lexus yacht hero

LEXUS İDMAN YAXTASI KONSEPTİNİ ELAN EDİR

İki 5.0 litrlik Lexus V8 mühərriki ilə işləyən yeni yüksək performanslı 42 fut uzunluqlu (13 metr) konsept idman yaxtamızı kəşf edin. Bu heyranedici dəniz yolçusu Lexus, Lexus həyat tərzi üçün mükəmməl qatqıdır.

MƏNBƏ

Bir neçə il əvvəl Toyota Dəniz Şöbəsi tezliklə Yaponiyada istifadəyə veriləcək premium yaxtaların yeni Ponam çeşidini idarə etmək məqsədilə TMC Prezidenti Akio Toyoda bir neçə günü suda keçirməyə dəvət edildi. Usta sürücü kimi Akio Toyoda turbo-dizel güc aqreqatlarının gücündən və qabaqcıl gəmi gövdəsi dizaynlarının idarəetməsi və stabilliyindən ilhamlanmışdır; Lexus International şirkətinin Baş Brend Əməkdaşı kimi o, həmçinin Lexus həyat tərzini tamamlamaq üçün şık premium performansa malik yaxtanın potensialını qiymətləndirdi.

Bu, Dəniz Şöbəsini premium performanslı yaxtanın, Lexus brendini həyat tərzi və yenidən yaratmanın yeni sahələrinə necə apara biləcəyini bir daha düşünməyə vadar etdi. 12 yanvar 2017-ci ildə Lexus bu layihənin nəticələrini açıqladı: Biskeyn Körfəzi, Mayami Çimərliyi, Floridada Lexus İdman Yaxtası üçün konseptin cari sübutu.

DİZAYN

Qoşa yüksək performanslı Lexus V8 mühərrikləri ilə işləyən və qabaqcıl üslub və idarəetməyə malik, altı-səkkiz qonaq ilə əyləncəli günlük səyahət üçün açıq idman yaxtası haqqıında qısa məlumat Yaponiyada Toyota şəhərində yerləşən Lexus Dizayn Mərkəzinə təqdim edilib.

Dizayn komandasının 2015-ci ilin yayında hazırladıqları konseptlər Baş İcraçı Əməkdaşı Tokuo Fukuiçi, Qlobal Dizaynın Baş Əməkdaşı və Lexus International Co. şirkətinin Prezidenti, Toyata Dəniz Şöbəsindən məsul olan Baş İcraçı Əməkdaş Şigeki Tomoyama və Prezident Toyoda tərəfindən qiymətləndirilib.

Yaradıcı enerjilərimizi hərəkətə gətirdiyi və dizayn üçün təxəyyülümüzü və həyat tərzi imkanlarımızı yaxşı bildiyimiz avtomobil reallığından kənara çıxardığı üçün göstərilən səy bizim üçün qiymətlidir. Dəniz Şöbəsi konstruksiya və gəmidə dəniz sistemləri hazırlandığı üçün seçilmiş təklif 2015-ci il boyu nəzərdən keçirilmişdir.

Mayamidə elan edilmiş Lexus İdman Yaxtası istehsal üçün yerində heç bir planı olmayan sifarişli birdəfəlik layihədir. Bu yeganə nümunəni istehsal etmək üçün Dəniz Şöbəsi şirkətdaxili mühəndislik və istehsal imkanları və əl ilə hazırlanan böyük və mürəkkəb strukturlar ilə əlaqədar bacarıqlarına əsasən Viskonsin, ABŞ-da yerləşən "Pulasaki Marquis-Carver" Yaxta Qrupunu seçdi.

XÜSUSİYYƏTLƏR

Lexus İdman Yaxtası konseptinin dizaynında yuxarı göyərtə və xarici gövdə daxili struktur ətrafında qüsursuz birləşdirilib, iki hissəli poliuretan epoksi rezindən əl ilə hazırlanmış ağır gövdənin hər hissəsi karbon lifi ilə gücləndirilmiş plastik və ya CFRP adlanan mürəkkəb material olan əl ilə toxunmuş karbon lifi parçası ilə möhkəmləndirilmişdir.

CFRP, Lexus LFA, yüksək performanslı təyyarələr, yarış xizəkləri və velosipedlər və dünya səviyyəli yarış qayıqları kimi yarış maşınları və super avtomobillərin strukturunda istifadə edilən texnologiyadır.

Lexus İdman Yaxtası konseptinin unikal CFRP konstruksiyası şüşə-lif ilə gücləndirilmiş plastikə (FRP) malik oxşar yaxta ilə müqayisədə təxminən 1000 kq qənaət edir. Sualtı gövdə dizaynı yüksək sürətlərdə müvaqimət və sürüşməni azaltmaq və idarəetmə balansını təkmilləşdirmək üçün hazırlanıb.

