sürüşən qapıların nazik kağız konstruksiyalarıdır.

  • 2018 lexus ux portrait seek new

    LEXUS UX

    ENERJİ VƏ MÜHAFİZƏ ÜÇÜN YENİ YOLLARIN AXTARIŞINDA

    Hər şeydən əvvəl, yeni şassi və asqı ilə UX-ın möhkəm kuzovu və aşağı ağırlıq mərkəzi onu manevr qabiliyyətli edir və krossoverin sürülməsini əyləncəyə çevirir. Enerji iki ən son transmissiya seçimindən yaranır: UX 250h-də daha az atmosfer tullantıları buraxan özü enerji yığan, həm də tam ötürücülü versiyası mövcud olan hibrid, yaxud da canlı, benzinlə çalışan UX 200.

    Panoramic View Monitor və dünya səviyyəli Mark Levinson® Premium Surround sistemi kimi bir çox innovativ texnologiyalar sayəsində bütün UX modelləri Lexus təhlükəsizlik sistemi + standart ilə təchiz edilmişdir. Buraya piyadanı müəyyən edən toqquşmaya qarşı sistem, hərəkətinizdə sabit qalmağınız üçün hərəkət zolağının saxlanması və hərəkət zolağının izlənməsi sistemi, gecə vaxtı görüntünün gücləndirilməsi üçün adaptiv uzaq işıq sistemi və sizdən öndə olan avtomobilə görə hərəkət sürətinizi tənzimləyən dinamik radar kruiz kontrol sistemi daxildir.

CENEVRƏ MƏTBUAT KONFRANSI

Next steps