Bəzi incəsənət nümunələri bənzərsiz şəkildə mükəmməldir ki, onlar yüz illər ərzində sadəcə yaddaşlarda qalmır, həqiqətən çiçəklənir.

Edo Kriko şüşə yonmanın qarışıq üsulu bunun əsas nümunəsidir və bu 200 illik bacarığı hələ də tətbiq edən sənətkarlar belə zəngin və dəyərli ənənəni davam etdirməkdən qürur duyur. Lakin onlar hələ də müasir sənətkarlardır və onu ciddi şəkildə ənənəvi kimi təsvir etməklə işlərini məhdudlaşdırmaq barədə ehtiyatlı davranırlar.

"Ənənə həqiqətən çoxlu müxtəlif sayda mənalara malik böyük sözdür", üçüncü nəsil Edo Kiriko sənətkarı Yoşiro Kobayaşi izah edir. "Bu, hər hansısa bir şəxsə məcbur etdirilən və ya insanların arxalarında daşıya biləcəyi bir şey deyil, (lakin) bunun insanın gündəlik fəaliyyətindən və ya adətin təkrarlanmasından yarandığını hesab edirəm...hər şeyi birləşdirən bir şeydir".

Dəqiq təkrarlama Edo Kiriko sənəti üçün mühümdür və illərin təcrübəsi və təlimi istənilən həvəsli sənətkar üçün vacibdir. Həmyaşıdları kimi Kobayaşi də 13 yaşında ikən seminarda atasına qoşulan zaman təhsilinə başlamışdı.


  

  
    2018 lexus craftsmanship1 landscape

"(Ondan sonra) siz böyük sənətkarları izləməli və onları müşahidə edərək öyrənməli olacaqsınız - gündə 10 saat təcrübə keçəcəksiniz", - o bildirir. "Bu, həqiqətən yorucu işdir."

O, bacarıqlarını təkmilləşdirmək üzərində çox çalışıb və qəbul edir ki, 33 yaşında xüsusi mükafat aldıqdan sonra həmyaşıdları tərəfindən qəbul edilənə qədər özünü peşəkar kimi hiss etməyib. Bu, istənilən halda zəhmətli şagirdlikdir, lakin illərin təlimi vacibdir, çünki Edo dövrünün sonunda Tokyo ərazisində yaranan şüşə sənətinin bu forması həddindən artıq diqqətli işdir və Yapon mədəniyyətinin detal-yönümlü təbiətini əks etdirən mükəmməllik dərəcəsi tələb edir.


  

  
    2018 lexus craftsmanship2 landscape

  

  
    2018 lexus craftsmanship quote portrait

"YAPONLAR KİÇİK İNCƏLİKLƏRƏ QƏDƏR DİQQƏT EDİR", - DEYƏ KOBAYAŞİ BİLDİRDİ. "ONLAR DETALLARA DİQQƏTLƏ YANAŞIR, BU DEMƏK OLAR Kİ ŞÜURALTIDIR. BU, ÖZÜNÜZ BELƏ ANLAMADAN HƏYAT TƏRZİNƏ ÇEVİRİLƏN BİR ŞEYDİR."

Yoşiro Kobayaşı, Edo Kiriko sənətkarı

Kobayaşi üçün işin çətinliyi yüksək keyfiyyətlə tamamlanmış məhsul təminatı, həmçinin sənətindən əldə etdiyi dərin icra və məmnunluq duyğusu üçün mərkəz olmaqla yanaşı çox vacibdir.

O bildirir: "Mən əminəm ki, bu fəlsəfə xüsusilə sənətkarın işinə təsir edir." "Ən xırda incəlik böyük vaciblik daşıyır. Buna görə də onlar bir iş edəndə diqqətlə yanaşır. Bu, sənətkarın işindən aldığı şəxsi məmnunluqla əlaqədardır."

Baxmayaraq ki, o, Edo Kiriko sənətinə məftun idi və illər ərzində böyük məmnunluq əldə etmişdi, Kobayaşi oğluna yolunu davam etdirməsi üçün təzyiq etməyib, əksinə alternativ karyera imkanları kəşf etməyə həvəsləndirmişdi.


  

  
    2018 lexus craftsmanship2 landscape

Bununla belə, ailə tarixçəsi və ənənəsi özünün güclü olduğunu göstərdi və onun oğlu Yohei sənət əsərlərinə müasir baxış gətirərək ailə biznesində atasına qoşulmaqla yanaşı, həmçinin əvvəlki nəsillər tərəfindən qiymətləndirilən və mükəmməlləşdirilmiş işlər yaratmağa davam etdi.

Kobayaşı dedi: "Sevdiyin işi görmək və ondan qazanc əldə etmək əladır". "Bu işi seçdiyim üçün çox şadam."


  

  
    2018 lexus craftsmanship3 landscape

YENİLİKÇİ RUHLAR

SƏNƏTKARLIQ NƏSİLLƏRİ

Edo Kiriko şüşə hazırlayanları Lexus LS avtomobilinin içərisində sərnişinləri ilk əvvəl zərif və nəfəskəsici şəkildə heyran edən abu-hava ilə salamlayan bənzərsiz panel hazırlayıb.

Next steps