2017 lexus valerian hero01

LEXUS VALERİAN VƏ MİN PLANET ŞƏHƏRİ FİLMİNDƏ ELMİ-FANTASTİK SAHƏYƏ KEÇİR

Valerian və Min Planet Şəhəri Avropada işıq üzü görmüş ən böyük film istehsallarından biridir. Və Lexus baş rol oynayır. Lük Besson tərəfindən çəkilmiş 2017-ci il elmi-fantastik film üçün yaradıcı komandalar Valerian dünyasının çəkilişində 700 il əvvəlki gələcəyə uyğun nəqliyyat vasitəsi təsəvvür etdi: nəticə isə Lexus SKYJET-dir.

2800-Cİ İLƏ SÜRƏTLƏ İRƏLİ

Ən son lüks məhsullarımızı və həyat tərzi fəaliyyətlərimizi nümayiş etdirməklə, tək oturacaqlı SKYJET Mayamidəki Lexus tədbirinin bir hissəsi kimi təqdim edildi. SKYJET, 700 ildən sonra gələcək “Valerianın dünyasının” reallığına tam şəkildə müvafiq olan nəqliyyat vasitəsini göstərmək məqsədilə Valerian komandası tərəfindən yaradılmışdır.

Mayamidə Lexus Lifestyle 2017 tədbirində 2017-ci ildə çəkilən Valerian və Min Planet Şəhərinin baş rol aktyoru Deyn DeHaan SKYJET gəmisinin oxşarını təqdim edən zaman dünyaya heyrət dolu anlar yaşatdı.

Filmin yaradıcıları yekun SKYJET modelini yaratmaq üçün cari ikonik modellərin adaptasiyalarını götürərək müasir dizayn replikaları (bir neçəsini tanıya bilərsiniz) ilə birləşdirmək üçün Lexus dizaynerləri ilə əməkdaşlıq etdi. Yekun dizaynda Lexus-un imzalı xüsusiyyəti “şpindel” formalı barmaqlığının adaptasiyalı təfsiri, habelə 2018-ci ildə istehsal olunacaq eyni aerodinamik və atletik dizayna malik və maraqla gözlənilən kupe Lexus LC-nin dizaynının əlamətlərini görmək mümkündür.

Konsept modelin interyerinin hazırlanması zamanı Valerian filminin yaradıcı heyəti AI və qabaqcıl HMI texnologiyalarında ən son yeniliklərdən ilhamlanmışdır. Filmin süjeti həmçinin Lexus tərəfindən tədqiq edilən hidrogen yanacağının innovativ texnologiyası əsasında gələcəyin xəyali enerji kapsulundan bəhs edir.

EPİK TƏQİB SƏHNƏLƏRİ

Təqdimat zamanı şərh bildirən Deyn söylədi: "Mən həmişə Lük Bessonla işləmək istəmişəm, çünki o, həqiqətən süjeti mümkün olan ən xəyali üsulla canlandıraraq, filmlərinin hər detalını mükəmməlləşdirir. SKYJET üzərində Lexus ilə birgə əməkdaşlıq bunun ən böyük nümunəsidir, Valerian filminin Skyjet ilə epik təqib səhnələri şübhəsiz ki, filmin ən həyəcanverici anlarından biri olacaq."

Deyn səhnəyə çıxıb SKYJET haqqında, habelə onunla baş rolu paylaşan aktrisa Kara Delevin və rejissor Lük Bessonla işləri haqqında danışmazdan əvvəl, SKYJET-in oxşarı möhtəşəm işıq şousu ilə tamaşaçılara təqdim olunmuşdur.

Lexus şirkətinin Qlobal Brend Marketinq Rəhbəri Spayros Fotinos əməkdaşlıq haqqında fikirlərini paylaşaraq, dedi: Lük ilk dəfə bizimlə Valerianla bağlı düşüncələrini paylaşanda hiss olunurdu ki, o, adilikdən üstün olmaqda və valehedici təcrübələr yaratmaqda tutduğumuz mövqeyimizdə bizimlə həmfikirdir. Lexus üçün SKYJET dizaynını və texnologiyalarını təsəvvür etməkdə və yaratmaqda dəstək olmaq çox maraqlı təcrübə idi. Brendimizin bu ağlasığmaz hekayənin bir hissəsi olmasından əlavə, dizaynerlərimizə və mühəndislərimizə kosmik gəmi üzərində işləyəcəkləri haqqında xəbəri verdikdə onların reaksiyasına şahid olmaq isə bizi şənlənirdi."

Növbəti yeddi ay ərzində filmin 2017-ci il iyul ayında baş tutacaq buraxılışından əvvəl filmə daha çox tamaşaçı cəlb etmək və Valerian dünyası ilə onları yaxından tanış etmək məqsədilə Lexus şirkəti bir neçə valehedici təcrübələrə sahiblik etmək niyyətindədir.

VALERİAN VƏ MİN PLANET ŞƏHƏRİ haqqında daha ətraflı məlumat üçün:

VALERİAN İLƏ SÜRƏTLİ OLUN

Klassik fransız qrafik hekayə seriyaları üzərində qurulan Valerian və Laurelin qəhrəmanları arasında yaşanan adi romanı fantaziyalı rejissor/yazıçı Lük Besson müasir, unikal və epik elmi dastana çevirir. Valerian (Deyn Dehaan) və Laurelin (Kara Delevin) insanların yaşadığı ərazilərə hökumət tərəfindən təyin olunmuş və kainatda asayişə görə cavabdeh olan xüsusi əməliyyatçılardır.

Komandirin əmri ilə (Kliv Ouen) Valerian və Laureline kainatın dörd küncündən minlərlə növün məskunlaşdığı həmişə genişlənən metropolis Alfa adlı qalaktikalararası heyranedici şəhərə məxfi missiya ilə yollanırlar. Min planet şəhəri Alfanın mərkəzində onun sülhsevər mövcudluğunu təhlükəyə atan sirli qra qüvvə var və Valerian və Laureline təhlükəni müəyyən etməli və təkcə Alfanı deyil, bütün kainatın gələcəyini qorumalıdır.

Next steps