2018 lexus lc yellow hero 1920x1080 v2 new

LEXUS YENİ
LC SARI RƏNGLİ BURAXILIŞI ELAN EDİR

Lexus möhtəşəm dəbdəbəyə malik kupesi olan LC modelinin yeni Sarı Rəngli Buraxılışını istifadəyə verdi. SPORT+ dərəcəli dinamika, eksteryer dizayn və dəbdəbəli interyerin unikal birləşməsi ilə avtomobilin Sarı Rəngli Buraxılışı salonda minlərlə dizayner, mühəndis və texniklər tərəfindən ərsəyə gəlmiş mükəmməl idarəetmə və gözəl rahatlıq vəd edir.

  • 2018 lexus lc yellow unique handling 810x1080 v2 new

    MİSİLSİZ İDARƏETMƏ VƏ STABİLLİK

    LC Sarı Rəngli Buraxılış LC Sport+ spesifikasiyasının tərkib hissəsi olan müasir performans və idarəetmə xüsusiyyətlərindən faydalanır. O, Lexus Dinamik İdarəetmə, ön və arxa idarəetmə bucaqlarını müstəqil şəkildə idarə edən dördtəkərli idarəetmə ilə Dəyişən Ötürücü Nisbəti olan Sükan Mexanizmi (VGRS) və Torsen® Məhdud Sürüşmə Diferensialı ilə təchiz edilmişdir.

    Birlikdə bu mükəmməl sistemlər çevik və təhlükəsiz idarəetmə və çox gözəl dinamiklik təqdim edir.

    Onlar sürücüyə gözəl balans və aşağı cazibə qüvvəsi ilə LC-nin GA-L qlobal memarlıq platformasının tam potensialından yararlanmaq imkanı verir.

    Digər xüsusiyyətlərə 21’’ döyməli təkərlər və azaldılmış çəki və artırılmış güc üçün Karbon Lifli Gücləndirilmiş Plastik metal-taxta ilə kombinə edilmiş tavan daxildir. Karbon lifinin aktiv olduğu arxa spoyler yüksək sürətlə idarəetmə zamanı daha çox stabilliyi təmin edərək arxada olan qalxmanın qarşısını almaq üçün 80km/s sürətdən açılır.

  • 2018 lexus lc yellow colour combinations 810x1080 v3 new

    PARLAQ SARI EKSTERYER RƏNGİ

    Xüsusi olaraq LC üçün işlənib hazırlanmış Parlaq Sarı avtomobilin çevik idarəetmə performansı ilə uzlaşan emosional rəngdir. Çoxsaylı sarı təbəqələr yüksək xromogen rəng yaratmaq üçün tətbiq olunur. Rəng sarının yüksək dolğunluq və güclü gözqamaşdırıcı mikadan hazırlanmış iki müxtəlif örtük təbəqəsi ilə reallaşdırılıb.

    Nəticə isə Lexus-da əvvəllər heç zaman görünməmiş yüksək dolğunluğu və güclü parlaqlığı olan tondur.

  • 2018 lexus lc yellow superior interior 810x1080 v2 new

    SALONDA KEYFİYYƏT VƏ RAHATLIQ

    Salonda xüsusi rəng həmahəngliyi davam edir, qara qapı panelləri gözəl sarı rəngli Alcantara qoşma detalları ilə təkmilləşdirilib. Parlaq sarı kölgə həmçinin ağ dəri oturacaqlar, alətlər paneli, sükan çarxı və məkəzi konsolda qoltuqaltıda tikiş detalları ilə təzad təşkil edir. Bu, Lexus dəbdəbəsinin fərqləndirici xüsusiyyəti olan takumi sənətkarlığını nümayiş etdirir. Salonda həmçinin sürücünün Ön Süşə Displeyi, qara Alcantara salon tavanı haşiyələri və ağ yarı-anilin üzlükdə ön oturacaqlar üçün 10 istiqamətli güc tənzimləməsi öz əksini tapır.