Konsept Lexus RC F kupesi, GS F idman sedanı və yeni LC 500 qrand səyahətçinin 2UR-GSE yüksək performanslı mühərrikinə əsaslanan qoşa 5.0 litrlik V8 qazolin mühərrikləri ilə işləyir.

Hər bir mühərrik gəmidə/gəmidən kənar hidravlik idarə olunan gövdə vasitəsilə yaxtanı saatda (43 dəniz mili) 49 milə qədər sürətlərdə idarə edərkən, 440 at gücü / 446 DIN at gücü / 328 kV-dan çox hasil edir. İdarəetmə qoluna malik baş itələyici yerləşmə zamanı kömək edir.

Kapitan sükandakı rəngli toxunuş ekranı panelindən gəmidəki sistemləri idarə və nəzarət edir; ekranlar GPS naviqasiyası, rəqəmsal diaqramlar, səth radarı, sualtı dəniz radarı, işıqlandırma və əyləncə sistemlərini göstərir. Kapitanın oturacağı elektrik ilə tənzimlənə biləndir; qoltuqaltlıqları çox xüsusi qonaqlar üçün açılıb-bağlanan oturacaqlara çevrilmək üçün qatlanır.

Ön sərnişin kabini lüks Lexus dərisi və taxta və şüşə detalları bəzədilib. Dik hündürlük, stol ilə altı nəfər üçün divan oturacağı və havalandırma xudmani əyləncə üçün rahat mühit yaradır.

Gəminin mətbəxi iki gözlü soba, çanaq və altda yerləşən soyuducuya malikdir; füsunkarlıqla tamamlanmış başlığa duş daxildir.

İnteqrasiya edilmiş audio-video əyləncə sistemi 4G Wi-Fi və WAN ilə tamamilə şəbəkələşdirilib. Səs hasilatı güc çeviricisi kimi tava panelindən istifadə edərək Mark Levinson® Reference rəqəmsal gücləndiriciləri ilə dəstəklənən Revolution Acoustics səthə yerləşdirilmiş drayverləri ilə mümkündür.

RƏQƏMLƏR

Ümumi Uzunluq 12.7 m
Dirək (en) 3.86 m
Yük tutumu 8 nəfər
Güc, ümumi 885 at gücü / 897 DIN at gücü / 660 kV
Yuxarı Sürət 43 KTS

FON

Toyota Motor Corporation şirkətinin bir qolu olan Lexus ən yüksək səviyyədə müştəri xidmətləri göstərməyə sadiqlik ilə bu günə qədər ən yaxşı avtomobilləri hazırlamaq və istehsal etmək üçün 1989-cu ildə yaradılıb. Lexus International brend üçün bütün mərkəzi strategiya, planlaşdırma, dizayn, mühəndislik və istehsalı koordinasiya etmək üçün 2011-ci ildə şirkət çərçivəsində şirkət kimi təsis edilmişdir.

Toyota Motor Corporation (TMC) şirkətinin Dəniz Biznesi Şöbəsi Lexus lüks avtomobillərini hazırlayarkən mükəmməlləşdirilmiş qabaqcıl texnologiya və keyfiyyətə nəzarət üsullarından istifadə edərək, premium yaxtalar hazırlamaq məqsədilə 1997-ci ildə təsis edilib. Toyota Marine şirkətinin Ponam xəttinə 26 və 28 fut uzunluğunda şüşə-lifli idman bitişli qayıqlar və A5083 alüminium qarışığı ilə tam qaynaq edilmiş davamlı və səssiz gövdələrə malik 31, 35, 37 və 45 fut uzunluqlarında lüks salonlu kruizerlər daxildir.

Ponam modelləri Lexus GX 300d (3.0 litrlik turbodizel ilə 4 silindr) və LX 450d (qoşa turbo dizel 4.5 litrlik V8) lüks avtomobillərdə olan yüksək səmərəliyə malik turbodizel mühərrikləri ilə işləyir.

Toyota Ponam xətti Yaponiyada premium yaxta sənayesində bazarın lideridir. 1998-ci ildən 2002-ci ilə qədər Toyota Marine həmçinin Lexus LS 400 lüks sedanında olduğu kimi 4.0 litrlik 1UZ-FE DOHC qazolin V8 mühərriki ilə işləyən və xüsusilə ABŞ bazarı üçün şüşə-lifli turnir xizək qayıqları və veykbord qayıqlarının Epik seriyasını hazırladı və istehsal etdi.

Marquis Yachts, LLC Marquis Yachts və Carver Yachts brendlərini dizayn edən, hazırlayan və istehsal edən və Pulasaki, Viskonsində yerləşən müstəqil özəl mülkiyyət şirkətidir. Marquis seriyasının zirvə nöqtəsi şüşə-lifi ilə möhkəmləndirilmiş plastik (FRP), göyərtə və super struktura malik 73 fut uzunluğunda, üç səviyyəli, lüks yaxtadır.

Ətraflı məlumat üçün www.marquisyachts.com və ya www.carveryachts.com ünvanlarına daxil olun.

Next steps