Ancient craft meets new design hero

QƏDİM SƏNƏTKARLIQ YENİ DİZAYNI QARŞILAYIR

LEXUS ÜÇÜN HAZIRLANIB kolleksiyasında uzun müddət sınaqdan keçirilmiş sənətkarlıq və müasir dizayn unikal məmulat toplusunu formalaşdırmaq üçün bir araya gəlib. İki brend, yeni element yenicə daima inkişaf edən silsiləyə qoşulub.
"Biz kustar məhsullarımızın gənclər üçün ənənəvi sənətlərdə və sənətkarlıq peşəsində maraq yaratmasını istərdik," deyə zamanla sübut olunmuş sənətkarlıq nümunəsi Hikimono üzrə ixtisaslaşmış Yaponiya ev əşyaları brendi olan SEE SEE şirkətinin nümayəndələri Hiromichi Yumoto və Takefumi Momose izah etdi. Yayoy dövrünə gedib çıxan kökləri ilə Hikimono incəsənəti Momose kimi sənətkarlar və Yumoto kimi dizaynerlərin fırlanan çarxlar və xarrat dəzgahlarından istifadə etməklə, dairəvi taxta dayaqlar hazırlamaq üçün birgə işlədikləri Şizuoka prefekturası üzərində mərkəzləşib. "Brendimiz yalnız işin ənənəvi, analoji üsulu nəticəsində əldə oluna bilən keyfiyyətini təmin edir. Lakin yaratdığımız hər bir iş özlüyündə qlobal perpsektivli prototiplərə cavab verən müasir dizaynı əks etdirir.
2013-cü ildə ilk LEXUS ÜÇÜN HAZIRLANIB kolleksiyasını işə salandan bəri Lexus-un əsas missiyası SEE SEE brendinin Hikimono obyektləri kimi tarixlə zəngin olan, lakin hələ də müasir keyfiyyətini itirməyən sənət nümunələrini dünyaya çatdırmaqdan ibarət olub. Yüksək təcrübəli usta sənətkarların yeni nəsli ilə bu sənətkarlıq xətti brend olan eksklüziv həyat tərzinə cavab verən materiallardan hazırlanıb və sənətkarlıq və dizaynda incəliklər üzrə Lexus-un davamlı öhdəliyini əks etdirir. Kataloqa One Klin saxsı məmulatlarından və Niime Tamaki tərəfindən əl dəzgahı ilə hazırlanan örtüklərdən minimalist Bsize stolüstü lampalar və kustar şəkildə hazırlanmış Kaneko Optik gün eynəklərinə kimi Tokio, Dubay kimi şəhərlərdə LEXUS TƏRƏFİNDƏN İNTERSEKTDƏ satılan və sərgidə nümayiş etdirilən və tezliklə brend kimi yeni Nyu-York məkanında nümayiş etdiriləcək sənətkarlıq məhsulları daxildir. Yaxın zamanlarda SEE SEE tərəfindən Hikimono şpindel altlığı Yapon məmulatlarının daima inkişaf edən istehsal xəttinə qoşuldu.
Ancient Craft full width image 1
"Mən bu layihə haqqında düşünməyə başlayanda Hikimono kuzovunu Lexus-un ən vacib elementlərindən biri olan şpindel barmaqlığı əsasında etməyin maraqlı olacağını sandım," - Yumoto deyir. Beləliklə, Yumoto (SEE SEE əsasında dizayn düşüncəsi) və Momose (hətta öz ülgüc və mexanizmlərini istehsal edən sənətkar) LEXUS ÜÇÜN HAZIRLANIB devizi altında özlərinin xüsusi Hikimono şpindel altlığını işləyib hazırlamağa başladılar.
Bu unikal taxta kuzovun hazırlanması prosesi Momose-nin Yumoto dizaynına əsaslanaraq plan cızması, sonra prototipin hazırlanması və sənərkarların hər ikisini qane edənə qədər ölçü və taxta oymaların tənzimlənməsindən ibarət idi. "Mən şpindel barmaqlığının gözəl xətlərini əks etdirmək üçün oymanın bütün dərinliklərinə getdim," - deyə Momose izah edir. "Ümumilikdə, Hikimono-da oymalar yalnız bir tərəfdə olur, amma bizim şpindel altlığımızda həm içəri, həm də çöl tərəfdən oymalar var".
İkilik oyma taxta altlığı tünd qara tonla rəngləmək üçün çay rəngli boya üzrə peşəkar sənətkarlarla işlədi. Nəticə tünd boya ilə parlayan göyrüş rəngli taxtanın fərdi hissələrini gözəl şəkildə vurğulayır. "Bizim üçün Lexus-un məşhurluğunu göstərən dəbdəbə hissiyatını ifadə etmək vacib idi," deyə Yumoto bildirir. "Taxta işləmələr göründüyü üçün Hikimono sənətkarlığı daha az hiss olunur; ona görə də biz onu xüsusi vurğulamaq üçün çay rəngli boyama texnikasını təqdim etdik. Şüşə örtüklü bitiş və şpindel altlığının unikal nümunəsi Lexus brendinin dəbdəbə və mükəmməlliyinə bənzəyir."
SEE SEE şpindel altlığı ilə yanaşı Lexus LEXUS ÜÇÜN HAZIRLANIB silsiləsinə başqa yeni bir element əlavə etdi: Studio Kobin tərəfindən iki müxtəlif ölçüdə mövcud olan aydın və firuzəyi şüşə. Fukuoka prefekturasına əsaslanaraq Studio Kobin yolunu davam etdirən sənətkar Toshiyasu Nakamura Kiriko büllur şüşələri - parlaq rənglər və mürəkkəb bəzəklərin şüşə fincanlar və dekorativ əşyalar istehsal etmək üçün şüşədə oyulan ənənəvi sənətkarlıq nümunəsi əsasında işləyir. "Adətən Kiriko şüşəsi göy və ya qırmızı kimi parlaq rənglərdə olur, lakin mən rahatlayıcı, həmahəng təəssürat yaratmaq üçün aydın və firuzəyi rəngləri seçdim," deyə Nakamura izah edir. Öz taxta oyma işində digər Kiriko sənətkarlarından fərqli şeylər etməyə üstünlük verən Nakamura bütün dizaynlarına öz cizgilərini əlavə edir. "Mən şüşəni taxtanı oyan kimi kəsirəm," Nakamura deyir. "Əksər Kiriko sənətkarları əvvəlcədən izlədiyi yolu davam etdirməklə, şüşə ilə çox ehtiyatla davranır. Lakin mən şüşəni oymaçının etdiyi kimi əllə çəkilən şəkil kimi oyuram. Bu, mənim üslubuma çevrilib."
Rənglərlə qaynaqlanan şüşədə əllə kəsilmiş zərif nümunələrin unikal Yapon ənənəsi olan Kiriko həm işıq bucağı, həm də baxıcının zillənmiş baxışından asılı olaraq işığın heyrətamiz əksini yaradır
Ancient craft gallery 5
LEXUS ÜÇÜN HAZIRLANIB birgə işi üçün Studio Kobin Lexus LS-nin gözəl interyerindən ilhamlanıb, Nakamura və digər Kiriko şüşəçiləri tərəfindən hazırlanmış oyma şüşə işləmələrini təcəssüm etdirir. LS çərçivəsində çoxsaylı unikal elementlər Lexus-un takumi sənətkarlığının səviyyəsini nümayiş etdirən xatırladıcıdır: LS üçün brend olduqca zərif olan, həm də ən son şüşə armaturlaşdırma texnologiyalarına görə güclü olan interyer qapı bəzəkləri parçası kimi xüsusi Kiriko ilə kəsilmiş şüşədən istifadə edir.

