2018 lexus lda hero

2018-Cİ İL ÜÇÜN ELAN OLUNMUŞ DƏBDƏBƏLİ LEXUS DİZAYN MÜKAFATI FİNALÇILARI

Lexus International mötəbər Lexus Dizayn Mükafatı 2018 müsabiqəsinin 12 finalçısının adlarını açıqlamışdır. İndi öz altı illiyində bu fərqli beynəlxalq dizayn müsabiqəsi, "harmoniya ilə və ya birgə" mənasını verən Latın prefiksindən götürülmüş builki "CO-" mövzusuna əsaslanır. "CO-" təbiət və cəmiyyətin həmahəng inteqrasiyası ilə dizaynın həll yollarını necə axtara bilməsi və qlobal problemlər silsiləsində maneələrin aşılması imkanlarını tədqiq edir.
Builki Lexus Dizayn Mükafatı 68 ölkənin 1300-dən çox nümunəsini cəlb edən iştirakın misilsiz səviyyəsini əhatə edir. Münsiflərdən biri Cənab David Adjaye belə dedi, “Dizaynerlərin gələcək nəslinin yeni konsepsiyaları və fəlsəfələri bugünün əsaslı məqsədlərinə uyğun innovativ həllərə çevirməsini öyrənmək və anlamaq məftunedici idi." Ötən Lexus Dizayn Mükafatı finalçıları və qalibləri, o cümlədən Alman Dizayn Mükafatı 2016-nın qalibi Sebastian Scherer tərəfindən 2014-cü ilin "Süsəni" və 2016-cı ildə Venesiya Dizayn Həftəsinin Daşınan Texnologiyalar Müsabiqəsinin qalibi olan Caravan tərəfindən 2015-ci ilin "Həssas Geyimi" layihələri gələcək uğurlara imza atıb.
On iki finalçı bu il David Adjaye və Shigeru Ban kimi dünya səviyyəli memarların münsiflər heyətinin tərkibinə qoşulmasından sonra daha da güclənən mötəbər münsiflər heyəti tərəfindən xeyli götür-qoy etməklə seçilib. 12 finalçı arasında aşağıda qeyd olunan dörd nəfər təyin olunmuş sənətkarların elit komandasının başçılığı və mentorluğu əsasında öz dizayn maketlərini hazırlamaq üçün seçildilər: Lindsey Adelman, Jessica Walsh, Sou Fujimoto və Formafantasma.
Dörd prototip və digər səkkiz finalçının dizaynlarından ibarət hərtərəfli təqdimat lövhələri aprel ayında builki Milan Dizayn Həftəsində Lexus Dizayn Tədbirinin bir hissəsi kimi nümayiş etdirildi. 12- finalçı öz işlərini münsiflər, eləcə də beynəlxalq mediaya təqdim etdilər. Təqdimatdan sonra Qran Pri Qalibi seçildi.
Daha ətraflı məlumat və şəkillər üçün
Lexus Dizayn Mükafatının veb-saytı: https://www.lexus-int.com/lexus-design-award
Instagram: @lexusdesignaward
Rəsmi heşteqlər: #LexusDesignAward; #MilanDesignWeek;

2018-ci il Milan Dizayn Həftəsində Lexus-un iştirakı barədə daha ətraflı məlumat fevralın ortalarında Lexus Dizayn Tədbiri vebsaytında elan edildi.

*Həm də Salone Del Mobile kimi tanınan dünyanın ən böyük dizayn sərgisində mebel, moda və tekstil daxil olmaqla, bir çox sahələr üzrə müxtəlif markaların və dizaynerlərin hazırladığı layihə və eksponatlar nümayiş olunur.