USTALIQ

ÜSTÜN KEYFİYYƏT

Lexus çeşidlərində hər ayrıca detal yüksək standartlarla hazırlanır. Bütün aspektlər sürücülər və sərnişinlər üçün təkmilləşdirilmiş, əziyyətsiz təcrübə yaratmaq məqsədilə bir araya gəlir.

DƏRİ ÜZƏRİNDƏ TİKİŞ

Nəfəskəsici dəri işimiz ən yaxşı sənətkarlar tərəfindən yaradılıb. Lexus avtomobillərində görünəcək üzləməyə başlamağa icazə verilməzdən əvvəl bütün təlim keçəcək şəxslər tikiş otağında onmərhələli təlimat proqramını öyrənməlidir. "Dojo" termini adətən döyüş sənətləri üçün təlim zalına aid edilir. Lexus-da bu, istedadın kəşf edilməsi və dəqiqliklə hazırlanması üçün xüsusi obyektimizə verilən addır. Bunların hamısı hər bir modelin son dərəcə keyfiyyətli olmasının təminatı xatirinədir.

  • 
  

  
    takumi superiorfinish leather stitching 01

    DƏRİ ÜZƏRİNDƏ TİKİŞ

    ƏL İLƏ TİKİLMİŞ DƏQİQLİK

    Növbəti dəfə avtomillərimizdən birində olduğunuz zaman interyerə rəng qatan və ecazkar şəkildə tikilmiş tikiş yerlərinə heyran olmaq üçün bir dəqiqənizi ayırın. Onların sadəliyi və eleqantlığı necə çətinliklə yaradılmaqlarına dair heç nəyi bəlli etmir.

    Tikiş işi hər dəfə dəqiqliklə icra edilməlidir. Əllə hazırlanmış xətlər avtomobilin ölçü alətləri və məlumat paneli alətlərinin müasir texnologiyası ilə gözəl şəkildə kontrast yaratdığından effekt hiss olunandır.

  • DƏRİ ÜZƏRİNDƏ TİKİŞ

    DAĞILMAYA QARŞI SINAQDAN KEÇİRİLİB

    İşlədiyimiz premium dərinin hər hissəsi dağılma nöqtəsinə qədər sınaqdan keçirilib. Yalnız ən güclü zərbə kəsə bilər. Bütün materiallar avtomobillərimizin interyerlərini bəzəmək üçün dəyərli hesab olunmazdan əvvəl 30-dan çox ekstrim emal testində davamlı olmalıdır.

    Ən yüksək keyfiyyəti təmin etmək üçün istifadə müddəti ərzində qarşılaşma ehtimalı olan çətinlikləri yenidən yaradaraq, dəri üçün bütün vəziyyətləri yaşayırıq. Həqiqətən sərt sınaqlar hazırlamaq üçün biz yaradıcılıq və elmi təcrübəni birləşdirərək, aşınmaya, kimyəvi təsirə, günəş işığı və temperatura davamlılığı sınaqdan keçiririk.

QÜSURSUZ İŞLƏNMƏ

Hər bir Lexus-un eksteryeri mükəmməllik ilə tamamlanıb. Zəngin, parlaq rəng ilə işıldayan nəfəskəsici hamar səthlər yaratmaq üçün biz boya və cilalama texnikalarını mükəmməlləşdirmişik.

Səylərimizin effektləri dərhal hiss olunur – siz hissləri həqiqətən də hərəkətə gətirən keyfiyyət səviyyəsinin şahidi olacaqsınız.


  

  
    takumi superiorfinish multi layed paint 01
  • 
  

  
    multi layered paint 01

    QÜSURSUZ İŞLƏNMƏ

    ÇOX-QATLI BOYA

    Boyamız mürəkkəbdir və xüsusiyyətlərlə doludur. Avtomobilin görünüşünü və onun günəş şüalarına necə reaksiya verməsini tamamilə dəyişdirən çox-qatlı prosesdən istifadə edirik. Beş qat tətbiq olunur və boya dörd dəfə bişirilir.

    Əldə edilən dərinlik və parlaqlığı sadəcə ənənəvi boya işi ilə yaratmaq mümkün deyil. Bu inqilabi sistemi təqdim edəndə, istehsal xəttimiz üçün əsas dəyişikliklər zəruri idi. Xəyal gücü, vaxt, qayğı və dəqiq sazlama ilə biz bunu bacardıq.

  • QÜSURSUZ İŞLƏNMƏ

    YAŞ-CİLALAMA PROSESİ

    Mükəmməl səthin asan cazibəsi var, lakin yaratmaq çox zəhmətlidir. Baza boya işinin hər qatından sonra avtomobilin eksteryeri əl ilə yaş şəkildə cilalanır.

    Yekun cilalama daha sonra Takumi sənətkarlarının iti gözləri, eləcə də rəqəmsal skanerlər tərəfindən yoxlanır. Heç bir ləkə gözdən qaçmır. Qüsursuz hamarlıq sərt standartlarımıza cavab vermək üçün yeganə seçimdir.

ƏL İLƏ YOXLANILAN KEYFİYYƏT

Aparatlar qüsurları yoxlaya bilər, lakin əsl keyfiyyət insan gözləri ilə nəzərdən keçirilməli və insan toxunuşu ilə təmin edilməlidir. Lexus çeşidlərində avtomobillərimiz əl ilə cilalanır və yoxlanır. Rəqibsiz Takumi yola rəhbərlik edir.

İllər ərzində onlar qüsursuz işlənməni təmin edərək, barmaqları ilə səthi "oxumaq" üçün əsrarəngiz qabiliyyətlərini - toxunuşlarının gücünü mükəmməlləşdirib.

  • ƏL İLƏ YOXLANILAN KEYFİYYƏT

    QÜSURLAR ARADAN QALDIRILIB

    Takumi hər avtomobilin hər bir aspektinin mükəmməl şəkildə tamamlanmasını müəyyən edir. Siz onları tez-tez ağ əlcəklər ilə avtomobilin üzərinə qoyarkən və hamısının ölçüsü bir millimetrdən az olan ən kiçik xətaları hiss edərkən görə bilərsiniz.

    Onlar, illərin təlimi və sənətkarlığından irəli gələn güclü hissiyyatları və bənzərsiz fokusları sayəsində heç bir şeyi gözdən qaçırmır.

  • ƏL İLƏ YOXLANILAN KEYFİYYƏT

    DƏQİQ SAZLANMIŞ MÜHƏNDİSLİK

    Mühərrik testlərimiz sadəcə avtomatlaşdırılmayıb. Yüksək standartları təmin etmək üçün ən son texnologiyadan istifadə etməklə yanaşı, kapotun altında yerləşən hər şey həm də sənətkarın gözü ilə müşahidə edilir.

    İnsan əlləri, tibbi elmdən götürülmüş CAT skanlaması kimi müasir sistemlər ilə ahəngdarlıq şəklində işləyir. Ənənəvi skanerlərdən fərqli olaraq, bunlar hər mühərrikin içinə baxır və hər birinin Lexus-un yüksək dəqiqlik keyfiyyət tələblərinə cavab verdiyini təmin edir.

    Takumi həmçinin dəqiqlik və keyfiyyətin həmişə saxlandığından əmin olmaq üçün ənənəvi steteskop kimi alətlərdən istifadə edir.

Next steps