YÜKSƏK SƏNƏTKARLIQ SƏVİYYƏSİ ƏVVƏLLƏR HEÇ VAXT AVTOMOBİLDƏ GÖRÜNMƏYİB

Studio Kobin-in aydın və firuzəyi şüşəsi üzərindəki naxış LS-nin bir qapı bəzəyi parçası ilə eyni olub onun hərəkət və unikal parıltısını əks etdirir. "Mən təcrübəli şüşəçilərdən hər bir elementə unikal forma verərək müstəqil şəkildə üfürmə üsullarından istifadə etməklə orijinal şüşə hazırlamağı xahiş etdim," Nakamura deyir. "Kəsiyi, xətlərin qalınlığı və oyma bucağını bu individual formalara uyğunlaşdırdığım üçün iki şüşə eyni olmur."

Hikimono taxta işi və ya Kiriko üslubunda kəsilmiş şüşə olmasından asılı olmayaraq, SEE SEE şpindel altlığı və Studio Kobin şüşələri yalnız unikal hazırlanmış elementlərin danışa bildiyi hekayələrlə zəngindir. Əsl əl işi olmaqla, onlar gözəl sənətkarlıq nümunələri kimi LEXUS ÜÇÜN HAZIRLANIB kolleksiyasına ideal əlavələrdir.